Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-161/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-877/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesabına yazılmış 6657,55 manat məbləğində pulun hesabından silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhərində yerləşən Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 6657,55 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müraciət etmişdir. Heç vaxt qazla bağlı borcları olmamış və onlara borcla bağlı bildiriş verilməmişdir. Qaz İdarəsində ona borcunun əsasən 2010- 2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxta kimi qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-877/2023 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddianın tələbi qismən təmin edilərək Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 4844,80 manat borcun onun hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və Cavabdeh İsehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu X6 İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonentidir. İddiaçı oğlu istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00930 saylı qaz hesabında ödənilməmiş 6657.55 manat borc vardır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mənzilində təbii qazdan istifadə etmiş və dəyərini tam şəkildə ödəniş etməməsinin nəticəsində yaranmışdır. Belə ki, İddiaçı tərəfindən 2011-ci il ərzində 473.20 manat, 2012-ci il ərzində 206.10 manat, 2013-cü il ərzində 572.80 manat, 2014-cü il ərzində 503 manat, 2015 ci il ərzində 773 manat, 2016-cı il ərzində 775.70 manat, 2017ci il ərzində 1037 manat, 2018-ci il ərzində 286.60 manat, 2019-cu il ərzində 541.70 manat, 2020-ci il ərzində 834.70 manat, 2021-ci il ərzində 830.85 manat, 2022-ci il ərzində 291.24 manat, 2023-ci il ərzində 174.72 manat dəyərində təbii qazdan istifadə etmiş, lakin heç bir ödəniş ödəmişdir. Beləliklə, 2011-ci ilin sonuna 612.10 manat debitor borcu 2012-ci ilin sonuna 612.10 manat debitor borcu 2013-ci ilin sonuna 932.90 manat debitor borcu 2014-ci ilin sonuna 1183.90 manat debitor borcu 2015-ci ilin sonuna 1704.90 manat debitor borcu 2016-ci ilin sonuna 3671.20 manat debitor borcu 2017-ci ilin sonuna 3671.20 manat debitor borcu 2018-ci ilin sonuna 3981.40 manat debitor borcu 2019-ci ilin sonuna 4844 manat debitor borcu 2020-ci ilin sonuna 5706.20 manat debitor borcu 2021-ci ilin sonuna 6416.15 manat debitor borcu 2022-ci ilin sonuna 6921.35 manat debitor borcu 2023-ci ilin müvafiq dövrünə 6921.55 manat debitor borcu vardır. İddiaçı oğlu Kürdəmir rayon Böyük-Kəngərli kəndində məskunlaşmışdırlar. Ailə tərkibi 6 nəfər olmaqla qaçqın sayı 6 nəfər kimi qeydiyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 01 yanvar 2017-ci il tarixindən vahid aylıq müavinət ödənilir. Lakin iddiaçı limitdən artıq istifadə etdiyi qazın dəyərini tam ödəməmişdir. Nəticədə debitor borcu vardır. Birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həm də ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox, kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də, iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Qazdan istifadə qaydalarının 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birinci sayğacın texniki cəhətdən nasaz olması, ikinci sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi. Bu iki hal bir-birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun “Klyans” birləşməsinə vurulan plombunda sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə, sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa, belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz, çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. İddiaçı məhkəmə iclasında izataında bildirmişdir ki, on yeddi nəfər ailə üzvü var. Hər il Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən ailə tərkibinə uyğun arayış alaraq Cavabdeh İB-yə təqdim etmişdir. Evdə hazırda 16 nəfər yaşayırlar. Arayışda bir nəfərin adı qeyd edilməyib. O, hazırda yaşayır və 100 yaşı var. Həmin qaz sayğacından 16 nəfər ailə üzvü istifadə edir. Onun ailə tərkibi haqqında arayışında ailə üzvü 16 nəfər göstərildiyi halda, tanımadığı 6 nəfər şəxslərin adları qeyd edilmiş və Dövlət büdcəsi tərəfindən 16 nəfər ailə üzvlərinin istifadə etdiyi qazın dövlət büdcəsi tərəfindən ayrılmış vəsait “Azəriqaz İB” tərəfindən mənimsənilmişdir. Cavabdehin nümayəndəsi elektron məhkəmə sisteminə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-877/2023 saylı qətnaməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00930 nömrəli Abonent saldosundan görünür ki, 10.2010-cu il tarixdən 06.2023-cü il tarixə kimi olan dövr ərzində təbii qazdan istifadəyə görə 6948,95 manat borcunun olmadığı göstərilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 6657,55 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müraciət etmişdir. Heç vaxt qazla bağlı borcları olmayıb və onlara borcla bağlı bildiriş verilməyib. Qaz İdarəsində ona borcunun əsasən 2010-2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxtacan qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Onun saldo üzrə bildirişdə 05.2022-ci il tarixə qeyri qanuni hesablanmış 6657,55 manat debitor borc silinməli olduğu halda silinməmişdir. Cavabdeh nümayəndəsi izahatında iddiaçının pozulmasını tələb etdiyi təbii qazdan istifadəyə görə yaranmış 6657,55 manat məbləğində debitor borcun xx.xx.2010-cu ildən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yarandığını göstərsə də o, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını və işin araşdırılan hallarına məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı himayəsində özü ilə bərabər 6 nəfər məcburi köçkün olmaqla, onlar məcburi köçkünlər üçün müəyyən edilmiş limit daxilində təbii qazdan istifadə etsələr də, müəyyən müddət ərzində limitdən artıq təbii qazdan istifadə etmişlər. Belə ki, İddiaçı 10.2010-cu il tarixdən 10.2019-cu il tarixə kimi olan dövr ərzində istifadə etdiyi 38568 kub metr təbii qaza görə 4844,80 manat məbləğində pulu dövlət hesabına ödənilmiş, qalan debitor borc isə iddiaçının özü tərəfindən ödənilməlidir. Belə olan halda, iddiaçının təbii qazdan istifadəyə görə ona hesablanmış 4844,80 manat borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 5.4-cü bəndlərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Habelə MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, həmin məcəllənin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd edilməlidir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7444 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin iş materiallarında olan 25 yanvar 2024-cü il tarixli Arayışlarında əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2010-cu ilin oktyabr ayından 2022-ci ilin may ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 5117,45 manat (6637,55- 1520,10) məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, işdə olan sübutlardan, habelə işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7444 saylı rəyindən görünür ki, 2010-cu ilin oktyabr ayından 2022ci ilin may ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 5117,45 manat (6637,55-520,10) məbləğində təşkil edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)- 877/2023 saylı qətnaməsi silinməsi qət edilmiş 4844,80 manat hissədə dəyişdirilərək İddiaçı hesabından 1520.10 manat məbləğində borc silinməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7444 saylı rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-877/2023 saylı qətnaməsi - silinməsi qət edilmiş borc məbləği hissədə dəyişdirilsin, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 1520 (min beş yüz iyirmi) manat 10 (on) qəpik məbləğində borc İddiaçı hesabından silinsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-161/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-161/2024
17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver