Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1550/2025 13.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X11 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024- cü il qeydiyyat tarixli, **********68 reestr nömrəli əsasında Lənkəran rayon Separadi kənd ərazisində yerləşən 0,2864 kv metr olan torpaq sahədə İddiaçı adına qeyd olunan ¼ hissə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968- ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvlərimiz olan X3, anası X5 qızı, İddiaçı və cavabdeh qismində qeyd etdiyi, qardaşı Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində həyətyanı torpaq sahə qismində 0,29 hektar torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətimizə verilmiş və buna dair Kod-80220018 JN- 279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. X3 xx.xx.2012-ci il tarixdə, anası X23 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığı dövründə və ondan sonrakı dövrdə ümumi mülkiyyətlərinə verilmiş qeyd etdiyi ölçüdə torpaq sahədən birgə istifadə etmişlər. Həmin torpaq sahədə valideynləri tərəfindən, 10 ədəd mişar daş üzərində dörd otaqdan və yardımçı otaqlardan ibarət bir mərtəbəli ev inşa olunmuş və bütün ailə üzvləri, həmçinin iddiçı həmin evdə yaşamışlar. Valideynlərinin sağlığı zamanı iddiaçı Teymur Dadaşovla ailə qurub evlənmişlər. Bu nikahdan xx.xx.2003-cü il tarixdə Seymur adlı uşağı doğulmuşdur. Uşaq doğulandan bir müddət sonra nikahı pozulmuş və o azyaşlı uşaqla birlikdə ata evinə köçüb, doğulub boyabaşa çatdığım yuxarıda qeyd olunan bir mərtəbəli evin bir otağına köçmüş və orada yaşamışdır. Ümumi mülkiyyətlərində verilən torpaq sahədən birgə istifadə etməklə, uşağın saxlamışdır. Valideynlər vəfat etmişdir. Pandemiya xəstəliyi olan vaxt onunla birgə ata evində yaşayan cavabdeh qardaşı Cavabdehla belə bir qərara gəlmişlər ki, atadan miras qalmış əmlakı 4 otaqdan ibarət bir mərtəbəli evi söküb yerində təzə ev tikmək istəyir,onun üçün ayrıca həyətdə ev tikəcək və onlar ana-bala həmin evə köçüb yaşayacaqlar. Onunla razılaşmalı olmuş, onun fikrilə digər vərəsələr də razılaşdılar. O, evi söküb yerində iki mərtəbəli dörd otaq, mətbəx və zaldan ibarət ev inşa edib ora köçməli oldular. Lakin onu və oğlunu evə buraxmayıb, O, oğlu Seymurla bərabər böyük qardaşı mərhum X8 evinə köçmək məcburiyyətində qalaraq orda yaşamışlar. Mərhum qardaşının ailə üzvləri çoxdur. Olduqca darısqal bir şəraitdə yaşayırlar. Odur ki, qardaşlarla məsləhətləşib, ümumi mülkiyyətlərinə verilən torpaq sahədə yer ayrılıb, orada özümə bir yaşayış otağı qardaşlarının köməyi ilə inşa etsin. Odur ki, fikrini cavabdeh qardaşı Qorxmaza danışmışdır. Lakin qardaşı onu həyətdən qovub, ona torpaq verməyəcəyini bildirmişdir. Odur ki, o, məcburiyyət qarşısında qalıb, ümumi mülkiyyətində verilən 0,29 hek. torpaq sahədə payçıların paylarının müəyyən olunması barədə Lənkəran Rayon Məhkəməsinə iddia tələbimlə müraciət etməli olmuşdur. Lənkəran Rayon Məhkəməsi iddia tələbimə baxaraq iddiamın təmin edilməsi Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1098-ci il tarixli 09 saylı qərarı ilə "Torpağın mülkiyyətinə verilməsinə dair Kod-80220018 №279 "A" saylı şəhadətnamə əsasında X12, X13, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsi üzərində İddiaçı ¼ hissə payın müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(049)-533/2024 saylı qətnamə çıxarmışdır.Məhkəmənin müvafiq qətnaməsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs xidmətinə müraciət edib, həmin xidmət payçıların hər birinə həmçinin mən İddiaçı 0,2864 kv metr olan torpaq sahədən % hissə torpağın ayrılmasına dair xx.xx.2024-cü il tarixli əmlakın reyestr nömrəli **********68 saylı Hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vermişdir. Bütün bunlara baxmayaraq Cavabdeh ümumi mülkiyyətdə olan 1/4 torpaq hissədə özünə yaşamaq üçün ev inşa etməyinə və pay torpaq sahə üzərində hüquqlarını tam bərpa edib, həmin torpaq sahədən istifadə etsin.. Məhz bu səbəbdən ümumi mülkiyyətdə olan 0,2864 kv metr torpaq sahədən 1/4 hissəsinin naturada ayrılmasıi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Murad Aslanov), İddiaçı torpaq sahəsinin naturada bölünməsinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün smetada nəzərdə tutulan ödənilmiş 95 manatın İddiaçı aid edilməsi, iş üzrə məhkəmə ekspertizaların keçirilməsinə sərf edilmiş 200 manat məbləğində pulun iddiaçı X9 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi Qanuni nümayəndə apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən .2864 ha torpaq sahəsi 1/4 hissədə İddiaçı, 1/4 hissədə X12, 1/4 hissədə X24, Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024cü il tarixli 12-5/717 nömrəli Lənkəran Şəhər İHB-nın Sepradi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonun Separdi kənd sakinidir hal-hazırda həmin kənddə ailə üzvi xx.xx.2003-cü il təvəllüdlü X19 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-279A kod 80220018 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonun Separdi kəndində yerləşən 0.29-ha torpaq sahəsi Dadaşov X14, İddiaçı, X15, Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Furidin qızı xx.xx.1968-ci il tarixdə Lənkəran rayon Şağlaser kəndində doğulmuş, atası X1 Tehran Yaqub qızıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X20 xx.xx.2002-cü il tarixdə Lənkəran rayon Separdi kəndində doğulmuş atası X2 Vəzifə Firudin qızıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24.12.24 tarixli 3-21-3-43/2-4167/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X17 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X17 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə, saraylar, hin, təndirxana, sanitar qovşağı) mövcud olması səbəbindən həmin 0,2864 ha torpaq sahəsinin təsərrüfat təyinat pozulmadan naturada ayrılmasının mümkün olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli təkrar məhkəmə mühəndistexniki ekspertizası rəyində göstərilmişdir ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə,1 tərəfdən yol ilə əhatə olunduğunu,torpaq sahəsində fərdi yaşayış evinin və digər tikililərin mövcud olduğunu,tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 123 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı xx.xx.1968- ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvlərimiz olan X3, anası X5 qızı, İddiaçı və cavabdeh qismində qeyd etdiyi, qardaşı Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində həyətyanı torpaq sahə qismində 0,29 hektar torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətimizə verilmiş və buna dair Kod-80220018 JN- 279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. X3 xx.xx.2012-ci il tarixdə, anası X23 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığı dövründə və ondan sonrakı dövrdə ümumi mülkiyyətlərinə verilmiş qeyd etdiyi ölçüdə torpaq sahədən birgə istifadə etmişlər. Cavabdeh ümumi mülkiyyətdə olan 1/4 torpaq hissədə özünə yaşamaq üçün ev inşa etməyinə və pay torpaq sahə üzərində hüquqlarını tam bərpa edib, həmin torpaq sahədən istifadə etsin.. Məhz bu səbəbdən ümumi mülkiyyətdə olan 0,2864 kv metr torpaq sahədən 1/4 hissəsinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. İddiaçı apellyasiya icraatı zamanı ərizə təqdim edərək, iddia tələbində ona düşən payın naturada bölünməsi ifadəsindən istifadə edilsə də, əslində onun niyyəti iddia tələbinin əsasını ümumi paylı mülkiyyət hüquqi ilə ona və ailə üzvlərinə məxsus olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş Lənkəran rayonu, Separadi kənd ərazisində yerləşən 0,29 hektar torpaq sahəsindən ona məxsus olan ¼ hissədə payın ayrılması ilə bağlı olduğunu bildirmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələri). Əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1, 220.2 və 220.3-cü maddələri). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəlil təhlil edərək qeyd edir ki, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst surətdə sahiblik edə, ondan istifadə edə və barəsində sərəncam verə bilər. Bu hüquq bəzən digər şəxslərlə bərabər şəkildə realizə edilməli olur ki, bu zaman həmin əmlak ümumi birgə və ya paylı mülkiyyətdə olur. Paylı mülkiyyətdə olan əmlak üzərində hüquqlar realizə edilərkən hər bir şəxs digər şəxsin hüququnun realizə edilməsinə hörmətlə yanaşmalı, hər hansı bir məhdudiyyət yaratmadan digər şəxsin hüququnun realizəsini təmin edilməsinə şərait yaratmalıdır. Mübahisə predmeti təşkil edən torpaq sahəsi ümumi paylı mülkiyyətdə olan əmlak olmaqla cavabdeh iddiaçının həmin əmlakdan sərbəst surətdə istifadə etməsinə maneə yaratmasına görə iddiaçı həmin əmlak üzərində hüquqlarının təmin edilməsindən ötrü əmlakın naturada ayrılmasını xahiş etmişdir. Əmlak üzərində hüquqların qanuni əsas olmadan məhdudlaşdırılması yolverilməz olduğundan və bu hüququn realizəsinin təmin edilməsindən ötrü keçirilmiş ekspertiza ilə əmlakın naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvləri olan X3, anası X5 qızı, cavabdeh-qardaşı Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində 0,29 hektar həyətyanı torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətlərinə verilmiş və buna dair Kod-80220018 JN- 279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. Adı çəkilən şəhadətnamədən görünür ki, hər birinin ¼ payı müəyyən edilmişdir. X12 xx.xx.2012-ci il tarixdə, X23 xx.xx.2012ci il tarixdə vəfat etmişlər. Apellyasiya icraatı zamanı Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən də görünür ki, o, atası və anası vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almasa da faktiki olaraq onlardan miras qalmış əmlakı faktiki qəbul etmiş və idarəçiliyindədir. Göründüyü kimi ümumi payla mülkiyyətində olan torpaq sahəsinin X10 və X5 qızına məxsus paylar cavabdeh tərəfindən miras əmlak kimi faktiki qəbul edilmiş, iddiaçının isə həmin paya iddiası olmamış, hazırda da yoxdur. Onun əsas məqsədi mülkiyyətində olan ¼ hissədə payının naturada ayrılması təşkil edir. Hazırda isə iddiaçı ona məxsus olan ¼ payın naturada ayrılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin ¼ hissəsinin naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş və Məhkəmə Eksperitza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 kvm olan torpaq sahəsi 3 tərəfdən qonşu sahələrlə, 1 tərəfdən yol ilə əhatə olunduğunundan, torpaq sahəsində fərdi yaşayış evinin və digər tikililərin mövcud olduğununda, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından iddiaçıya və cavabdehə kompensasiya vermək yolu ilə mübahisənin nizama salınması imkanı soruşulmuş, lakin iddiaçı kompensasiya istəmədiyini, ümumiyyətlə yenidən ekspertiza təyin edilməsini və torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün araşdırılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki ekspertiza da iddiaçının vəsatəti əsasında təyin edilmiş və hər iki rəydə də yuxarıda qeyd edildiyi kimi torpaq sahəsinin naturada ayrıla bilməməsi qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməsi əlavə sübut toplamaya yönəldiyindən kollegiya hesab edir ki, iddiaçının vəsatəti təmin edilə bilməz. Çünki birinci instansiya məhkəməsi icraatı zamanı ekspert tərəfindən verilmiş rəylə bağlı tərəflərin münasibəti aydınlaşdırılmış, iddiaçıya əvavə vəsatətlərin olub-olmaması soruşulmuş, isə iş üzrə tdqiqatın tamamlanmasına etirazı olmadığını, əlavə vəsatətinin olmamasını (iş materialları iclas protokolu səh. 87) bildirmişdir. Mülki Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərək ekspert rəyini mübahisələndirmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-28/2025 saylı, 08 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1550/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1550/2025
13.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver