Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1392/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X37 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: miras əmlakdan payın müəyyən edilməsi. X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X27 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən İİİ şəxs Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızının iştirakları ilə, İddiaçı cavabdeh X37 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsindən (hakim İlqar Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X37 qarşı, miras əmlakdan payın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhrum X9 məhrum anası X28 ilə 1947-ci ildə ailə həyat qurmuşlar. Birgə nikahdan onların 7 nəfər uşaqları yəni xx.xx.1949-cü il tarixdə X12, xx.xx.1962-ci il tarixdə İddiaçı, xx.xx.1967-ci il tarixdə Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, xx.xx.1953-cü il tarixdə X29, X30, X18 və X13 adlı uşaqları anadan olmuşdur. X9 xx.xx.2011-ci il tarixdə, anası X19 xx.xx.1979-cü il tarixdə, X4 xx.xx.2013-cü il tarixdə, X6 xx.xx.2015-ci il tarixdə və X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Məhrum X9ndan Astara rayonu, Çayoba kəndində 0.16 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evində bütün vərəsələr boya-başa çatmışlar. Hazırda həmin torpaq sahəsində o, və digər vərəsə X7 oğlu Cavabdeh qanunsuz olaraq ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. Beləliklə miras qalmış torpaq sahəsindən payların müəyyən edilməsində cavabdeh ilə razılığa gələ bilməmişlər. Odur ki, məhkəmə qaydasında payların müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, vərəsələrdən Hummətova (Nuriyeva) Dilavər Balahəsən qızı, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı və X29 vəfat etmiş atamız X20 qalmış miras payı qəbul etməmiş, gələcəkdə və bununla bağlı heç bir tələb və iddiaları olmadığını bildirməklə bu barədə ərizə yazaraq ona vermişlər. Hansı ki, həmin ərizələri iddia ərizəsinə əlavə edir. İddia ərizəsinə əlavə etdiy JN-302 A nömrəli həyətyanı torpaq sahəsinin şəhadətnaməsilə təsdiq olunur ki, məhrum X9nun mülkiyyətində Astara rayonu Çayoba kəndi ərazisində 0.16 həyətyanı torpaq sahəsi mövcuddur. Hesab edir ki, hazırki, mülki mübahisə vərəsəlik hüququ münasibətindən irəli igələn münasibətlərə aid olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Astara rayonu, Çayoba kəndi ərazisində mərhum X9ndan miras qalmış 0.16 hektar həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X49 iddianı qəbul edərək bildirmişdir ki, atası X18 xx.xx.2013-cü il tarixdə fəfat etmişdir. X3 miras qalmış 0.16 hektar həyətyanı torpaq sahəsində atası vəfat edəndən əvvəl və sonra o, anası X42 ilə və iddiaçı isə ailəsi ilə birlikdə yaşayırlar. Babalarının ölümündən əvvəl və hazırda əmiləri və bibiləri başqa yerdə daimi yaşayırlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X31 məxsus 0,16 ha həyətyanı torpaq sahəsindən X21 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X7 oğlu X32 1/4 hissədə, həyat yoldaşı X22 1/4 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin (miras əmlakın qanun üzrə bölgüsü) ləğv edilməsini və onun payının müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)1126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia ərizəsi ilə uyğunluq təşkil etmir. Belə ki, iddia tam təmin edilməsi qət edilsədə, X15 və vərəsələrinə pay ayrılmaması iddia tələbinə uyğunluğunu təsdiq etmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, atası ilə anasının birgə nikahlarından 7 nəfər uşaqları olmuşdur. Belə ki;
1. xx.xx.1949-cü il tarixdə X12,
2. xx.xx.1962-ci il tarixdə İddiaçı,
3. xx.xx.1967-ci il tarixdə Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı,
4. xx.xx.1953-cü il tarixdə X29,
5. X30,
6. X18,
7. X13. X9 xx.xx.2011-ci il tarixdə, anası X19 xx.xx.1979-cü il tarixdə, X4 xx.xx.2013-cü il tarixdə, X6 xx.xx.2015-ci il tarixdə və X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X4 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun aşağıdakı ailə üzvləri qalmışdır. Filarə (arvadı), Aynurə (qızı), Afət (qızı), Toyxanım (qızı), Aygün (qızı), Nuridə (qızı) və Camal (oğlu) olmaqla 7 vərəsəsi qalmışdır. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və nun Kamal (oğlu) və Kəmalə (qızı) adında 2 vərəsəsi qalmışdır. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun Feyzə (arvadı), Hüseyn (oğlu), Fərid (oğlu) və Gülnarə (qızı) adında 4 vərəsəsi qalmışdır. Bildirmişdir ki, atasından miras qalmış 0.16 ha torpaq sahəsi üzərində 3 ev inşa edilmişdir. Atalarının 7 vərəsəsi olmasına baxmayaraq miras əmlak düzgün bölüşdürülməyərək yalnız onunla qardaşı Bahəddinin oğlu və arvadı arasında bölünmüşdür. Onun miras əmlakda ½ payının müəyyən olunmasını və həmin payın miras əmlakın yarısını təşkil etməsini anlayır, lakin ədalət baxımından onun miras əmlak üzərində 1/7 payının müəyyən edilməsini tələb edir. Anlayır ki, 1/7 hissə ½ hissədən azdır. Lakin 0.16 ha torpaq sahəsinin miras qoyanın 7 vərəsəsi arasında ədalətli şəkildə bərabər olmaqla 1/7 hissədə bölünməsini istəyir. Onun miras əmlak üzərində ½ hissədə payının bölünməsi ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşmır. Hesab edir ki, birinci instansiya məhkəməsi Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X9na məxsus 0,16 ha həyətyanı torpaq sahəsindən onun 1/2 hissədə, və qardaşı - mərhum X7 oğlu Cavabdeh 1/4 və həyat yoldaşı X22 1/4 hissədə paylarının müəyyən edilməsində doğru qənaətə gəlməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilərək onun miras əmlak üzərində 1/7 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Üçüncü şəxs X1 iclasında bildirmişdir ki, atasından qalmış 0.16 ha torpaq sahəsindən payının müəyyən edilməsini istəyir. Sonradan ona düşən payın kimə bağışlayacağına özü qərar verəcəkdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında X34, X33, X29, X50, X38, Nuriyeva (Əsədullayeva) Feyza Abbasəli qızı, X16, X43, X23, X42, X39, X51, X24, X40 və X44 iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxslər qismində işə cəlb edilmişlər. İş üzrə İİİ şəxs qismində cəlb edilmiş şəxslərdən X29, Nuriyeva (Əsədullayeva) Feyza Abbasəli qızı, X50 və X33 məhkəməyə ərizə göndərərək paylarını tələb etmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən cavabdehin və İİİ şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun payının 1/7 hissədə olmaq müəyyən edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X41 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Astara Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1979-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının xx.xx.1988-ci il tarixli 04 saylı qərarı ilə Astara rayonu, Telman kəndində yerləşən 0,16 hektar torpaq sahəsi X31 verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X30 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X12 vəfat etmiş X9ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı vəfat etmiş X9ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, X29 vəfat etmiş X9ndan miras qalmış və ona çatası miras payı qəbul etməmişdir. Sözü gedən miras payını qəbul etmədiyini və gələcəkdə bununla bağlı heç bir tələb və iddiası olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 XX.XX.1949-cu il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmaqla, Lənkəran rayonu, Mamusta kəndində yaşayır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı xx.xx.1967-ci il tarixdə Astara rayonu, Telman kəndində anadan olmaqla, Astara rayonu, Çayoba kəndində yaşayır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1962-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Çayoba kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İ-JQ N 292543 saylı, xx.xx.1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X52 arasında nikah xx.xx.1978-ci il tarixdə Astara rayon Pensər kənd XDS İcraiyyə Komitəsində bağlanmış və 23 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi 18 iyul 2023-cü il tarixdə Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin Astara Rayon Məhkəməsi birinci növbə vərəsələr olan X34, X33 və X17 iş üzrə nə cavabdeh qismində, nədəki üçüncü şəxs kimi işə cəlb etməməklə iş üzrə yekun məhkəmə aktı, yəni qətnamə qəbul etmişdir. Beləliklə də mülki iş apellyasiya instansiya məhkəməsində araşdırılarkən müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxılarkən Astara Rayon Məhkəməsi tərəfindən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə prosessual normaların kobud pozulması ilə baxılmışdır. Göründüyü kimi Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)- 1126/2024 saylı qətnaməsi qəbul edilərkən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir. İddiaçının iddia ərizəsindən də göründüyü kimi iddiaçının əsas tələbi miras əmlakda payının müəyyən edilməsidir. Apellyasiya şikayətinin əsas dəlili də iddia tələbi ilə eyniyyət təşkil edir. Baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının miras əmlakda daha çox olan ½ payı müəyyən edilib, lakin iddiaçı bununla razılaşmır və bildirir ki, digər vərəsələr kimi onun miras əmlakdakı payı 1/7 hissədir. Buna görə də onun miras əmlak üzərində 1/7 payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum miras qoyan X41 ilə X10 birgə nikahlarından 7 nəfər uşaqları yəni xx.xx.1949-cü il tarixdə X12, xx.xx.1962ci il tarixdə İddiaçı, xx.xx.1967-ci il tarixdə Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, xx.xx.1953-cü il tarixdə X29, X30, X18 və X13 adlı uşaqları anadan olmuşdur. Miras qoyan X41 xx.xx.2011-ci il tarixdə, ana X19 xx.xx.1979-cü il tarixdə, vərəsələr X18 xx.xx.2013-cü, X30 xx.xx.2015-ci və X13 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X14 Astara rayonu, Çayoba kəndində 0.16 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Göründüyü kimi miras qoyanın 7 vərəsəsi olmuş və miras qoyan vəfat edən anda onun bütün uşaqları sağ olmuşlar. X5 Astara rayonu, Çayoba kəndində 0.16 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Kollegiya ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X21 yeddi nəfər övladlarından X12, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, X29, X30 və X13 hələ onun sağlığında daimi yaşamaq üçün başqa ünvanlra köçərək yaşamışlar. Övladlardan İddiaçı və X18, ataları Balahəsən Nuriyevin ölümündən sonra miras əmlakı faktiki qəbul edib orada yaşamışlar. X18 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun övladları X51, Əmirova (Nuriyeva) Nuridə Bahəddin qızı, X25 və X45 ərizə ilə məhkəməyə müraciət edərək Astara rayonu, Çayoba kəndində yerləşən X14 miras qalmış 0,16 ha həyətyanı torpaq sahəsindən düşən paydan imtina etmişlər və həmin pyların anaları-X22 və qardaşları X32 xeyrinə rəsmiləşdirilməsinə etiraz etmirlər. Buna görə məhkəmə hesab etmişdir ki, Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X31 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi X21 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X7 oğlu X32 1/4 hissədə, həyat yoldaşı X22 1/4 hissədə payları müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya baxışında müəyyən edildi ki, miras qoyan X14 Astara rayonu, Çayoba kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. X21 vəfatından sonra onun aşağıdakı vərəsələri qalmışdır.
1. xx.xx.1949-cü il tarixdə X12,
2. xx.xx.1962-ci il tarixdə İddiaçı,
3. xx.xx.1967-ci il tarixdə Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı,
4. xx.xx.1953-cü il tarixdə X29,
5. X30, (xx.xx.2013-də vəfat edib)
6. X18, (xx.xx.2015-də vəfat edib)
7. X13. (xx.xx.2018-də vəfat edib) Belə olduqda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə X5 miras qalmış Astara rayonu, Çayoba kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi üzərində hər bir vərəsənin 1/7 payı movcud olacaqdır. Yəni vərəsələr X12, İddiaçı, Rüstəmova (Nuriyeva) Sevil Balahəsən qızı, X29, X30, X18 və X13 oğlunun hər birinin Astara rayonu, Çayoba kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi üzərində bərabər – 1/7 hissədə payları vardır. Birinci instansiya məhkəməsi Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X31 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı 1/2 hissədə, mərhum X7 oğlu X32 1/4 hissədə, onun həyat yoldaşı X22 1/4 hissədə paylarını müəyyən etməklə yanlış qənaətə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilərək Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X31 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı 1/7 hissədə payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X31 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi üzərində onun vərəsəsi İddiaçı 1/7 hissədə payı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə X36 işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.