Məhkəmə qərarları › İş №2(106)-1456/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1456/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1456/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-912/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18690 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2022-ci ilin əvvəllərində ona müraciət edərək özü üçün şəxsi biznes qurmaq istədiyini və bununla əlaqədar ona pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin may ayında o, cavabdehə 3400 manat, həmin ilin sentyabr ayında 3000 manat, 2023-cü ildə 12600 manat, 2024-cü ilin yanvar ayında isə 200 manat pul vermişdir. Cavabdeh ondan aldığı pulu bir müddət sonra qaytaracağını bildirsə də, ona indiyə qədər cəmi 510 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin ona 18690 manat borcu vardır. Cavabdehin ondan aldığı pulu qaytarmaması səbəbindən dəfələrlə ona müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-912/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 6700 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin 36 faizinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 147 manat pulun 36 faizi-52 manat 92 qəpik məbləğin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil oğlu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddianın 4480 manat hisəsində təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: xx.xx.2025-ci il tarixli 3-13-111/2-13712/25 saylı Şirvan şəhər polis şöbəsinin məktubundan görünür ki, İddiaçı Rafael oğlu xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng Mərkəzinə tanışı Cavabdeh borc qismində verdiyi 200 manat pulu geri ala bilmədiyi barədə müraciətlər etmişdir. Bununla bağlı tərəflərindən araşdırılma aparılmış, vətəndaş İddiaçı Rafael oğluna aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah olunmuş və bu barədə rəsmi məktubla cavab verilmişdir. İddiaçı Rafael oğlunun müraciəti əsasında toplanmış materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, əvvəlcədən tanıdığı Ramil adlı şəxsə özünə xırda biznes qurması üçün iki dəfə ümumilikdə 200 manat pul vermişdir. Borcunu qaytarmağı qısa müddətə vəd versə də, geri qaytarmamışdır. Pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı Rafael oğlunun müraciəti əsasında toplanmış materiala əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, İddiaçı noyabr-dekabr aylarında aldığı 200 manat pulu Şirvan dayanacağında gecə saat təxminən 1-in yarısı gətirib vermişdir. Yanvar ayında İddiaçı ondan o pulun üstündə əlavə olaraq 50 manat sələm almışdır. 13 yanvar 2023-cü il tarixli Şirvan şəhər prokurorluğunun İddiaçı Rafael oğluna ünvanlandığı məktubdan görünür ki, material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokuroru tərəfindən öyrənilərkən Şirvan şəhər polis şöbəsinin Təhqiqat Bölməsinin sabiq baş təhqiqatçısı Vüqar Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ramil Qurbanzadə ilə aralarında yaranmış mübahisə mülki xarakterli olmaqla həlli məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. 22 sentyabr 2022-ci il tarixli Şirvan şəhər polis şöbəsinin cinayət işinin rədd olunması haqqında qərarının surətindən görünür ki, İddiaçı izahatında göstərmişdir ki, təxminən 2 il bundan əvvəl tanıdığı Ramil Qurbanzadə yaxınlaşıb kiçik biznes qurduğunu və həmin biznesdən gəlir əldə edilməsi üçün pul lazım olduğunu bildirmişdir. Ramil Qurbanzadənin dedikləri onun fikrini cəlb etmiş və Ramilə biznesi barədə ətraflı məlumat verməsini bildirmişdir. Ramil ona “faberlic”dən ətriyyat aldığını və onları sataraq gəlir əldə edəcəyini geyd etmiş, o, Ramilin sözlərinə inanmış və Ramil ilə birlikdə biznesə qoşulmuşdur. Sonra Ramilə 300 və 500 manat pul vermiş, Ramil onun verdiyi pulların hesabda qalacağını və qazanc olaraq 80 manat verəcəyini bildirmiş, bir müddət keçdikdən sonra Ramil ona 80 manat pul vermişdir. Ramil ilə işə başladığı bu günə kimi 20000 manat pul xərcləmiş, təxminən 2000 manat pul əldə etmişdir. xx.xx.2022-ci il tarixdə Ramil ona zəng edərək 20000 manat məbləğdə borcu qaytarmaq üçün Bakı şəhərinə işləməyə getdiyini bildirmiş, o, Ramildən pulu nə vaxt qaytaracağını soruşmuş, Ramil ona xx.xx.2022-ci il tarixdə Şirvan şəhərinə gələrək 8000 manat pul verəcəyini və qalan pulla isə biznesi davam etdirəcəklərini bildirmişdir. Həmin vaxtdan Ramildən heç bir məlumat əldə edə bilməmiş və Ramil ona olan 20000 manat borcu ödəməmişdir. Ramilə verdiyi 20000 manat pulun 5000 manatını keçmiş arvadı Vüsalə İsayevadan borc aldığını qeyd etmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş və özündə tərəflər arasında telefon danışıqlarını əks etdirən “Flashkart”a baxış keçirilmişdir. Səs yazılarına baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh “bu ay 15-ində 200 verəcəm, bir də ayın axırı 200 verəcəm, bu 400 manat temasını bağlayaq, gələn aydan, sentyabrdan həftədə bir dəfə görüşək 100 manat verim sənə” deməsinə cavab olaraq İddiaçı “Ramil, 3 ildir bu yolu gedirik, yayda kərpic zavoda gəldin 20 dənə yüzlük saydım, 1400 də bir vermişəm. Ramil, ayı 500 manatdan 19000 manat pul 4 ilə gedib çıxır” deyə bildirir. Cavabdeh da “bilirəm sən yığmağı bacarırsan, mən bacarmıram” deyə cavab verir. İddiaçı “Ramil, imkanın olsa təzə ildən o pulu biraz qaldırarsan” deməsinə cavab olaraq Cavabdeh “hə də onu təzə ildən edərik, bir dənə bu 5-6 ayı 300 manat ödəyim” deyə bildirir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Cavabdeh İddiaçı 18690 manat məbləğində pul almamışdır. İddiaçı 6700 manat sələmə pul almış, ona 38000 manata yaxın pul qaytarmışdır. Onun İddiaçı borcu qalmamışdır. İddiaçı telefonda ona hədə-qorxu gəlməsinə görə o, Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması haqqında rədd qərarında öz ifadəsində İddiaçı 6800 manat borc pul aldığını etiraf etmişdir, İddiaçı “Whatsapp” proqramı vasitəsi ilə Cavabdeh belə bir mesaj yazaraq “Ramil sən mənə cəmi 1500 manat pul vermisən vəssalam, kötükdəndə 510 manat pul vermisən, ifadəsin yazmışdır. Bundan başqa hüquqların Cavabdeh İddiaçı “1 Bank” vasitəsi ilə xx.xx.2024-cü iltarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024- cü il tarixdə 20 manat, cəmi 310 manat ödəmişdir. Məhkəmə qətnaməsində iddianı qismən yəni 6700 manat hissəsində təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla Şirvan şəhər polis şöbəsində etiraf etdiyi 6800 manat puldan 1500 manat+510 manat+310 manat, cəmi 2320 manat Cavabdeh tərəfindən İddiaçı ödəmiş olsa da, Şirvan Şəhər Məhkəməsi obyektiv araşdırma aparmamış və heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh İddiaçı 4480 manat borcu qalmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh 20 ildir ki, tanıyır və onunla heç bir düşmənçiliyi yoxdur. Cavabdeh biznesinin olduğunu bildirərək ondan borc olaraq 19000 manat məbləğdə pul almışdır. Həmin məbləğdən sadəcə 510 manat məbləğində ödəniş edib. Hazırkı mülki işdə olan “Whatsapp” yazışmaları onunla cavabdeh arasında olmuşdur. Bütün pulları nağd olaraq, ən çoxu 300 manat miqdarında olmaqla vermişdir. Cavabdeh tərəfindən 6700 manat məbləğdə pulun qaytarılmasına da razıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iş üzrə sübut qismində təqdim etdiyi “Whatsapp” yazışmaları onunla iddiaçı arasında olmuşdur. Cavabdeh yazışma zamanı hər dəfə onu təhqir etmiş, o isə pullarını artıqlaması ilə ödəmişdir. İddiaçıdan cəmi 6700 manat pul almış və bunu da həmişə etiraf etmişdir. Həmin məbləğ ayrı-ayrı vaxtlarda aldığı pulların cəmidir. İddiaçıdan həftəlik və aylıq olaraq pul almışdır. İddiaçı ən çox məbləğ olaraq birdəfəyə 1500 manat borc almışdır. “Whatsapp” yazışmasında qeyd olunan 1500 manat məbləği iddiaçıya borcun ödənilməsi üçün deyil, borc verməyə razılaşdığı üçün vermişdir. Ancaq 510 manatı borcun ödənilməsi üçün vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi zamanı bank ödəniş qəbzlərini təqdim etməmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən araşdırılma gedərkən 6700 manat məbləğində qətnamə qəbul olunur. İddiaçıla Cavabdeh arasında “Whatsapp”da yazışmalar mövcuddur və orada İddiaçı bildirir ki, Cavabdeh ona 1500 manat və 510 manat məbləğində ödəniş edib. Müəyyən vaxtlarda “Birbank” vasitəsi ilə İddiaçı cəmi 310 manat olmaqla müəyyən vaxtlarda hissəhissə ödənişlər edib. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissəsində yoxlanılmasını düzgün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ: Məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilməlidir ki, MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərkibi bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. ƏSASLANDİRMA: “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi müəyyən etmişdir ki, İddiaçı iddiasının 6700 manat məbləğ hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, ondan isə yalnız Cavabdeh şikayət vermişdir. Beləcə, qətnamə həmin hissədə mübahisələndirilmişdir. Cavabdeh apellyasiya şikayətində ödəniş olaraq göstərdiyi 1500 manat məbləğdə pulu verdiyi izahatında iddiaçıya borcun ödənilməsi üçün deyil, borc verməyə razılaşdığı üçün verdiyini göstərmiş, iddiaçı isə öz növbəsində həmin məbləğdə borcun qaytarıldığını qəbul etmir. Eyni zamanda “Whatsapp” yazışmalarının məzmununa nəzər saldıqda (səh. 67) həmin məbləğin bir neçə dəfə fərqli konteksdə istifadə edilməsi aşkar görünür və onun konkret olaraq borc qarşılığında qaytarılan məbləğ olmasını da dəqiq müəyyən etmək olmur. Bununla yanaşı, Cavabdeh tərəfindən İddiaçı borcun ödənilməsi üçün 510 manat məbləğdə pul vəsaitinin verilməsi təsdiqini tapmışdır. Bu həm “Whatsapp” yazışmalarında, həm də tərəflərin izahatları ilə etiraf edilir. Bundan başqa, 310 manat məbləğində pul vəsaitinin İddiaçı Rafael oğluna ödənilməsinə dair qəbzlər birinci instansiya məhkəməsində təqdim edilmədiyindən hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Whatsapp” yazışmalarında öz əksini tapmış faktlar tam və hərtərəfli şəkildə araşdırılmamış, orada etiraf olunan borcun 510 manat hissəsinin qaytarılmasının təsdiqini tapmasına rəğmən yekun qənaətə gələrkn bu hal nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Habelə MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-912/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, Cavabdeh 6190 manat (6700 manat- 510 manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Habelə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-912/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək Cavabdeh tutulan pul vəsaitinin məbləği dəyişdirilərək 6190 (altı min yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar