Məhkəmə qərarları › İş №2(106)-1413/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1413/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1413/2023 21.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2(041)-923/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2(041)-923/2023 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia təmin edilmiş, Cavabdeh Ağsu X2 idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 020793 nömrəli akt etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 432 manat borc məbləği onun hesabından silinməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2(041)-923/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətləri öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron imza ilə imzalanmaqla elektron kabinet vasitəsilə verilməmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Kürdəmir Rayon Məhkəməsi 17 iyul 2023-cü il tarixli qaərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun qaydada verilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə apellyasiya şikayətlərinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-923/2023 saylı, 19 iyun 2023-ci il tarixli qətnaməsindən iddCavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar