Məhkəmə qərarları › İş №2(106)-1455/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1455/2023

30.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1455/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsı hаkimlər – Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, mülki iş üzrə qərardaddan verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(050)-374/2023 nömrəli qətnaməsi üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti vermənin qanunla müəyyən olunmuş müddətini keçirdiyindən həmin müddətin bərpa olunması barədə vəsatət də qaldırmışdır. Həmin məhkəmənin 31 may 2023-cü il tarixli və 04 iyul 2023-cü il tarixli qərardadları ilə, uyğun olaraq, yuxarıda gösrərilən vəsatət təmin olunmamış və bu barədəki qərardaddan verilmiş şikayət də təmin edilməmiş və mülki prosessual qanunun tələbinə uyğun olaraq göstərilən şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya həmin şikayəti yoxlayaraq belə qənaətə gəlir ki, şikayətə mahiyyəti üzrə baxmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən şikayət ərizələrinin göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsi isə apellyasiya şikayəti verilən zaman bu qaydaya əməl olunmamanı həmin apellyasiya şikayətinin qaytarılması üçün əsaslardan biri kimi müəyyən edir. Belə vəziyyət məhkəmə kollegiyasını qeyd olunan apellyasiya şikayətinə baxmaq üçün prosessual imkanlardan məhrum edir. MPM-in 366-cı maddəsinin tələblərinə görə isə, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdursa apellyasiya şikayəti, qəbul olunmamış hesab edilir və belə hallarda apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad çıxarılır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası MPM-in 10-1.3, 263, 264, 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul olunmasın. Şikayətin Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar