Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-140/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının Cavabdeh qarşı “birgə nikah dövründə inşa edilmiş evə xərclənmiş pulun yarısının cavabdehdən alınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-84/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində cavabdehin adına olan torpaq sahəsi üzərində birgə tikdikləri evə xərclənmiş 60000 manat pulun yarısı olan 30000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ildə nikahlarını rəsmi qaydada rəsmiləşdirməklə ailə qurmuşdur. Əvvəlcə onlar cavabdehin X28ə məxsus evdə yaşamışlar. İddiaçı müəllimə olmaqla aylıq əmək haqqı almışdır. Aylıq əmək haqqından əlavə repititorluq edərək qazanc əldə etmişdir. Onlar bir müddət cavabdehin atası evində yaşadıqdan sonra özlərinə ev tikmək qərarına gəlmişlər. Həmin vaxt cavabdeh yük maşını sürürdü və onların ev tikmək üçün kifayət qədər qazancları mövcud idi. Ona görə də qərara gəlmişlər ki, bələdiyyədən Cavabdeh adına satılmış torpaq sahəsində birgə ev tiksinlər. Onlar pullarını yığıb təxminən 2013-cü ildə evi tikib bitirmişlər. Ayrılan günə kimi həmin evdə cavabdeh və uşaqları ilə birgə yaşamışlar. Evin hər bir şəraiti və əşyaları mövcuddur. Təxminən evə 50000-70000 manat arası pul xərclənmişdir. Həmin evə xərclənən pul onların birgə nikahları dövründə birgə büdcələrindən xərclənmişdir. Hesab edir ki, həmin evin dəyərinin yarısı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmin əmlak nikah dövründə ikisinin qazancı hesabına tikilmiş, lakin onlar ayrıldıqdan sonra cavabdehin istifadəsində qalmışdır. Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17757 manatın tutulması, iş üzrə ekspertə ödənilməli olan 50 manat pulun 25 manatının Cavabdeh, qalan 25 manatının isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE**********00********) hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırarkən öz qətnaməsində evin kifayət qədər şəraitli təmirli olduğu halda ekspertin qiymətləndirdiyi dəyərinin kifayət qədər aşağı olmasını aşkar etsə də, verilmiş ekspertiza vəsatəti təmin edilməmiş, təkrar ekspertiza təyin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində əmlakın real dəyərini deyil, ekspertin absurd qoyduğu rəqəmi 2 hissəyə bölmüşdür. İddiaçının mülkiyyət hüququ olan əmlaka dair sərəncam vermək hüququ məhdudlaşdırılmış və iddiaçı əmlakını orta bazar qiymətinə satmaq hüququndan məhrum olmuşdur. Cavabdehdən həmin əmlakın real dəyərinin yarısı alınaraq ona ödənilməlidir. İddiaçı apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə bağlı bildirir ki, iddiaçı ilə 2007-ci ildə nikahlarını rəsmi qaydada rəsmiləşdirməklə ailə qurmuşlar. Lakin iddiaçının Füzuli rayonun Aşağı Yağlıvənd kənd sakini X13 ilə sevgi münasibətində olması və onunla mütəmadi olaraq əxlaqsız hərəkətlər etməsi səbəbindən məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından iki uşağı doğulmuşdur. Ailə həyatı qurarkən iddiaçı cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. X28 öz şəxsi vəsaiti ilə bələdiyyədən aldığı torpaq sahəsində 2013-cü ildə 4 otaqlı ev tikdikdən sonra onlar həmin evə köçmüşlər. Bələdiyyə tərəfindən cavabdehə də 2003-cü ildə, yəni iddiaçı ilə ailə həyatı qurmadığı dövrdə torpaq sahəsi verilmişdir. Həmin dövrdə cavabdeh Ərazilərin Minalardan Təmizlənməsi üzə Milli Agentlikdə işləmişdir. İşinin ağırlığı, vaxtının olmaması və maddi imkanının aşağı səviyyədə olması səbəbindən cavabdehə verilmiş torpaq sahəsində özünə ev tikə bilməmişdir. Bu səbəbdən də qardaşının torpaq sahəsində atası tərəfindən tikilmiş evdə ailəvi olaraq yaşamaq məcburiyyətində qalmışdır. Qeyd etdiyi əsaslara uyğun olaraq mübahisə predmeti olan evin cavabdeh tərəfindən iddiaçı ilə birlikdə tikilməsi ilə bağlı məhkəmənin qənaəti əsassızdır. Cavabdeh hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıda qeyd olunmuş sübutlara istinad etmiş, lakin istinad etmiş olduğu sübutların ziddiyyətli və əsassız olmasını nəzərə almamışdır. Belə ki, iş materialları arasında olan Füzuli RİHB Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-cu il tarixli rəyində və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə uyğun olaraq, hər iki valideynin yaşadıqları evə baxış keçirilmiş, onların həyat şəraiti müayinə olunmuş, müvafiq qaydada akt tərtib olunmuşdur. Müayinə zamanı müəyyən olunmuşdur ki, hazırda Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus 4 otaq və 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır. Eyni zamanda, Füzuli rayon Təhsil şöbəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 22 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı 2007-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Füzuli rayonu, Araz Yağlıvənd kənd tam orta məktəbində müəllim işlədiyi dövrdə əmək haqqı və xəstəlik vərəqəsinə görə müavinət almışdır. Əmək haqqı 2008-ci il üzrə 1401 manat, 2009-cu il üzrə 1898 manat, 2010-cu il üzrə 1813 manat, 2011-ci il üzrə 2398 manat, 2012-ci il üzrə 4507 manat, 2013-cü il üzrə 2465 manat təşkil etmişdir. Eyni zamanda, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh yaşadıqları fərdi yaşayış evi Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini şəxsən X18 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyun ayında tikintisi başlamış və həmin ilin sentyabr ayında başa çatmışdır. Həmin evin tikildiyi torpaq sahəsi bələdiyyənin 2003-cü il tarixli qərarı ilə Cavabdeh ayrılmışdır. Eyni zamanda, Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 05 mart 2003-cü il tarixli 02 saylı iclas protokolundan çıxarışdan görünür ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini Cavabdeh kəndin gələcək inkişafı üçün ayrılmış torpaq sahəsindən 0,12 hektar sahə ayrılmışdır. Eyni zamanda, Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin üzvləri və kənd sakinlərinin tərtib etdikləri 22 fevral 2003-cü il tarixli aktda qeyd edilmişdir ki, komissiya üzvləri Cavabdeh ərizəsini nəzərə alıb onun yaşadığı ünvana getmiş və baxış keçirmişdir. Hacıyev Mətləbin ailəsinin himayəsində yaşayır, komissiya belə qərara gəlmişdir ki, Cavabdeh atası ilə bir həyətdə yaşamaları məqsədəuyğun deyil, ona görə ki, atasına verilən həyətyanı torpaq sahəsi normadan azdır. Buna görə də, komissiya qərara alıb ki, Cavabdeh bələdiyyə mülkiyyətindən olan inkişaf sahəsində qanunla müəyyən olunmuş normada 0,12 hektar həyətyanı torpaq sahəsinin verilməsini məqsədəuyğun sayır. Eyni zamanda, Füzuli RİHBnin Kərimbəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 187 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı 2007-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin tarixdən 2013-cü ilə kimi X18 ilə bir yerdə yaşamışlar. 2013-cü ildə Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən X9 oğlu Cavabdeh adına olan torpaqda tikilmiş evdə 2019-cu ilin iyulun 23-ə kimi həmin tikilmiş evdə övladları ilə birgə yaşamışlar. Cavabdeh hesab edir ki, göstərilmiş sübutlar ziddiyətli olduğundan iddia tələbinin təmin olunması üçün əsaslı deyil və iş materialları içərisində iddia tələbinin təmin olunmasını təkzib edən kifayət qədər əsaslı sübutlar mövcuddur. Belə ki, iş materialları içərisində olan Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12 saylı arayışında qeyd edilmişdir ki, Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarı ilə Cavabdeh verilən 0,12 ha torpaq sahəsində heç bir tikinti işi aparılmamışdır. Digər tərəfdən, məhkəmənin iddia tələbini qismən təmin edərkən istinad etmiş olduğu sübutların ziddiyyətli olması aydın şəkildə müəyyən olunur. Belə ki, Füzuli RİHB Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2019-cu il tarixli rəyində və xx.xx.2019-cu il tarixli aktında hər iki valideynin yaşadıqları evə baxış keçirilərkən “Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus 4 otaq və 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır” qeydini yazarkən yalnız cavabdehin həmin evdə yaşamağına dair fakta istinad etmiş, həmin evin və evin üzərində tikildiyi torpaq sahəsinin kimə məxsus olması ilə bağı sənədlərə baxış keçirməmiş və müvafiq araşdırma aparmamışdır, nəticədə formal qeydini yazmışdır. Eyni zamanda, məhkəmə iddiaçının Füzuli rayonu, Araz Yağlıvənd kənd tam orta məktəbində müəllim işlədiyi dövrdə almış olduğu əmək haqqına dair Füzuli rayon Təhsil şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 22 saylı məktuba istinad etməkdə də haqlı olmamışdır. Belə ki, Füzuli rayon Polis Şöbəsinin müstəntiqi Adil Səmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, iddiaçı Füzuli rayonu, Araz Yağlıvənd kənd tam orta məktəbində müəllim işlədiyi dövrdə rayon sakini X13 ilə sevgi münasibətində olmuş, ona pul və qızıl-zinət əşyalarını əvəzsiz olaraq vermiş, onunla mütəmadi olaraq əxlaqsız hərəkət etmişdir. Qeyd olunmuş fakt “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Qərarda təsdiq olunur. Cavabdeh bildirir ki, qeyd olunmuş faktlar səbəbindən iddiaçının almış olduğu əmək haqqını ailə üçün xərcləməsi mümkün deyil. Digər tərəfdən, Füzuli rayon Təhsil şöbəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 22 saylı məktubdan görünür ki, iddiaçı cavabdehlə ailə həyatı qurduqdan, yəni 2007-ci ilin avqust ayından mübahisəli mənzilin tikintisinin başa çatdığı tarixədək, yəni 2013-cü ilədək almış olduğu əmək haqqının cəmi 14000 manat manat təşkil edir. Eyni zamanda, iş materialları arasında olan 18 may 2022ci il tarixli Aktda bələdiyyə tərəfindən verilmiş mübahisəli torpaq sahəsində atası X18 və onun ailə üzvləri tərəfindən evin tikilməsi qeyd olunmuşdur. İddiaçı məhkəmə iclası zamanı mübahisəli mənzilin kimin tərəfindən tikilməsini sübut etmək üçün evin tikintisində usta olmuş X1 şahid qismində dindirilməsi ilə bağlı vəsatət vermiş və vəsatət təmin olunaraq məhkəmə iclasında şahid dindirilmişdir. Həmin şahid ifadə verərkən mübahisəli evin tikintisi zamanı usta pulunun cavabdeh tərəfindən deyil, X28 tərəfindən verilməsini bildirmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş X1 ifadəsi iclas protokolunda qeyd olunsa da, qətnamədə öz əksini tapmamışdır. Bununla bağlı qeydini məhkəməyə təqdim etmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da pozuntuya yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə olunmaması faktını aydınlaşdırmamışdır. Məhkəmə mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə olunmasına dair əsaslı sübutların olmaması faktını obyektiv qiymətləndirməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan səhv nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə mülki işdə tərəf olmayan şəxslərin əmlak hüquqlarının pozulmasına səbəb olmuş və bu hal işin hallarına uyğun gəlməmişdir. Cavabdeh ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, iddiaçı onunla birgə təsərrüfatda yaşadığı dövrdə müəllim vəzifəsində çalışıb əmək haqqı alsa da, ailənin dolanışığında evə hər hansı bir əşyanın alınmasında, hər hansı bir işin görülməsində pul xərcləməmişdir. Belə ki, o, hətta Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini X13 ilə mütəmadi olaraq görüşmüş, əxlaqsız hərəkətləri ilə ailəsinə xəyanət etmiş, özünə məxsus 10000 manat pulu, külli miqdar dəyərində qızıl-zinət əşyasını ona vermişdir. Bununla bağlı, Füzuli RPŞ-də araşdırma aparılaraq qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq Füzuli RPŞ-nin 28 sentyabr 2019-cu il tarixli qərarı təqdim olunur. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı çıxış edərək bildirdi ki, mübahisəli ev Cavabdehlə birgə nikahda olduğu dövrdə onların birgə vəsaiti hesabına inşa edilmişdir. Həmin evin tikintisi və təmirinə təxminən 60000 manat məbləğində vəsait xərclənmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin təyin etdiyi ekspertizanın 26 may 2023-cü il tarixli rəyində isə evin təmiri üçün çəkilmiş xərclər hədsiz dərəcədə aşağı şəkildə müəyyən edilmişdir. Evin tikintisi və təmirinə təxminən 60000 manat xərcləndiyindən həmin pulun yarısı olan 30000 manat pul cavabdehdən tutularaq ona verilməlidir. Ona görə də qətnamə ilə razı deyil. Cavabdeh fərdi yaşayış evinin onlar tərəfindən deyil, yalnız X28in vəsaiti hesabına tikilməsi və həmin evin Cavabdeh özünə məxsus torpaq sahəsində deyil, qardaşına məxsus torpaq sahəsində yerləşməsinə dair bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, kəndin təsərrüfatbaşına kitabında da həmin fərdi yaşayış evi təsərrüfat rəhbəri kimi Cavabdeh adına, dolayısı ilə də Cavabdeh həyat yoldaşı kimi onun özünün adına qeydə alınmışdır. O, öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 İddiaçı (Qarayeva) ilə eyni məzmunda çıxış edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddiaçının onunla nikahda olduğu dövrdə təmir etdirdiyini iddia etdiyi fərdi yaşayış evi əslində X28 tərəfindən qardaşı üçün tikilmiş və qardaşına məxsus torpaq sahəsində yerləşir. Həmin fərdi yaşayış evinin təsərrüfat başına kitabda onun adına hansı səbəbdən qeydə alındığını bilmir. Onun özünə də bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmış olsa da, həmin torpaq sahəsində hər hansı tikili mövcud deyil. Bələdiyyənin 18 dekabr 2023-cü il tarixli aktı da bunu təsdiq edir. O, özündə bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin dəqiq koordinatlarını əks etdirən sənədin olub-olmaması barədə verilmiş suala cavab olaraq bildirdi ki, ona 2003-cü ildə bələdiyyə tərəfindən 0,12 ha torpaq sahəsi verilərkən həmin torpaq sahəsi ilə bağlı ona Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 03 mart 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarış, akt və digər sənədlər verilsə də, həmin torpaq sahəsinin döngə nöqtələrinin dəqiq koordinatlarını özündə əks etdirən hər hansı sənəd verilməmişdir. Bunun səbəbini isə belə izah edir ki, 2003-cü ildə torpaq sahəsi ayrılarkən sənədləşmə natamam aparılmışdır. Lakin hər bir halda bələdiyyə ayırdığı torpaq sahəsinin kəndin hansı hissəsində yerləşdiyini bilir və 18 dekabr 2023-cü il tarixli aktı verə bilir. O, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 Cavabdeh ilə eyni məzmunda çıxış edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin mahiyyətindən və dəlillərindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Füzuli RİHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsi Vəkil1 verilmiş 43 nömrəli, 19 may 2022-ci il tarixli arayışda aşağıdakılar qeyd edilmişdir: Sual 1: Füzuli rayon Araz Yağlıvənd (indiki Aşağı Yağlıvənd) kənd sakinləri Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh icra nümayəndəliyinin qaytanlanaraq möhürlənmiş təsərrüfat başı kitabında və mərkəzləşmiş elektron bazada ayrıca təsərrüfat kimi qeydiyyata alınmışlarmı? Cavab 1: Bəli, hər iki formada ayrı təsərrüfat kimi qeydiyyata alınıblar. Sual 2: Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh ayrıca təsərrüfatda ayrılmışlarsa, yaşadıqları ev kimin və kimlər tərəfindən neçənci ildən tikilməyə başlanmış və hansı tarixdə tikilişi yekunlaşmışdır? (Mümkünsə, bu barədə şahidlərin iştirakı ilə akt tərtib edilsin) Cavab 2: Kərimbəyli kənd İƏÜN-si X3 rəhbərliyi ilə 18 may 2022-ci il tarixdə Aşağı Yağlıvənd kəndində yuxarıda adları çəkilən vətəndaşların birgə yaşadıqları ev yaxın qonşuları və həmin evin tikintisində iştirak edən ustaların iştirakı ilə tərtib edilən akta əsasən həmin ev Aşağı Yağlıvənd kənd sakini X18 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyun ayında tikintisi başlanmış və həmin ilin sentyabr ayında başa çatmışdır. Sual 3: İcra nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərildiyi kimi, həmin tikintisi aparılmış torpaq sahəsi Cavabdeh adına Aşağı Yağlıvənd kənd bələdiyyəsi tərəfindən nə vaxt ayrılmışdır? (Mümkünsə, cavab məktubuna bələdiyyənin torpaq sahəsinin ayrılması ilə bağlı iclas protokolunun surəti əlavə edilsin) Cavab 3: Həmin torpaq sahəsi Cavabdeh adına 2003-cü ildə ayrılmışdır. Bələdiyyə tərəfindən həmin torpaqla əlaqədar verilən sənədlər məktuba əlavə edilmişdir. Sual 4: Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh birgə tikdikləri həmin ev üzrə təsərrüfat kitabında başqa hansı əmlak qeydiyyata alınmışdır? Cavab 4: Hacıyevlər ailəsinin birlikdə (akta əsasən) tikdirdikləri həmin ev üzrə təsərrüfat kitabında 2013-cü ildə onların adlarına 1 inək və 1 bala olmuşdur. 2014-cü ildən hal-hazıra kimi onların adlarına mal-qara qeydə alınmamışdır. 2017-ci ildən 2019-cu ilə kimi qazel markalı maşınları olmuş, lakin təsərrüfat kitabında qeydə alınmamışdır. İşdəki 22 fevral 2003-cü ildə Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi sədrinin müavini D.Vəliyev, bələdiyyə üzvləri C.Məmmədov, M.Qarayev, S.Səfixanov, İ.Əzimov, kənd sakinləri Cavabdeh, qonşusu Eldar Hacıyevin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, komissiya üzvləri Cavabdeh ərizəsini nəzərə alıb onun yaşadığı ünvana getmiş və baxış keçirmişdir. Hacıyev Mətləbin ailəsinin himayəsində yaşayır, komissiya belə qərara gəlir ki, Cavabdeh atası ilə bir həyətdə yaşamaları məqsədə uyğun deyil, ona görə ki atasına verilən həyətyanı torpaq sahəsi normadan azdır. Buna görə də komissiya Cavabdeh bələdiyyə mülkiyyətindən olan inkişaf sahəsində qanunla müəyyən olunmuş normada 0,12 hektar həyətyanı torpaq sahəsinin verilməsini məqsədə uyğun sayır. İşdəki Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 03 mart 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışın surətindən görünür ki, Aşağı Yağlıvənd kənd sakini Cavabdeh həyətyanı torpaq sahəsi alması barədə ərizəsinin nəzərə alınması və ona kəndin gələcək inkişafı üçün ayrılmış torpaq sahəsindən 0,12 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İşdəki Füzuli Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2007-ci il tarixində 27 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar – xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X10 ataları Cavabdeh yanında qalmaları qət edilmişdir. İşdəki Füzuli RİHB Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 09 dekabr 2019-cu il tarixli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə uyğun olaraq, hər iki valideynin – Cavabdeh və İddiaçı yaşadıqları evə Komissiya tərəfindən baxış keçirilmiş, onların həyat şəraiti müayinə olunmuş, müvafiq qaydada akt tərtib olunmuşdur. Müayinə zamanı müəyyən olunmuşdur ki, hazırda Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus kürsülü, 4 otaq və 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır. İşdəki Füzuli RİH yanında fəaliyyət göstərən X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının (Qəyyumluq və Himayəçilik orqanının) sədri Ramiz Behbudov tərəfindən təsdiq edilmiş 24 noyabr 2019-cu il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh mənzil-məişət şəraiti ilə bağlı onun həyat şəraitinə, yaşadığı Aşağı Yağlıvənd kəndində yerləşən yaşayış mənzilinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh kürsülü, 4 otaq, mətbəx və dəhlizdən ibarət olan özünə məxsus fərdi yaşayış evində yaşayır. İşdəki Füzuli RPŞ-nin 28 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Cavabdeh xx.xx.2023-cü ildə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, onun adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli müraciətinə əsasən aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 1) JN-192A əsasında Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi ərazisində 0,32 ha ümumibirgə mülkiyyətdə (6 nəfər); 2) JN-345 əsasında Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi ərazisində 1,48 ha ümumibirgə mülkiyyətdə (6 nəfər). İşdəki Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 30 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ilə nikahına xitam verilməsi və birgə nikahdan olan uşaqlarının onun himayəsində qalması tələbi üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında uşaqların valideynlərindən hansının himayəsində qalması barədə rəy verməsi üçün iş Füzuli RİHB Aparatı yanında X2 İşləri üzrə və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Komissiya tərəfindən Cavabdeh uşaqları ilə birlikdə yaşadıqları evə baxış keçirilən zaman yaşadığı evdə ailə üzvləri ilə birlikdə yaşaması faktına əsaslanaraq evin Cavabdeh məxsus olması qeyd olunmuşdur. Əlavə olaraq bildirir ki, Füzuli Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadında uşaqların valideynlərinin hansının himayəsində qalması barədə rəy verməsini Komissiyadan xahiş etmişdir. Tərəflərin əmlakı barədə məlumat verilməsi Komissiyanın səlahiyyəti xaricində olduğu üçün Komissiya tərəfindən sözügedən əmlak barədə ətraflı araşdırma aparılmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə iddiaçı cavabdeh ilə birgə nikah dövründə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində cavabdehin adına olan torpaq sahəsi üzərində birgə tikdikləri evə xərclənmiş 60000 manat pulun yarısı olan 30000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir və həmin mənzilin onların birgə nikahda olduğu dövrdə 2013-cü ildə tikildiyini, həmin evin bələdiyyənin cavabdeh üçün ayırdığı torpaq sahəsində tikildiyini, evin tikilməsi üçün pulun onların birgə nikahkları dövründə birgə büdcədən xərcləndiyini bildirir. Cavabdeh isə qeyd edir ki, mübahisəli mənzil ona məxsus torpaq sahəsində yox, qardaşına məxsus torpaq sahəsində atası tərəfindən qardaşı üçün tikilmişdir, onun özünə məxsus torpaq sahəsində hər hansı tikili mövcud deyil, onların qazancı birgə nikah dövründə ev tikmələri üçün yetərli olmamışdır. Füzuli Rayon Məhkəməsi isə 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsində iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17757 manatın tutulması nəticəsinə gəlmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 2007-ci ildə cavabdeh ilə ailə həyatı qurmuş və 2013-cü ilə kimi cavabdehin atası X18 ilə birgə sonuncunun Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki evində yaşamışlar. 2003-cü ildə Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən cavabdehə fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 2013-cü ilin iyun-sentyabr aylarında fərdi yaşayış evi tikilərək başa çatdırılmışdır. Tərəflər 2013-2019-cu illərdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmışlar. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev 2013-cü ildə onun və sabiq əri Cavabdeh birgə qazancı hesabına tikilmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirmişdir ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndindəki ev onun atası Mətləbin vəsaiti hesabına tikilmiş, onun və iddiaçının həmin evin tikintisinə heç bir vəsaiti xərclənməmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin mülahizələrini inandırıcı və səmimi hesab etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin ayrılmasına dair Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 3 mart 2003-cü il tarixli qərarının məhz cavabdehin adına verilməsi, iddiaçının 2007-2019-cu illər ərzində cəmi 42724 manat qazanc əldə etməsi, eləcə də Füzuli RİHB-nin Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 43 saylı məktub (İddiaçı və Cavabdeh yaşadıqları fərdi yaşayış evi Füzuli rayonu, Aşağı Yağlıvənd kənd sakini şəxsən X9 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyun ayında tikintisi başlamış və həmin ilin sentyabr ayında başa çatmışdır. Həmin evin tikildiyi torpaq sahəsi bələdiyyənin 2003-cü il tarixli qərarı ilə Cavabdeh ayrılmışdır), eləcə də Füzuli RİHB Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-cu il tarixli rəyində və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd olunanlar (Müayinə zamanı müəyyən olunmuşdur ki, hazırda Cavabdeh Aşağı Yağlıvənd kəndində yerləşən özünə məxsus kürsülü 4 otaq 1 mətbəxdən ibarət olan fərdi yaşayış evində yaşayır. Mənzillərdə yaşamaq üçün normal şərait mövcuddur) onu deməyə əsas verir ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evi tərəflərin birgə vəsaiti hesabına inşa olunmuşdur. İddiaçı bu evin tikintisinə 60000 manat xərcləndiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. İş üzrə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, 10/8387 saylı ekspert rəyində qeyd edilmişdir ki, aparılmış hesablamalar nəticəsində Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evinin tikintisi və təmir işləri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 35514 manat məbləğində müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi bu məbləğin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası bildirir ki, hər iki tərəfin apellyasiya şikayətinin həll edilməsi üçün ilk öncə mübahisəli evin tərəflərin nikahda olduğu dövrdə onların vəsaiti hesabına inşa edilib-edilməməsi müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 06 iyun 2007-ci ildə nikaha daxil olmuş, onların nikahı Füzuli Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hələ tərəflər nikaha daxil olmazdan əvvəl Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 03 mart 2003-cü il tarixli, 02 saylı saylı iclas protokolunun qərarı ilə cavabdehə 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdəki Füzuli RİHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsi Vəkil1 verilmiş 43 nömrəli, 19 may 2022-ci il tarixli arayışda 2-ci və 3-cü suallara verilmiş cavablarda qeyd edilmişdir ki, Kərimbəyli kənd İƏÜN-si X3 rəhbərliyi ilə 18 may 2022-ci il tarixdə Aşağı Yağlıvənd kəndində tərəflərin birgə yaşadıqları evin yaxın qonşuları və həmin evin tikintisində iştirak edən ustaların iştirakı ilə tərtib edilən akta əsasən Aşağı Yağlıvənd kənd sakini X18 və onun ailə üzvləri tərəfindən 2013-cü ilin iyunda tikintisi başlanmış və həmin ilin sentyabr ayında başa çatmışdır. Tikinti aparılmış həmin torpaq sahəsi Cavabdeh adına 2003-cü ildə ayrılmışdır. X24 kənd sakinləri Cavabdeh yaşadığı evin qonşusu X7, X15, X4, usta (bənna) X5 və malyar ustası X11 tərəfindən tərtib edilmiş 18 may 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Aşağı Yağlıvənd kənd sakini Cavabdeh Aşağı Yağlıvənd kənd bələdiyyəsi tərəfindən verilmiş həyətyanı torpaqda 2013-cü ilin iyun ayında şəxsən X18 və onun ailə üzvləri tərəfindən evin tikintisinə başlanmış və həmin tikinti 2013-cü ilin sentyabr ayında başa çatmışdır. Akt Füzuli RİHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X3 yanında tərtib olunmuş və onun tərəfindən təsdiq olunmuşdur. Həmin evin X18 və onun ailə üzvləri tərəfindən inşa edilməsi həm də onu özündə ehtiva edir ki, onun oğlu və gəlini kimi Cavabdeh və İddiaçı (Qarayeva) da evin tikintisində iştirak etmişlər. Bundan başqa, işdəki Füzuli RİHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 02 yanvar 2024-cü il tarixli arayışının surətindən görünür ki, Aşağı Yağlıvənd kənd sakini Cavabdeh Kərimbəyli kənd icra nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 216-cı şəxsi hesab nömrəsində onun adına 2013-cü ildə tikilmiş 96 kv.m daşdan ev və 0,12 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Evə reyestrdən çıxarış alınmadığı üçün evin təsdiqləyici sənədi yoxdur. Bu məlumatlar Kərimbəyli kənd icra nümayəndəliyi hər il təsərrüfatbaşına kitabında uçot aparan zaman ev təsərrüfatları sahibləri ilə sorğu əsasında qeydiyyata alınmışdır. İşdəki Füzuli RİHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 187 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2007-ci ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin tarixdən 2013-cü ilə kimi X18 ilə bir yerdə yaşamışlar. 2013-cü ildə Aşağı Yağlıvənd kənd bələdiyyəsi tərəfindən X9 oğlu Cavabdeh adına olan torpaqda tikilmiş evdə 2019-cu ilin iyulun 23-nə kimi həmin tikilmiş evdə aşağıdakı övladları ilə birgə yaşamışlar: X25 və X19. Beləliklə, Kərimbəyli kənd icra nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 216-cı şəxsi hesab nömrəsində cavabdehin adına 2013-cü ildə tikilmiş 96 kv.m daşdan ibarət evin və 0,12 ha həyətyanı torpaq sahəsinin qeydə alındığı müəyyən edilir. Bununla yanaşı, iş materiallarında 2003-cü ildə cavabdeh üçün Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən ayrılmış 0,12 ha torpaq sahəsində hər hansı tikintinin aparılmamasını göstərən bir sıra sənədlər də mövcuddur. Belə ki, işdəki Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin sədri İlahə Cəfərova, bələdiyyənin sədr müavini Bəxtiyar Hacıyev, bələdiyyənin sabiq sədri İbiş Səfərov, bələdiyyənin sabiq sədr müavini Davud Vəliyev, bələdiyyənin sabiq üzvü Sumbat Səfixanov, kənd sakinləri Ağaşirin Xələfov və Bağban Məmmədovun iştirakı ilə tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Aşağı Yağlıvənd bələdiyyəsinin 03 mart 2003-cü il tarixli, 02 saylı qərarı ilə kənd sakini Cavabdeh 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu gün həmin sahəyə baxış keçirilmiş, sahədə heç bir tikinti və başqa digər işlərin aparılması müəyyən edilməmişdir. Yalnız torpaq sahəsi təbii qarğı və dəmir torla çəpərlənmişdir. Sahədə müxtəlif adda meyvə ağacları əkilmişdir. İşdəki Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 12 nömrəli, 29 avqust 2022-ci il tarixli arayışından görünür ki, 03 mart 2003-cü il tarixli, 02 saylı iclas protokolunun qərarı ilə Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən Cavabdeh verilən 0,12 ha torpaq sahəsində heç bir tikinti işi aparılmamışdır. Mübahisəli evin Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən Cavabdeh ayrılmış 0,12 ha torpaq sahəsində yerləşmədiyinə dair cavabdehin dəlillərini aydınlaşdırmaq üçün Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinə sorğu verilmiş, sorğuda həmin torpaq sahəsinə dair müvafiq ayrıc aktının, yerquruluşu planının və həmin torpaq sahəsinin dəqiq koordinatlarına dair sənədlərin ən qısa müddətdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. Lakin Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən həmin sorğuya hər hansı cavab verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh onda bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin dəqiq koordinatlarını əks etdirən sənədin olub-olmaması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, ona 2003-cü ildə bələdiyyə tərəfindən 0,12 ha torpaq sahəsi verilərkən həmin torpaq sahəsi ilə bağlı ona Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsinin 03 mart 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarış, akt və digər sənədlər verilsə də, həmin torpaq sahəsinin döngə nöqtələrinin dəqiq koordinatlarını özündə əks etdirən hər hansı sənəd verilməmişdir. Bunun səbəbini isə belə izah etmişdir ki, 2003-cü ildə torpaq sahəsi ayrılarkən sənədləşmə natamam aparılmışdır. Lakin hər bir halda bələdiyyə ayırdığı torpaq sahəsinin kəndin hansı hissəsində yerləşdiyini bilir və 18 dekabr 2023-cü il tarixli aktı verə bilir. Göründüyü kimi, cavabdeh istinad etdiyi dəlili təsdiq edən və mübahisəli evin həqiqətən də bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsində yerləşməməsini əks etdirən hər hansı mötəbər sübut təqdim edə bilmir, sadəcə bələdiyyə nümayəndələri tərəfindən tərtib edilmiş, dəqiq koordinatlara əsaslanmayan formal arayışlara istinad edir. Cavabdehin istinad etdiyi həmin hallar isə Kərimbəyli kənd icra nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabında əks olunan qeydiyyat məlumatları və qonşuları tərəfindən tərtib edilərək Kərimbəyli kənd icra nümayəndəsi tərəfindən təsdiq edilən aktla təkzib olunur. Hər bir halda hazırkı işin müəyyən edilmiş hallarından biri ondan ibarətdir ki, Kərimbəyli kənd icra nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabında mübahisəli ev Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh isə apellyasiya məhkəməsinin iclasında evin ona məxsus olmadığı halda necə onun adına qeydə alınması məsələsinə dair hər hansı izah verə bilməmişdir. Beləliklə, iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, mübahisəli ev həqiqətən də tərəflərin birgə nikahda olduğu dövrdə 2013-cü ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində kənd bələdiyyəsi tərəfindən Cavabdeh ayrılmış torpaq sahəsində inşa edilmişdir. Cavabdeh mübahisəli evin məhz X28in vəsaiti hesabına inşa edilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə şahid ifadəsinə istinad etmişdir. İşdəki 03 noyabr 2022-ci il tarixli, 2(064)-1496/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, təxminən 7-8 il əvvəl Anarın atası X17 kəndində tikdirdiyi evdə usta kimi pol işini görmüşdür və həmin vaxt usta pulunu ona Mətləb Hacıyev vermişdir. Məhkəmə kollegiyası bildirir ki, usta pulunun ustaya Mətləb Hacıyev tərəfindən verilməsi həmin evin məhz Mətləb Hacıyevin vəsaiti hesabına tikilməsi demək deyil. Evin tikilməsi üçün xərclənmiş vəsaitin mənbəyini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməli olsa da, cavabdeh bu cür sübutları təqdim etməmişdir. Əksinə, iddiaçı isə 2007- 2019-cu illər ərzində olan əmək haqqı cədvəlini məhkəməyə təqdim etmişdir. İşdəki Azərbaycan Respublikası Təhsil Nazirliyi Füzuli rayon Təhsil şöbəsinin 22 nömrəli, 28 fevral 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2007-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Füzuli rayon Araz Yağlıvənd kənd tam orta məktəbində müəllim işlədiyi dövrdə aşağıdakı kimi əmək haqqı və xəstəlik vərəqəsinə görə müavinət almışdır: 2007-ci il üzrə cəmi 1554 manat, 2008-ci il üzrə cəmi 1401 manat, 2009-cu il üzrə cəmi 1898 manat, 2010-cu il üzrə cəmi 1813 manat, 2011-ci il üzrə cəmi 2398 manat, 2012-ci il üzrə cəmi 4507 manat, 2013-cü il üzrə cəmi 2465 manat, 2014-cü il üzrə 2841 manat, 2015-ci il üzrə 3031 manat, 2016-cı il üzrə 4109 manat, 2017-ci il üzrə 3515,33 manat, 2018-ci il üzrə cəmi 5191,07 manat, 2019-cu il üzrə cəmi 8000,60 manat – cəmi 42724 manat. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin arayışa istinad edilməsinin əsassız olduğunu bildirmiş, bu zaman Füzuli rayon Polis Şöbəsinin müstəntiqi Adil Səmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Qərarında göstərilənlərə istinad etmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli evin 2013-cü ildə inşa edilməsi səbəbindən 2019-cu ildə baş verdiyi iddia edilən hadisələrin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, mübahisəli evin tikintisinə cavabdehin X28 tərəfindən də hər hansısa vəsait qoyulmuş olsa belə, Kərimbəyli kənd icra nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabında mübahisəli ev Cavabdeh adına qeydiyyata alındığından və həmin vəsaitin məhz cavabdehə hədiyyə edilməsini təsdiqləyəcək mötəbər və əyani sübutlar təqdim edilmədiyindən belə qənaətə gəlmək mümkündür ki, həmin vəsait ailəyə edilmiş hədiyyədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından, onun apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırda mübahisəli evin tərəflərin birgə nikahda olduğu dövrdə 2013-cü ildə Füzuli rayon Aşağı Yağlıvənd bələdiyyəsi tərəfindən cavabdeh üçün ayrılmış torpaq sahəsində inşa edilməsi müəyyən edildiyindən, digər araşdırılmalı olan məsələ həmin evin tikintisi üçün çəkilmiş xərcin məbləğidir. İddiaçı həmin evin tikintisinə 60000 manat xərc çəkildiyini bildirmiş, bu səbəbdən evin təmirinə çəkilmiş xərcin yarısı kimi 30000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Evin tikintisinə çəkilmiş xərcin miqdarını müəyyən etmək üçün Füzuli Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(064)-1496/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Cavabdeh faktiki istifadə və sahibliyində olan Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evinin əsaslı tikinti və bərpa işlərinə çəkilən xərc nə qədər məbləğ təşkil edir?”. İşdəki 26 may 2023-cü il tarixli, 10/8387 nömrəli ekspert rəyindən görünür ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evinin əsaslı tikinti və təmir işləri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 35514 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 26 may 2023-cü il tarixli ekspert rəyi ilə razılaşmayan iddiaçı tərəf yazılı vəsatət verərək, rəyin həqiqəti əks etdirmədiyini bildirmiş, iş üzrə təkrar ekspertizanın təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qərardadı ilə iddiaçının təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması haqqında vəsatəti rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət versə də, həmin vəsatəti əsaslandırmamışdır. Bununla yanaşı, təkrar ekspertiza keçirilməsi üçün “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əsaslar hazırda mövcud deyil. İddiaçı apellyasiya şikayətinin də əsas dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən öz qətnaməsində evin kifayət qədər şəraitli təmirli olduğu halda ekspertin qiymətləndirdiyi dəyərinin kifayət qədər aşağı olmasını aşkar etsə də, verilmiş ekspertiza vəsatəti təmin edilməmiş, təkrar ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, təkrar ekspertizanın təyin edilməsinə dair iddiaçının vəsatətinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi tərəfindən MPM-in tələblərinə uyğun əsaslandırılmış qərardad qəbul edilmişdir. Belə ki, MPM-in 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İddiaçı ekspert rəyi ilə müəyyən edilən məbləğlə razı olmadığını bildirsə də, evin həqiqi dəyərinin daha yüksək olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən fərdi yaşayış evinin tikintisi və təmir işləri üçün çəkilmiş xərcin ümumi dəyərinin təqribən 35514 manat məbləğində müəyyən edilməsi və məhz həmin məbləğin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, yəni cavabdehdən iddiaçının xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17757 manatın tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi iş üzrə ekspertə ödənilməli olan 50 manat pulun 25 manatının cavabdehdən, qalan 25 manatının isə iddiaçıdan tutulması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-140/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-140/2024
24.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver