Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1554/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X16 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh 5525 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6611 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 avqust 2021-ci il tarixli 000419 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 1363 manat dəyərində bir ədəd “Hisensi 4 *k*Curved*TV*-49 3te49g1733i201g5d110012 serial kodlu markalı televizoru 12 ay müddətinə, aylıq ödəniş 114 manat olmaqla X1. Eyni tarixli 000419 nömrəli zaminlik müqaviləsinə əsasən X6 borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli 000306 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 3250 manat məbləğində bir ədəd “Samsung WW-65K-52E-69S-(6.5*KQ) 007M5LWN 900969” serial kodlu, 1 ədəd “Eurolux RF-400-HNF-2BG*(60SM/185) Erlza9d **********04220122 serial kodlu markalı paltaryuyanı və soyuducunu 24 ay müddətinə, aylıq 136 manat ödənilməklə İddiaçı satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X11 16 mart 2021ci il tarixli, 000306 nömrəli alğı-satqı müqaviləsi üzrə borcalan İddiaçı öhdəliklərinə zamin durmuşdur. 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 7470 manat məbləğində bir ədəd sep əyarı 585, ümumi çəkisi 7.90 qram, 1 ədəd qolbaq-nal əyarı 585, ümumi çəkisi 12.80 qram, 1 ədəd sırğa-halqa əyarı 585, ümumi çəkisi 5.20 qram, 1 ədəd üzük dördkünc ağ qaş əyarı 585, ümumi çəkisi 2.70 qram, 1 ədəd qolbaq tifanny əyarı 585, ümumi çəkisi 9.70 qram olan malı 18 ay müddətinə, hər ay 415 manat ödənilməklə X1. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X9 06 aprel 2021-ci il tarixli 000331 nömrəli alğı-satqı müqaviləsi üzrə borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 6090 manat məbləğində bir ədəd üzük əyarı 750, ümumiçəkisi 4.40 qram, 1ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 4.31 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 8.70 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 254 manat ödənilməklə X2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli alğı-satqı müqaviləsi üzrə borcalan X12 öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli 000307 nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 4570 manat məbləğində bir ədəd qolbaq-gözmuncuq əyarı 585, ümumi çəkisi 8.40 qram, 1 ədəd üzük-qadın əyarı 750, ümumiçəkisi 4.30 qram, 1 ədəd sırğa əyarı 585, ümumi çəkisi 4.80 qram, 1 ədəd sep-ağac əyarı 585, ümumi çəkisi 3.40 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 191 manat ödənilməklə, hər cari ayın 30-u tarixinədək ödənilməsi şərtilə İddiaçı satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X11 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alğı-satqı müqaviləsi üzrə İddiaçı öhdəlikləri üzrə zamin durmuşdur. Prestij Home MMC iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək 4 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X19 və X3 cəmi 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X7 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X19 və X5 7885 manat, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 16340 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə 7552 manat, 50 qəpik və 206 manat dövlət rüsumu olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X18 ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, 24 avqust 2021-ci il tarixli 000419 nömrəli müqavilə üzrə X19 və X3 borc- 610 manat, cərimə 362 manat, 80 qəpik, gecikmə 60 gün olmaqla, cəmi ödəniləcək məbləğ 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X7 borc-2900 manat, cərimə 2505 manat, gecikmə 86 gün olmaqla, cəmi ödəniləcək məbləğ 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X19 və X5 borc- 4150 manat, cərimə 3735 manat, gecikmə 90 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı borc-5836 manat, cərimə 10504 manat, gecikmə 180 gün olmaqla, cəmi ödəniləcək məbləğ 16340,80 manat, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə borc 3950 manat, cərimə 3602,50 manat, gecikmə 92 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7552,50 manat olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X18 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X19 və X3 müştərək qaydada 610 manat qalıq borcun, 100 manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X7 müştərək qaydada 2900 manat qalıq borcun, 1000 manat cərimə borcunun, 06 aprel 2021-ci il tarixli 000331 nömrəli müqavilə üzrə cavabdehlər X19 və X5 müştərək qaydada 4150 manat qalıq borcun, 1400 manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı 5836 manat qalıq borcun, 3500 manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3950 manat qalıq borcun, 1300 manat cərimə borcu məbləğində pulun "xxxx" MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin cavabdehlər X6, İddiaçı, X13, X19 və X5 müştərək qaydada alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin (X29) 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli və 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli 000306 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 2162 manat qalıq borcun, 100 manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 manat qalıq borcun, 100 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3021 manat qalıq borcun, 100 manat cərimə borcunun tutulub "xxxx" MMC-yə ödənilməsi və İddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" MMC ilə bağlanılan müqavilələr üzrə qətnamədə qeyd edilən məbləğlərdən daha artıq məbləğ ödəmişdir. Belə ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi Cavabdeh məxsus 5310 4637 3119 9216 nömrəli “Nikoylbank” kartı hesabına "xxxx" ASC vasitəsilə 4756.0 manat məbləğində pul vəsaiti, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə isə 769 manat, ümumilikdə 5525 manat ödəniş etmişdir. Ödənişlər İddiaçı məxsus 540408......5723 nömrəli, 416973......7525 nömrəli kart hesablarından və “milliön” aparatından ödənilmişdir. Buna səbəb isə iddiaçı hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşadığı üçün yalnız ilin müəyyən vaxtlarında Astara rayonuna getdiyi üçün müqavilə bağlanan zaman MMC-nin təsisçisi Cavabdeh iddiaçıya Astara rayonuna gələn zaman müqavilə üzrə ödənişləri nağd formada, Astara rayonuna gələ bilmədikdə isə Cavabdeh məxsus karta və hesaba müqavilə üzrə ödənişləri edə biləcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ona məxsus 168566, Pin kod xxxxxxx nömrəli “Yelobank”-dakı hesabı və **********1199216 nömrəli “Nikoyl"bank”dakı kart hesabını iddiaçıya vermişdir. İddiaçı isə Astara rayonuna gedən zaman ödənişləri nağd qaydada, qalan vaxtlarda isə MMC-nin təsisçisi olmuş Cavabdeh məxsus kart hesabına və “Yelobank”-dakı hesabına ödənişlər etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 5310 4367 3119 9216 dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756.0 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Bundan başqa, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin, ümumilikdə 769 manat təşkil etdiyi müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin (X29) Mülki Kollegiyası 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədə qeyd edir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və “e-Manat” ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır. Göründüyü kimi, məhkəmə öz qətnaməsi ilə təsdiq etmişdir ki, İddiaçı tərəfindən əlavə ödənişlər edilmişdir. Lakin İddiaçı tərəfindən qeyd edilən karta və hesaba edilən ödənişlərin müqavilə üzrə "xxxx" MMC-yə ödənildiyi öz təsdiqini tapmadığı üçün həmin borcdan çıxılmamışdır. Qeyd etdiyi kimi həmin ödənişlərin iddiaçı tərəfindən edildiyi öz təsdiqini məhkəmə qətnaməsi ilə tapdığı üçün məhkəmə iddiaçının cavabdehdən tələb etmək hüququnu tanımışdır. Astara Rayon Məhkəməsinin e-2(018)-331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia rədd edilmişdir. İddiaçının nümayəndəsi vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMC ilə bir neçə müqavilə bağlamış və müqavilə şərtlərinə uyğun müvafiq mallar götürmüş və malların dəyərini tərəflər arasında razılaşdırılmış müddətlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının əri faciəli şəkildə öldüyündən iki uşağı ilə tək qalan cavabdeh ödənişləri vaxtında ödəyə bilmədiyi üçün tərəflər arasında mübahisə yaranmış və Astara Rayon Məhkəməsinin (M.Məmmədov) 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli 000419 nömrəli müqavilə üzrə cavabdehlər X19 və X3 müştərək qaydada 610 manat qalıq borcun, 100 manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli 000306 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 2900 manat qalıq borcun, 1000 manat cərimə borcunun, 06 aprel 2021-ci il tarixli 000331 nömrəli müqavilə üzrə X19 və X5 müştərək qaydada 4150 manat qalıq borcun, 1400 manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə İddiaçı 5836 manat qalıq borcun, 3500 manat cərimə borcunun,16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3950 manat qalıq borcun, 1300 manat cərimə borcu məbləğində pulun "xxxx" MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin X6, İddiaçı, X13, X19 və X5 müştərək qaydada alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(018)- 730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli və 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli 000306 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 2162 manat qalıq borcun, 100 manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli müqavilə üzrə İddiaçı 5836 manat qalıq borcun, 100 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3021 manat qalıq borcun, 100 manat cərimə borcunun tutulub “Prestij Home MMC”-yə ödənilməsi və iddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən aydın olur ki, "xxxx" MMC-nin təqdim etdiyi və məhkəmə tərəfindən qəbul edildiyi "xxxx" MMC-yə ödənişlərdən əlavə iddiaçı tərəfindən Cavabdeh məxsus 5310 4637 3119 9216 nömrəli Nikoyl bank kartı hesabına "xxxx" ASC vasitəsilə 4756.0 manat məbləğində, 168566 nömrəli müştəri hesab nömrəsinə isə 769 manat, ümumilikdə 5525 manat ödəniş edilmişdir. Bu fakt qətnamə ilə öz təsdiqini tapmışdır. Lakin bu ödəniş "xxxx" MMC-nin ödənişlərinə aid edilmədiyindən "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə də, həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ olduğu ona izah edilmişdir. Göründüyü kimi həmin ödənişlərin iddiaçı tərəfindən edildiyi, Cavabdeh tərəfindən alındığı öz təsdiqini məhkəmə qətnaməsi ilə tapdığı üçün məhkəmə iddiaçının Cavabdeh tələb etmək hüququnu tanımışdır. Lakin Astara Rayon Məhkəməsi iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmiş hüququnu tanımamış, üstəlik yuxarı instansiya məhkəmələri (Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə) tərəfindən tanınmış bu hüququ əsassız və qanunsuz hesab etmişdir. Halbuki, Şirvan Apellyasiya Məhkəməsi 2(106)-140/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh hesabına ödədiyi pul məbləğini cavabdehdən tələb etmək hüququnu açıq-aşkar tanımış və Ali Məhkəmə bu hüququ təsdiq etmişdir. Göründüyü kimi, Astara rayon Məhkəməsinin 2(018)-331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunvericiliyə zidd qəbul edildiyi üçün ləğv edilməli və iddia təmin edilməlidir. Astara Rayon Məhkəməsi Cavabdeh xeyrinə məhkəmə prosesini yekunlaşdırmaq məqsədilə iddiaçının qanunvericiliyə uyğun şəkildə verilmiş hüququnu əsassız və qanunsuz hesab etmiş və MPM-in sözügedən müddəalarını kobud şəkildə pozmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları nəzərə almadığından əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, təqdim edilmiş sübutlara münasibət bildirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın əsasını təşkil edən MPM-in 82.3-cü maddəsinə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmiş, əksinə tərəfimizdən təqdim edilmiş iş üzrə əhəmiyyətli sübutlar isə məhkəmə tərəfindən cavabdehin xeyrinə təkzib edilmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı müqavilə əsasında "xxxx" MMC-yə ödənişlər etmişdir. Hətta ödənişlər artıqlaması ilə olmuşdur. Həmin ödənişlər müxtəlif ödəniş terminalları vasitəsilə də edilmişdir. İddiaçı əri öldüyü üçün iki övladını təkbaşına böyütmüşdür. Edilmiş ödənişlər bank məlumatları ilə öz təsdqini tapmışdır. Cavabdeh tərəf bank hesabının onlara məxsus olmasını inkar etmişdir. Cavabdehin etdiyi ödənişlərin təyinatı olmamışdır. Hüquqlarını təmsil etdiyi şəxs bildirmişdir ki, əgər cavabdeh həmin pulları başqa hesaba ödəsə belə, onun pullarını qaytarmalıdır. Cavabdehin etdiyi ödəniş qəbzlərində ödənişin təyinatı əks olunmamışdır. Eyni zamanda iş üzrə ekspert rəyi və şahid ifadələri də mövcuddur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, verilmiş apellyasiya şikayətinə yazılı surətdə etiraz da verilmişdir. Apellyasiya şikayəti tamamilə əsassızdır. Apellyasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad edilərək onun preyudisial əhəmiyyəti vurğulanmışdır. Alğı-satqı müqavilələri "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. O, hazırkı məhkəmə iclasında həmin tarixə mədaxil orderlərinin daxil olmasını bildirmiş, o cümlədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin e-2(018)- 331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(018)-730/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Prestij Home MMC-nin cavabdehlər X6, İddiaçı, X13, X19 və X8 qarşı müqavilə üzrə borcun ödənilməsinə dair iddiası qismən təmin olunmuş, 24 avqust 2021-cı il tarixli, 000419 nömrəli müqaviləsi üzrə cavabdehlər X19 və X3 müştərək qaydada 610 (altı yüz on) manat qalıq borcu, 100 (yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqaviləsi üzrə cavabdehlər İddiaçı və X7 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat qalıq borcu, 1000 (min) manat cərimə borcu, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqaviləsi üzrə cavabdehlər X19 və X5 müştərək qaydada 4150 (dörd min bir yüz əlli) manat qalıq borcu, 1400 (min dörd yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqaviləsi üzrə cavabdehlər İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat, 3500 (üç min beş yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqaviləsi üzrə İddiaçı və X7 müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat qalıq borcu, 1300 (min üç yüz) manat cərimə borcu məbləğində pul vəsaitinin iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC" ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X7 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (yüz) manat cərimə borcu tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan mübahisələndirilən hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(102)- 202/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsiin 29 avqust 2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsi ilə İddiaçı və X7 müştərək qaydada 2162 manat qalıq borcun, 100 manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 manat qalıq borcun, 100 manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X7 müştərək qaydada 3021 manat qalıq borcun, 100 manat cərimə borcunun tutulub “Prestij Home MMC”-yə ödənilməsi qət edilmiş və qeyd olunan qətnamə kassasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda da həmin qətnamələrlə müəyyən edilən pul vəsaitlərindən başqa hər hansı pulun İddiaçı tərəfindən Cavabdeh artıq ödənildiyi müəyyən olunmur. Tətbiqedilənhüquq: Kollegiya diqqətə çatdırır ki, diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün mötəbər sübutları hərtərəfli şəkildə araşdırmayaraq iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə 4756.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan əlavə, “e-Manat” ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin ümumilikdə 769 manat təşkil etdiyi görünür. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının adıçəkilən qətnaməsində qeyd edilmişdir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və “e- Manat” ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli 000450 nömrəli, 16 mart 2021-ci il tarixli 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə də, həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Habelə iddia tələbinin 500 manat nəqliyyat xərcinin tutulması hissədə təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də, həmin hissədə iddianın təmini üçün əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-331/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, əsassız varlanma üzrə 5525 manat və vəkilə ödənilmiş xidmət haqqı olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 56 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 30 manat, cəmi 86 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-331/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanma üzrə 5525 (beş min beş yüz iyirmi beş) manat, vəkilə ödənilmiş xidmət haqqı qismində 500 (beş yüz) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi olaraq 56 (əlli altı) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi olaraq 30 (otuz) manat, ümumilikdə 6111 (altı min yüz on bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1554/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1554/2024
10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver