Məhkəmə qərarları › İş №2(106)-1513/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1513/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1513/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurlulmuş maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi zamanı 2 baş camışının tələf olması nəticəsində vurulmuş 5000 manat maddi və 65.320 manat mənəvi ziyan tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Heyvandarlıq təssərrüfatı ilə məşğul olur. Bu məqsədlə az sayda inək və camış saxlayır. Masallı rayon Şıxlar kənd sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə üzərində dövlət qeydiyyat nişanı olmayan UAZ markalı avtomobillə yüksək sürətlə Qəriblər kəndindən Şıxlar kəndi istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yolun əks tərəfinə çıxmış, bu zaman onun Şıxlar kənd ərazisindən Qəriblər kəndinə avtomobil yolunun sağ hissəsi ilə örüşdən geri qayıdan iki ədəd camışını vuraraq öldürmüşdür. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh və onun atası Yadulla Fərəcov hadisə baş verən gün ona dəymiş ziyanı qısa müddət ərzində qaytaracaqlarını bildirmişlər. Ancaq onlar verdikləri sözü tutmamış, onu aldatmışlar. Buna görə də o, xx.xx.2023-cü il tarixdə aidiyyətı üzrə Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, onun müraciətindən sonra Masallı rayon PŞ-nin X6 Bölməsinin əməkdaşı Şəmşir Kərimov tərəfindən qərəzli və qeyri-obyektiv araşdırma aparılmış, toplanmış materiallar baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilmişdir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmuş, lakin onun cərimə olunması barədə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-432/2023 saylı qərarından apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-206/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilmişdir. Onun camışları cavabdeh tərəfindən vurulan zaman onların hər ikisi- biri 7, digəri isə 8 aylıq boğaz olmuşdur. Camışların bazar qiyməti təxminən 3200 manat, hazırda isə iki baş camışın bazar qiyməti 4500-5000 manatdır. Əgər cavabdeh onun camışlarını idarə etdiyi avtomobillə vurmasaydı indi onların hər birinin balası olardı və o, sağ olan camışların bir müddət məhsullarını (süd, qatıq, qaymaq, yağ, şor və pendir) sataraq ailəsini dolandıra bilərdi. Bundan başqa, o, şəkərli diabet, yüksək qan təzyiqi və digər xəstəliklərdən əziyyət çəkir. Hadisə baş verən gündən o, dəfələrlə əsəbləşmiş, nəticədə ölümdən dönmüş, əzab-əziyyət çəkmişdir. Beləliklə cavabdeh tərəfindən ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymişdir. O, həmin mənəvi ziyanın dəyərini 65.320 manat dəyərində qiymətləndirir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, o, camışları vurmuşdur, lakin bunun səbəbi camışın gecə vaxtı yolda olması və qarşıdan gələn avtomobilin işığının gözünə düşməsi olmuşdur. Heyvanlardan biri ölmüş, digərinin qıçı sınmışdır. Qıçı sınan heyvanı kəsib satmışlar və iddiaçı 350 manat pul əldəetmişdir. Ümumilikdə İddiaçı 1000 manat pul ödəmişdir. İddiaçı heyvanlara nəzarət etmədiyinə görə hadisə baş vermişdir. Bu səbəbdən o, özünü günahkar hesab etmir. Bundan başqa, Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, ona qarşı olan iddia əsassızdır. İddiaçının tələbində göstərdiyi məbləğ reallığı əks etdirmir. Belə ki, İddiaçı ona qarşı qərəzli mövqe tutaraq, əsassız və qeyri-qanuni tələblər irəli sürür. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat alınaraq İddiaçı ödənilməsi, iddianın 65.320 manat mənəvi ziyan tələbinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə dəymiş ziyanın kimin təqsiri üzündən vurulmasını, onun təqsirinin olması barədə inzibati xəta haqqında protokol olub-olmamasını, maddi ziyanın hansı məbləğdə olmasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən 4000 manat dəymiş ziyanın olması müəyyən edilsə də, həmin ziyan sübuta yetirilməmişdir. Çünki onun təqsiri nəticəsində ziyan vurulmamış, o, iddiaçıya ziyan vurmamış, əksinə onun avtomobilinə ziyan dəymişdir. İddiaçı heyvanları nəzarətsiz saxladığı üçün məsuliyyətə cəlb olunmuş, müddət keçdiyi üçün işə xitam verilmişdir. Müddətin keçməsi şəxsin barəsində təqsirsiz olmasını yox, sadəcə müddətin keçməsi ilə bağlı məsuliyyətdən azad etməni nəzərdə tutur. Lakin məhkəmə həmin halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Belə ki, işin hallarından görünür ki, hadisədə onun təqsiri olmamışdır, təqsirkar İddiaçıdur, sadəcə onun barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Cavabdehin barəsində isə inzibati məsuliyətə cəlb olunma protokolu və qərarı yoxdur. Lakin məhkəmə həmin halların heç birini nəzərə almamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, həmin dəlillərə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, cavabdeh ona məxsus 2 camışı maşınla vuraraq ona 5000 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh ona 1000 manat versə də, 4000 manatı vermir. Hadisəni törədən cavabdehin maşınının heç bir sənədi yoxdur. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə iddianı qismən- maddi ziyan tələbinə dair hissədə təmin etmişdir. Cavabdeh qətnamənin iddianın təmin edilməsinə dair hissəsini mübahisələndirmişdir. Məhkəmə işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, yol-nəqliyat hadisəsi baş vermiş, Cavabdeh xx.xx.2022-ci il tarixdə UAZ markalı avtomobillə Qəriblər kəndindən Şıxlar kəndi istiqamətində hərəkətdə olan zaman Şıxlar kənd ərazisindən Qəriblər kəndinə avtomobil yolunda iddiaçıya məxsus, örüşdən geri qayıdan iki baş camışını vuraraq öldürmüşdür. İddiaçı hazırki tələbində yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus iki baş iribuynuzlu heyvanı tələf edərək ona zərər vurduğuna görə cavabdehdən zərərin əvəzini tələb etmişdir. İddiaçı delikt nəticəsində vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1108-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, iddianı təmin etmək üçün əsas yoxdur. İşin faktiki hallarından görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış, Masallı Rayon Məhkəməsinin 3(050)432-2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə inzibati xəta törətmiş şəxs (hazırki iş üzrə İddiaçı) 01 mart 2023- cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi səbəbindən Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bundan başqa müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2457/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı baş vermiş hadisəyə görə avtomobilinə dəymiş maddi, o cümlədən mənəvi zərərin ödənilməsinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin edərkən iş üzrə qüvvədə olan məhkəmə aktlarına istinad etmişdir. Belə ki, məhkəmə iddianı ona görə təmin etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı təqsirliliyi müəyyən edilməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin 2(050)-2457/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı ziyan tələbi də təmin edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Kollegiya qeyd edir ki, hazırki halda iddiaçının tələbinin təmin edilməsi üçün mülki hüquq pozuntusu ortada olmalı, cavabdehin hərəkətlərinin hüquqa zidd olması, hüquq pozanın təqsirinin olması, törədilmiş əməl nəticəsində iddiaçıya ziyan vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Müəyyən olunur ki, (hazırki iş üzrə iddiaçı) İddiaçı, özünə məxsus iki baş iribuynuzlu heyvanı nəzarətsiz qoyması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və onun özü təqsirli bilinərək inzibati qaydada cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, İddiaçı inzibati məsuliyyət cəlb edilməsinə dair qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Lakin müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bəraətverici əsaslarla deyil, inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülməsi səbəbindən ləğv edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, Masallı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı baş vermiş hadisəyə görə avtomobilinə dəymiş maddi, o cümlədən mənəvi zərərin ödənilməsinə dair iddiası təmin edilməmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi tələbinin təmin edilməməsi və bu qərardan şikayətin verilməməsi Cavabdeh təqsirliliyini təsdiq edən hal deyil. Hazırki iş üzrə cavabdehin təqsirliliyini müəyyən edən hal möcud deyil. Bu barədə sübut təqdim edilməmişdir. Bu baxımdan iddianı təmin etmək üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddianı sübut etmək üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Mövcud ziyanın cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı bu halı sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisələndirilən hissədə qətnamə qanunsuz və əsassızdır; məhkəmə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsinə və məhkəmə xərcinin tutulmasına dair hissədə ləğv edilməli, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh şikayətində məhkəmə xərcləri ilə bağlı tələb irəli sürməmişdir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(050)-3053/2023 saylı qətnaməsi iddianın təmin edilməsinə və məhkəmə xərcinin tutulmasına dair hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası mübahisələndirilən hissədə təmin edilməsin. Qətnamədən kassasiya qaydasında şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar