Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1482/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Kapital Bank ASC-dən illik faiz dərəcəsi 19,19% olmaqla götürdüyü 10680 manat məbləğində kreditin məbləğinin ½ hissəsinin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə Füzuli Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan 2 uşaq- xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-ci il təvəllüdlü X4 doğulmuşdur. Aralarında olan nikah Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hər uşağa görə əmək haqqının ½ miqdarında aliment ödəyir. Uşaqlar ananın himayəsindədir. Nikahda olduğu dövrdə xx.xx.2022-ci tarixli müqavilə üzrə Kapital Bank ASC-dən illik faiz dərəcəsi 19,19% olmaqla 10680 manat məbləğində kredit götürmüşdür. Lakin aralarında bağlanmış nikah aktı xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə pozulduqdan sonra krediti ödəməkdə çətinlik çəkir. Cavabdeh krediti ödəməkdə köməklik göstərmir. Birinci instansiya məhkəməsində iddiaçı izahatında bildirmişdir ki, Kapital Bank ASCdən 10680 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləği Cavabdeh avtomobil alınması və digər ailə xərclərinin qarşılanması üçün verilmişdir. Hazırda da həmin krediti iki ilə yaxındır ki, vaxtlı-vaxtında Kapital Bank ASC-yə ödəyir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditdən onun məlumatı yoxdur. İddiaçının krediti nə məqsədlə götürüb və hara xərclədiyini bilmir. İddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə Kapital Bank ASC-dən 10680 manat məbləğində götürdüyü kreditin ½ hissəsi, yəni 5340 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən birbaşa maddi hüquq normasına əsaslanmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə iddianı təmin edərkən işə yalnız nigaha rəsmi şəkildə xitam verildiyi tarixi əsas tutaraq, işə qeyri-peşəkar yanaşmış, iddianın mahiyyətinə diqqət yetirməmişdir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nigah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Əvvəldən izahatında bildirdiyi kimi iddiaçı götürdüyü 10680 manat krediti ailəsi üçün istifadə etməyib, şəxsi istifadəsi üçün sərf etmişdir. Bundan başqa, iddiaçı kredit götürdüyü tarixdən əvvəlki tarixdə məhkəməyə boşanmaq üçün yazdığı 23 sentyabr 2022-ci il tarixli ərizəsində, ailə münasibətlərinin çoxdan pozulduğunu, həmin vaxtdan evdən çıxıb atası evində yaşadığını, cavabdehlə heç bir münasibətinin olmadığını özü qeyd etmişdir. Həmin ərizəni məhkəmə baxışı zamanı məhkəməyə təqdim etsə də məhkəmə bunu nəzərə almamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirdi ki, iddiaçının götürdüyü kreditdən onun məlumatı olmamışdır. Nə məqsədlə götürdüyünü bilmir. Həmin pulu uşaqlarına da xərcləməyib. Cavabdeh izahatında iddiaçının sözügedən kreditin cavabdehin avtomobil alınması və digər ailə xərclərinin qarşılanması üçün götürüldüyü barədə göstərdiklərinə mövqeyini bildirərək qeyd etmişdir ki, iddiaçı kredit götürdüyü vaxtdan əvvəldən onunla faktiki ailə münasibətləri pozulmuşdur, ona görə kredit ailə ehtiyaclarına xərclənə bilməzdi. İddiaçı boşanmaq üçün yazdığı ərizəsində də ailə münasibətlərinin çoxdan pozulduğunu, həmin vaxtdan evdən çıxıb atası evində yaşadığını, cavabdehlə heç bir münasibətinin olmadığını göstərmişdir. Bundan başqa, Füzuli rayon İcra Hakimiyyəti başçısının 1 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan da bəlli olur ki, X2 2022-ci ilin yanvar ayından yaşayış yerini tərk edib, qəsəbədə yaşamır. Avtomobili isə o, iddiaçının krediti götürməsindən əvvəl, Azərmaş MMC ilə aralarında bağlanmış Daxili lizinq müqaviləsi üzrə “Öhdəliklərin ötürülməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə”yə uyğun olaraq əldə etmişdir. Avtomobil lizinqdədir, aylıq ödənişlər edilir. Avtomobil ona, iddiaçı kredit müqaviləsini imzalamazdan əvvəl, xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı hazırki tələbində, Kapital Bank ASC-dən götürdüyü 10680 manat məbləğində kreditin məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının bildirdiyinə görə xx.xx.2022-ci tarixli kredit müqaviləsinə əsasən İddiaçı Kapital Bank ASC-dən illik faiz dərəcəsi 19,19% olmaqla 10680 manat məbləğində kredit götürmüşdür. Təqdim edilmiş sənədlərdən görünür ki, kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2026-cı ildə başa çatır. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddianın qanuni əsasını göstərməmiş, rəhbər tutduğu qanunlar və digər hüquqi aktlara istinad etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, birgə nikah dövründə ümumi ailə ehtiyacları üçün götürülmüş və ödənilməsi başa çatmamış (ödənilməmiş) bütöv kredit məbləğinin ½ hissəsinin nikahda olmuş ərin (arvadın) birindən digərinə (borcalana, iddiaçıya) ödənilməsinin qanuni əsası yoxdur. Bu baxımdan qətnamə qanunsuz və əsassızdır. Bununla yanaşı, Kollegiya aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan qanunvericilikdə birgə nikah dövründə əldə edilmiş əmlak bölünərkən birgə nikah dövründə əldə edilmiş borcun ər-arvadın ümumi borcları hesab olunmaqla həmin borcda onların paylarının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında qeyd edildiyi kimi, əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ərarvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. (“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı, bənd 6.35) Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı, bənd 6.40). Hazırki tələbində iddiaçı onun tərəfindən götürülmüş kreditin cavabdehin avtomobilinə sərf edildiyini bildirmişdir. Cavabdeh verdiyi izahatda göstərmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri iddiaçı kredit götürdüyü vaxtdan əvvəldən pozulmuşdur. Ona görə kredit ailə ehtiyaclarına xərcləndiyi sübuta yetirilmir. Həmçinin iddiaçı boşanmaq üçün yazdığı ərizəsində də ailə münasibətlərinin çoxdan pozulduğunu, həmin vaxtdan evdən çıxıb atası evində yaşadığını, cavabdehlə heç bir münasibətinin olmadığını göstərmişdir. Füzuli rayon İcra Hakimiyyəti başçısının 1 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan da bəlli olur ki, X2 2022-ci ilin yanvar ayından yaşayış yerini tərk edib, qəsəbədə yaşamır. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, o, avtomobili iddiaçının krediti götürməsindən əvvəl, Azərmaş MMC ilə aralarında bağlanmış Daxili lizinq müqaviləsi üzrə “Öhdəliklərin ötürülməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə”yə uyğun olaraq əldə etmişdir. Avtomobil lizinqdədir, cavabdeh tərəfindən qrafikə uyğun olaraq aylıq ödənişlər edilir. Avtomobil cavabdehə, iddiaçı kredit müqaviləsini imzalamamışdan əvvəl, xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Məhkəmə işin bu hallarına da qiymət verməmişdir. Bununla yanaşı, hazırki tələbində iddiaçı onun tərəfindən götürülmüş kreditin tərəflərin ümumi borcu hesab edilməsi, yaxud borcda paylarının müəyyən edilməsini deyil, borcun (o cümlədən) ödənilməmiş borcun yarısının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə də bu tələbi əsassız olaraq təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(064)-497/2024 sаylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1482/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1482/2024
03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver