Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1423/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı oğlunun Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən akt üzrə əsassız hesablanmış 3110.40 manat borcun abonent hesabından (abonent hesabı **********00420) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(041)-970/2025 saylı (Hakim: Xaliq İmanov) qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat əlavə hesabat aparılması, qalan 2592 (iki min beş yüz doxsan iki) manatın İddiaçı hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadı ilə, apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra Cavabdeh İB tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadından şikayət verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-970/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(041)- 970/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh həmin qərardaddan şikayət vermişdir. Halbuki MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarından da göründüyü kimi, məhkəmə qərardaddan verilmiş şikayətlərə 3 gün müddətində yazılı icraat qaydasında baxmalı, şikayət təmin edilmədiyi halda həmin qərardadı baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərir. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadından cavabdeh tərəfindən şikayət verilsə də, məhkəmə həmin qərardaddan verilən şikayətə baxmamış, sonradan qərardad qəbul etməklə apelyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki məhkəmə elə 18 iyul 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytarmışdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin geri qaytarılması onun verilməsi ilə bağlı hüquqi nəticələri də aradan qaldırdığından, məhkəmə geri qaytarmanın əsası olan 18 iyul 2025-ci il tarixli qərardadından verilən şikayəti yoxlamalı, əgər həmin qərardadını ləğv edərsə iş materiallarını apelyasiya şikayəti ilə birlikdə baxılması üçün göndərməlidir. Belə olan halda kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli, mülki iş materialı Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadından Cavabdeh İB tərəfindən verilən şikayətə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı Kürdəmir Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(041)-970/2025 saylı qərardadından Cavabdeh İB tərəfindən verilən şikayətə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1423/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1423/2025
28.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver