Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1336/2023 01.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş iddia ərizəsindən imtina barədə ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)535/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi (hakim A.Musayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh oğlundan vurduğu maddi zərərə görə 8800 manat, mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 9900,00 manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı qalan hissədə təmin edilməməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)535/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1336/2023 saylı 28 iyul 2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti mümkün hesab edilərək, mülki işə baxılmasını 28 avqust 2023-cü il tarixə təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı mülki iş üzrə icraat təxirə salınmış və məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 31 avqust 2023-cü il tarixində məhkəmə kollegiyasına elektron kabinet vasitəsilə barışı sazişi göndərmiş sazişdə, tərəflər qarşılıqlı razılıq əsasında bu barışıq sazişini imzalayaraq iddiaçının dişlərin hazırlanması üçün lazım olan tibbi material və dərman vasitələrinə xərclənmiş vəsaiti nəzərə alaraq 5.000 manat pulun nəğdi qaydada Cavabdeh tərəfındən könüllü olaraq iddiaçının nümayəndəsi Nümayəndə2 qaytarılmaqla, Şirvan Apellyasiya Məhkəmənin icaatında olan mülki işin icraatına son qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, təqdim edilmiş barışıq sazişi üzrə öhdəliyin yerinə yetirildiyi, xx.xx.2023-cü il tarixdə cavabdeh öz şəxsi kart hesabından iddiaçının vermiş olduğu kart hesabına 5000 (beş min) manat pul göndərərək, üzərinə götürmüş öhdəliyi tam icra etməsini bildirmiş, həmçinin, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(106)1336/2023 saylı mülki iş üzrə iddiasından imtina edərək iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Vəsatətə ödənişin həyata keçirilməsini təsdiq edən ödəniş qəbzini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş iddiadan imtina barədə ərizəsi qəbul edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)535/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 191, 370, 384.0.5, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)535/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1336/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1336/2023
01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver