Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1350/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Şirvan Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ona yazılmış aktın və borcun ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM 031476 saylı,xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış 1687.70 manat borc məbləğinin abonent kodu **********92386 hesabından silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvanına baxış keçirərkən iştirakı olmadan ona əsassız olaraq 031476 nömrəli aktı tərtib edilərək guya sayğacdan kənar xətt işlətməklə 1687.70 manat məbləğində borc yazmışlar. 2 gün sonra bilmişdir ki, ona 1687.70 manat cərimə tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunmuş, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM 031476 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 1687.70 manat borc məbləğinin (abonent kodu **********92386) abonentin hesabından silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (Qaydaların) tələblərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031476 saylı aktın ləğv edilməsi, akt üzrə hesablanmış məbləğin silinməsi qənaətinə gələrkən aktın özündə də göstərdiyi kimi abonent tərəfindən elektrik enerjisindən kənardan götürülmüş “0” xətti vasitəsilə sayğacı dövrədən kənarlaşdırılmasının təsdiqlənməsinə, bu barədə müvafiq videoçəkilişin təqdim olunmasına, həmin sayğacın düzgün işləməməsinin görünməsinə baxmayaraq itirilmiş elektrik enerjisinin bərpasına dair hesablanmış məbləği silmişdir. Belə ki, həmin videoçəkilişdə ilk öncə sayğacdan axan yükün qeyd olunmadığı, bir neçə saniyə sonra qeyd olunduğu öz təsdiqini tapır. Prosessualməsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPMnin) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin abonenti kimi elektrik enerjisi istehlakçısıdır. Sərf olunan enerjinin həcmini müəyyən etmək üçün onun mənzilində müvafiq sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli AKT NDM 031476 nömrəli aktdan görünür ki, Şirvan şəhəri, M.Qədirov küçəsində (abunə kodu **********92386 nömrəli) İddiaçı məxsus ünvana EEİQ-na uyğun baxış apararkən elektrik sayğacının sayğac sxeminin səhv olduğu, kənardan götürülmüş “0” xətti vasitəsi ilə elektrik sayğacının dövrədən kənarlaşdırılması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AKT NDM 031476 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 1687.70 manat borc hesablanmışdır. İddiaçı ərizəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş sənədlərin qanunsuz hesab edilməsi və həmin sənədlərə əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, borc hesablanarkən mövcud qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək "xxxx" ASC-nin üzərindədir. Kollegiya hesab edir ki, "xxxx" ASC, iddiaçı tərəfindən ziyan vurulduğunu əsaslandıra və sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə 1 ədəd CD diskə baxış keçirilmiş, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmənin qənaətinə görə, sayğacın sərf edilən enerjini düzgün qeyd etdiyi məlum olmuş, sayğacın kənar "0" xətti vasitəsilə sxemdən kənarlaşdırıldığı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının müfəttişi tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin numayəndələri tərəfindən Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinin çöl divarında quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, sayğacın sxeminin səhv olması, kənardan götürülmüş “0” xətti vasitəsilə sayğacın sxemdən kənarlaşdırılması barədə abonentin iştirakı olmadan xx.xx.2023-cü il tarixli, NDM 031476 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən xətdən axan yükün amper maşa ilə ölçülərək istifadə gücünün 0,5 kVt olduğu, sayğacda faktiki istifadə gücünün 0 kVt olması qeyd edilmişdir. Akta əsasən 60 gün müddətinə, istifadə gücü 13,2 kVt nəzərə alınmaqla, 1687,7 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. Təqdim edilən birinci video çəkilişdə amper maşa vasitəsilə ölçmə aparılan zaman çıxış faza xəttində 1,9 A, “0” xəttində 0 A, faza və “O” xəttində birlikdə 1,9 A olması və sayğacın keçən enerjini qeyd etməməsi görünür. Faza və “0” xəttində birlikdə ölçmə zamanı yük olması o halda mümkündür ki, cərəyan dövrəsi qapanmamış olsun və sayğacın qoşulma sxemi dəyişdirilsin. Digər halda sayğacın enerjini qeyd etməməsi sayğacda yaranan texniki qüsur və ya qoşulma sxeminin dəyişdirilməsi səbəbindən ola bilər. Həmçinin video çəkilişdə sayğacın dövlət möhürünün və sıxaclar yuvasının qapağına vurulmuş möhürün olduğu qeyd edilmiş, əməkdaşlar tərəfindan sayğacın sxeminin yoxlanılmadığı və kənar sıfır xəttinin olmasının sübuta yetirilmədiyi görünür. İkinci video çəkilişdən isə sayğacın sərf edilən enerjini duzgün qeyd etdiyi məlum olur. Yuxarıda qeyd edilənlərə əsasən, sayğacın kənar "0" xətti vasitəsilə sxemdən kənarlaşdırıldığı sübuta yetirilmir və akta görə hesabatın aparılması məqsədəuyğun hesab edilmir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(032)-500/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1350/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1350/2023
06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver