Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1382/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Suvarğa oğlunun cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Suvarğa oğlu cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0,04 sot torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Suvarğa oğlu məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0,042 sot torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsinin 0.042 ha onun mülkiyyətindədir. Həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmədiyindən hazırda həmin torpaq sahəsinin naturada bölünməsini istəyir. Ekspert rəyi ilə də həmin torpaq sahələrinin onun payına düşən hissəsinin naturada bölünməsinin mümkün olması təsdiq olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsi ilə (hakim V.Qasımov) iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun, X1, Cavabdeh1, X2 və Cavabdeh3 arasında bərabər şəkildə bölünməsi, onların hər birinin 1/5 payı müəyyənləşdirilməsi, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsinin İddiaçı Suvarğa oğlunun payına düşən 1/5 hissənin mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan yaşıl cizgiylə göstərilmiş qaydada təcrid olunmuş şəkildə naturada bölünməsi, İddiaçı Suvarğa oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərcin, cəmi 195 (bir yüz doxsan beş) manatın cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Suvarğa oğlunun xeyrinə ödənilməsi, ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşdə olan JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməndan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1498 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən İddiaçı Suvarğa oğlunun payına düşən 0.042 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı Qəhrəmanov X5 Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0.042 ha sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən payının naturada ayrılmasını tələb edir. Hal-hazırda bütün mülkiyyətçilərdən yalnız iddiaçı torpaq sahəsinin qanun bölüşdürülməsinə razı olsa da, cavabdehlər payların müəyyən olunmasına razı deyildir.Həmçinin iddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun, X1, Cavabdeh1, X2 və Cavabdeh3 arasında bərabər şəkildə bölünməli, onların hər birinin 1/5 payı müəyyənləşdirilməli, İddiaçı Suvarğa oğlunun payına düşən 1/5 hissə mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan yaşıl cizgiylə göstərilmiş qaydada təcrid olunmuş şəkildə naturada bölünməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı Suvarğa oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi birgə mülkiyyətlərində olan (paylar müəyyən olunmayan) həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərində çoxdan tikilmiş iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə hazırda iddiaçı ikinci dəfə evləndiyi arvadı ilə yaşayır. İddiaçı biz cavabdehlərin atasıdır. İddiaçı uzun müddət idi ki, anasından ayrılmış və yeni arvadla ailə qurmuşdur. Həmin arvadı da hazırda mübahisəli olan həyətyanı sahələrinə gətirərək orada yaşayır. Əslində ümumi birgə torpaq sahədən iddiaçı yox, cavabdehlər istifadə edə bilmir. İddiaçı anasını evdən çıxartdıqdan sonra, onlarda də anaları ilə birgə evdən çıxmağa məcbur edilmişdirlər. Anası onları müxtəlif evlərdə kirayə saxlayaraq böyütmüşdür. İddiaçı ata olaraq onlara ata qayğısı göstərməmişdir. Bir ildən artıqdır ki, anası vəfat etmişdir. İddiaçı yuxarıda qeyd etdiyi kimi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçı həmin həyətyanı torpaq sahəsində yeni ev tikdirir və məqsədi də odur ki, yeni evi tikdirib üçüncü şəxslərə versin. Mübahisəli həyətyanı torpaq sahəsi qeyd etdiyi kimi birgə mülkiyyətlərindədir və paylar da müəyyən olunmamışdır. Paylar müəyyən olunmadan iddiaçının birbaşa olaraq payının naturada ayrılmasını tələb etməsi qanuni deyildir. Hesab edir ki, iddiaçı əvvəlcə birgə mülkiyyətdə olan torpaq sahəsində payının müəyyən olunmasını tələb etməli, daha sonra isə öz payının naturada ayrılmasını istəməli idi. Amma iddiaçı bir başa olaraq birgə mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını tələb etmişdir. Bundan başqa iddiaçı birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində iki ədəd fərdi yaşayış evi tikdirmişdir və onun tikdirdiyi fərdi yaşayış evlərinin yerləşdiyi ərazilər öz payına düşən 0,042 ha torpaq sahəsindən böyükdür. İddiaçı hazırda cavabdehlərin payından istifadə edir və onları mülkiyyətlərində olan həyətyanı sahəyə buraxmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1498 nömrəli ekspert rəyi obyektiv və əsaslı deyildir. Belə ki, həyətyanı sahəyə daşınmaz əmlakın mütəxəssisi tərəfindən baxış keçirilərkən onların iştirakı təmin edilməmişdir. Nəzərə çatdırır ki, mübahisəli həyətyanı torpaq sahəsində hər mülkiyyətçinin payını müəyyən etmək və naturada bölmək mümkün deyildir. Ona görə ki, iddiaçının tikdirdiyi iki fərdi yaşayış evi və köməkçi tikililəri onun payına düşən 0,042 ha torpaq sahəsindən daha çox ərazidə yerləşir. Həyətyanı torpaq sahəsi üç tərəfindən qonşu torpaq sahələri ilə əhatə olunduğundan, hər mülkiyyətçinin payına düşən hissəyə ayrıca giriş-çıxış müəyyən etmək mümkün deyildir. Belə olduğu halda bir mülkiyyətçinin mülkiyyət hüquqları qorunduğu halda, digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulur. Ona görə də hesab edir ki, mübahisəli məsələnin ədalətli və düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməli və yuxarıda qeyd etdikləri nəzərə alınmaqla ekspert qarşısında işin hərtərəfli və obyektiv həlli üçün lazımı suallar qoyulmalıdır. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Hazırda mübahisəli həyətyanı torpaq sahəsi birgə mülkiyyətdə olduğundan, paylı mülkiyyət olmadığından iddiaçı birbaşa olaraq bu maddənin tələbinə görə öz payının ayrılmasını tələb edə bilməz. İddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsində payını müəyyən etdirdikdən sonra, paylı mülkiyyətçi kimi öz payının ayrılmasını tələb edə bilərdi. İddiaçı isə bunu etməmişdir. Onların payları formal olaraq müəyyən edilsə də gələcəkdə bütün mülkiyyətçilərin paylarının ayrıla bilməsi məsələsi həll edilməmişdir. Məhkəmə iddianı təmin edərkən iddiaçının mülkiyyət hüquqlarını qoruduğu halda, cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur və bütün payçıların qanunla qorunan hüquq və mənafelərini qorumamışdır. İddiaçının hazırda iki evi və digər tikliləri payına düşən 0,042 hektardan daha çox ərazini tutur. Bu isə gələcəkdə hər bir payçıya düşən payın ayrılmasını və həmin paydan istifadəni mümkünsüz edir. Saatlı Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh3 əvvəlki məhkəmə iclasında verdiyi izahatı əsas gətirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmundan çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı Suvarğa oğluna məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-25/2025 saylı saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Qəhrəmanov X5 Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0.042 ha sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən payının naturada ayrılmasını tələb edir. Hal-hazırda bütün mülkiyyətçilərdən yalnız iddiaçı torpaq sahəsinin qanun bölüşdürülməsinə razı olsa da, cavabdehlər payların müəyyən olunmasına razı deyildir. Həmçinin iddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir Məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, işdə olan JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməndan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun və ailə üzvlərinin (X4, Cavabdeh1, X3 və Cavabdeh3) ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1498 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən İddiaçı Suvarğa oğlunun payına düşən 0.042 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələri). Əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə tərkibi qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst surətdə sahiblik edə, ondan istifadə edə və barəsində sərəncam verə bilər. Bu hüquq bəzən digər şəxslərlə bərabər şəkildə realizə edilməli olur ki, bu zaman həmin əmlak ümumi birgə və ya paylı mülkiyyətdə olur. Paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlar realizə edilərkən hər bir şəxs digər şəxsin hüququnun realizə edilməsinə hörmətlə yanaşmalı, hər hansı bir məhdudiyyət yaratmadan digər şəxsin hüququnun realizəsini təmin edilməsinə şərait yaratmalıdır. Mübahisə predmeti təşkil edən torpaq sahəsi ümumi paylı mülkiyyətdə olan əmlak olmaqla iddiaçı həmin əmlak üzərində hüquqlarının təmin edilməsindən ötrü əmlakın naturada ayrılmasını xahiş etmişdir. Əmlak üzərində hüquqların qanuni əsas olmadan məhdudlaşdırılması yolverilməz olduğundan və bu hüququn realizəsinin təmin edilməsindən ötrü keçirilmiş ekspertiza ilə əmlakın naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Apellyator apellyasiya şikayətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1498 nömrəli ekspert rəyi obyektiv və əsaslı olmamasını qeyd etmiş və səbəb kimi həyətyanı sahəyə daşınmaz əmlakın mütəxəssisi tərəfindən baxış keçirilərkən onların iştirakı təmin edilməməsini göstərmişdir. Qeyd etmişdir ki, mübahisəli məsələnin ədalətli və düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməlidir. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Tərəflər ekspertiza təyin edilərkən suallar vermək, ekspertin şəxsini bildirmək, baxışda iştirak etmək hüququna malik olsalar da, onların iştirakının təmin edilməməsi avtomatik olaraq ekspert rəyinin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza daşınmaz əmlakın naturada ayrılmasının mümkünlüyü və pay ölçülərinin texniki dəqiqliyi ilə bağlı olmuşdur. Bu, subyektiv müşahidə olmamaqla texniki-ölçmə xarakterli məsələdir. Həmçinin cavabdeh yenidən ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Bundan başqa apellyator apellyasiya şikayətində mübahisəli həyətyanı torpaq sahəsi üzrə payların müəyyən olunmadan iddiaçının birbaşa olaraq payının naturada ayrılmasını tələb etməsi qanuni olmamasını qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, mübahisəli həyətyanı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür və bu bölünmə ümumi əşyanın dəyərinə və istifadə imkanlarına tənasübsüz zərər vurmur. Belə olan halda iddiaçının payının naturada ayrılması mümkündür və bu, qanunvericiliyə tam uyğundur. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-25/2025 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1382/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1382/2025
02.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver