Məhkəmə qərarları › İş №2(106)-1533/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1533/2023

09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1533/2023 09.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1, onun vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 binanın 21 saylı mənzilindən istifadə hüququna 4500 manat ödənilməklə xitam verilməsi, digər Cavabdeh2 ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X12 ilə 18 dekabr 1969-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1970-ci il tarixdə Şahid2, xx.xx.1972-ci il tarixdə X2, xx.xx.1973-cü il tarixdə Kərimova (Qəniyeva) Məhin Nuru qızı,xx.xx.1974-cü il tarixdə X7, xx.xx.1977-ci il tarixdə Cavabdeh1, xx.xx.1979-cu il tarixdə Şahid1 və xx.xx.1981-ci il tarixdə Kərimova (Cəlilova) Nuriyyə Nuru qızı adlı yeddi övladı doğulmuşdur. X4 25 yanvar 1991-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. ünvan 1 evin 21 nömrəli mənzili Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ciil tarixdə ********** nömrəli dövlət qeydiyyatına alınmışdır. Oğlu Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, dəfələrlə münasibəti normallaşmasına cəhd etsə də, hər biri ilə fərdi söhbət etsə də, heç bir faydası olmamışdır. O insult keçirmişdir. Böyrəyinin biri fəaliyyət göstərir. Səhhəti ilə əlaqədar çalışmışdır ki, evdə yersiz mübahisələr olmasın. Lakin gəlini tərəfindən ona təzyiq edilir, əsassız mübahisələr edilir. Bu mübahisələrin nəticəsində oğlu gəlinin tərəfini saxlamaqla ona təhqiramiz ifadələr işlədir. Artıq dözülməz hallar nəticəsində bəzi geyim əşyalarını götürməklə cari ilin əvvəlindən qızı Leylanın evində məcburiyyətdə yaşayır. Cavabdehlərlə arasında olan münasibətlər əvvəlki kimigərgin olaraq qalmaqda davam edir. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya ödəmək şərti ilə xitam verilməsinə, Cavabdeh2 cehiz əmlakları ilə birlikdə mülkiyyətində olan evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 binanın 21 saylı mənzilə özünün, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən 26 saylı evin 21 nömrəli mənzili 1982-ci il tarixində mərhum atası X8 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə onun adı qeyd olunmuşdur. Atası xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil iddiaçının adına sənədləşdirilmişdir. Mənzil iddiaçının adına sənədləşdirilərkən o da razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ciil tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə arvadı Cavabdeh2 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və arvadı da yaşadığı mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum atasının adına olmuşdur. 1982-ci il tarixində mənzilə ailəvi olaraq köçərkən orada iddiaçı, atası, o və altı bacısı yaşamışdır. Sonrakı illərdə bacıları ailə həyatı qurduqlarından başqa ünvanlara köçmüşlər. Bacısı Şahid1 2020-ci ildə ailə həyatı quraraq başqa ünvana köçdükdən sonra mənzildə iddiaçı ilə bərabər o, arvadı və iki azyaşlı uşağı yaşamışlar, hal-hazırda da həmin ünvada yaşayırlar. Birgə yaşadıqları müddətdə iddiaçının onunla və arvadı ilə münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartı da daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o və arvadı ödəmiş, lakin buna baxmayaraq iddiaçı həmişə olduğu kimi 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan bacısı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən sonra anasının geri qaytmadığını görən arvadı bacısına zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən bacısı: "anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyini, bu səbəbdən də evdə tək yaşamaq istədiyini” bildirmişdir. Ancaq düşünür ki, iddiaçının evdən çıxmasının başqa səbəbi vardır: anası evdən gedən ərəfədə eşitmişlər ki, mərhum atasının adına almadığı pensiya pulu olaraq 25000 (iyirmi beş min) manat pul veriləcəkdir. Bu xəbərdən sonra evdə söhbət əsnasında bildirmişdir ki, həmin pul məbləği verilərsə onu bacıları da daxil olmaqla vərəsə olaraq bərabər şəkildə öz aralarında bölüşdürərlər. Bu söhbətdən dərhal sonra anasının onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan bacısının evində yaşamağa başlamış və sonda isə onu ailəsi ilə birlikdə evdən çıxarmaq qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə arvadı ilə birlikdə orada təmir işləri görmüşdür. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı arvadı hətta özünə məxsus olan qızıl-ziynət əmlakını 6000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Mənzildə istilik-kombi sisteminin çəkilməsi üçün 2000 manat, seyf qapısına və 3 otağın qapısına 1500 manat, mətbəx mebeli üçün1400 manat, mətbəx və dəhlizin təmirinə 7000 manat, hamamın təmirinə 2000 manat, balkonun təmirinə 1000 manat pul xərcləmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilkin iddia üzrə Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ilkin iddia tələbinə etiraz ərizəsi göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsindən görünürki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən 26 saylı evin 21 nömrəli mənzili 1982- ci il tarixində mərhum qayınatası X8 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə əri Cavabdeh1 da adı qeyd olunmuşdur. X12 xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil ilkin iddiaçının adına sənədləşdirilmişdir. Mənzil 2022-ci İl tarixdə iddiaçının adına sənədləşdirilərkən əri də razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil AzərbaycanRespublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ciil tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə əri ilə rəsmi nikaha girməklə ailə həyatı quraraq mübahisə predmeti olan hazırda yaşadıqları mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququəsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum X5 adında olmuşdur. 2010-cu il tarixində mənzilə köçərkən orada iddiaçı və digər ailə üzvləri yaşamışlar. Onun həmin mənzilə köçməyinə ailə üzvləri etiraz etməmişlər. Hazırda da mənzildə iddiaçı ilə bərabər əri və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. İddiaçı ilə birgə yaşadığı müddətdə onlarla münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartıda daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o vəəri ödəmişlər. Lakin buna baxmayaraq iddiaçı 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan qızı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən sonra onun geri qayıtmadığını görüb Leylaya zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən o, “anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyini, bu səbəbdən də evdə tək yaşamaq istədiyini dediyini” bildirmişdir. İddiaçının mərhum X4nun adına almadığı pensiya pulu olaraq 25000 (iyirmi beş min) manat pul veriləcəyi halda həmin pulun vərəsələr arasında bərabər şəkildə bölüşdürulməsi ilə bağlı ailə üzvləriylə söhbəti olmuş, iddiaçı həmin söhbətdən sonra qızı Leylanın evinə getmiş, onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan onu ailəsi ilə birlikdə evdən çıxarmaq qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə əri ilə birlikdə orada təmir işləri görmüşlər. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı hətta özünə məxsus olan qızıl-ziynət əmlakını 6.000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini etiraf etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi (Hakim: E.Hümbətov) ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 4500 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma barədə ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instasniya bu qənaətə gələrkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan mənzil məcəlləsinin 53,54, qüvvədə olan mənzil məcəlləsinin 68.1,68.2-ci maddələri, mülki məcəllənin 18.1.2, 158.4-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, o, mülkiyyətçidir, onun mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, mülkiyyətçi kimi qanunun ona imkan verdiyi mülkiyyətindən məhrum olmuş, cavabdehlər tərəfindən mülkiyyətində olan yaşayış evində birgə yaşayış qaydaları dəfələrlə pozulduğundan və bu davamlı xarakter daşıdığından, mülkiyyətçi mülkiyyətində olan fərdi yaşayış evindən sevinc hissi ilə yaşamaq hüququndan məhrum olduğundan, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək Cavabdeh1 istifadə hüququna kopensasiya ödəməklə xitam verilməsini, digər Cavabdeh2 isə mülkiyyətində olan evdə qanunsuz yaşadığından, mübahisəli mənzildə hər hansı bir hüququnun olmaması səbəbindən əmlakı ilə birlikdə evdən çıxarılmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun iddiası əsassız olaraq təmin olunmamışdır. İddiaçı apellysiya icraatı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək, mülkiyyətində olan Şirvan şəhəri Lnt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən Cavabdeh1 istifadə hüququna kopensasiya məbləğini artıdığnı və 7000 manat ödınilməklə xitam verilməsini xahiş etmişdir. Odur ki, kollegiyadan Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsini kompensasiyanın məbləğinin indiki bazar qiymətinə uyğun olmaması və həmin məbləğlə cavabdehin mövcud bazar qiymətinə müvafiq olaraq mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitə uyğun şəraitli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının mümkün olmaması ilə əlaqələndirmiş, digər Cavabdeh2 münasibətdə isə hesab etmişdir ki, o, 2010-cu ildə mübahisəli mənzilə köçərkən mübahisəli mənzilin mülkiyyətdə olmaması, cavabdehin həmin mənzilə kirayəçinin razılığı ilə, köçməsi, iddiaçı ilə birgə yaşayıb təsərrüfatı birgə idarə etməsi və mənzildə istifadə hüququnun olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin maddi hüquq normalarının səhv təfsir və tətbiq edilməsinə görə tamamilə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, qarşılqılı iddianın isə rədd edilməsi yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həm iddia tələbi üzrə həm də, qarşılıqlı tələb üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları nəzərə alınmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Halbuki birinci instansiya məhkəməsi işə baxarkən hər bir tələbin hər hansı bir hissəsini təmin və ya rədd edərkən tələblərə baxaraq hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin tələb üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməlidir. Qarşılıqlı iddianın ilkin iddia ilə bağlılığı müəyyən edilməsi üçün mühüm olan şərtlər yəni, qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlməsi, qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ay qismən təmin edilməsini aradan qaldırması, qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə olması və onların birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnməsi, tələblərin xarakterə görə oxşar olması, ilkin iddianın tam və ya qismən təmin olunmasınının qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlməsini, qarşılqlı iddia bilavasitə ilkin iddianın mahiyyəti üzrə təksib etməsə də, onun təmin edilməsini imkansız etməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbinə və qarşılıqlı tələbə yenidən tam hüquqlu məhkəmə kimi baxılaraq hüquqi qiymət verilməlidir. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaya münasibətdə cavabdehin qarşılıqlı iddiasında göstərdiyi hallar və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. İlkin iddia tələbi üzrə müəyyən edilən hallar və gəlinən hüquqi nəticə: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq mülki iş materiallarını araşdırarkən müəyyən edir ki, ilkin iddia tələbi iki cavabdehə Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmiş, cavabdehlərə qarşı yönələn tələblərin də, hüquqi əsasları da müxtəlifdir. Bu səbəbdən də, kollegiya hər bir cavabdehə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Kollegiya ilkin iddia tələbinin Cavabdeh1 münasibətdə iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysetri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş X15 Sovetinin İcraiyyə Komitəsinin 0098 №-li 21 mart 1983-cü il tarixli orderin surətindən görünür ki, Əli Bayramlı şəhəri A.Axmedov küçəsi bina D, mənzil 21 X8 verilmiş, ailə tərkibi İddiaçı arvadı, Şahid2, X13, X2, X7, Cavabdeh1, Şahid1, X3r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysetri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 30 noyabr 2011-ci il tarixdə 19 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 yanvar 1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X12 və X10 arasında nikah haqqında 18 dekabr 1969-cu il tarixdə 219 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Şirvan şəhər Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Kərimov arvada Kərimova soyadı verilmişdir. Qeyd: Nikaha N.H.Kərimovun 25 yanvar 1991-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 15 fevral 1991-ci ildə 38№-li akt qeydi ilə Şirvan şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Şirvan Şəhəri Evlərin-Alqı Satqısı Xidməti tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli xx-xx/2023 saylı arayışdan müəyyən olunur ki, Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binada 3 otaqlı, orta təmirli, əşyalı mənzilin hazırki kirayə haqqı 200-250 manat təşkil edir. Ünvan üzrə 3 otaqlı orta təmirli mənzilin satış qiyməti 50.000-55.000 manat civarında dəyişir. Kollegiya iddiaçının Cavabdeh1 Həsən oğluna qarşı kopensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə dair iddia tələbindən müəyyən edir ki, İddiaçı tələbini Cavabdeh1 o əsaslarla yönəldir ki, oğlu Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, dəfələrlə münasibəti normallaşmasına cəhd etsə də, hər biri ilə fərdi söhbət etsə də, heç bir faydası olmamışdır. O insult keçirmişdir. Böyrəyinin biri fəaliyyət göstərir. Səhhəti ilə əlaqədar çalışmışdır ki, evdə yersiz mübahisələr olmasın. Lakin gəlini tərəfindən ona təzyiq edilir, əsassız mübahisələr edilir. Bu mübahisələrin nəticəsində oğlu gəlinin tərəfini saxlamaqla ona təhqiramiz ifadələr işlədir. Artıq dözülməz hallar nəticəsində bəzi geyim əşyalarını götürməklə cari ilin əvvəlindən qızı Leylanın evində məcburiyyətdə yaşayır. Cavabdehlərlə arasında olan münasibətlər əvvəlki kimigərgin olaraq qalmaqda davam edir. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya ödəmək şərti ilə xitam verilməlidir. İddiaçı ödəniləcək kompensasiyanın məbləğini ilk öncə 4500 manat daha sonra isə məbləği artıraraq 7000 manat ödənilməklə Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını tələb edir. Cavabdeh1 iddia tələbinə etirazından müəyyən edilir ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən 26 saylı evin 21 nömrəli mənzili 1982-ci il tarixində mərhum atası X8 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə onun adı qeyd olunmuşdur. Atası xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil iddiaçının adına sənədləşdirilmişdir. Mənzil iddiaçının adına sənədləşdirilərkən o da razılıq ərizəsi vermişdir. Mənzildə yaşadığı müddətdə arvadı ilə birlikdə orada təmir işləri görmüşdür. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı arvadı hətta özünə məxsus olan qızıl-ziynət əmlakını 6000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Mənzildə istilik-kombi sisteminin çəkilməsi üçün 2000 manat, seyf qapısına və 3 otağın qapısına 1500 manat, mətbəx mebeli üçün1400 manat, mətbəx və dəhlizin təmirinə 7000 manat, hamamın təmirinə 2000 manat, balkonun təmirinə 1000 manat pul xərcləmişdir. O, hesab edir ki, o, mənzilin özəlləşdirməsində iştirak etmiş, mənzilin anası Nigarın adına mülkiyyət kimi qeydiyyatın aparılmasın arazılıq vermiş, onun mənzildə daimi olaraq yaşamaq və istifadə etmək hüququ var. Cavabdeh həmçinin qeyd etmişdir ki, o, ödənilməsi təklif olunan kompensasiyanı məbləğindən asılı olmayaraq qəbul etmir və bu onun mənzildən çıxarılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışılmalıdır: Mübahisəli evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərlə bağlı araşdırma apararaq müəyyən edir ki, ünvan 1 evin 21 saylı mənzili ilkin iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə yaşaması üçün X8 verilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, mənzilin ayrıldığı vaxtdan orada atası ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, hazırda da həmin mənzildə yaşayır. X12 25 yanvar 1991-ci ildə ölsə də, orada yaşayanlardan hər hansı biri ilə mənzilə dair yeni icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh1 24 avqust 2010-cu il tarixdə Cavabdeh2 ilə nikah bağlamış və sonuncu özünə məxsus əmlaklarını da apararaq mübahisəli mənzilə gəlin köçmüşdür. ünvan 1 evin 21 saylı mənzili 30 noyabr 2011-ci il tarixdə İddiaçı adına özəlləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətinə qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı 2023-cü ilin yanvar ayının sonundan ünvan 1 evin 21 saylı mənzilindən çıxıb getmiş və başqa ünvanda yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X14 mülkiyyətində olan birgə yaşayış qaydaları dəfələrlə pozulduğundan və bu davamlı xarakter daşıdığından, mülkiyyətçi mülkiyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olduğundan, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək cavabdehin istifadə hüququna xitam verilməsini və onların həmin mənzilə hər hansı bir hüququnun olmamasını arzuladığından iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, mübahisə predmeti təşkil edən mənzil üç otaqdan ibarətdir. Həmin ərazidə kirayə haqqları ilə bağlı verilən arayış da 200-250 manat olması göstərilmişdir. bu zaman məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin özünün üç otaqlı olması və cavabdehin də mülkiyyətdə olan mənzilin yayış sahəsinin bir hissənidən istifadə etməsi nəzərə alınarsa arayışda göstərilən məbləğ kompensasiya bağlı tələb üzrə dəyərləndirmə aparılarkən əsas götürülməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində iki müxtəlif hüquqi əsasa malik olan tələb ilkin olaraq 4500 manat daha sonra isə tələbinin hüquqi əsasını dəyişərək 7000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbni irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən isə iddia tələbinə kompensasiya verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmanı mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin indiki bazar qiymətinə uyğun olmadığı və həmin məbləğlə cavabdehin mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitə uyğun şəraitli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaları mümkün olmamsı əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası xüsusi mülkiyyətdə olan yaşayış mənzilində iddiaçı ilə cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının mümkün olmamasını, cavabdehin birgə yaşayış qaydalarına riayət edərək yaşamalarının qeyri-mümkünlüyünün təsdiqi kimi cavabdehin qanunsuz hərəkətləri mülkiyyətçi kimi qanun ona verdiyi imkanlardan istifadə edə bilməməsi, mülkiyyətçi kimi mülkiyyətində olan mənzilində sevinc hissi ilə yaşamaq hüququndan məhrum olmasını, iddiaçı tərəfindən təklif olunan məbləğlə cavabdehin başqa yerdə müəyyən müddət davamlı surətdə yaşamalarının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Cavabdeh1 7000 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Leytinant İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən istifadə hüququna xitam verilməklə əmalkı ilə birlikdə həmin mənzildən çıxarılması təmin olunmamalıdır. Kollegiya ilkin iddia tələbinin Cavabdeh2 münasibətdə iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 şəhər Qeydiyyat şöbəsində 24 avqust 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kərimov arvada Kərimova soyadı verilmişdir. Kollegiya iddiaçının Cavabdeh2 qarşı cehiz əmlakları ilə birlikdə öz vəsaitin hesabına mülkiyyətində olan Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylə mənzilindən çıxarılmasına dair tələbindən müəyyən edir ki, İddiaçı tələbini Cavabdeh2 o əsaslarla yönəldir ki, Cavabdeh2 onun oğlu Cavabdeh1 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, dəfələrlə münasibəti normallaşmasına cəhd etsə də, hər biri ilə fərdi söhbət etsə də, heç bir faydası olmamışdır. O insult keçirmişdir. Böyrəyinin biri fəaliyyət göstərir. Səhhəti ilə əlaqədar çalışmışdır ki, evdə yersiz mübahisələr olmasın. Lakin gəlini tərəfindən ona təzyiq edilir, əsassız mübahisələr edilir. Bu mübahisələrin nəticəsində oğlu gəlinin tərəfini saxlamaqla ona təhqiramiz ifadələr işlədir. Artıq dözülməz hallar nəticəsində bəzi geyim əşyalarını götürməklə cari ilin əvvəlindən qızı Leylanın evində məcburiyyətdə yaşayır. Cavabdehlərlə arasında olan münasibətlər əvvəlki kimigərgin olaraq qalmaqda davam edir. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, cavabdeh gəlini Cavabdeh2 Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılmalıdır. Cavabdeh2 iddiaya (qarşılıqlı iddiasına qeyd etdikləri nəzərdə tutulur) münasibətindən müəyyən olunur ki, o, mübahisəli mənzilə hələ iddiaçının mülkiyyətinə keçməzdən öncə gəlin gəlmiş, əvvəlcə mehriban yaşasalarda sonradan münasibətləri pisləşmişdir. Ər-arvad mübahisəli mənzilin təmiri və yeniləşdirilməsi üçün kifayət qədər vəsait xəcləmişlər, iddianı əsaslı hesab etmir, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Birinci insatnsiya məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasının təmin edilməməsini, cavabdehin 2010-cu ildə mübahisəli mənzilə köçərkən mübahisəli mənzilin mülkiyyətdə olmaması, onun həmin mənzilə kirayəçinin razılığı ilə, köçməsi, iddiaçı ilə birgə yaşayıb təsərrüfatı birgə idarə etməsi və mənzildə istifadə hüququnun olması ilə əlaqələndirmiş, tələbin təmin olunmamasına maddi hüquqi əsas kimi 01 oktyabr 2009-cu ildən qüvvədə olan mənzil məcəlləsinin kirayə münasibətlərini tənzimləyən 66,1; 68,1; və 69.1-ci maddələrini tətbiq etmişdir. İşdən göründüyü kimi mübahisəli mənzil iddiaçının gəlin köçdüyü 2010-cü ildə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatında olmamışdır. Hazırda İddiaçı mülkiyyətindədir. Onunla Cavabdeh2 arasında qeyd edilən yaşayış evində yaşamasına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qayınana ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsinin mənasından da görünür ki, qanunverici razılaşmanı hər hansı bir şərtlə (misal: yazılı və ya şifahi ola bilməsi ilə) əlaqələndirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçi ilə birgə yaşayan üç müxtəlif subyekt müəyyən edilmişdir: Mülkiyyətçinin ailə üzvləri; Digər qohumları; Vətandaş; Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki mübahisədən də müəyyən edilir ki, iddiaçı hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında cavabdehi (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. İddiaçı mənzilin mülkiyyətçisinə çevrildikdən sonra cavabdeh ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Belə olan təqdirdə Cavabdeh2 ilə iddiaçının oğlu arasında nikahın ləğv edilibedilməməsindən asılı olmayaraq cavabdehin həmin mənzildə yaşaması üçün hər hansı bir hüququ yoxdur. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “ bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Odur ki, kollegiya hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı mülkiyyətində olan Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilin cehiz əmlakları ilə birlikdə çıxarılması barədə ilkin iddiası əsaslıdır və təmin olunmalıdır. Qaşılıqlı iddia tələbi üzrə müəyyən edilən hallar və gəlinən hüquqi nəticə: İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərində qarşılıqlı iddiaçı kimi İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 binanın 21 saylı mənzilə özünün, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçıların iddia tələbləri ilə bağlı qeyd edir ki, artıq ilkin iddiaçının hər iki cavabdehə qarşı mübahisəli mənzildən çıxarılması barədə hüquqi dəyərləndirmə aparıldığından və ilkin iddianın tam təmin olunması qarşılıqlı iddiaçının dəlillərinin dəf edilməsinə yönəldiyindən, qarşılqlı iddia bilavasitə ilkin iddianın mahiyyəti üzrə təksib etməsə də, onun təmin edilməsini imkansız etdiyindən, qarşılqılı tələb üzrə əlavə araşdırma aparılmasına zərurət aradan qalxır. Odur ki, kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərində qarşılıqlı iddiaçı kimi İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Beləliklə məhkəmə kollegiyası iş materialları, tərəflərin həm birinci instansiya məhkəməsi həm də apellyasiya icraatı zamanı verdikləri izahahatları və verilmiş apellyasiya şikayətinin etirazın əsasları ilə birlikdə maddi və prosessual hüquq normalarına uyğun müqayisəli təhlil edərək yekun olaraq belə qənaətə gəlir ki, Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar sübut olunmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Odur ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin İddiaçı Cavabdeh1 7000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməklə, digər Cavabdeh2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılmaları təmin edilməli, cavabdehlərin ilkin iddiaçıya qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair iddiaları təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-483/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İlkin İddiaçı Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsin və Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılsın. Cavabdeh2 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı binanın 21 saylı mənzilindən çıxarılsın. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair iddiaları təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar