Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1611/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-27/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi - xx.xx.2019-cu il tarixli) Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmiləşdirilən Cavabdeh1 adına olan 0.06 ha torpaq sahəsindən onlara, yəni İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 məxsus olan 0.029975 ha torpaq sahəsinin naturada ayrılmasını xahiş etmişlər. Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-27/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin olunmuşdur. Cavabdeh1 adıçəkilən qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iş üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. Şikayətdən imtinanın hüquqi nəticələri ona aydındır. Apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Buna görə də, apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-27/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-27/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1611/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1611/2024
17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver