Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-15/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı(sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X24 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, Kürdəmir rayon X9, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə və Cavabdeh1 qarşı “keçirilmiş hərracın nəticələri barədə protokolların etibarsız hesab edilməsi, icarə müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Böyük Kəngərli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı1 verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli arayışdan görünür ki, İddiaçı1 özünə və ailəsinə məxsus 15 baş iri buynuzlu, 140 baş xırda buynuzlu heyvanı var. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Böyük Kəngərli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı3 verilmiş 13 09.2021 -ci il tarixli, 98 nömrəli arayışdan görünür ki, İddiaçı3 özünə və ailəsinə məxsus 12 baş iri buynuzlu, 120 baş xırda buynuzlu heyvanı var. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Böyük Kəngərli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı2 verilmiş xx.xx.2021-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, İddiaçı2 özünə və ailəsinə məxsus 15 baş iri buynuzlu, 90 baş xırda buynuzlu heyvanı var. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş Kürdəmir ravon X16 ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Kürdəmir rayon X16 Kürdəmir rayonu Bağman kəndi ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində icarə müddəti xx.xx.2035-ci il tarixədək müəyyən edilməklə Cavabdeh1 icarəyə vermişdir. Həmin icarə müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X24 Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə xx.xx.2020-ci il tarixli iclasının 12 nömrəli protokolundan görünür ki, komissiya tərəfindən Kürdəmir ərazisində yerləşən X6 mülkiyyətinə aid 30000 kv.metr və ya 3 hektar torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə keçirilən müsabiqədə hərracda iştirak edən 3 şəxsin, X14, X2 və Cavabdeh1 ibarət siyahı təsdiqlənmiş və Cavabdeh1 müsabiqədə 105 manat ən yüksək təklif verərək hərracın qalibi olmuşdur. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş Kürdəmir rayon X16 ilə Cavabdeh1 arasında bağlanmış 17.01,2020-ci il arıxlı icarə müqaviləsindən görünür ki, icarəyə verən Kürdəmir rayon X16 Kürdəmir rayonu Bağman kəndi ünvanında yerləşən ümumi sahəsi 9,75 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində icarə müddəti xx.xx.2035-ci il tarixədək müəyyən edilməklə Cavabdeh1 icarəyə vermişdir. Həmin icarə müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və həracının nəticələri barədə xx.xx.2020-ci il tarixli iclasının 13 nömrəli protokolundan görünür ki, komissiya tərəfindən Kürdəmir ərazisində yerləşən X6 mülkiyyətinə aid 97500 kv.metr və ya 9,75 hektar torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə keçirilən müsabiqədə hərracda iştirak edən 3 şəxsin, Əmrahov Valeh - Əliqardaş oğlu, X21 və Cavabdeh1 ibarət siyahı təsdiqlənmiş və Cavabdeh1 müsabiqədə 342 manat ən yüksək təklif verərək hərracın qalibi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il olan ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Bağman kəndində yerləşən Kürdəmir rayon X6 mülkiyyətində olan 3,0 ha torpaq sahəsi Cavabdeh1 xeyrinə hüquqi yüklü edilərək Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il olan ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Bağman kəndində yerləşən Kürdəmir rayon X6 mülkiyyətində olan 9,75 ha torpaq sahəsi Cavabdeh1 xeyrinə hüquqi yüklü edilərək Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28.11,2007-ci il tarixdə verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 VÖEN **********2 nömrə ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayonu X6 16 01.2020-ci il tarixdə keçirilmiş birinci iclasının 1 nömrəli protokolunun surətindən görünür ki, 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə X9 üzv seçilmiş və bələdiyyə üzvlərindən X11 bələdiyyə sədri, X5 bələdiyyə sədrinin müavini seçilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Ucar Ərazi Şöbəsinin xx.xx.2021-ci il tarixli, 916 saylı məktubdan görünür ki, Kürdəmir rayonu X16 tərəfindən müsabiqəyə çıxarılaraq Cavabdeh1 örüş məqsədilə icarəyə verilmiş 3,0 ha və 9,75 ha torpaq sahəsinin icarəçi tərəfindən məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati protokol yazılmış və haqqında inzibati tənbehvermə qərarı tətbiq edilərək 500 manat cərimə edilmiş və tətbiq edilmiş cərimə tam olaraq dövlət büdcəsinə ödənilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-1(120)-99/2025 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kürdəmir rayonu Cəyli Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 9,75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet portalı olan “emlak.gov.az” saytından əldə olunan məlumata əsasən, 16 yanvar 2020-ci il tarixinədək Kürdəmir rayonu X6 mülkiyyətində olan kənd təsərrüfatı (heyvandarlıq) təyinatlı, İV qrup örüş, torpaq sahələrinin hərraca çıxarılma vaxtı barədə məlumat sayt üzərindən yerləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Hərracların Təşkili uzrə X24 ərzi Torpaq müsabiqə və hərrac komisiyasınin 16 yanvar 2020-ci il tarixli torpaq müsabiqə və hərracın nəticələri barədə 12 və 13 saylı protokolların etibarsız hesab edilməsi, cavabdeh Kürdəmir rayon X16 və Cavabdeh1 arasında Kürdəmir rayon Notoriat Ofisində 17 yanvar 2020ci il tarixdə bağlanmış icarə müqavilələrinin,18 fevral 2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respubllkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktubundan görünür ki, mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyrtri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmış və hüquqmüəyyənedici və texniki sənədlərin təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı, habelə tədqiqat obyektinə baxış keçirilməsinin yeni tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı təqdirdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şıxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəyi bildirilmişdir. Mülki iş üzrə birinci instasniya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-139/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün həmin qərardad "X26 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. “X26 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 70 nömrəli mütəxəssis rəyi "X26 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli, 88 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş daxil olmuşdur. İddiaçı1 göstərmişdir ki, Kürdəmir rayon X6 21 noyabr 2019-cu il tarixdə keçirilmiş iclasda Bələdiyyənin icarə predmeti olan 3,0 ha torpaq sahəsinin kənd təsərüfatinin inkişafı (örüş) üçün məşğul olmaq üçün icarəyə verilməsi məqsədi ilə açıq müsahibə keçirilməsi, müsabiqədə icarənin aşağı həddinin hər hektar üçün 30 manat ümumi məbləğin 90 manat olmaqla icarə müddəti 15 il müəyyən edilməsi, müsabiqənin keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Hərracların Təşkili uzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komisiyası arasında müqavilə bağlanması barədə qərar verilmişdir. Həmin gün keçirilmiş iclasda cavabdeh Kürdəmir rayon X6 icarə predmenti olan 9,75 ha torpaq sahəsinin kənd təsərüfatinin inkişafı (örüş) üçün məşğul olmaq üçün icarəyə verilməsi məqsədi ilə açıq müsabiqə keçirilməsi, müsabiqədə icarənin aşağı həddinin hər hektarı üçün 30 manat, ümumi məğləğin 292,5 manat olmaqla icarə müddətinin 15 il müəyyən edilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Hərracların Təşkili uzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması barədə qərar verilmişdir. Hərrac komissiyası həmin torpaq sahələrini 16 yanvar 2020-ci il tarixdə hərraca çaxarmış 12 və 13 saylı protokollara əsasən Cavabdeh1 müsabiqənin qalibi hesab etmişdir. Bundan sonra cavabadeh Kürdəmir rayon X16 Cavabdeh1 ilə Kürdəmir rayon Notariat Ofisində 17 yanvar 2020-ci il tarixdə icarə müqavilələri bağlayaraq 3 ha torpaq sahəsini 105 manat və 9.75 ha torpaq sahəsini 342 manat icarə haqqı ödəmək şərti ilə 15 il müddətinə icarəyə vermişdir. Cavabdeh1 9,75 ha torpaq sahəsinə icarə hüququ 18 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 3 ha torpaq sahəsinə 18 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Belə ki, hərracda icarəyə çıxarılan kənd təsərrüfatı (örüş) təyinatlı torpaq sahələri X6 mülkiyyətində olmaqla onların yaşadığı Bağman kəndinin ərazisində verilməsinə baxmayaraq hərrac komissiyası kəndin özünüidarəetmə orqanlarının yerləşdiyi ərazilərində torpaq sahəsinin icarəyə verilməsi barədə elanlar vurmamış, faktiki olaraq hərracda heç kəs iştirak etmədiyi halda torpaq sahələri həmin vaxt bələdiyyə sədri işləmiş Vidadi Pirişovun qardaşı Cavabdeh1 formal icarəyə verilmişdir. Hərracın nəticələri barədə protokollarda iştirakçı kimi göstərilən X14 və X1 rayonu X6 keçmiş sədri X12 və Cavabdeh1 əmisi oğulları, X21 isə əmiləridir. Hərrac keçirilməsi yolu ilə icarəyə verilən torpaq sahələri əhalinin sıx yaşadığı ərazidə olmaqla həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və Balakişiyev X15 Habil Cəfər oğlu ilə eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirib Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Hərracların Təşkili uzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komısıyasınin 16 yanvar 2020-ci il tarixli torpaq müsabiqə və hərracın nəticələri barədə 12 və 13 saylı protokolların etibarsız hesab edilməsi, cavabdeh Kürdəmir rayon X18 və Cavabdeh1 arasında Kürdəmir rayon Notoriat Ofisində 17 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqavilələrinin, 18 fevral 2020-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə teleqram göndərib hal-hazırda Bakı şəhərində müalicə alması ilə əlaqədar xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, Kürdəmir rayon X9 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X28 ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu, Bağman kənd orta məktəbində müəllim işləyir. 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Kürdəmir rayon X6 üzvü seçilib. 2019-cu ilin dekabr ayında bələdiyyələrə keçirilən seçkilərə kimi həmin bələdiyyənin üzvü olmuşdur. X6 üzvü olduğu müddətdə Bələdiyyə Torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı X10 30 avqust 2019-cu il tarxdə keçirilən ümumi iclasında iştirak etməmiş və həmin iclasın protokoluna imza etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(041)-139/2022 saylı qətnaməsi ilə, iddianıın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili uzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komisiyasının 16 yanvar 2020-ci il tarixli torpaq müsabiqə və hərracın nəticələri barədə 12 və 13 saylı protokolların etibarsız hesab edilməsi, cavabdeh Kürdəmir rayon X16 ilə Cavabdeh1 arasında Kürdəmir rayon Notariat Ofisində 17 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqavilələri və həmin icarə müqavilələrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 verilmiş 18 fevral 2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli Çıxarışların etibarsız hesab edilməsi qərara alınmışdır. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinn 1-ci bəndinə, 109-cu maddəsinə, 4-cü maddəsinin 1-ci bəndinə, 16-cı maddəsinin 5ci bəndinə, 5-ci bəndinin 2-ci abzasına, Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 18-ci maddəsinə, 19-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 78.1, 80 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(041 )-139/2022 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birincisi, ona görə ki, iddiaçıların bu iddianı vermək (subyektiv) hüquqları yoxdur. İşdən görünür ki, qanuni istifadəsinə verilmiş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Bunu təsdiq edən əlində müvafiq çıxarış və plan ölçülər var. Bundan başqa işdən görünür ki, məhkəmə müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etsə də, yalnız özəl, yəni hər hansı bir MMC-yə məxsus verilmiş mütəxəsis rəyi ilə kifayətlənmişdir. Həmin rəy göründüyü kimi, qanunsuz və əsassızdır. Belə ki, əvvəla onun qarşısında qoyulmuş suallardan açıq-aşkar görünür ki, həmin sualları yalnız iddiaçılara münasibətdə və ya mütəxəsissə aid olmayan suallar qoyulmuşdur. Misal üçün: “Azərbaycan Respublikası ƏMDK yanında HT üzrə AM Ucar ərazi Torpaq müsabiqə və hərrac komisiyasının” keçirmiş olduğu iclasın qanunauyğun olub - olmadığı barədə sual qoyulmuşdur. Həmin suala məhz həmin mütəxəssis cavablandırmışdır ki, qanunauyğun deyil və sair. İkincisi, mütəxəssisin verdiyi rəylə razı deyildir. Ona görə ki, ölçmə işləri onun iştirakı olmadan keçirilmişdir. Bundan başqa həmin mütəxəsis rəyi əlində olan plan ölçüdə göstərilən kordinatlara tamamilə ziddir. Belə ki, həmin kondinatlarda yerləşən həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaqlardır və Bələdiyyənin mülkiyyətindədir. Üçünüsü, o, sahibkar kimi qeydiyyatdadır. xx.xx.2007-ci il tarixdə verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən (iş materiallarına əlavə edilmişdir) bunu görmək olar. Bu da onu deməyə əsas verir ki, onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş torpaq sahəsidir. Bütün bunlardan başqa məhkəmə heç bir ekspertiza rəyi olmadan, yalnız mütəxəssis rəyinə əsaslanaraq, iş üzrə ekspertiza rəyi almadan, icra müqaviləsinin qüvvədə olub-olmadığı, iddiaçıların bu iddianı vermək üçün subyektiv hüquqları olmadığı təqdirdə və iddianın birinci instansiya məhkəməsinə aid olubolmadığını aydınlaşdırmamışdır. Hesab edir ki, məhkəmə ən azından bu faktlara münasibət bildirməli idi. İşdən görünür ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasları barədə ümumiyyətlə ona rəsmi qaydada məlumat verilməmişdir. Yalnız bir dəfə məlumat verilmişdir ki, həmin iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə teleqram vuraraq iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almamış, əksinə olaraq iddiaçıların mənafeyi daha üstün götürərək iddianı tam təmin etmişdir. Beləliklə işə tam, obyektiv və hərtərəfli baxılmamışdır. Ona görə də, Kürdəmir rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(041)- 139/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, 2(041)-139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, 2(041)- 139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 16-cı maddəsinin birinci bəndinə əsasən yay və qış otlaqları xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. 16-cı maddəsinin ikinci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırda buynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. 16-cı maddəsinin dördüncü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 16-cı maddəsinin beşinci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 51-cı maddəsinin birinci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasının artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləridir. 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 11.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir. 66-cı maddəsinin ikinci bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəyi verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Kollegiya hazırkı mübahisənin həlli zamanı aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. İşə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(041)-139/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Kürdəmir rayon X19 tərəfindən Cavabdeh1 icarəsinə torpaq sahəsi verilərkən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, X16 ilə Cavabdeh1 arasında notariat qaydasında təsdiq edilmiş İcarə müqaviləsi səlahiyyəti olmayan şəxs, yəni X6 keçmiş sədri X22 tərəfindən imzalanmışdır. Kürdəmir rayonu X16 ilə Cavabdeh1 arasında X6 mülkiyyətində olan və Bağman kəndi ərazisində yerləşən 3 ha və 9,75 ha torpaq sahələrinin Cavabdeh1 icarəyə verilməsi barədə notariat qaydasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə müqavilələrinin heç bir hüquqi əsası yoxdur. Həmçinin Cavabdeh1 onun icarəsinə qanunvericiliyin tələbləri pozulmaqla verilmiş torpaq sahəsindən hazırda təyinatı üzrə istifadə etmir. Bundan başqa Kürdəmir rayon X16 tərəfindən Cavabdeh1 icarəsinə bələdiyyə mülkiyyətində olan və Bağman kəndi ərazisində yerləşən torpaq sahəsi verilərəkən həmin torpaq sahəsinin ümumi istifadədə olan örüş sahəsi olması nəzərə alınmadan torpaq sahəsinin hüquqi statusu dəqiq məyyən edilməmiş və əhalinin ümumi istifadəsinə ayrılacaq örüş yerləri hesablanarkən kənd əhalisinin mal-qarasının sayı nəzərə alınmamışdır. İddiaçıların yaşadığı Bağman kəndinin ümumilikdə heyvan sayı nəzərə alınmamış, kənd üzrə ehtiyat fonda ayrılması üçün örüş yeri olmadığı halda, Cavabdeh1 X16 tərəfindən verilmiş 3,0 ha və 9,75 ha torpaq sahələri kəndin ümumi istifadəsində olan örüş yeri olmaqla, ümumi istifadədə olan örüş yerlərinin Cavabdeh1 icarəyə verilməsi qanunvericiliyə uyğun deyildir. Halbuki iş materiallarında olan torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlarla yanaşı, hazırkı işin dayandırılmasına səbəb olan 2-1(120)-99/2025 saylı inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki və yerquruluşu ekspertizalarının keçirilməsi təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və həmin ekspert rəyi əsasında müəyyən edilmişdir ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Torpaq sahələrinin bonitet balı və keyfiyyət qrupu örüş torpaqlarına uyğundur. Eyni zamanda qeyd olunmuşdur ki, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin kateqoriyası və uçodiyası elektron baza məlumatlarına uyğun olaraq qeyd edilmişdir. Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi idarənin elektron baza məlumatlarında mütəxəssis tərəfindən aşkar olunmamışdır. Torpaq sahələrinin ümumi istifadə olub-olmaması barədə idarənin elektron baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin 16-cı maddəsinin: 1-ci bəndinə əsasən yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. 2-ci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 5-ci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları və fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar icarəyə verilə bilər. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, Cavabdeh1 tərəfindən icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığını təsdiq edən hallar arasında yer alır. Lakin cavabdehin torpaq sahəsini təyinatına uyğun istifadə etməməsi mövcud mübahisə ilə əlaqəli deyildir. Xüsusilə, bu cür hallar mövcud mübahisə ilə bağlı tələblərin əsasını təşkil etmədiyi üçün, mübahisə yalnız icarə müqaviləsi, müvafiq olaraq həmin müqaviləyə əsasən verilmiş torpaq sahəsinin istifadə şərtləri və bu müqavilənin hüquqi qüvvəsi ilə əlaqədar məsələlər üzrə dəyərləndirilə bilər. Bu baxımdan, hərracın nəticələri barədə protokolun etibarsız sayılması və icarə müqaviləsi ilə bağlı çıxarışların etibarsızlığı məsələləri, müvafiq hüquqi təhlil və qiymətləndirmə tələb edən ayrı-ayrı mübahisələr olaraq ayrılmalıdır. Qanunvericiliyə uyğun olaraq, torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi, yalnız torpaq istifadəçisi tərəfindən qanunla müəyyən edilmiş öhdəliklərə riayət olunmaması halında müvafiq hüquqi nəticələr doğura bilər, amma bu, mövcud iddia üzrə tələb olunan əsaslılığın təmin edilməsi məqsədilə nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Kürdəmir rayonu X9 məxsus 3,0 ha və 9,75 ha torpaq sahəsinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar olaraq keçirilmiş hərrac prosedurunun qanuni olub-olmamasına aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Müsabiqə sözünün leksik mənası və izahı iştirakçıların içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış hesab olunur. Hərrac sözünün leksik mənası və izahı isə bir mülkün, əşyanın ən çox pul verənə təqdim etmək üzrə açıq satışa çıxarılması başa düşülür. Bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 3-cü bəndinin 2-ci hissəsinə görə bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən (əvvəlki redaksiya ilə) təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra - "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələr iləyayılmasını təşkil edir. Həmin Qaydaların 8-ci bəndinə əsasən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, müsabiqə və hərrac - əşyanın, o cümlədən əşyaya hüququn ən çox pul verənə təqdim etmək üzrə açıq satışa qoyulmasından ibarətdir və hərrac təşkilatçısı tərəfindən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər və sözügedən “Qaydalar”da hərrac təşkilatçısının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələrində yayılmasını təşkil etməsindən başqa, hərracda iştirak etmək istəyən şəxslərin başqa digər qaydada məlumatlandırılması nəzərdə tutulmayıb. Eyni zamanda, hərracın nəticələrinə görə hərracda 3 nəfər iştirak etsə də, cavabdeh hərracın qalibi elan olunub və hərracın iştirakçıları tərəfindən hərrac təşkilatçısına hər hansı bərabər təkliflər irəli sürülməyib. Belə olan halda mübahisəli torpaq sahəsinin hərracdan icarəyə verilməsi zamanı bələdiyyənin ərazisində daimi yaşayan şəxslərin, o cümlədən iddiaçıların hər hansı üstünlükləri olmayıb və onların hər hansı mənafeyi pozulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet portalı olan “emlak.gov.az” saytından əldə olunan məlumata əsasən, 16 yanvar 2020-ci il tarixinədək Kürdəmir rayonu X6 mülkiyyətində olan kənd təsərrüfatı (xüsusilə heyvandarlıq) təyinatlı torpaq sahələri ilə bağlı elan rəsmi şəkildə sayt üzərindən yerləşdirilmişdir. Bu bir daha sübut edir ki, hərracın keçirilməsi ilə bağlı elanların kütləvi informasiya vasitələrində yerləşdirilməsi torpaq icarəsi prosesində şəffaflıq və açıqlığın təmin olunmasına xidmət etmişdir. Elanın açıq platformada dərc olunması bütün maraqlı şəxslərə bərabər informasiya əlçatanlığı yaratmışdır. Bu hal hərracın ictimaiyyətə açıq şəkildə keçirildiyini və heç bir tərəfə üstünlük verilmədiyini göstərir. Beləliklə, torpaq sahələrinin icarəyə verilməsi prosesi şəffaf və ədalətli qaydada təşkil olunmuşdur. Eyni zamanda sübut növü olaraq "İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli, 70 nömrəli mütəxəssis rəyinə istinad etmişdir. Rəydə qeyd olunmuşdur: “1.Cavabdeh1 Kürdəmir rayon X16 tərəfindən verilmiş torpaq sahəsi ümumi istifadədə olan kənd təsərrüfatlı təyinatlı örüş otlaq torpaq sahəsinə aiddir, kordinatları yerində müəyyən edildi. 2. Cavabdeh1 Kürdəmir rayonu X16 tərəfindən verilmiş torpaq sahəsinin icarə müqaviləsinə əsasən 15 il müddətinə verilmiş 3,0 ha və 9,75 ha torpaq sahəsi Cavabdeh1 təyinatı üzrə qanunvericiliyə uyğun verilməmişdir və həmin torpaq sahəsindən Cavabdeh1 hazırda təyinatı üzrə istifadə etmir. Bundan başqa onun icarəsinə verilməmiş ümumi istifadədə olan 10,50 ha örüş torpaq sahəsini zəbt edərək faktiki istifadə edir." Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli, 70 nömrəli mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi əsas götürmüşdür. Lakin ekspertin səlahiyyəti yalnız torpaq sahəsinin yerində ölçülməsi və təyinatının müəyyən edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyə uyğunluğun qiymətləndirilməsi hüquqi məsələ olmaqla ekspertin funksiyalarına daxil deyil və belə məsələlərin həlli yalnız məhkəmənin səlahiyyətindədir. MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu daşınmaz əmlak üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verilməsini tələb edə bilər. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu qeydiyyat tarixli, **********42 reyestr nömrəli çıxarışa əsasən, Kürdəmir rayonu, Bağman kəndi ərazisində yerləşən 9.75 ha torpaq sahəsi, xx.xx.2019-cu il tarixli, **********43 reyestr nömrəli çıxarışa əsasən 3.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinat torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. Bağman kəndinin inzibati ərazisində yerləşməsinə dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində Kürdəmir rayon X16 tərəfindən Cavabdeh1 icarəsinə bələdiyyə mülkiyyətində olan və Bağman kəndi ərazisində yerləşən torpaq sahəsi verilərkən həmin torpaq sahəsinin ümumi istifadədə olan örüş sahəsi olması nəzərə alınmadan topaq sahəsinin hüquqi statusu dəqiq məyyən edilməməsi, əhalinin ümumi istifadəsinə ayrılacaq örüş yerləri hesablanarkən kənd əhalisinin mal-qarasının sayı nəzərə alınmaması, iddiaçıların yaşadığı Bağman kəndinin ümumilikdə heyvan sayı nəzərə alınmamış, kənd üzrə ehtiyat fonda ayrılması üçün örüş yeri olmadığı halda, Cavabdeh1 X16 tərəfindən verilmiş 3,0 ha və 9,75 ha torpaq sahələri kəndin ümumi istifadəsində olan örüş yeri olmaqla, ümumi istifadədə olan örüş yerlərinin Cavabdeh1 icarəyə verilməsi barədə gəldiyi qənaət iş materiallardan da göründüyü kimi hüquqi və əsaslı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədr Vidadi Pirişov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1 və 211.2-ci maddələri bələdiyyələrin səlahiyyət müddətini və bu müddətin necə hesablanmasını müəyyən edir: Seçki Məcəlləsinin 211.1-ci maddəsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Həmin Məcəllənin 211.2-ci maddəsində göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Nəticə olaraq, əvvəlki sədr (Vidadi Pirişov), yeni bələdiyyə ilk iclasını keçirənədək, yəni 16 yanvar 2020-ci ilə qədər tam hüquqla və qanuni səlahiyyətlə fəaliyyət göstərməkdə davam etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X24 Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə xx.xx.2020-ci il tarixli iclasının 12 nömrəli protokolundan görünür ki, komissiya tərəfindən Kürdəmir ərazisində yerləşən X6 mülkiyyətinə aid 30000 kv.metr və ya 3 hektar torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə keçirilən müsabiqədə hərracda iştirak edən 3 şəxsin, X14, X2 və Cavabdeh1 ibarət siyahı təsdiqlənmiş və Cavabdeh1 müsabiqədə 105 manat ən yüksək təklif verərək hərracın qalibi olmuşdur. Vidadi Pirişov hələ də səlahiyyətli bələdiyyə sədri idi və Seçki Məcəlləsinə əsasən səlahiyyətləri o tarixdə davam edirdi. Ona görə də onun həmin müqaviləni imzalaması qanunidir, heç bir səlahiyyət aşımı yoxdur, əksinə, qanuni səlahiyyətlərin icrasıdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi səlahiyyət müddəti məsələsini düzgün müəyyən etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə dair hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması və hərracın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kürdəmir rayonu X16 ilə Cavabdeh1 arasında bağlanmış Kürdəmir rayon Notariat Ofisində 17 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqavilələri etibarlı əqddir, ləğv olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-139/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-15/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-15/2025
30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver