Məhkəmə qərarları › İş №2(106)-1603/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1603/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1603/2023 19.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Zeynalov Faiq Şəkixan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Adalət qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)711/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Adalət qızından 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)711/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron imza ilə imzalanmamış və elektron kabinet vasitəsilə verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz poçt vasitəsilə kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan apellyasiya şikayətini mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi Şirvan Şəhər Məhkəməsi (hakim C.Mustafayev) apellyasiya şikayətinin MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363.1.5, 364, 366, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)711/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul edilməsindən imtina edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar