Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1545/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(032)487/2023 saylı qərardadından Cavabdeh ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600271 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2160 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 30 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600271 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2160 manat məbləğində cərimə borcunun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti vermişdir. İş cavabdehin apellyasiya şikayəti əsasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əsədov, S.Mayılov, T.Heydərov) 24 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, sudan qanunsuz istifadənin (oğurlanmasının), deliktin nədən ibarət olması, bu zaman ziyanın miqdarı və ziyanın miqdarının hesablanması qaydası (tənzimlənməsi), abonentin təqsiri, bu təqsirli hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin nədən ibarət olması və bunu təsdiq edən sübutlar göstərilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 2 saylı əlavəsində təsbit olunmuşdur ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə apellyasiya şikayəti onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Hazırda apellyasiya şikayəti cavabdehin nümayəndəsi tərəfindən imzalansa da, şikayətə cavabdeh hüquqi şəxsin möhürü vurulmamışdır. Şirvan şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 18 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə geri qaytarılması qərara alınmışdır. X2 Məhkəməsinin qərardadında göstərilən hallara əsaslanmaqla geri qaytarılmışdır. Şirvan Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və Şirvan Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, şikayətə möhür vurulmaması apellyasiya şikayətinin qaytarılması üçün əsas deyildir. Əlavə olaraq bildirirlər ki, elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş şikayətlər sistem tərəfindən elektron olaraq yaradıldığı üçün ona möhür vurulması texniki cəhətdən mümkün deyildir. Məhkəmənin MPM-nin 2 saylı əlavəsinə istinad etməsinə münasibət olaraq bildirirlər ki, həmin hal yalnız elektron məhkəmə sisteminin tətbiq edilmədiyi məhkəmələrin qərarlarından kağız formasında təqdim edilmiş şikayətlərə aiddir. Qanunvericiliyə əsasən şikayətə möhür vurulmaması apellyasiya şikayətinin qaytarılması üçün əsas deyildir. Elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş şikayətlər sistem tərəfindən elektron olaraq yaradıldığı üçün ona möhür vurulması texniki cəhətdən mümkün deyildir. Məhkəmənin MPM-nin 2 saylı əlavəsinə istinad etməsinə münasibət olaraq bildirirlər ki, həmin hal yalnız elektron məhkəmə sisteminin tətbiq edilmədiyi məhkəmələrin qərarlarından kağız formasında təqdim edilmiş şikayətlərə aiddir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, qərardad ləğv edilərək apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilməlidir. Şikayətə baxılmış, Şirvan Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, məhkəmə apellyasiya şikayətini şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, sudan qanunsuz istifadənin (oğurlanmasının), deliktin nədən ibarət olması, bu zaman ziyanın miqdarı və ziyanın miqdarının hesablanması qaydası (tənzimlənməsi), abonentin təqsiri, bu təqsirli hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin nədən ibarət olması və bunu təsdiq edən sübutların göstərilməməsi, cavabdeh hüquqi şəxsin möhürü vurulmaması əsasları ilə geri qaytarmışdır. Apellyasiya şikayətinin Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmaması ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, sudan qanunsuz istifadənin (oğurlanmasının), deliktin nədən ibarət olması, bu zaman ziyanın miqdarı və ziyanın miqdarının hesablanması qaydası (tənzimlənməsi), abonentin təqsiri, bu təqsirli hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin nədən ibarət olması və bunu təsdiq edən sübutlar göstərilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 2 saylı əlavəsində təsbit olunmuşdur ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə apellyasiya şikayəti onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Kollegiya verilmiş apellyasiya şikayətini tədqiq edərək qeyd edir ki, cavabdehin şikayətində apellyasiya şikayətini şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, sudan qanunsuz istifadənin (oğurlanmasının), deliktin nədən ibarət olması, bu zaman ziyanın miqdarı və ziyanın miqdarının hesablanması qaydası (tənzimlənməsi), abonentin təqsiri, bu təqsirli hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin nədən ibarət olması və bunu təsdiq edən sübutlar göstərilməmiş, şikayətə cavabdeh hüquqi şəxsin möhürü vurulmamışdır. Kollegiya cavabdehin şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh tərəfin apellyasiya şikayətini kağız daşıyıcıda imzalayıb, möhürlə təsdiq etməklə, elektron sistemə yerləşdirməyə texniki cəhətdən imkanı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh "Azərsu” ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(032)-487/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1545/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1545/2023
21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver