Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1608/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Moranlı kəndində yaşayır və kənd təsərrafatı ilə məşğul olur. Onun icarəsində Sabirabad rayonu, Moranlı kəndi yaxınlığına 30 ha. torpaq sahəsi vardır. Belə ki, o, Sabirabad Rayon İcra Hakmiyyəti ilə qış otlaq sahəsində heyvandarlığın inkişafı məqsədi ilə Sabirabad rayonu, Moranlı kəndinə yaxın ərazidə yerləşən 30 ha. torpaq sahəsinə dair 5 (beş) il müddətinə 05 saylı, 17 avqust 2021-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. O, həmin torpaq sahəsinin 10 ha. hissəsində pambıq əkmişdir. Eyni zamanda bildirir ki, həmin pambıq sahəsi məftil və ya digər vasitələrlə hasara alınaraq, mühafizə edilmir və açıq ərazidə yerləşir. Lakin həmin pambıq sahəsini Cavabdeh malqarası məhv etmişdir. Belə ki, Cavabdeh mal-qarasını onun pambıq sahəsinə buraxmış və heyvanlar da pambıq sahəsini otarmaqla, yararsız vəziyyətə qoyaraq, ona maddi zərər vurmuşdur. Ümumiyyətlə, Cavabdeh mal-qarasını bir neçə dəfə onun pambıq sahəsinə girərək, sahəni yararsız vəziyyətə salmışdır. O, dəymiş maddi zərərin hesablanması üçün X7 İnkişaf Mərkəzinə müraciət etmişdir. X7 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 27 iyun 2023-cü il tarixdə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 10 ha. pambıq sahəsinin otarılması və yarasız vəziyyətə düşməsi nəticəsində ona ümumilikdə 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləğində maddi zərər dəymişdir. Bu barədə X7 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 27 iyun 2023-cü il tarixli rəy tərtib edilmişdir. Daha sonra, o, dəymiş maddi zərərin ödənilməsi üçün Cavabdeh müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. Sabirabad Rayon Polis Şöbəsi tərəfindən dəymiş maddi zərərin ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 69 (altmış doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və ünvan 2ndarlıqla məşğul olur. Eyni zamanda qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, mal-qarasını Sabirabad rayonu, Moranlı kəndinə yaxın ərazidə yerləşən ümumi istifadədə olan örüş otlaq sahəsində otarır. Onun heyvanlarının otardığı örüş otlaq sahəsi ilə İddiaçı icarəsində olan pambıq sahəsi arasında təxminən 4-5 km., məsafə vardır. İddiaçı heç özü də dəqiq bilmir ki, onun pambıq sahəsinə kimin heyvanları daxil olaraq, pambıq sahəsini məhv etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsi (Hakim: Tərlan Nüsrətov) ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Abbasov X1 Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iddiaçı iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların sübut olunmaması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)- 323/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin aydın başa düşülməsi üçün məhkəmə kollegiyası hüquqi nəticələrin aşağıdakı katiqoriyalar üzrə araşdırılmasını məqsədəmüvafiq hesab edir: İ İddiaçın tələblərinin əsası kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddiasının məzmunundan göründüyü kimi, onun icarəsində Sabirabad rayonu, Moranlı kəndi yaxınlığına 30 ha. torpaq sahəsi vardır. Belə ki, o, Sabirabad Rayon İcra Hakmiyyəti ilə qış otlaq sahəsində heyvandarlığın inkişafı məqsədi ilə Sabirabad rayonu, Moranlı kəndinə yaxın ərazidə yerləşən 30 ha. torpaq sahəsinə dair 5 (beş) il müddətinə 05 saylı, 17 avqust 2021-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. O, həmin torpaq sahəsinin 10 ha. hissəsində pambıq əkmişdir. Eyni zamanda bildirir ki, həmin pambıq sahəsi məftil və ya digər vasitələrlə hasara alınaraq, mühafizə edilmir və açıq ərazidə yerləşir. Lakin həmin pambıq sahəsini Cavabdeh malqarası məhv etmişdir. Belə ki, Cavabdeh malqarasını onun pambıq sahəsinə buraxmış və heyvanlar da pambıq sahəsini otarmaqla, yararsız vəziyyətə qoyaraq, ona maddi zərər vurmuşdur. Ümumiyyətlə, Cavabdeh malqarasını bir neçə dəfə onun pambıq sahəsinə girərək, sahəni yararsız vəziyyətə salmışdır. O, dəymiş maddi zərərin hesablanması üçün X7 İnkişaf Mərkəzinə müraciət etmişdir. X7 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 27 iyun 2023-cü il tarixdə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 10 ha. pambıq sahəsinin otarılması və yarasız vəziyyətə düşməsi nəticəsində ona ümumilikdə 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləğində maddi zərər dəymişdir. Bu barədə X7 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 27 iyun 2023-cü il tarixli rəy tərtib edilmişdir. İddia tələblərinin əsaslarından müəyyən edilir ki, iddiaçı aşağıdakı hallara görə cavabdeh tərəfindən ona ziyan vurulmasını qeyd edir, vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini arzu edir və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrini göstərir. Tələbinin əsası kimi aşağıda qeyd olunan iki əsası sübut kimi təqdim edir. 1-ci əsas X7 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 27 iyun 2023-cü il tarixli aktdan və 27 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sabirabad rayonu, Moranlı kənd sakini İddiaçı icarəsində olan 10 ha. pambıq sahəsi yararsız vəziyyətə düşmüş və dəymiş maddi zərərin məbləği 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləği həddində hesablanmışdır. 2-ci əsas İddiaçının pambıq sahəsinə cavabdehə məxsus heyvanların ziyan vurmasını həmin heyvanların otarılmasını X2 təsdiq etməsidir. İİ Cavabdehin iddiaya qarşı etirazlarının dəlilləri, sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və ünvan 2ndarlıqla məşğul olur. Eyni zamanda qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, malqarasını Sabirabad rayonu, Moranlı kəndinə yaxın ərazidə yerləşən ümumi istifadədə olan örüş otlaq sahəsində otarır. Onun heyvanlarının otardığı örüş otlaq sahəsi ilə İddiaçı icarəsində olan pambıq sahəsi arasında təxminən 4-5 km., məsafə vardır. İddiaçı heç özü də dəqiq bilmir ki, onun pambıq sahəsinə kimin heyvanları daxil olaraq, pambıq sahəsini məhv etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə iş materiallarını araşdıraraq aşağıdakıları sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Sabirabad Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 05 saylı, 17 avqust 2021-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin surətindən görünür ki, Sabirabad rayonu, Moranlı kəndi ərazisində yerləşən 30 ha. torpaq sahəsi 5 (beş) il müddətinə qış otlaq sahəsində heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş X7 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 27 iyun 2023-cü il tarixli aktdan və 27 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sabirabad rayonu, Moranlı kənd sakini İddiaçı icarəsində olan 10 ha. pambıq sahəsi yararsız vəziyyətə düşmüş və dəymiş maddi zərərin məbləği 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləği həddində hesablanmışdır. İş materiallarında olan 3-13-103-1/2-A-32xx/xx/2023 saylı, 20 iyun 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı müraciəti mülki xarakterli olduğu üçün Sabirabad Rayon Polis X4 Bölməsinin rəisi, Alov Bağırov tərəfindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Moranlı kəndində yaşayır və kənd təsərrafatı ilə məşğul olur. İddiaçı onun əmisinin nəvəsidir, lakin Cavabdeh tanımır. O, İddiaçı və digər tanışı X3 ilə birlikdə Sabirabad rayonu, Moranlı kəndində 10 ha. torpaq sahəsində şərikli pambıq əkmişdir. Təxminın 2023-cü ilin may ayının sonunda İddiaçı mobil telefonuna zəng edərək, əkdikləri pambıq sahəsinə mal-qaranın girdiyini və pambıq sahəsinin yararsız vəziyyətə düşdüyünü bildirmişdir. O da pambıq sahəsinə getmiş, həqiqətən sahəyə təxminən 70 (yemiş) baş iribuynuzlu heyvanın girdiyini və pambıq sahəsini yararsız vəziyyətə saldığını görmüşdür. İddiaçı və X3 ilə birlikdə mal-qaranı pambıq sahəsindən çıxarmışlar. O, mal-qaranın kimə məxsus olduğunu bilməmişdir, lakin sonradan İddiaçı ona mal-qaranın Cavabdeh məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər bir şəxs hüquqlarının, qanunla qorunan maraqlarının müdafiəsini istənilən şəxslərdən tələb etmək, əgər həmin hüquq və qanunla qorunan maraqların müdaxiləsinin aradan qaldırılması mümkün olmazsa, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasının və buna görə zərərin ödənilməsinin məhkəmə qaydasında müəyyən edilməsinin yolverilən hesab edilməsi üçün ilk növbədə o, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində subyektiv hüququnun pozulmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları və tərəflərin vermiş olduğu izahatlar üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddiaçının Sabirabad rayonu, Moranlı kəndinə yaxın ərazidə yerləşən 30 ha. torpaq sahəsinin (Sabirabad Rayon İcra Hakimiyyəti ilə qış otlaq sahəsində heyvandarlığın inkişafı məqsədi ilə 5 (beş) il müddətinə 05 saylı, 17 avqust 2021-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır). 10 ha. hissəsində pambıq əkməsi işin mübahisəsiz halı kimi, həm iddiaçı həm də cavabdeh tərəfindən qəbul edilir. İşin mübahisələndirilən halı isə cavabdehin heyvanlarının iddiaçıya məxsus pambıq sahəsinin otarılması və bunun nəticəsində iddiaçıya ziyan dəyməsidir. Bu halın təsdiqi kimi iddiaçı tələbinin əsası kimi yuxarıda qeyd olunduğu kimi məhkəməyə iki sübut təqdim edir. Məhkəmə kollegiyası iddiaçının iddiasının birinci sübutu ilə əlaqədar qeyd edir ki, əvvəla X7 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 27 iyun 2023-cü il tarixdə həmin əraziyə baxış keçirilməsi, baxış zamanı 10 ha. pambıq sahəsinin otarılması və yarasız vəziyyətə düşməsi nəticəsində iddiaçıya ümumilikdə 4850 (dörd min səkkiz yüz əlli) AZN məbləğində maddi zərər dəyməsini qeyd etsə də, əraziyə baxış keçirilməsi, həmçinin aktda qeyd olunan halların foto və ya video çəkilişlərlə öz təsdiqini tapması müəyyən edilməmişdir. İkincisi tərtib olunmuş rəydə qeyd olunanların iddia tələbinə cavab verməli olan X6 aidiyyətinin nədən ibarət olması göstərilməmiş, hətta birinci instansiya məhkəməsinə də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İddiaçının iddiasının ikinci sübutu iddiaçının tələbinin əsası kimi istinad etdiyi cavabdehə məxsus heyvanların onun pambıq sahəsinə vurulan ziyanın şahid qismində dindirilmiş X2 da təsdiq etməsidir. Birinci instansiya məhkəməsində X5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Moranlı kəndində yaşayır və kənd təsərrafatı ilə məşğul olur. İddiaçı onun əmisinin nəvəsidir, lakin Cavabdeh tanımır. O, İddiaçı və digər tanışı X3 ilə birlikdə Sabirabad rayonu, Moranlı kəndində 10 ha. torpaq sahəsində şərikli pambıq əkmişdir. Təxminın 2023-cü ilin may ayının sonunda İddiaçı mobil telefonuna zəng edərək, əkdikləri pambıq sahəsinə mal-qaranın girdiyini və pambıq sahəsinin yararsız vəziyyətə düşdüyünü bildirmişdir. O da pambıq sahəsinə getmiş, həqiqətən sahəyə təxminən 70 (yemiş) baş iribuynuzlu heyvanın girdiyini və pambıq sahəsini yararsız vəziyyətə saldığını görmüşdür. İddiaçı və X3 ilə birlikdə mal-qaranı pambıq sahəsindən çıxarmışlar. O, mal-qaranın kimə məxsus olduğunu bilməmişdir, lakin sonradan İddiaçı ona mal-qaranın Cavabdeh məxsus olduğunu bildirmişdir. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadələrinin düzgün təfsir edərək iddia tələbinin təmininə yönəlməyəm hərəkət kimi qiymətləndirmişdir. Belə ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Birinci instansiya məhkəməsi prosessual qənaət prinsipinə görə düzgün olaraq yalnız işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb edən faktlarla və hallarla bağlı sübutları nəzərə alınmışdır. Belə ki, X5 izahatında cavabdehi mübahisəli pambıq sahəsində görmədiyini lakin pambıq sahəsində otarılan xırda və iribuynuzlu mal-qaranın sonradan Yasin Priyevə məxsus olmasını bilmişdir. Bu hal iddiaçının iddia tələbinin təmininə yönəlmiş hərəkət kimi qəbul edilə və heyvanların cavabdehə məxsus olması faktının təsdiqi kimi müəyyən edilə bilməz. Qeyd olunan şahid ifadəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddianın təsdiqinə yönələn sübut kimi qəbul edilməmiş və MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ilk öncə zərərin onu vuran şəxsə aid olmasını sübut etməlidir. Yalnız bu halda zərəri vuran şəxsin hüquqa zidd hərəkət nəticəsində mülki hüquq məsuliyyəti yarana bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4850 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(072)-323/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1608/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1608/2024
07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver