Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1576/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi Nümayəndə2, üçüncü şəxs TƏBİB-in nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X14rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X10 xeyrinə 99000 (doxsan doqquz min) manat mənəzi ziyanın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumlikdə 99300 (doxsan doqquz min üç yüz) manat pulun və 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2022-ci il tarixdə saat 11:45-də “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X18 Ginekologiya və doğum şöbəsinə “38-39 həftəlik hamiləlik, baş gəlişi, doğuşun İ dövrü şəkərli diabed, fəsadlaşmış mamalıq amnezi, iri döl” dioqnozu ilə müraciət etmiş xx.xx.1997-ci il təvəllüdlü İddiaçı doğuş prosesinə rəhbərlik etdiyi zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, dioqnoztika, müalicə və realibitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara, standartlara uyğun olaraq tibbi yardım taktikasını, dioqnozunu müəyyən etməli, zərurət yarandığı halda aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli,əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, doğuş prosesinin başa çatdırma üsulu ona təyin edilmiş dioqnoza düzgün seçilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə Klinik Protokol”a əsasən doğuş prosesinin gedişinə, dölün vəziyyətinə, doğuşdan sonra yenidoğulmuşun vəziyyətinə diqqətlə nəzarət etməli, risk amillərini dəyərləndirməli, fəsadları müəyyən etməli, vəzifə öhdəliklərini, fəaliyyəti üzrə normativ hüquqi aktların tələblərini vaxtında, keyfiyyətlə icra etməli olduğu halda həmin tələblərə əməletməyərək səhlənkarlıq edib öz işinə laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib İddiaçı doğuş prosesində konservativ doğuş taktikasını düzgün idarə etməmiş, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş dioqnoza uyğun düzgün seçməməsi, şəkərli diabedlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində İddiaçı tərəfindən doğulmuş yenidoğulmuş uşaq İ-li ocaqlı atelektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipoksiya ilə əlaqədar dölün asfiksiyası, doğuşun taktiki cəhətdən düzgün seçilməməsi nəticəsində hipoksiya səbəbindən ölmüşdür. 26 avqust 2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası”nda yeni doğulmuş övladının ölümü ona böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra hələ də özünə gələ bilmir. Bundan sonra əri Şahidla aralarında narazılıqlar yaranmış və ona övlad bəxş edə bilmədiyi üçün ondan ayrılmışdır. Səhhəti ilə əlaqədar olaraq artıq uşaq dünyaya gətirmək qabiliyyətində deyil. Bəlkə də ölmüş həmin uşaq onun sonucu dəfə ana olmaq şansını da özü ilə aparmış və o, bir daha ana ola bilməyəcəkdir. Həmin hadisə onun bu həyatda sonsuz qalmağına səbəb olmuşdur. Həm övlad itkisi, həm də yenidən ana ola bilməməyi ona mənəvi iztirablar verir. Həmin hadisə həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Yeni doğulmuş övladının ölüm səbəbi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X12 əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X12 əməkdaşı, mamaginekoloq həkim X1 etməsəyidi, öz işinə vicdansız və ya laqeyd münasibət bəsləməsəydi, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X21 tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, övladını, puç olan xəyallarını, arzularını həyat eşqini heç kəs heç vaxt geri qaytara bilməyəcəkdir. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı övladı hal-hazırda həyatda olardı və o da bir ana kimi həyatına davam edərdi. Bundan sonra aidiyyəti şəxslər işinə, vəzifəsinə daha vicdanla, diqqətlə yanaşsalar hesab edir ki, onun başına gələnlər daha heç bir qadının başına gəlməz. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik X18 nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia xəstaxanaya qarşı deyil həkimə, yəni X7 qarşı qaldırılmalı idi. Bununla yanaşı tərəflər arasında barışıq olmuş, iddiaçı tərəf notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim etmişdir. Həmin ərizədə iddiaçıya dəymiş maddi ziyanın ödənildiyi qeyd olunmuşdur. Bu iş üzrə Şirvan Şəhər Məhkəməsinin hökmü çıxarılmışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, iddiaçının gələcəkdə də, uşaq sahibi olmaması barədə sübutları yoxdur. Bu isə o deməkdir ki, iddiaçı gələcəkdə uşaq sahibi ola bilər. O, şəkər xəstəliyindən əziyyət çəkdiyindən hamiləlik müddətini ağır keçirmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə də göstərilir ki, İddiaçı təqsirləndirilən şəxslə barışıb və ona vurulmuş ziyan ödənilib. Belə olan halda iddiaçının mənəvi ziyanla bağlı məhkəməyə müraciət etməsi əsassızdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahat verərək bildirdi ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik X18 Ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışır. İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkmiş, şəkərli diabet xətəsi olaraq insulin vurdurmuşdur, böyrəkdə xroniki piolonefrik xəstəlik olmuş, birinci doğuşdan sidik kisəsi və uşaqlıq yolu fistilası olmuş, daima pamperslə gəzmiş, abdomenoplastika əməliyyatı keçirmişdir. İddiaçı hamiləliyinin altıncı ayında müayinə zamanı ona bildirilmişdir ki, hazırkı xəstəxana 2-ci səviyyə xəstəxanadır, o 3cü səviyyə xəstənaya müraciət etməlidir. Lakin doğuş müddətində də xəstə onun yanına gəlmişdir, o məcbur qalıb iddiaçının doğuş prosesinə rəhbərlik etmişdir. Doğuş zamanı o, ölü döl doğmuş, iddiaçının yaxınları ondan şikayət etmişlər. O, iddiaçıya 600 manat pul vermişdir ki, ondan şikayət etməsinlər. Lakin sonradan iddiaçı və ailə üzvləri ondan şikayət etdiklərindən barəsində olan cinayət işi üzrə hökm çıxarılmışdır. Məhkəmədə olan zaman iddiaçı yenidən 1200 manat pul istəmiş, o da həmin pulu iddiaçıya vermiş, iddiaçı da bununla bağlı olaraq ərizə yazaraq şikayət və tələbinin olmamasını bildirmiş və həmin ərizəni məhkəməyə təqdim etmişdir. Hesab edir ki, iddiaçı və onun ailə üzvləri yenidən pul əldə etmək istədiklərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, o, Aytacın sağlamlığına və ya yenidən uşaq dünyaya gətirməsinə ziyan vura biləcək hər hansı hərəkət etməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, İddiaçı ilə 5 (beş il) müddətində faktiki nikah münasibətlərində olmuşdur. Bu münasibətdən iddiaçı hamilə olmuş, uşaq doğuş zamanı vəfat etmişdir. Doğuşdan sonra uşaq vəfat etdiyindən iddiaçı ilə münasibətləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Aydan Məmmədli), İddiaçı cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X14rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs TƏBİB-in nümayəndəsi Nümayəndə3 və üçüncü şəxs X11 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsini İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın rədd edilməsini iddia tələbinin sübut olunmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş kişi cinsli övladı ilə bağlı Şirvan şəhər X2 və doöum şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********74 nömrəli Perinatal ölüm haqqında tibbi şəhədətnaməyə əsasən Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.20-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli 636 nömrəli akt qeydi tərtib edilmişdir. Perinatal ölüm haqqında tibbi şəhədətnamədə ölümün səbəbi bölməsinin a) bəndində ölümün səbəbi olaraq “dölün dəqiqləşdirilməmiş səbəblərdən ölümü” qeyd edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 1(032)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti təyin edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası X5 yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan X4 (iddiaçının anası) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, vətəndaş X7 qarşı heç bir iddiası, şikayəti və tələ bi yoxdur və olmayacaq. Ona dəymiş maddi ziyan X11 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatət verərək iş üzrə tibbi ekspertizanın təyin edilməsini xahiş etdiyindən Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X9” X18 xx.xx.2025-ci il tarixli KEŞ-312 saylı ekspert rəyindən görünür ki, İddiaçı mütxəssis həkim-ginekoloqun müayinəsinə göndərilmiş, mütəxəssis müayinəsi zamanı onda qadın cinsiyyət üzvlərində hamilə qalmasına mane olacaq hər hansı bir patalogiya müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir.Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protestləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya cəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunmalıdır ki, mülki qanunvericilik sağlamlığı pozulmuş şəxslərin müalicəyə çəkdiyi xərclərin ödənilməsi ilə yanaşı, bununla bağlı gələcəkdə çəkəcəyi xərclərin qabaqcadan ödənilməsi imkanını da nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-in 459.3-cü maddəsinə əsasən zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Həmin Məcəllənin 1125.2-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün təyin edilə bilər. Göründüyü kimi mülki qanunvericiliyin sadalanan normaları zərərin əvəzini ödəməyə borclu olan şəxsdən gələcəkdə çəkiləcək müalicə xərclərini tələb etməsinin və belə tələbin təmin olunmasının hüquqi əsaslarını özündə əks etdirir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İş materiallarında olan hökmdən görünür ki, İddiaçı anası X8 cinayət işinə baxarkən həmin məhkəməyə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, vətəndaş X7 qarşı heç bir iddiasının, şikayəti və tələbinin olmadığını və olmayacağını bildirmiş, ona dəymiş maddi ziyanını X11 tərəfindən tam ödənilməsini göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəza təyin etmişdir. Apellyasiya məhkəmə icraatı zamanı məhkəmə kollegiya iş materiallarında olan (İ.M. səh 32) ərizənin İddiaçı tərəfində yazılmasının müəyyən edilməsi üçün məhkəmə iclası zamanı adı çəkilən ərizə İddiaçı təqdim edilmiş və iddiaçı həmin ərizənin onun tərəfindən yazıldığını bildirmişdir. Həmin ərizədən görünür ki, İddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini bildirmişdir. İddiaçı iddia tələbində “Səhhəti ilə əlaqədar olaraq artıq uşaq dünyaya gətirmək qabiliyyətində olmaması, bəlkə də ölmüş həmin uşağın onun sonucu dəfə ana olmaq şansını da özü ilə aparması və onun bir daha ana ola bilməyəcəyi, həmin hadisənin onun bu həyatda sonsuz qalmağına səbəb olması” kimi göstərmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X9” X18 xx.xx.2025-ci il tarixli KEŞ-312 saylı ekspert rəyinə əsasən İddiaçı mütxəssis həkimginekoloqun müayinəsinə göndərilmiş, mütəxəssis müayinəsi zamanı onda qadın cinsiyyət üzvlərində hamilə qalmasına mane olacaq hər hansı bir patalogiya müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2023 saylı xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında nəzərdə tutulmuş mövqeyə əsasən cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Hazırkı işdən də göründüyü kimi İddiaçı tərəfindən verilmiş ərizədə ona dəymiş maddi və mənəvi zərərin tam şəkildə ödənilməsi göstərilmişdir. Ərizə tələb və etirazı özündə əks etdirən iradə ifadəsidir. Şəxsin zərərçəkmiş şəxs qismində şikayət və tələbinin olmamasını bildirməsi, həmin vaxt ona ödənilmiş məbləğlə razılaşdığını və həmin təminatın onun maddi və mənəvi zərərini qarşıladığını göstərir. Ona görə də kollegiya hesab edir ki, tərəflər arasında maddi və mənəvi zərərlə bağlı mübahisə iddiaçının ərizəsi əsasında həll edildiyindən iddiaçının hazırkı tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri və işdə olan sübutları müqayisəli tətqiq edərək yekun olaraq belə qənaətə gəlirki birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sübut olunmaması əsası ilə təmin etməməkdə haqlı olmuş, iş üçün mühüm əhəmiyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-80/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1576/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1576/2025
20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver