Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1614/2022 22.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı 18 iyun 2019-cu il tarixli üzləşmə aktına əsasən 36.891 manat 60 qəpik məbləğində pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəfayil Əliyev) İddiaçı Cavabdeh qarşı 18 iyun 2019-cu il tarixli üzləşmə aktına əsasən 36.891 manat 60 qəpik məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 18 iyun 2019-cu il tarixli üzləşmə aktına əsasən müəyyən olunmuş borcun əvəzi qismində 36.891 (otuz altı min səkkiz yüz doxsan bir) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 36.921 (otuz altı min doqquz yüz iyirmi bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər ərzində Sumqayıt şəhərində insan və ətraf mühit üçün təhlükəsiz dezikfeksiyaedici, mayeyuyucu və ağardıcı məhsulların istehsalı fəaliyyəti ilə məşğuldur. Cavabdeh 30 dekabr 2017-ci il tarixdə İddiaçındə təmsilçi (ekspeditor) vəzifəsinə işə qəbul edilərək, iddiaçı müəssisə ilə maddi məsuliyyəti barədə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən aldığı yuyucu və təmizləyici vasitələri müxtəlif ticarət obyektlərinə paylasa da, onların dəyərini iddiaçıya ödəməmiş, nəticədə 18 iyun 2019-cu il tarixə müəssisəyə 39.391 manat 60 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlə iddiaçı müəssisənin nümayəndəsi arasında 18 iyun 2019-cu il tarixdə keçirilmiş üzləşmə zamanı və həmin tarixdə tərtib olunmuş üzləşmə aktı ilə Cavabdeh 39.391 manat 60 qəpik məbləğində borcunun olduğu cavabdehin özü tərəfindən təsdiq olunmuşdur. Bundan sonra cavabdeh qeyd olunan borcun 2.500 manat məbləğində hissəsini ödəmiş və hazırda iddiaçıya 36.891 manat 60 qəpik məbləğində borcu qalmışdır. İddiaçı ilə Cavabdeh arasında ödənilməmiş vəsaitə görə üzləşmə aparılarkən, cavabdeh iddiaçı müəssisədən aldığı məhsulları müxtəlif ticarət obyektlərinə paylamaq üçün qaynı X5 verdiyini və buna görə də qeyd edilən vəsaitin qaynı Rzayev Cahangir Niyazi oğlu tərəfindən toplanılmalı olduğunu bildirmişdir. İddiaçı X5 qarşı Yardımlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Yardımlı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(038)-114/2020 saylı qətnaməsi ilə hazırki iddia tələbinin predmeti olan pul vəsaitinin X1 tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(106)-324/2021 saylı qətnaməsi ilə əsl cavabdehin Cavabdeh olduğu halda, iddia tələbinin X7 yönəldilməsi əsası ilə Yardımlı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(038)-114/2020 saylı qətnaməsi ləğv edilmişdir. Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən də görünür ki, Cavabdeh şahid qismində ifadə verərkən hazırki iddia tələbində göstərilmiş borcunu etiraf etmişdir. Lakin Cavabdeh iddiaçıya olan borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Buna görə də iddiaçı müəssisə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, nəticədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X10 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsinin ləğv edilməsi xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X8 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmadan, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 30 dekabr 2017-ci il tarixli təmsilçi (ekspeditor) müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındə təmsilçi (ekspeditor) vəzifəsinə qəbul edilmiş, müqaviləyə əsasən Cavabdeh İddiaçındən təhvil aldığı gündən etibarən hər ayın sonunda ay ərzində alınan malın dəyərini İddiaçı bank hesabına və ya nəğd şəkildə xəzinə (kassa) hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 iyun 2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə 18 iyun 2019-cu il tarixə ödənilməmiş borcununun 39.391 manat 60 qəpik təşkil etdiyini etiraf etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(106)- 324/2021 saylı qətnaməsindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(038)-114/2020 saylı qətnaməsi ilə X1 36.891 manat 60 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçınə verilməsi qət edilmiş, X4 Yardımlı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(038)-114/2020 saylı qətnaməsindən apellyasiya şikayəti təmin edilmiş və Yardımlı Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(038)-114/2020 saylı qətnaməsindən görünür ki, Əliyev X9 Rayon Məhkəməsində qeyd olunan mülki iş üzrə şahid qismində dindirilərkən göstərmişdir ki, X11 İddiaçındə işə düzəlmiş və ona iddiaçı tərəfindən mağazalara paylanmış malların dəyərinin toplanması həvalə edilmişdir. Həmin vaxt mağazalardan onun toplamalı olduğu malın dəyəri 62.582 manat 27 qəpik məbləğində müəyyən edilmişdir. X11 2019-cu ilin mart ayına kimi malın dəyərinin bir hissəsini toplayaraq İddiaçınə qaytarmış və başqa işə düzələcəyi üçün işdən çıxmışdır. Cahangir Rzayev işdən çıxdığına görə həmin pulların mağazalardan toplayaraq İddiaçınə qaytarmasını ona tapşırmışdır. Buna görə də 03 mart 2019-cu il tarixdə İddiaçı ilə onun arasında üzləşdirmə aparılmış, Cahangir Rzayevin qaytarmalı olduğu malların dəyəri müəyyənləşmiş və həmin borc 51.205 manat məbləğində müəyyən edilmişdir. Bu barədə İddiaçı ilə onun arasında həmin gündə üzləşmə aktı tərtib edilmişdir. Bundan sonra o, mağazalardan malların dəyərinin bir hissəsini toplayaraq cəmiyyətə qaytarmışdır. 18 iyun 2019-cu il tarixdə mağazalardan yığılacaq borcun dəyəri yenidən hesablanmış və həmin günə 39.391 manat 60 qəpik məbləğində qaytarılmamış mal qalmışdır. Həmin gün İddiaçı ilə onun arasında qalmış borc barədə yeni akt tərtib edilmişdir. Daha sonra həmin borclardan 2.500 manat yığılaraq, iddiaçıya qaytarmışdır. Toplanılmamış malların dəyərinin qaytarılması barədə mağazalarla söhbətlər aparmış və həmin məbləği qısa müddətdə İddiaçınə qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud kehtiyatsızlığa görə məsuliyyətdən qabaqcdan azad etmək olmaz. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli təmsilçi (ekspeditor) müqaviləsinə görə Cavabdeh İddiaçındə təmsilçi (ekspeditor) vəzifəsinə qəbul edilmiş, müqaviləyə əsasən Cavabdeh İddiaçındən malları təhvil aldığı gündən etibarən hər ayın sonunda malın dəyərini İddiaçı bank hesabına və ya nəğd şəkildə xəzinə (kassa) hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin öhdəliklərini icra etməməklə İddiaçınə 39.391 manat 60 qəpik məbləğində maddi ziyan vurmuş, həmin xüsusat tərəflər arasında aparılmış üzləşmənin nəticəsi olan 18 iyun 2019-cu il tarixli üzləşmə aktında da təsdiq olunmuşdur. Bununla yanaşı Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(106)- 324/2021 saylı qətnaməsində də oxşar hüquqi mövqe göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, mübahisə olunan hüquq münasibəti üzrə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.Ona görə də Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 217.2, 217.4, 372, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(022)-43/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov
Məhkəmə qərarları › İş №2(106)-1614/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1614/2022
22.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver