Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1401/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı Əbdülkərim oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh İmamverdi oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-921/2023 saylı qətnaməsindən cavabdehin nümayəndisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Əbdülkərim oğlu iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 24000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Cavabdeh İmamverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh 23 yanvar 2017-ci il tarixdən 17 mart 2017-ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 ay 22 gün müddət, 17 mart 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək ev dustaqlığında olduğu 5 ay 3 gün müddət, ümumilikdə 7 ay 5 gün müddəti nəzərə alınaraq və onun hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Cavabdeh İmamverdi oğlu qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək, ona 2 il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə hökm çıxarılmışdır. O, məhkəmə gedişində 21 iyun 2017-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, Cavabdeh İmamverdi oğlu ona dəymiş zərəri ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Buna baxmayaraq, Cavabdeh İmamverdi oğlunun qohumları yenə də onu aldadaraq dələduzluq əməllərinə əl ataraq ondan 4 ay möhlət istəmişlər və o, bunlara inanaraq ərizəyə imza atmış, amma ona dəymiş zərər bu günədək ödənilməmiş, hökmdən sonra cavabdeh telefon zənglərinə cavab verməmişdir. Sonuncu məhkəmə prosesi xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş və 1(103)- 900/2020 nömrəli qərar verilərək onun apellyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunan qərardan da görünür ki, Cavabdeh ondan 24000 manat pul alıb geri qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ondan 24000 manat məbləğində pul tələb edir. İddiaçı sübutetmənin əsası kimi Bakı Apellyasiya Məhkəməsinin 1(103)-900/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına istinad edir və bildirir ki, ona dəymiş zərərin tərəfindən ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəni o xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş, həmin vaxt guya onun qohumları onu aldadaraq, etibarından sui istifadə etməklə, ondan 4 ay möhlət istəmişlər və o həmin ərizəni yazaraq məhkəməyə təqdim etmişdir. İddiaçının öz ərizəsində göstərdiyi bu dəlillər işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçının hüquq-mühafizə orqanlarına yazdığı ilk ərizədə ondan ümumilikdə 24000 manat pul aldığı və həmin məbləğdən 3500 manatını geri qayardığını göstərilmişdir. Yəni hələ 2017-ci ildə iddiaçı şikayətə başladığı vaxt ona qarşı 20500 manat məbləğində tələblə çıxış etmişdir. 2017-ci ildə barəsində cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etdiyi zaman iddiaçıya 5000 manat məblğində ödəniş həyata keçirmişdir. Məhz tərəfindən ziyanın ödənilməsinə dair hərəkətlər edildiyi əsaslara görə məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Həmin vaxt iddiaçı məhkəməyə ziyandan 5000 manat ödənilməsi barədə ərizə də vermişdir. Sonradan cinayət işi çərçivəsində tərəfindən iddiaçıya 5500 manat pul da ödənilmiş və iddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, ona qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdir. Hazırda iddiaçı 24000 manat ziyan tələb edir. Aşağıdakı dəlillərdən görünür ki, iddiaçının tələbi əsassızdır. İddiaçının ilkin şikayət ərizəsində ziyanın ödənilməmiş hissəsinin 20500 manat olması öz təsdiqini tapır. Deməli 24000 manat tələb əsassızdır, onun barəsində aparılmış cinayət işi çərçivəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəmə iclasında ziyandan 5000 manat ödənilməsinə dair mötəbər sübutlar mövcuddur. Deməli həmin vaxt ziyanın ödənilməmiş hissəsi 15500 manat olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı ziyanın tam ödənilməsi və hər hansı iddia, tələbinin olmamasını bildirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəni 2017-ci ilin sonlarından etibarsız hesab etsə də, onu mübahisələndirməmiş və həmin vaxtdan artıq 6 il vaxt keçmişdir. Pulun alındığı və iddiaçının aldadıldığını bilməsi vaxtı isə 2012-ci ilə təsadüf edir ki, həmin vaxtdan artıq 10 il keçmişdir. İddiaçının şikayəti üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi əsası ilə xitam verilmişdir. Bu qədər vaxt ötürüldükdən sonra iddiaçının mülki qaydada tələb irəli sürərək ondan 24000 manat ziyan tələb etməsi öz-özlüyündə əsassızdır. İddiaçı ilkin şikayətində onun tərəfindən ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bir halda ki, o, iddiaçının etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etmişdirsə, bu halda ziyan tam ödənilmədiyi halda iddiaçı ziyanın ödənilməsinə dair ərizəni nəyə güvənərək yazardı? Bu dəlil də onu təsdiq edir ki, iddia tələbi əsassızdır. Apellyasiya məhkəməsinin qərarında onun iddiaçı qarşısında 24000 manat məbləğində ödənilməmiş məbləğin qalması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM 82.4-cü maddə). Qanunvericiliyin bu normasına əsaslanaraq, iddiaçının istinad etdiyi cinayət işi materialları üzrə hadisənin baş verməsinin sübuta yetirildiyini bildirmək mümkündür. Həmin cinayət işi üzrə mülki iddia olmadığından məhkəmə yekun qərarında borcun olub olmaması və borcun məbləği barədə konkret nəticəyə gəlməmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivindən 1(101)-926/2017 saylı iş üzrə X4 ilkin şikayət ərizəsinin, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının, ittiham aktının surətlərinin əldə edilməsi zərurəti vardır. Qeyd edilən sənədlərdən görünür ki, iddiaçı ilkin şikayətində ondan ümumilikdə 24000 manat aldığını və həmin məbləğdən 3500 manat hissəsini qaytardığını, qalan 20500 manat pulunun qaytarılmadığını bildirmişdir. Bundan başqa ittiham aktında və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında onun Namiq Almasova əlavə olaraq 5000 manat ödəməsi və məhz ziyanın bir hissəsinin ödənilməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi zərurətinin olması öz təsdiqini tapır. Əgər onun iddiaçı qarşısında ödənilməmiş borcu qalsaydı, onda o cinayət işi çərçivəsində ona qarşı mülki iddia tələbi irəli sürərdi. Bir halda ki, o mülki iddia irəli sürməyib, deməli iddiaçıya onun borcu ödənilmişdir. İddiaçı kifayət qədər savadlı bir şəxsdir və zamanında ona qarşı mülki iddia qaldırmamasına dair dəlil də onun ziyanının tam ödənilməsini təsdiq edir. Eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində onun bu hüququ məhkəmə tərəfindən ona izah edilmişdir. O bu hüququndan tam məlumatlı olmuşdur. İddiaçının notarial qaydada təsdiq etdiyi ziyanın tam ödənilməsinə dair ərizə mövcuddur ki, bu bir əqddir. Mülki qanunvericiliyin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İddiaçının mövqeyinə görə həmin əqd aldatma nəticəsində bağlanılmış əqddir. Nə qədər ki, həmin ərizə məhkəmə qaydasında etibarsız hesab edilməyib, deməli qüvvədədir. İddiaçı bu iddiadan əvvəl məhkəmədə həmin ərizənin etibarsızlığını mübahisələndirməli və ərizənin etibarsız sayılmasına dair qüvvəyə minmiş məhkəmə qərarı əsasında pul tələbi irəli sürə bilərdi. İddia tələbinin əsassısızlığına dair tərəfindən qeyd edilən dəlillər mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əks halda belə çıxır ki, istənilən bir şəxs borcu və yaxud da ziyanı aldıqdan bir müddət sonra yazdığı ərizəni etibarsız hesab edə bilər və yenidən pul tələbi irəli sürə bilər. Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, cavabdehdən 15500 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya 15500 manat ödəyəcəyi barədə notarial qaydada təsdiq edilmiş 18 may 2017-ci il tarixli ərizə verməsindən sonra onun qalan məbləği ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh daha sonra iddiaçıya 5500 manat ödədiyini göstərsə də, nə həmin məbləğin, nə də digər qalan məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması olaraq “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 4 və 6-cı bəndləri pozulduğu göstərilmişdir. MPM-in 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Bu normaların tələbi özündə onu ehtiva edir ki, cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Deməli, mülki iş üzrə məhkəmə ziyanın tam ödənib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində qəbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Birinci instansiya məhkəməsinin qətnaməsində belə izahlı əsaslandırma mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərdə göstərilmişdir ki, Cavabdeh Xəzər rayon Polis İdarəsinin müstəntiqi K.Rəhimova yazdığı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində İddiaçı Əbdülkərim oğluna 15500 manat məbləğdə borcunun qaldığı bildirilir. Eyni zamanda, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 2 ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizələrdən biri notarial təsdiq olunmuş, digəri isə əl ilə yazılmış ərizə idi. Hər iki ərizədə İddiaçı ona dəymiş maddi ziyanın tam ödənildiyini və Cavabdeh qarşı hər hansı iddia və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib ki, guya cavabdeh tərəf xx.xx.2017-ci il tarixli 15500 manat borcun qalmasına dair ərizədən sonra borcun ödənilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş həmin ərizələri niyə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə öz qərarında cavabdeh tərəfin dəlili olaraq yalnız İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizələrə istinad etdiyini göstərmişdir. Sual yaranır ki, əgər İddiaçı həmin 15000 manat ödənilməsəydi, notarial qaydada təsdiq edilmiş və əl ilə yazılmış eyni məzmunlu ərizəni məhkəməyə təqdim edərdimi? İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair ərizələrin məhkəmənin diqqətindən kənarda qalması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, 03 oktyabr 2023-cü il tarixli 2(022)- 921/2023 nömrəli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, yuxarıda qeyd edilən normanın bu mübahisənin həllinə tətbiq edilməsi və həmin maddi hüquq normaları əsasında mübahisənin iddiaçının xeyrinə həll edilməsi ədalətsizıikdir. Belə ki, apellyasiya şikayətinin əsas dəlillərini Cavabdeh barəsində aparılmış cinayət işi üzrə ziyanın ödənilməsi təşkil etdiyi halda, apellyasiya məhkəməsi öz qərarında həmin dəlilərə qiymət verməmişdir. İşin hallarından və iş materiallarından görünür ki, iddiaçıya pul ödənilməsinə dair üç fərqli dəlil mövcuddur. Bu dəlillər a) ilkin ödənilən 3500 manat; b) həbs qətimkan tədbiri ilə əlaqədar ödənilmiş 5000 manat; c) ziyanın tam ödənilməsi ilə bağlı əllə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələr. Məhkəmə birinci və ikinci dəlillərə düzgün qiymət vermiş, üçüncü dəlil üzrə isə yalnış nəticəyə gəlmişdir. İddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, Cavabdeh qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək, aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdi. Əgər iddiaçı doğru danışırsa, onda nədən 15500 manat deyil, 24000 manat pul tələb edir? MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də, cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub olmaması hissəsində məcburidir. Deməli, mülki iş üzrə məhkəmə ziyanın tam ödənilib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində qəbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1887/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya insiyansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). 54. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında istinad edilən ifadə “zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklində deyil, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklindədir. Digər tərəfdən həmin qərarda o da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Gələcəkdə buna dair heç bir şikayəti və tələbi olmayacaqdır. Həmçinin iş materiallarında İddiaçı Əbdülkərim oğlu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminə ünvanlanmış əlyazma ərizənin surəti vardır (iş v. 36). Həmin ərizədə ona dəymiş maddi ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxs X5 qarşı şikayəti və tələbi olmadığı, gələcəkdə də olmayacağı bildirilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxsin dəymiş ziyanı tam olaraq ödədiyi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilən hazırkı işlə əlaqəli olan hallara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməməklə bərabər İddiaçı Əbdülkərim oğlunun ərizələrinə də qeyd edilən prosessual hüquq normasının tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı iş materiallarının 32-ci səhifəsindəki ərizəni işə xitam verilməsi üçün istintaq dövründə müstəntiqə vermişdir. İddiaçı hazırda ondan əlavə pul tələb edir. İddiaçıdan 24000 manat məbləğində pul almış və borcunu ona nağd şəkildə ödəmişdir. Təəssüf ki, ondan heç bir yazılı qəbz almamışdır. 15500 manat məbləğində pulu Biləsuvar Rayon Məhkəməsinin qabağında ona ödəmiş və orada onlardan başqa heç kim olmamışdır. 5500 manat məbləğində pul notariusda ödənilmişdir. Özü 1 ay həbsdə olmuş və sonra ev dustaqlığına keçirilmişdir. İddiaçı onunla münasibəti yaxşı olmayan insanlar tərəfindən öyrədildiyi üçün iddia qaldırmışdır. Beləcə, iddiaçıya pulu tam olaraq ödəmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, hökm çıxarılana qədər ona heç bir ödəniş edilməmişdir. Cavabdehin özü, ailəsi ona şikayətini geri götürməyi üçün yalvarmış və ərizə yazacağı təqdirdə pulunu ödəyəcəklərini bildirmişlər. Lakin ona ödəniş edilməmişdir. Cavabdehə 24000 manat məbləğində pul vermişdir. Cinayət işi gedənə qədər hissə-hissə 3500 manat ödənilmişdir. Daha sonra 5000 manat qohumları ona verərək ərizə yazmağını xahiş etmişlər. Ərizəni cavabdeh demiş, özü isə yazaraq imzalamışdır. Cavabdeh həmin zaman azadlıqda olmuş, arvadı ondan xahiş etmiş, oğlu Belarusiyadan ona bununla bağlı zəng etmişdir. Cavabdehə verdiyi pulun qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-921/2023 saylı qətnaməsi tam ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. İŞİNHALLARİ: İşdə olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-30/2017 nömrəli qərarından görünür ki, İddiaçı Əbdülkərim oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsində Cavabdeh ona dəymiş 24000 manat ziyandan 8500 manatını ödəməsi və 15500 manatı isə istintaq dövrü zamanı ödəməsinə etirazının olmaması göstərilmişdir. Məhkəmə, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edərkən işin digər halları ilə yanaşı, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən, yəni 8500 manat ödənilməsini nəzərə almışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş Xəzər rayon polis idarəsinə yazdığı ərizəsindən görünür ki, Muradov X6 Namik Əbdülkərim oğluna 15500 manat məbləğində pul borcu olduğunu və həmin məbləği 4 ay müddətinə ödəyəcəyini qeyd etmişdir. İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli ərizələrinə görə Cavabdeh heç bir tələbi və iddiası olmadığını və Cavabdeh tərəfindən ziyanın ona tam ödənilməsini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-900/2000 saylı qərarından görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, zərərçəkimiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; MM-in 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə; MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci madəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya diqqətə çatdırır hazırkı iddia tələbi İddiaçı Əbdülkərim oğlunun Cavabdeh qarşı 24000 pul tələbi barədədir. Göründüyü kimi, cavabdeh tələb edilən pul məbləğini iddiaçıya tam olaraq ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin izahatı və işdə olan sübutların müqayisəli təhlili əsasında kifayət qədər araşdırma aparılmamış və işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş İddiaçı Əbdülkərim oğlunun 21 iyun 2017-ci il tarixli sadə yazılı və notarial qaydada təsdiq edilmiş ərizələrinə görə o, Cavabdeh heç bir tələbi və iddiası olmadığını və sonuncu tərəfindən ziyanın ona tam şəkildə ödənilməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hazırkı iş üzrə cavabdehin dəymiş ziyanı ona tam olaraq ödədiyi, heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Həmçinin kollegiya iddiaçının göstərilən 15500 manat pulun ona qaytarılmasına dair ərizələri cavabdeh və qohumları tərəfindən edilmiş xahiş əsasında yazılması və əslində həmin məbləğin geri qaytarılmaması barədə dəlili hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Nəhayət, kollegiya tərəflər arasında münasibətlərin hüquqi təbiətinə qiymət verərək hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən və cavabdeh tərəfindən ona mübahisəli pul vəsaitinin qaytarılmasının təsdiqinə dair ərizələri həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi dəyərləndirilməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, X2 apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 81 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh İmamverdi oğluna verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-921/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X3 Cavabdeh İmamverdi oğluna qarşı pul tələbinə dair iddia rədd edilsin. İddiaçı X2 apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh İmamverdi oğluna verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1401/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1401/2024
22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver