Məhkəmə qərarları › İş №2(106)-1506/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1506/2025

26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1506/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 72/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Ağcabədi RPŞ-nin xx.xx.2024-cü il tarixli, 60/2-M-15355/24 saylı İddiaçı oluna ünvanlanmış məktubundan görünür ki, 10 və 12 iyun 2024-ci il tarixində onun Ağcabədi RPŞ-yə yazdığı ərizələri əsasında araşdırma aparılmış, araşdırma zamanı tələbinin mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh Ağcabədi RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı ona 3500 manat və 2500 manat olmaqla iki dəfə ümumilikdə 6000 manat pul vermişdir. Həmin pulun 5700 manatına torpaq sahəsi alınmış, 300 manatına isə dəmir alınmışdır. Ümumilikdə evə torpaqla birlikdə 22500 manat pul qoyulmuşdur. 600 manat pulu isə Masallıya gedərkən müalicə alması üçün İddiaçı ona vermişdir xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 43350 manat pulu ödəməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil xidmətləri üçün 800 manat dövlət rüsumu ödənilmişdir xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 222 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borca görə 44.000 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 222 manatın, cəmi 45.022 (qırx beş min iyirmi iki) manatın Cavabdeh alınaraq, X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Masallı rayonunun İsgəndərli qəsəbəsində tikilmiş yaşayış evinin tikintisinə, mal-materialın alınmasına və sair xərcə görə 31.000 manatın, borca görə Cavabdeh verdiyi 5.350 manatın, cəmi 36.350 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 222 manatın, toplam olaraq 37.372 manatın Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin mart ayının 27-də Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ər-arvad kimi yaşamağa başlamışlar. Bu müddət ərzində Ağcabədi rayonu Salmanbəyli kəndində yerləşən pay torpağında müvəqqəti tikdiyi evdə yaşamışlar. Birgə yaşayış dövründə uşaqları olmamışdır. Cavabdeh təklifi ilə onun üçün Masallı rayonunda ev tikməyi planlaşdırmışlar. 2019-cu ilin noyabr ayında bu məqsədlə Xanpəriyə 6000 manat vermiş, həmin puldan Xanpəri 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndində ev tikmək üçün 6 sot torpaq almışdır. Evin tikintisinə lazım olan bütün materiallar onun pulu ilə alınmışdır. Evin tikintisində iştirak edən bütün usta və fəhlələrin pullarını o vermişdir. Xanpəri də pulları onlara vermişdir. Ev dörd otaqdan ibarətdir. 2019-cu ildən 2024-cü ilə kimi evin tikintisi davam etmişdir. Həmin evin tikintisinə cəmi 38.000 manat pul vermişdir. Həmin pul vəsaitinin hamısı ona aiddir. Axırıncı dəfə o, 25 aprel 2024-cü il tarixdə Xanpəyirə 600 manat pul vermişdir. Evin tikintisi üçün torpaq sahəsinin alınmasına və evin tikintisinə cəmi 44.000 manat pul vermişdir. Belə ki, yuxarıda göstərdiyi kimi 2019-cu ildə ev tikmək üçün torpaq sahəsinin alınmasına görə Xanpəriyə 6000 manat pul vermiş, o, həmin puldan 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndi ərazisində 10 il müddətinə verilmiş etibarnamə əsasında 6 sot torpaq almışdır. Həmin torpaqda ev tikintisinə başlamışlar. Bildiyinə görə tikinti materiallarını Xanpəri almışdır. Evin həyətində hazırda 1100 ədəd mişar daşı vardır. Hazırda Xanpəri onunla yaşamaq istəmədiyindən həmin 37.372 manat pulu ona qaytarmalıdır. Çünki aralarında olan razılaşmaya əsasən onlardan biri vəfat edənə qədər Ağcabədidə, əgər Xanpəri istəyəcəyi təqdirdə Masallıda yaşayacaqdılar. Razılıqları belə olmuşdur ki, onlardan biri ölənə qədər bir yerdə yaşamalı idilər. Razılaşma pozularsa, razılaşmanı pozan aldıqlarını tam şəkildə digər tərəfə qaytarmalı idi. Bu baxımdan da Cavabdeh razılaşmanı pozaraq, verdiyi vədə əməl etməmişdir. Ağcabədi rayonunu tərk edərək, Masallı rayonuna getmişdir. Dəfələrlə xahiş etsə də, onu eşitməyib Ağcabədi rayonuna qayıtmamış və onun da Masallıda yaşamağına razı olmamışdır. Buna görə də, evin tikintisinə görə verdiyi 37.372 manat pul Cavabdeh alınaraq, ona qaytarılmalıdır. Qanunun tələbinə əsasən nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya göndərilərək, pretenziyanı adığı gündən 10 gün müddətində borcu ödəyərək bu barədə onlara məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziyanı alsa da, heç bir üzrlü səbəb göstərmədən borcu ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ərizəsində 2018-ci ilin noyabr ayından başlayaraq ona müxtəlif vaxtlarda pul verdiyini, 2019cu ilin noyabr ayında taksi sürücüsü "Rüstəm" adlı şəxsin yanında "7800" manat, 2020-ci ilin oktyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "7300" manat, 2021-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "6400" manat, 2022-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "5500" manat, 2023-cü ilin avqust ayında taksi sürücüsü "Rüstəm"in yanında "5200" manat, əlavə olaraq onun qohumlarına borc vermək üçün "5350" manat, 2024-cü ilin aprel ayında isə ona "600" manat pul verdiyini göstərmişdir. Həmçinin iddiaçı ərizəsində iddia edir ki, pulu kimin yanında vermişsə həmin şəxsin avtomaşını ilə də onu Ağcabədi rayon mərkəzinə gətirmiş və Masallı rayonuna yola salmışdır. Belə olan halda o da sual edir ki, məgər vəzifə sahibi olan Bələdiyyə sədri Fəxrəddindən başqa bir adam yoxdur ki, onu rayon mərkəzinə aparsın? Görünür iddiaçı ilə bələdiyyə sədrini hansısa maraqlar birləşdirmişdir ki, iddiaçı bələdiyyə sədrinin şahidliyindən istifadə etmək istəyir. Eyni yanaşma, taksi sürücüsü Rüstəmə də aiddir. Halbuki, o, heç bir vaxt bələdiyyə sədri Fəxrəddinin maşınına minməmiş, yalnız bir dəfə iddiaçı ilə birlikdə Rüstəmin maşını ilə Masallı rayonuna gəlmişdir ki, o zaman da heç kim ona pul verməmişdir. İddiaçı ərizəsində onun Ağcabədi RPŞ-də izahat verdiyini və iddiaçının ona 22500 manat pul verdiyini etiraf etdiyini göstərmişdir. Bildirmişdir ki, o ümumiyyətlə Ağcabədi RPŞ-də olmamışdır ki, izahat da versin. Yalnız bu ilin yay aylarında "Qurban Bayramı" günü iddiaçı başda olmaqla bir qrup adam (Bələdiyyə sədri Fəxrəddin, özünü sahə müvəkkili kimi təqdim edən mülki geyimli Mərhəmət adlı şəxs, adını öyrənə bilmədiyi bir başqası, (qardaşı Minaxanın deməsinə görə onun əlində olan papkanın üzərində "İTV" yazılıbmış) Mehman adlı bir şəxs qardaşı Minaxanın yaşadığı evə gələrək, qonaq gəldiklərini, eyni zamanda kimlərsə tərəfindən iddiaçının təsərrüfatından gizlincə qoyun aparıldığını, onun uzun illər iddiaçı üçün qoyun bəslədiyini nəzərə alaraq, oğurluğu edən şəxslərin tapılması üçün onun da izahatını almalı olduqlarını, narahat olmamağını, izahat yazıldığı üçün sadəcə sənədə imza atmalı olduğunu bildirərək ona sənəd təqdim etmişlər. O, oxuma yazmasının olmamasını bildirsə də, onlar təzyiq etməklə yanaşı qardaşı Minaxanı da bayıra çıxararaq, hadisəni törədən şəxs və ya şəxslərin tapılmasına kömək göstərmədiyi halda onun da şübhəli olacağını bildirdikləri üçün, onu inandırıb vərəqə imza atdırmışlar. O, 2012-ci ilin mart ayının 27-də Ağcabədi rayon Salmanbəyli kənd sakini olan İddiaçılə faktiki nikaha girməklə evlənmiş, 2024-cü ilin aprel ayının 09-na kimi iddiaçı ilə birlikdə yaşamışdır. İddiaçı onunla ailə həyatı qurarkən normal ailə həyatının olacağını, bir ailənin yaşayışını və ehtiyaclarını təmin edə biləcək bütün sosial və maddi şəraitinin olmasını bildirmişdir. Lakin o, iddiaçı ilə yaşamağa başladıqdan sonra insan həyatı yaşamamışdır. Orada olduğu 12 il ərzində yalnız ev təsərrüfatı işləri görməklə yanaşı, onun üçün 150-200 baş qoyunun çobanlığını etməklə, onun istifadəsində olan 3.5 ha torpaq sahəsində işləmişdir. O, ümumiyyətlə evdə deyil, çöldə alaçıqda yaşamışdır. Yaşadığı dözülməz həyat şəraitinə azacıq etiraz edən kimi iddiaçı tərəfindən həm döyülmüş, həm də təhqir olunmuşdur. İddiaçının yaşadığı yerə köçərkən özü ilə 2000 manat pul aparmışdır. Həmin pulu da iddiaçı ondan alaraq qoyun-quzu almış və özünə istifadə etmişdir. Həyat şəraitindən xəbər tutan yaxınları onun orada qalmağının təhlükəli olması qənaətinə gələrək ata yurduna qayıtmağını tövsiyə etmişlər. O, bir dəfə canını götürüb qayıtmış, lakin iddiaçının yalvarışlarını, xahişini, minnətini nəzərə alaraq və verdiyi sözə inanaraq yenidən Ağcabədi rayonuna qayıtmışdır. Lakin təkrarən əzablı həyatla qarşılaşdığı üçün, Masallı rayonunda torpaq alaraq burada yurd salmaq istəmişdir. Cavabdeh bu məsələ barəsində iddiaçıya bildirdikdə, iddiaçı qəti olaraq bu fikrinə etiraz etsə də, cavabdehin bu həyatla barışmağının onun üçün ölüm hökmü olduğu qeyd etdikdə, fikrində israrlı olduğunu görüb onunla könülsüz razılaşmışdır. Daha sonra, 2017-ci ilin noyabr ayında o, iddiaçı ilə birlikdə bacısı oğlunun toyunda iştirak etmək üçün Masallı rayonuna gələrkən, iddiaçı ona torpaq sahəsi almaq üçün 3500 manat pul vermişdir. O da həmin pulu qardaşı Minaxana əmanət olaraq vermişdir. 2019-cu ilin aprel ayında iddiaçı ona 2500 manat əlavə pul vermiş və o, həmin pulu götürüb Masallı rayonuna gəlmişdir. Qardaşı Minaxanda olan əmanət 3500 manat pulu da götürərək, əmisi Eminağa ilə birlikdə torpaq sahəsini satan Taleh adlı şəxslə Masallı regional “ASAN Xidmət Mərkəzi”ndə görüşmüşdür. Razılaşdıqları kimi 0,06 ha torpaq sahəsi üçün X3 5700 manat pul vermişlər, o isə öz növbəsində ona "Etibarnamə" vermişdir. Torpağı aldıqdan sonra iddiaçı ona əlavə pul verməmişdir. Həmin torpaq sahəsində inşa edilən bir mərtəbəli yarımçıq tikili isə qardaşları və yaxınlarının hesabına tikilmişdir. Belə ki, tikinti və inşa işlərində qardaşı Minaxan, kiçik yeznəsi İbarət, ondan böyük yeznəsi Əliməmməd, qardaşı uşaqları Elşən, Ruhid, bacısı uşaqları Rəhim, Əmrahla yanaşı digər qohumlar da iştirak etmişlər. İddiaçının evin tikintisindən demək olar ki, xəbəri olmamış, həmin tikintiyə əlavə heç bir vəsait xərcləməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsassız olub həqiqəti əks etdirmir. Yalançının yaddaşı olmaz deyilir, tələbkar da iddia ərizəsində 2019-cu ilin noyabr ayında ona 6000 manat pul verdiyini göstərir. Halbuki, onun verdiyi pul məbləği iki hissədən ibarət olmaqla (3500 azn və 2500 azn) 2017-ci ilin noyabr və 2019-cu ilin aprel aylarında verilmişdir ki, bu hal da torpaq sahəsini satan şəxsin onun adına xx.xx.2019-cu il tarixdə verdiyi "Etibarnamə" ilə təsdiq olunur. Daha sonra tələbkar ona 30350 (otuz min üç yüz əlli) manat pul verdiyini, ümumilikdə 37372 (otuz yeddi min üç yüz yetmiş iki) manat pul sərf etdiyini bildirir. Aralarındakı keçimsizlik diqqətə alınarsa, iddiaçının bu məbləğdə pulu nədən ona verdiyi sual doğurmaqla yanaşı, həmin halın hansı dəlil, sübutla təsdiq olunduğu da maraqlıdır. İddiaçının məntiqi ilə yanaşılsa, cavabdeh də onunla birlikdə yaşadığı dövrdə, iddiaçının ona etdiyi əziyyətləri, kölə kimi işlətdiyini, çobanlıq etdiyini nəzərə alaraq ona qarşı maddi təzminat tələbi barədə məhkəmədə iddia qaldıra bilər. O, bütün baş verənlərə vicdanla yanaşaraq bunu etməməklə yanaşı, iddiaçının ona verdiyi pul məbləğini 6000 manatı inkar etmir. Bununla yanaşı bildirir ki, iddiaçı ilə sonuncu dəfə ayrılarkən səhhətindəki narahatlıqlarla bağlı onunla aralarında ciddi narazılıq olmuş, nəticədə iddiaçı, ona 600 (altı yüz) manat pul verərək, “get özünü müalicə etdir, qalan müalicə xərclərini qardaşların ödəsin”- demişdir. Göstərilənlərə əsasən bildirir ki, o, iddiaçının iddiasını qismən qəbul edir və iddia tələbinin 6000 (altı min) manat hissəsində təmin edilməsinə etiraz etmir. Bütün bunlarla da yanaşı o, iddiaçının faktiki əsarəti altında kölə kimi istismar edildiyi 12 il üçün haqqını tələb edir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmaqla qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2012-ci ilin mart ayının 27-də Cavabdeh ilə nikaha daxil olmadan ərarvad kimi Ağcabədi rayonu Salmanbəyli kəndində pay torpağında müvəqqəti tikdiyi evdə yaşamışdır. Cavabdeh təklifi ilə onun üçün Masallı rayonunda ev tikmək məqsədilə Xanpəriyə 6000 manat pul vermişdir. Həmin puldan Xanpəri 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndində ev tikmək üçün 6 sot torpaq almışdır. Evin tikintisi üçün lazım olan materialları, usta xərcini özü qarşılamışdır. Təkcə qapıların pulunu cavabdeh vermişdir. Torpaq sahəsini 2018-ci il tarixdə almış, evin tikintisinə 2019-cu ildə başlamışdır. Tikinti işləri 2023-cü ilə qədər davam etmişdir. 600 manat pulu isə cavabdehin xəstəliyi ilə bağlı müalicə olması üçün vermişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmiş məbləğdə pulun tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, on iki il iddiaçı ilə yaşamış, əziyyət çəkmişdir. Gəlin gedəndə özü ilə 20 heyvanın pulunu aparmışdır. İddiaçı həmin pullara qoyun alıb təsərrüfat qurmuş, qazanc əldə etmişdir. Daha sonra iddiaçı ona torpaq almağa görə cəmi 6000 manat pul vermişdir. Qalan pulları özü qazanmışdır. Cehizlərini və qızıllarını satmış, evi tikdirmişdir. 600 manat pulu iddiaçı ona xəstə olmağına görə vermişdir. Şahid2 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, İddiaçı kənd sakini kimi tanıyır. Özü icra nümayəndəsidir. İşlədiyi dörvdə tərəflər barədə hər hansı söz-söhbət eşitməmişdir. Bildiyi qədəri ilə faktiki nikah münasibətlərində yaşayırdılar. Söhbət əsnasında İddiaçı nəyə görə kənddə ev tikdirmədiyini soruşmuşdur. Umudvar isə ona Masallı rayonunda ev tikdirdiyini bildirmişdir. Dediyinə görə Masallıya evin tikintisi üçün pul yollayır. Təxminən 3-4 il bundan əvvəl birgə yaşadıqları dövrdə evin tikintisi başlayıb. Nə qədər pul verməsi barədə məlumatı yoxdur. İddiaçı davamlı olaraq şəxsi təsərrüfatla məşğul olmuşdur. Şahid1 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, taksi şoferi işləyir. İddiaçı ilə birgə işləmişdir. 2019-cu ildə İddiaçı cavabdehi Masallı rayonuna torpaq sahəsi almaq üçün Ağcabədidən yola salmışdır. İddiaçının deməsinə görə 7800 manat cavabdehə pul verilmişdir. Pulun verilməsini şəxsən görməmişdir. 2023-cü ildə ikisini birlikdə Masallı rayonuna gətirmişdir. 1 gecə cavabdehin qardaşıgildə qalıb qayıtmışlar. 5200 manat pulu İddiaçı onun yanında sayıb darvaza və bəzi digər işlər üçün ayırmışdır. Şahid3 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Masallıdakı evi bacısı tikdirmişdir. Bacısı 13 il Ağcabədi rayonu, Salmanbəyli kəndində İddiaçı ilə yaşayıb, qoyun otararaq təsərrüfata baxmışdır. Onun iki uşağı da cavabdehə köməklik etmişdir. Bir oğlu 8 ay, o biri oğlu 11 ay bibisi ilə qalıb, ona köməklik etmişdir. Bundan əlavə bacısının ata evindən apardığı pul da olmuşdur. Şahid4 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Bacısının Ağcabədidə yaşadığı yer çoban alaçığı olmuşdur. 12 il ərzində bacısıgildə olmamışdır. Evin tikilməsində usta kimi yeznələri iştirak etmişdir. Torpağı bacısı Taleh adlı şəxsdən almışdır. İddiaçı bacısına torpağa görə 5- 6 min pul vermişdir. Tikinti materialları bacısının puluna alınmışdır. Tikintiyə o baxıb nəzarətdə saxlamışdır. Onun evi ilə bacısının Masallıda tikdirdiyi evin arasında məsafə təxminən 100 metr olar. Bacısı ata evində olanda həmişə işləmişdir. Bağa, bostana işləməyə gedib pul yığmışdır. Özünün şəxsi pulu olmuşdur. Şahid5 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, Xanpəri onun baldızıdır. Evin bütün usta işini o görmüşdür. Evi özü tikmişdir. 1300 manat fəhlələr üçün pul almışdır. Materialları Xanpərinin verdiyi pul əsasında gedib almışdır. Pulu özü gətirib ona vermişdir. Pulun kimin pulu olmasını bilmir. Evi dam örtüyü daxil olmaqla 8400 manata tikib bitirmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Ellara Abbasova) e-2(050)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh 6000 (altı min) manat pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş vəkil xərcinə görə 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 21.1, 21.2, 21.3, 386.1, 1091, 1091.2, 1092.1, 1092.3, 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmaqla birgə yaşamışlar, birgə yaşadıqları dövrdə Masallı rayonunda torpaq sahəsi almağı qərarlaşdırmış, bu məqsədlə iddiaçı cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh isə həmin pulun 5700 manat hissəsinə Masallı rayonunda 0,06 ha torpaq sahəsi almışdır. İş materiallarındakı fotoşəkillər və tərəflərin izahatları ilə qeyd edilən torpaq sahəsi üzərində yarımtikilinin olması müəyyən edilir. Hazırki iş üzrə hər iki tərəf torpaq sahəsi üzərindəki yarımtikilinin özünün vəsaiti hesabına tikməsini iddia edir. Göründüyü kimi, torpağın dəyəri kimi 6000 manat pula münasibətdə cavabdeh iddia tələbinə etiraz etməmiş, məhkəmə iclaslarında, həmçinin Ağcabədi RPŞ-də verdiyi izahatlarında bu halı etiraf etmişdir. Digər məbləğlərə münasibətdə isə cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə sübutetmə yüklülüyü yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, 6000 manat məbləğində pul vəsaitinin tərəflərin faktiki nikah münasibətlərində olduğu dövrdə iddiaçı tərəfindən cavabdehə verilməsi, həmin pula torpaq sahəsinin alınması və torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olması və tərəflərin hazırda birgə yaşayışlarının pozulması halı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, 6000 manat pula münasibətdə Cavabdeh əsassız olaraq varlanmış, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. 5350 manat pulun borc kimi Cavabdeh ondan qohumlarına vermək üçün almasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də sübuta yetmir. Belə ki, qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehə borca verilməsinə dair hər hansı sübut, şahid ifadəsi və s. işin hallarının araşdırılması zamanı müəyyən edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlarla evin tikintisinə ən azından 22.500 manat pul qoyması cavabdeh tərəfin ifadəsi ilə təsdiq olunur. İddianı qismən 6000 manat hissdə təmin edərkən məhkəmə bunu cavabdehin etirafına istinad etmişdir. 30.350 manat hissədə iddanı təmin etməmək üçün məhkəmə işə aid olmayan sübutlara istinad etmişdir. İddianın təmin edilməsi üçün tərəflərindən təqdim edimiş kifayət qədər mötəbər sübutlara məhkəmə tərəfindən əməl edilməmişdir. Azərbaycan RespublikasıMülki ProsessualMəcəlləsinin 384-390-cı maddələrini rəhbər tutaraq Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-72/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissədə qətnaməni ləğv edərək həmin hissədə də iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir. 2017-ci ildən 2024-cü ilə qədər cavabdehə 43050 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahidlər təqdim etmişdir. Cavabdehlə qanuni nikahları olmasa da, dini nikah bağlamışlar. Faktiki nikah münasibətində olmuşlar. O, cavabdehə inanmışdır. Cavabdeh hər il mərhələli şəkildə 8000-5000 olmaqla pul almışdır. Cavabdeh başqaları ilə əl bir olaraq onun pulunu mənimsəmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, Ağcabədi Rayon Polis şöbəsində araşdırılma aparılmışdır. Araşdırılma zamanı izahatlarında 28600 manat pulu mənimsədiklərini özləri etiraf ediblər. Məbləği doğru deməsələr də etiraf ediblər. Evin dəyərləndirilməsini tələb etməmiş, ekspertiza keçirilməsinə etiraz etmişdir, çünki iddiaçı ev inşa etdirməmiş, cavabdehə pul vermişdir. Cavabdeh ondan almış olduğu pulla ev inşa etdirmiş, təmir etdirmiş və ya başqa yerə xərcləmiş, iddiaçı bununla bağlı iddia qaldırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh öz birinci instansiya məhkəməsində 6000 manat pul aldığını, Ağcabədi Rayon Polis şöbəsində cavabdeh 22500 manat pulu evin tikintisi üçün hissə-hissə aldığını etiraf etmişdir. Cavabdehin qardaşı Minaxan Səfərov cavabdehin izahatını təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsinin alınması məqsədilə iddiaçı tərəfindən cavabdehə 6.000 manat məbləğində vəsait verilmişdir. Evin tikintisi zamanı görülmüş usta işləri onun yeznəsi və qardaşı tərəfindən həyata keçirilmiş, həmin işlərin dəyəri iddiaçı tərəfindən ödənilməmişdir. Həmçinin evin tikintisi və təmiri ilə bağlı digər xərclər də iddiaçı tərəfindən qarşılanmamışdır. Apellasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-72/2025 saylı qətnaməsinin iddianın təmin edilməyən hissədə qətnaməni ləğv edilərək həmin hissədə də iddianın tam təmin olunmasını xahiş etdiyindən, apellyasiya instansiya məhkəməsi qətnaməni mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4- cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya baxışında proses iştirakçılarının izahatlarını birgə və qarşılıqlı əlaqədə qiymətləndirməklə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfin apellyasiya şikayətində əsas arqument ondan ibarətdir ki, işdə olan sübutlarla, xüsusilə də Cavabdeh Ağcabədi RPŞ-də verdiyi izahatla evin tikintisinə ən azı 22.500 manat məbləğində vəsait qoyulması və bu məbləğin məhz iddiaçı tərəfindən verilməsi təsdiq olunur, birinci instansiya məhkəməsi isə yalnız 6.000 manat hissədə cavabdehin etirafına istinad etmiş, qalan 30.350 manat hissədə iddianı əsassız olaraq rədd etmişdir. Həmçinin apellyasiya şikayətində bildirilir ki, məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim olunduğu halda məhkəmə həmin sübutlara əməl etməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarındakı Ağcabədi RPŞ-yə verilmiş izahatın məzmunu apellyasiya şikayətində təqdim edildiyi kimi deyil. Cavabdeh izahatından görünür ki, iddiaçı tərəfindən ona 3.500 və 2.500 manat olmaqla ümumilikdə 6.000 manat məbləğində pul verilməsi, həmin pulun 5.700 manatına torpaq sahəsi alınması, 300 manatına dəmir alınması, habelə “ümumilikdə evə torpaqla birlikdə 22.500 manat pul qoyulması” göstərilmişdir. Göstərilən ifadə forması “ümumilikdə evə torpaqla birlikdə 22.500 manat pul qoyulmuşdur” öz-özlüyündə bu məbləğin tam şəkildə məhz iddiaçı tərəfindən verilməsi anlamına gəlmir, belə bir nəticəni açıq və birmənalı şəkildə ehtiva etmir. Burada yalnız ümumi xərclərin həcmi ifadə olunur, həmin vəsaitin hansı hissəsinin iddiaçıya, hansı hissəsinin cavabdehə və ya digər qohumlara məxsus olması konkret göstərilmir. Bu baxımdan kollegiya hesab edir ki, sözügedən izahatı iddiaçının xeyrinə “etiraf xarakterli” dəlil kimi qiymətləndirmək mümkün deyil. Etiraf o halda etiraf hesab edilə bilər ki, cavabdeh konkret olaraq iddiaçının irəli sürdüyü məbləği, həmin məbləğin iddiaçı tərəfindən verildiyini və bu məbləğə görə qarşısında öhdəlik daşıdığını birbaşa və aydın şəkildə təsdiq etsin. Apellyasiya şikayətində iddia olunur ki, cavabdehin qardaşı Şahid4 ifadəsi də 22.500 manatın iddiaçı tərəfindən verilməsi faktını təsdiq edir. Lakin iş materiallarındakı şahid ifadəsi bunun əksini göstərir. Şahid4 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, İddiaçı bacısına “torpağa görə 5–6 min pul vermişdir”, tikinti materialları isə bacısının puluna alınmışdır. Bu ifadədən aydın görünür ki, şahid yalnız torpaq sahəsinin alınması üçün 5–6 min manat pulun iddiaçı tərəfindən verildiyini təsdiq edir ki, bu da birinci instansiya məhkəməsinin gəldiyi nəticə – 6.000 manat məbləğində pulun cavabdehə verilməsi ilə üst-üstə düşür. Tikinti materiallarının isə cavabdehin pulu ilə alındığı, usta işlərinə yeznələrin cəlb edildiyi şahidin ifadəsində qeyd olunmuşdur. Deməli, Şahid4 ifadəsi apellyasiya şikayətində iddia olunduğu kimi 22.500 manatın iddiaçı tərəfindən verildiyini təsdiq etmir, əksinə, torpaq üçün verilən məbləğin 5–6 min manat olduğunu, tikintiyə sərf edilən vəsaitin isə əsasən cavabdehin özünə və onun qohumlarına məxsus olduğunu göstərir. Eyni yanaşma digər şahid ifadələrinə münasibətdə də keçərlidir. Şahid5, Şahid3, eləcə də Şahid2 izahatları məcmu şəkildə qiymətləndirildikdə görünür ki, iddiaçının göstərdiyi 31.000 və 36.350 manat məbləğində pulun konkret olaraq evin tikintisinə qoyulmasını birbaşa və dəqiq şəkildə təsdiq etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilmiş formada 31.000 manatın evin tikintisi və mal-materiala, 5.350 manatın borc kimi verilməsinə, ümumilikdə 36.350 manatın cavabdeh tərəfindən qaytarılmasına yönəldiyini bildirmiş, lakin birinci instansiya məhkəməsində də, apellyasiya mərhələsində də bu məbləğlərin hamısının məhz onun vəsaiti hesabına sərf olunmasını konkret, etibarlı və birbaşa sübutlarla təsdiq edə bilməmişdir. İş materiallarında nə yazılı borc müqaviləsi, nə pul verilməsi barədə qəbz, nə də konkret məbləğlərin müəyyən şəxslərin iştirakı ilə verildiyini dəqiq təsdiq edən şahid ifadəsi mövcuddur. Mövcud şahid ifadələri isə əsasən “eşitmə xarakterli” məlumatlar və yaxud ümumi xarakterli subyektiv qiymətləndirmələrdən ibarətdir. Apellyasiya şikayətində iddia olunur ki, məhkəmə guya “işə aid olmayan sübutlara” istinad etmişdir. Lakin şikayətdə bu irad dəqiqləşdirilmir, konkret hansı sübutun işə aid olmadığı göstərilmir və ümumiyyətlə iş materiallarının məzmunu ilə uyğun gəlmir. Əksinə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün sübutları,tərəflərin izahatlarını, Ağcabədi RPŞ-də verilmiş izahatı, şahid ifadələrini, yazılı sənədləri işin halları ilə əlaqələndirərək qiymətləndirmiş, yalnız iddiaçı tərəfindən verilməsi sübuta yetirilmiş məbləğ üzrə tələbi təmin etmişdir. Bu yanaşma həm Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin, həm də “Məhkəmə qətnaməsi haqqında” Plenum Qərarının tələblərinə uyğundur. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları, təqdim edilmiş sübutlar, izahatları və tətbiq ediləcək hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-72/2025 saylı qətnaməsi mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar