Məhkəmə qərarları › İş №2(106)-1632/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1632/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1632/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “pul tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 öz tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həmkəndlisidir. Cavabdeh ona müraciət edərək ev tikmək üçün pul lazım olduğunu və borc verməyini istəmişdir. İddiaçının atası Abı rəhmətə getdikdən sonra ondan iddiaçıya 10000 manat pul qalmışdır. İddiaçı həmin pulu evdə saxlamağa qorxduğundan və cavabdehi tanıdığından, ona etibar etdiyindən cavabdehə atasından qalmış 10000 manat pulu borc olaraq vermişdir. Cavabdehlə lotereya oynadıqları zaman isə cavabdehin ona 300 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya dediyi kimi özünə ev tikdirmiş və bir müddət sonra həmin evi satmışdır. Lakin iddiaçıya borclu olduğu pulu ona qaytarmamışdır. İddiaçı cavabdehə ona borclu olduğu pulu qaytarması barədə dəfələrlə müraciət etmişdir. Cavabdeh hər dəfə bir bəhanə edərək pulu qaytarmamışdır. Sonra cavabdeh bacısı Şəfəqin cərrahiyyə əməliyyatı olunması ilə əlaqədar pul lazım olduğundan ona pul verdiyini bildirmiş və yaxın zamanda pulu qaytaracağını bildirmişdir. Lakin qaytarmamışdır. Ona görə iddiaçı məcbur olub xx.xx.2021-ci ildə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin tələbin mülki xarakterli olduğunu əsas gətirərək məhkəməyə müraciət etmək hüququnu izah etmişlər. Odur ki, borc pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 əsassız olaraq götürüb saxladığı 30221,29 manat pul vəsaitinin, həmçinin həmin pulu ödəməkdən boyun qaçırdığına görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə faiz hesablanaraq ödənilməsi, eləcə də, vurulmuş mənəvi zərərə görə 10000 manat pulun İddiaçı1 alınaraq Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 öz tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin təxminən oktyabr ayında pula ehtiyacı olduğundan, o cümlədən uşağının ayağının yanması ilə bağlı müalicəsindən ötrü İran İslam Respublikasına aparılması, anasının müalicəsi ilə bağlı Rusiya Federasiyasına getməsinə görə İddiaçı1 3000 manat pul borc almışdır. Razılıqlarına görə hər 1000 manat üçün ona əlavə 800 manat, yəni 3000 manat üçün 2400 manat faiz verməli idi. İddiaçı1 borc verdiyi pulu və ona hesabladığı faizləri kartlardan çıxaracaqdı. Həmçinin razılaşmışlar ki, Cavabdeh1 öz əmək haqqı kartını, anasının pensiya kartını İddiaçı1 versin və qeyd olunan pul məbləği həmin kartlardan çıxarılsın, borc qurtardıqda isə İddiaçı1 kartları ona qaytaracaqdı. Rəvanə həmin ərəfədə iddiaçıdan və anasından etibarnamə də almışdır. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 qaynanasının iddiaçıya verməli olduğu pul onun pensiyasından tutulmaqla İ və İİ Yeddioymaq poçt şöbələrinə köçürülmüşdür ki, həmin pulları da ondan götürdükləri borca görə 2014-cü ilin oktyabr ayından İddiaçı1 almışdır. 2015-2016-cı illərdə İddiaçı1 özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul vermişdir. İddiaçının məhkəmə işlərinə başı qarışdığından, etibarnamənin ləğvinin mümkünlüyünü bilmədiyindən, anası isə xəstə olmaqla fikrini ifadə edə bilmədiyindən, nə özünün əmək haqqı, nə də anasının pensiya kartını İddiaçı1 ala bilməmişlər. O, əvvəllər müxtəlif bəhanələr gətirmiş, daha sonra isə həmin kartları istəyəndə iddiaçını hədələmiş, hətta yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra onun hədələrinin real olduğunu görüb uzun müddət ondan kartlarını geri ala bilməmişdir. Beləliklə, İddiaçı1 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla, cəmi 5352,63 manat pulu əmək haqqı kartından İddiaçı1 çıxartmışdır. O, həmçinin qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən iddiaçıya verilməli olan 6016,86 manat pulu da xx.xx.2014-cü ildən xx.xx.2020-ci ilədək poçt şöbələrindən götürmüşdür. O, eləcə də, Cavabdeh1 anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651,80 manat pul çıxartmışdır. Ümumilikdə İddiaçı1 iddiaçıya verdiyi 3000 manat borca görə 34021,29 manat pul götürmüş, 1600 manat da nağd almışdır. Bunun 3000 manat ona borclu olduğu və həmin pula hesabladığı 2400 manat faizi çıxdıqda, 30221,29 manat onda pul vəsaiti qalır. Anasının pensiya kartını vermədiyini görüb müraciəti əsasında 2021-ci ilin mart ayının 31-dən pensiya dayandırılmış, iyul ayının 5-də isə pensiya kartını bağlatdırmışdır. Əmək haqqı və pensiya kartının geri alınması üçün 2020-ci ilin sonunda polis şöbəsinə müraciət etmişdir. Lakin müraciətinin mülki xarakterli olması barədə ona məktubla cavab verilmişdir. Göründüyü kimi, İddiaçı1 Cavabdeh1 borc verdiyi pula görə sonuncunun əmək haqqı kartını, anasının pensiya kartını borc məbləği çıxıldıqdan sonra əsassız olaraq özündə saxlamaqla həmin kartlardan pul vəsaitlərini qanunsuz götürməklə göstərilən məbləğdə pulu mənimsəmişdir. Bu isə İddiaçı1 mülki hüquq pozuntusuna yol verərək iddiaçı hesabına əsassız varlanmasını göstərir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı 2014-cü ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonunadək borc aldığı pul və hesablanmış faiz çıxılmaqla, cəmi 30221,29 manat pul vəsaitindən məhrum olmuşdur ki, bu da qanunun tələblərinə əsasən real zərər hesab edilir və tam həcmdə cavabdehdən alınaraq ona ödənilməlidir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının cavabdehdən onda olan pulu ilə yanaşı, həmin pulun onda olduğu dövr üçün bank uçot dərəcəsinə uyğun faizləri də tələb etmək hüququ var. Bundan başqa, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər də vurulmuşdur. Cavabdehin ona olan borcundan sui-istifadə edib əmək haqqı və pensiya kartını özündə saxlamaqla pulları uzun müddət ərzində götürüb mənimsəməsi, nəticədə iddiaçının məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına müraciət etməsi, cavabdehin isə həmin pulu iddiaçıya qaytarmaqdan yayınması, hətta ona qarşı əsassız iddia qaldırmaqla guya borclu olması barədə fikir formalaşdırması nəticəsində iddiaçı mənəvi iztirablar və sarsıntılar keçirmişdir ki, bu da qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulması deməkdir. İddiaçı cavabdehin hərəkətinin bir çox insanlarda ona olan inamın itməsinə, dərin iztirab və sarsıntı keçirməsinə səbəb olmasını, xəstə anasına qulluq etməsi ilə bağlı ağır məhrumiyyətlərə məruz qalmasını, ağır şəraitdə yaşamağa məcbur olub bir çox çətinliklərlə üzləşdiyini nəzərə alaraq və iddiaçıya mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə ona vurulan mənəvi zərəri 10000 manat civarında qiymətləndirir. İddiaçı1 ona qarşı olan iddiası pul tələbindən ibarətdir. Halbuki, ona olan borcunu İddiaçı1 əmək haqqı və pensiya kartlarından, eləcə də, poçt şöbələrindən iddiaçının adına gələn pulları götürməklə kifayətlənməmiş, həmin borcdan dəfələrlə çox vəsaiti də ələ keçirib pulu mənimsəmişdir. Bu da ilk iddia ilə qarşılıqlı iddia arasında qarşılıqlı əlaqə olmasını göstərir. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) İddiaçı1 Cavabdeh1 qarşı “10300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçı1 qarşı “əsassız olaraq götürülüb saxlanmış 30221,29 manat pulun, həmin pulun ödənilməsindən boyun qaçırılmasına görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə faiz hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 10000 manat pulun alınaraq ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, həmçinin İddiaçı1 əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, poçt vasitəsi ilə gələn pulların bir qisminin Ruhəngizin almağına dair müvafiq blanklara onun adından imza edildiyi, həmin imzaların ona məxsus olmaması isə ekspert rəyi ilə sübut edildiyindən, bu isə müvafiq poçt şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini göstərdiyindən, Masallı Poçt şöbəsinin vəzifəli şəxslərinin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrinə əsasən hüquqi qiymət verilməsindən ötrü xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ilin təxminən oktyabr ayında pula ehtiyacı olduğundan, o cümlədən uşağının ayağının yanması ilə bağlı müalicəsindən ötrü İran İslam Respublikasına aparılması, anasının müalicəsi ilə bağlı Rusiya Federasiyasına getməsinə görə İddiaçı1 3000 manat pul borc almışdır. Razılığa görə hər 1000 manat üçün ona əlavə 800 manat, yəni 3000 manat üçün 2400 manat faiz verməli idi. İddiaçı1 borc verdiyi pulu və ona hesabladığı faizləri kartlardan çıxaracaqdı. Həmçinin razılaşmışdılar ki, özünün əmək haqqı kartını, anasının pensiya kartını İddiaçı1 versin və qeyd olunan pul məbləği həmin kartlardan çıxarılsın, borc qurtardıqda isə İddiaçı1 kartları qaytaracaqdı. Rəvanə həmin ərəfədə ondan və anasından etibarnamə də almışdır. Onu da qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən qaynanasının ona verməli olduğu pul onun pensiyasından tutulmaqla İ və İİ Yeddioymaq poçt şöbələrinə köçürülmüşdür ki, həmin pulları da ondan götürdükləri borca görə 2014-cü ilin oktyabr ayından İddiaçı1 almışdır. 2015-2016-cı illərdə İddiaçı1 özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul vermişdir. Özünün məhkəmə işlərinə başı qarışdığından, etibarnamənin ləğvinin mümkünlüyünü bilmədiyindən, anası isə xəstə olmaqla fikrini ifadə edə bilmədiyindən, nə özünün əmək haqqısını, nədə anasının pensiya kartını İddiaçı1 ala bilməmişlər. O, əvvəllər müxtəlif bəhanələr gətirmiş, daha sonra isə həmin kartları istəyəndə hədələmiş, hətta yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra onun hədələrinin real olduğunu görüb, uzun müddət ondan kartlarını geri ala bilməmişdir. Həm də onu uzun zaman ərzində aldadaraq kartlarda olan pulların çox hissəsinin banka olan borca silinməsini bildirmişdir. Həqiqətən də Banka borcu olduğundan aldatmasını yalnız bankdan çıxarış alandan sonra bilmişdir. Beləliklə İddiaçı1 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla cəmi 5352,63 manat pulu əmək haqqı kartından İddiaçı1 çıxartmışdır. O, həmçinin qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan 6016.86 manat pulu da 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürmüşdür. O, eləcə də anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651,80 manat pul çıxartmışdır. Ümumilikdə İddiaçı1 ona verdiyi 3000 manat borca görə 34021 manat 29 qəpik pul götürmüş, 1600 manat da nağd almışdır. Bunun 3000 manat ona borclu olduğu və həmin pula hesabladığı 2400 manat faizi çıxdıqda, 30221 manat 29 qəpik onda pul vəsaiti qalır. Anasının pensiya kartını vermədiyini görüb, müraciəti əsasında 2021-ci ilin mart ayının 31də pensiyası dayandırılmış, iyul ayının 5-də isə pensiya kartını bağlatdırmışdır. Əmək haqqı və pensiya kartının geri alınması üçün 2020-ci ilin sonunda Polis Şöbəsinə müraciət etmiş, lakin müraciətinin mülki xarakterli olması barədə məktubla cavab verilmişdi. Həmin ərəfədə isə İddiaçı1 ondan kartları və artıq çıxartdığı pulları tələb etməyini görüb polis şöbəsinə əsassız şikayətlər etmiş və məhkəmədə iddia qaldıraraq borc vermiş olduğu 10300 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərdiyi kimi özünün əmək haqqı kartı ilə yanaşı anasının adına olan pensiya kartını da Rəvanəyə verdiyindən və həmin kartla bağlı artıq götürdüyü pulu geri almaq üçün anasının qəyyumu olmalı idi ki, iddia qaldıra bilsin. Bunun üçün isə anasının fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmə işi olmuş, qətnamə qəbul edilmiş, qanuni qüvvəsini almış, anasına İcra Hakimiyyətinin sərəncamı ilə qəyyum təyin edilmişdir. Həmçinin sorğular verib müəyyən sənədləri əldə etmişdir. Bu isə müəyyən zaman çəkmiş, həmin hazırlıq işləri qurtaranadək isə İddiaçı1 ondan Pols Şöbəsinə şikayət edərək əmək haqqı və pensiya kartları tələb etdiyini görüb ona qarşı iddia qaldırmış, ondan 10300 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 əsassız olaraq götürüb saxladığı 30221 manat 29 qəpik pul vəsaitinin, həmçinin həmin pulu ödəməkdən boyun qaçırdığına görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə faiz hesablanaraq ödənilməsi, eləcə də vurmuş olduğu mənəvi ziyana görə 10000 manat pulun ondan alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(050)-2/2022 saylı qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən təqdim etdiyi sübutları nəzərə almamış, onlara düzgün qiymət verməmiş və tələbi ilə bağlı istinad etdiyi maddi hüquq normalarını pozmuşdur. Yuxarıda göstərdiyi kimi İddiaçı1 borc verdiyi pula görə özünün əmək haqqı kartını, anasının pensiya kartını borc məbləği çıxıldıqdan sonra əsassız olaraq özündə saxlamaqla həmin kartlardan pul vəsaitlərini qanunsuz götürməklə, yuxarıda göstərilən məbləğdə pulunu mənimsəmişdir. Bu isə İddiaçı1 pulunu mənimsəməklə ziyan vurmasını göstərir. Qanunvericilik həmin ziyanı tələb etmək hüququnu nəzərdə tutmasına baxmayaraq, birinci instansiya məhkəməsi tələbini təmin etməməklə qanunvericiliyin qeyd olunan tələbini pozmuşdur. Yuxarıda göstərdiyi kimi cavabdehin hərəkətləri nəticəsində 2014-cü ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonunadək borc aldığı pul və ona hesablanmış faiz çıxılmaqla cəmi 30221 manat 29 qəpik pul vəsaitindən məhrum olmuşdur ki, bu da qanunun tələbinə əsasən real zərər hesab edilir və tam həcmdə cavabdehdən alınaraq ona ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbini təmin etməməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən cavabdehdən onda olan pulla yanaşı, həmin pulunun onda olduğu dövr üçün Bank uçot dərəcəsinə uyğun faizlərini də tələb etmək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbi təmin etməməklə, qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Cavabdehin ona olan borcundan sui-istifadə edib əmək haqqı və pensiya kartını özündə saxlamaqla, pulları uzun müddət ərzində götürüb mənimsəməsi, nəticədə məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına müraciət etməyi, cavabdehin isə həmin pulu qaytarmaqdan yayınması, hətta ona qarşı əsassız iddia qaldırmaqla guya ona borclu olmağı barədə fikir formalaşdırması nəticəsində mənəvi iztirablar, sarsıntılar keçirmişdir ki, bu da yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərər vurulması deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayd olaraq pulla müəyyən edilir və ödənilir. Hesab edir ki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyildir. Lakin cavabdehin hərəkətinin bir çox insanlarda ona olan inamın itməsinə, dərin iztirab və sarsıntı keçirməyinə səbəb olmasını, xəstə anasına qulluq etməyi ilə bağlı ağır məhrumiyyətlərə məruz qalmağını, ağır şəraitdə yaşamağa məcbur olub, bir çox çətinliklərlə üzləşməyini nəzərə alaraq və ona mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə ona vurulan mənəvi zərəri 10000 manat civarında qiymətləndirmişdir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbini təmin etməməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Mədinə Teymurovanın adına olan plastik kartdan 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31-dək 22651,80 manat pul çıxarılmışdır. DSMF-nın 8 saylı regional ərazi filialının 21 may 2021-ci il tarixli məktubundan görünür ki, Rəsifə Ələkbərovanın əmək pensiyasından məhkəmə qərarına əsasən 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək 6016,86 manat pul tutulmuşdur. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 25 iyun 2021-ci il tarixli 897 saylı məktubundan görünür ki, əmək haqqı kartından 2015-2018-ci illər üzrə kredit borcuna görə tutulan borc çıxıldıqdan sonra 5352,63 manat pul tutulmuşdur. Qeyd olunan sübutlar iddia tələbinin əsasını təşkil etməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi həmin sübutları yalnız sadalamaqla kifayətlənmiş, lakin faktik olaraq nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən yuxarıda göstərilən sübutlarla İddiaçı1mn onda olan əmək haqqı, pensiya kartları ilə və məhkəmə qərarına əsasən ona verilməli olan pulla birlikdə cəmi 34021 manat pul götürməsi sübut edilməsinə, İddiaçı1 isə ona 3000 manatdan artıq pul verməsini təsdiq edən sübut təqdim edə bilməməsinə baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi ehtimallara görə İddiaçı1 ona 3000 manatdan artıq məbləğdə pul borc verməsi qənaətinə gəlmiş, lakin həmin borcun məbləğini müəyyənləşdirə bilməmiş, qeyd olunan borcun 3000 manatdan artıq hissəsinə dair İddiaçı1 sübut təqdim edə bilməməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi İddiaçı1 əmək haqqı kartı, anasının pensiya kartı olması, həmin kartlar hesabına əldə etdiyi pulu götürməsi, həmçinin məhkəmə qətnaməsinə əsasən verilməli olan pul vəsaitini də İddiaçı1 götürməsi barədə iş materialında olan sübutlara düzgün qiymət verməmiş, onun qeyd olunan sənədlər əsasında cəmi 19700 manat məbləğində pulu götürməsi barədə etirafı ilə kifayətlənərək, əslində götürülmüş məbləğin nə qədər olmasını onun özünün etiraf etdiyi məqamlar üzrə araşdırmamış, onun Masallı RPŞ-də verdiyi izahatlarla məhkəmədə verdiyi izahat arasındakı ziddiyyətə qiymət verməmiş, yalnız özünün ehtimalına görə İddiaçı1 daha çox məbləğdə borc almağı qənaətinə gəlmiş və hətta həmin borcu belə qeyd etməmişdir. İddiaçı1 əmək haqqı kartından cəmi 350 manat pul götürməsini, qalanının isə Banka olan borca çıxılmasını və kartın bağlı olmasını bildirmişdir. Lakin Masallı RMX-nın arayışından görünür ki, əmək haqqı kartı İddiaçı1 olduğu 2015-2018-ci illər ərzində həmişə aktiv olmuş və həmin kartdan Banka olan borca görə tutulmalar çıxılmaqla, ümumilikdə 5352,63 manat pul çıxarılmışdır. Lakin işə baxan hakim bunu nəzərə almamış, onun qeyd olunan kartdan cəmi 350 manat pul götürməsi barədə izahatı ilə kifayətlənmişdir. Təkcə bu xüsusata görə 5000 manat iddia tələbi təmin edilməli idi. Bundan başqa İddiaçı1 poçt vasitəsi ilə ona gələn pulun cəmi 4150 manatını almasını və yalnız etibarnamə olandan sonra almasını qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, poçt vasitəsi ilə adına gələn pullar 2 poçt şöbəsi vasitəsi ilə gəlmişdir. Yeddioymaq poçt şöbəsi ilə bağlı heç bir problem yoxdur. Həmin poçt şöbəsinin arayışına əsasən 2380 manat pulu İddiaçı1 nümayəndəsi kimi almışdır. Lakin Yeddioymaq 2 Poçt Şöbəsinin arayışına əsasən yalnız 2018-ci ilin may- avqust ayları ərzində olan pulları İddiaçı1 almışdır. Həmin aylar üzrə olan vəsaitin hər ay üzrə 77,38 manat olmaqla cəmi 619,04 manat olmasını və bununla Yeddioymaq poçt şöbəsindən alınan vəsaitin cəminin (2380+619,04=2999,04) İddiaçı1 etiraf etdiyi məbləğdən (4150-2999,04=1150,96) az olması nəzərə alınsa, onda X8 arayışında göstərilmiş 2014-2017-ci illər üzrə olan vəsaitin də 1150,96 manatının adına qeyd edilməsinə baxmayaraq, İddiaçı1 verilməsini onun etiraf etdiyini müəyyən edər. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə xətşünalıq ekspertizasına sənədlərin hamısı poçt tərəfindən təqdim edilməmiş, təqdim edilmiş sənədlərdə isə adının qarşısında olan imzanın aidiyyəti olmayan bir neçə sənəd müəyyən edilmişdir. Bu isə həmin xüsusat üzrə həm poçt şöbəsinin müdirinin məhkəmədə yalan izahat verməsini və həm də birinci instansiya məhkəməsinin də qeyd olunan sübutlara düzgün qiymət verməməsini göstərmişdir. Bundan əlavə İddiaçı1 anasının pensiya kartının onda olmasını etiraf etmişdir. Onun izahatına görə ondan əmək haqqı kartı, pensiya kartı və poçt vasitəsi ilə cəmi 19700 manat pul əldə etmişdir. Onun etirafına görə həmin məbləğin 4150 manatı poçt vasitəsi ilə gələn pul, 350 manatın əmək haqqı kartından çıxardığı pul olmasını nəzərə alsaq belə çıxır ki, pensiya kartından (19700-4150-350) 15200 manat pul götürmüşdür. Halbuki bank çıxarışından görünür ki, həmin məbləğ 22651,80 manat olmuşdur. Bu isə həmin xüsusat üzrə də cavabdehin düzgün izahat verməməsini və onun etirafı ilə sənəd arasında (22651,80-15200) 7451,80 manat fərqin olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamış, həmin xüsusatlara düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı1 ona nə qədər borc verməsi ilə bağlı da onun ziddiyyətli izahatlarına düzgün qiymət verməmişdir. Belə ki, iddiasında ona atasının ölümündən sonra qalan 10000 manatı borc verməsini və lotereya oyunundan 300 manat borclu qalmağını bildirmiş, məhkəmədə isə lotereya oyunu ilə bağlı ona 5 il əvvəl 4 dəfəyə hər dəfə 5000 manat olmaqla 20000 manat pul verməsini qeyd etmişdir. Onun deməsinə görə 10 il əvvəl isə ona 10000 manat da pul vermiş və həmin pulu ona qaytarmamışdır. Əvvəla bu belə olmamış, ondan qeyd olunan məbləğdə pullar almamışdır. Cəmi 3000 manat pul almışdır. Bundan başqa əgər belə hal olmuş olsaydı, əvvəl aldığı borcu qaytarmadığı halda, hansı səbəbdən iki dəfə artıq məbləğdə vəsait verməli idi? Atasının ölümündən sonra evdə qalan 10000 manat pulu borc verməsini bildirən İddiaçı1 eyni xüsusatla bağlı Masallı RPŞ-də verdiyi izahatında atasının ölümündən sonra evdə qalan 7500 manat puldan 3000 manatını ona borc verməsini, 2000 manat da sonra borc verməsini bildirmişdir. Başqa vaxt isə Polis Şöbəsində verdiyi izahatında ondan 3000 manat borc pul almağını, əvəzində əmək haqqı kartını və notariusda etibarnamə verməyini, həmçinin anasının kartını verərək üst-üstə 25500 manat pul almaığını, kartlardan 18710 manat pul çıxarmasını bildirmişdir. Həmin izahatda əvvəlcə 2000 manat yazılması, sonradan onun 25500 manata düzəliş edilməsi açıqaşkardır. Hətta bu xüsusatın özü, yəni kartlardan 18710 manat pul çıxarılması, onun məhkəmədə verdiyi izahatından fərqlənir. Məhkəmədəki izahatına görə kartlardan (350+15200) 15550 manat pul çıxarmışdır. Bu isə polisdəki izahatda kartlardan çıxarılan vəsaitin (18710-15550) 3160 manat çox olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bunlara qiymət verməmişdir. Bütün bunlar isə birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsini göstərir. Hazırkı mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 2014-cü ilin oktyabr ayında ona verdiyi cəmi 3000 manat borca görə anasının pensiya kartı, əmək haqqı kartını almış, həmin kartlardan borc verdiyi məbləği götürdükdən, həmçinin məhkəmə qətnaməsi əsasında ona verilməli olan pul vəsaitini poçt şöbələrindən almaq üçün etibarnamə alaraq borc verdiyi pulun məbləği və həmin məbləğlərə hesabladığı cəmi 2400 manat faiz pulu düzələnədək kartlardan və poçtlardan alacağı pulu götürüb sonra kartları qaytaracağını vəd edərək onu aldadaraq etibarından sui-istifadə edərək kartlarının onda olmasından və onda olan etibarnamədən istifadə edərək 2015-ci ilin yanvar ayından 2021-ci ilin mart ayının 31-dək ümumilikdə borc və ona hesablanmış faiz çıxılmaqla 30221 manat pulu ələ keçirib dələduzluq etmişdir. Bu əmələ görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, poçt vasitəsi ilə gələn pulların bir qisminin guya almağına dair müvafiq blanklara adından imza edilmişdir. Həmin imzaların ona məxsus olmaması isə ekspertiza yolu ilə sübut edilmişdir. Bu isə müvafiq poçt şöbəsinin vəzifəli şəxsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini göstərir. Buna görə isə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması və ekspertiza xərcinin Cavabdeh1 aid edilməsi hissələrində ləğv edilmiş və iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 19293,08 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat ekspertiza xərcinin cavabdeh İddiaçı1 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(102)-3245/2023 saylı qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunması və ekspertiza tədqiqatının dəyərinin tutulması hissələrində ləğv edilmiş və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 23 avqust 2023-cü il tarixli, 2(102)-3245/2023 saylı qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin müəyyən etdiyi və tərəflərlə mübahisələndirilməyən hal ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə cavabdehə borcun qaytarılması məqsədi ilə özünə məxsus əmək haqqı kartından, anasına məxsus pensiya kartından vəsaitlərin alınması, habelə adına poçt vasitəsi ilə göndərilən pul vəsaitlərinin qəbul edilməsi imkanını vermiş, bu məqsədlə cavabdehə etibarnamə də verilmişdir. Bununla belə, tərəflər verilən pulun məbləği, borc münasibətlərinin yaranması dövrü, habelə cavabdehin yuxarıda qeyd olunan qaydada iddiaçıdan aldığı vəsaitin məbləği barədə ziddiyyətli məlumatlar vermişlər. Qarşılıqlı iddianı qismən təmin edən apellyasiya məhkəməsi işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, İddiaçı1 2017-2020-ci illərdə Cavabdeh1 poçt vasitəsi ilə göndərilən pul vəsaitinin 2689,52 manat hissəsini, sonuncunun əmək haqqı kartından 02 avqust 2017-ci ildə 147 manat pul vəsaitini, anasının pensiya kartından 2017-ci ilin fevral ayından 2021-ci ilin mart ayınadək ümumilikdə 19253,56 manat vəsaiti, habelə nağd olaraq 2015-2016-cı illərdə 350 manat pulu almış və iddiaçının borc kimi aldığını etiraf etdiyi 3000 manat vəsait çıxılmaqla, cavabdehin iddiaçının hesabına 19293,08 manat məbləğində əsassız varlanması nəticəsinə gəlmişdir. İddiaçı1 isə ilk iddiasında Cavabdeh1 ümumilikdə 10300 manat borc verdiyini və həmin pulun qaytarılmadığını iddia etsə də, qarşılıqlı iddia verildikdən sonra ifadələrində ümumilikdə 30000 manat borc verdiyini, yuxarıda qeyd olunan qaydada 19700 manat borcunun qaytarıldığını, qarşı tərəfin ona 10300 manat borcunun qalmasını göstərmişdir. Məhkəmə kollegiyası razılaşır ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, cavabdeh razılaşdırılmış vəsaitindən artıq məbləğdə pulu iddiaçının hesabına əldə etdiyi halda, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanmış olur. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Hazırkı halda, cavabdehin iddiaçının hesabına əsassız varlanmasını müəyyən edilməsi üçün onun verdiyi və aldığı pul vəsaitlərin məbləğlərinin müəyyən edilməsi zəruridir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi cavabdehin iddiaçının hesabına pul vəsaitlərini azı 2015-ci ildən almasını müəyyən etmişdir. Bununla da, tərəflər arasında borcla bağlı münasibətlərin həmin tarixdən əvvəl yaranması nəticəsinə gəlmək olar. Bununla belə, iş materiallarından müəyyən olunur ki, iddiaçı və onun anası tərəfindən cavabdehə müxtəlif səlahiyyətlərin ötürülməsi ilə bağlı etibarnamələr verilmişdir. Sonuncu dəfə Cavabdeh1 tərəfindən İddiaçı1 03 iyun 2019-cu il tarixdə 3 il müddətinə səlahiyyətli nümayəndəsi olaraq Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən poçtlarda onu təmsil etməyi, ona çatası pulu almağı, sənədləşmə işlərinin aparılması və s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin cavabdehə sonuncunun poçt vasitəsi ilə iddiaçının adına daxil olan vəsaitlərin alınması məqsədi ilə verilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçının 03 iyun 2019-cu il tarixdə cavabdehə etibarnamə verməsi onun həmin tarixdə borcunun olması (etirafı) kimi qiymətləndirilə bilər. Yəni həmin tarixdən əvvəl cavabdeh iddiaçının pul vəsaitlərini bank kartlarından və poçt şöbəsindən alsa da, onun borcu qalmaqda olmuş və iddiaçı həmin borcu ödəmək vəzifəsini üzərinə götürmüşdür. Bununla belə, apellyasiya məhkəməsi əsassız varlanmanı müəyyən edərkən cavabdehin qeyd olunan tarixdən əvvəlki dövrdə aldığı pul vəsaitlərini də hesabata almış və yuxarıda qeyd olunan halı nəzərə almamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçının hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün qeyd olunan tarixə sonuncunun borcunun məbləği müəyyən olunmalı, həmin tarixdən sonrakı dövrdə cavabdehin yuxarıda qeyd olunan üsullarla alınan iddiaçıya aid vəsaitlərin ümumi məbləği araşdırılmalıdır. Yalnız bu məbləğlər arasında fərq aşkar edildiyi halda, cavabdehin iddiaçının hesabına əsassız varlanmasından söhbət gedə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən hallar ətrafında araşdırma aparılmamış və qətnamə bu istiqamətdə əsaslandırılmamışdır. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı etiraf etmişdir ki, o, cavabdehdən aldığı borcun hesabına sonuncuya 5400 manat məbləğində pul vəsaiti qaytarmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının hesabına əsassız varlanmanın məbləğini müəyyən edərkən yalnız sonuncunun borc kimi aldığı 3000 manat vəsaiti nəzərə almış, qalan 2400 manatı hesaba almamasını hər hansı maddi və ya prosessual hüquq norması ilə əsaslandırmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etdiyi üçün ekspertiza tədqiqatınının dəyərini cavabdehə aid etdiyindən qətnamə qeyd olunan hissədə də ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(102)-3245/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunması və ekspertiza tədqiqatının dəyərinin tutulması hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Ona görə də təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əsasən həmin hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, İddiaçı1 olan borcundan özünün iddia tələbində göstərilən məbləğdə pulu artıq ödəmişdir və hazırda da həmin pulu tələb edir. O, 03 iyun 2019-cu il tarixində İddiaçı1 etibarnamə verilən zaman nə qədər borcunun qalması ilə bağlı verilmiş suala cavab olaraq bildirdi ki, həmin etibarnamə verilən zaman onun İddiaçı1 hər hansı məbləğdə borcu qalmamışdır, sadəcə borcun olmaması faktını o özü də bilməmiş və hələ də borcu olduğunu düşünmüşdür. Həmçinin, verilmiş digər suala cavab olaraq bildirdi ki, X5 onun anasıdır və hal-hazırda vəfat etmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və verilmiş suala cavab olaraq bildirdi ki, əslində 03 iyun 2019-cu il tarixində İddiaçı1 etibarnamə verilən zaman Cavabdeh1 hər hansı borcu qalmamış, sadəcə Cavabdeh1 İddiaçı1 borcunun qaldığını düşünmüşdür. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(102)-3245/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti baxılan hissələrdə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 Cavabdeh1 müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə İddiaçı1 borcun qaytarılması məqsədi ilə özünə məxsus əmək haqqı kartından, anasına məxsus pensiya kartından vəsaitlərin alınması, habelə adına poçt vasitəsi ilə göndərilən pul vəsaitlərin qəbul edilməsi imkanını vermiş, bu məqsədlə İddiaçı1 etibarnamə də verilmişdir. Lakin tərəflər verilən pulun məbləği, borc münasibətlərinin yaranması dövrü, habelə İddiaçı1 Cavabdeh1 aldığı vəsaitin məbləği barədə ziddiyyətli məlumatlar vermişlər. Belə ki, İddiaçı1 əvvəlcə iddia ərizəsində Cavabdeh1 10000 manat borc pul verdiyini və 300 manat lotereyadan borclu qaldığını bildirsə də, 19 oktyabr 2021-ci il tarixli, 2(050)-2145/2021 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, İddiaçı1 həmin məhkəmə iclasında Cavabdeh1 30000 manat pul verdiyini, pulu ona əlbəəl verdiyini, hər hansı yazılı müqavilə olmadığını, təxminən 10 il qabaq 1-ci dəfə 10000 manat pul verdiyini, 2017-ci ildə isə 20000 manat pul verdiyini, bundan başqa, 40 nəfərdən ibarət lotereya oynanan zaman Cavabdeh1 ona 300 manat borcunun qaldığını, daha sonra həmin borca görə Cavabdeh1 verdiyi kartlardan və poçtdan 19700 manat pul götürdüyünü, hazırda Cavabdeh1 10300 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh1 isə İddiaçı1 cəmi 3000 manat borc pul götürdüyünü, həmin borca görə isə 2400 manat faiz hesablandığını və ümumilikdə İddiaçı1 5400 manat qaytarmalı olduğunu bildirmişdir. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli etibarnamədən görünür ki, X5 həmin etibarnamə ilə onu idarə, müəssisə və təşkilatlarda, "xxxx"ın Masallı rayon filialında təmsil etməyi, adına olan plastik kartı təhvil verib yenisini almağı, zəruri sənədləri təqdim edib təhvil almağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi 22 yanvar 2024-cü il tarixədək 6 il müddətinə İddiaçı1 etibar etmişdir. İş materiallarında olan 03 iyun 2019-cu il tarixli, AR-İ 773378 seriya nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olaraq Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən poçtlarda onu təmsil etməyi, ona çatası pulu almağı, sənədləşmə işlərini aparmağı, sənədləri təhvil verib almağı, adından digər sənədləşmə işlərini aparmağı, lazımi sənədlərdə imza etməyi, adından ərizə verməyi, ərizədə imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi 03 iyun 2022-ci il tarixədək 3 il müddətinə İddiaçı1 etibar etmişdir. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 572 nömrəli, 28 iyun 2021-ci il tarixli məktubundan görünür ki, X5 tərəfindən xx.xx.2018-ci ildə İddiaçı1 verilmiş 7E-1469 reyestrli etibarnaməyə xx.xx.2021-ci ildə xitam verilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli, 7E-6736 reyestrli etibarnaməyə xx.xx.2020-ci ildə xitam verilmişdir. xx.xx.2016-cı il tarixli, 7E-8436 reyestrli etibarnamə xx.xx.2019-cu ildə qüvvədən düşmüşdür. İş materiallarında olan Masallı RİHB-nin 90 nömrəli, 10 iyun 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, 10 oktyabr 1946-cı il təvəllüdlü X1 rayonunun Yeddioymaq kənd sakini Cavabdeh1 qəyyumluğuna verilmiş, X2 hüquqlarının təmin edilməsi üçün onu dövlət orqanlarında təmsil etmək və müvafiq sənədləri imza etmək səlahiyyəti Cavabdeh1 verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbləri aşağıdakılardan ibarət olmuşdur: 1) 2015-2016-cı illərdə İddiaçı1 özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verilmişdir; 2) İddiaçı1 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla 5352,63 manat pulu əmək haqqı kartından İddiaçı1 çıxartmışdır; 3) İddiaçı1 qayınanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan 6016,86 manat pulu 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020- ci ilədək poçt şöbələrindən götürmüşdür; 4) İddiaçı1 həmçinin anasının pensiya kartından 2014-cü ilin dekabr ayından 2021ci ilin mart ayının 31-dək cəmi 22651,80 manat pul çıxartmışdır; 5) Qeyd olunan məbləğlərin cəmini təşkil edən 35621,29 manatdan almış olduğu 3000 manat borc və 2400 manat əlavə faizi çıxılmaqla, Rəvanəyə 30221,29 manat məbləğində artıq ödədiyi pulu tələb edir. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının mövqeyinə görə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 2015-2016-cı illərdə İddiaçı1 özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verdiyini qeyd etsə də, buna dair birinci instansiya məhkəməsinə sübut verməmişdir. Yalnız cavabdeh İddiaçı1 apellyasiya baxışı zamanı Ruhəngizin kartından bir dəfə 140 manat çıxardıqdan sonra kartın müddətinin bitməsi ilə əlaqədar bağlandığını və sonralar bir neçə dəfə Ruhəngiz tərəfindən xırda məbləğlərdə ona pullar verildiyini, kartdan çıxarılan pulla birlikdə Ruhəngizin ona verdiyi ümumi məbləğin 350 manat təşkil etdiyini bildirmişdir. İddiaçı1 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla Cavabdeh1 əmək haqqı kartından 5352,63 manat pulu çıxarması hissəsində verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 1) TƏBİB “Masallı Rayon Mərkəzi X10 Şəxsin 25 iyun 2021-ci il tarixli arayışına əsasən 2015-2018-ci illərdə hesablanmış və nağd alınmış əmək haqlarının ümumi məbləği 5352,63 manat təşkil edir; 2) Birinci instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" ASC-nin təqdim etdiyi Cavabdeh1 əmək haqqı kartından pul vəsaitlərinin çıxarılmasında dair videogörüntülərə baxış keçirilmiş, yalnız 02 avqust 2017-ci il tarixli görüntüdə 147 manat pul vəsaitinin Rəvanənin qardaşı tərəfindən çıxarıldığı müəyyən edilmiş, qalan əksər görüntülərdə Ruhəngizin özü müşahidə olunmuşdur. İddiaçı1 tərəfindən iddiaçı Cavabdeh1 qayınanasının əmək pensiyasından məhkəmə qərarına əsasən tutularaq ona verilməli olan 6016,86 manat pulun 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürməsi hissəsində verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 1) Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialı tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinin sorğusuna 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Masallı rayonu, Yeddioymaq kənd sakini X3 əmək pensiyasından məhkəmə qərarına əsasən 01 oktyabr 2014-cü il tarixdən 30 sentyabr 2020-ci il tarixədək cəmi 6016,86 manat pul tutulmuşdur; 2) İddiaçının vəkili Nümayəndə sorğusuna "xxxx" MMC X16 tərəfindən 03 avqust 2021-ci ildə verilən cavab məktubundan görünür ki, 2017-2020-ci illər ərzində Yeddioymaq kənd sakini X3 əmək pensiyasından həmin kənd sakini Cavabdeh1 adına poçt vasitəsilə göndərilmiş pul baratları Yeddioymaq-1 və Yeddioymaq-2 poçt şöbələrində pul sahibinin özünə və ya verdiyi etibarnamə əsasında İddiaçı1 ödənilmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş cədvəllərdən görünür ki, Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 2858,9 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 851,18 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. 3) Birinci instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" MMC X16 tərəfindən 06 oktyabr 2021-ci ildə verilən cavab məktubundan görünür ki, Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 2380 manat məbləğində pul baratları X11 ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh1 adına poçt vasitəsi ilə göndərilmiş ümumilikdə 309,52 manat məbləğində pul baratları İddiaçı1 ödənilmişdir. Hər iki poçt şöbəsi tərəfindən Cavabdeh1 adına göndərilmiş, İddiaçı1 verilmiş pul baratlarının cəmi məbləği 2689,52 manat təşkil edir. 4) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yeddioymaq-2 poçt şöbəsinin müdiri X6 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2-ci X8 müdiri vəzifəsində işləyir. 2014-cü ilin noyabr ayından 2017-ci ilə qədər Cavabdeh1 gələn aliment pulunu vermişdir. Ruhəngiz xanım 2016-cı ilin dekabrın sonu - 2017-ci ilin əvvəllərində gəlib demişdir ki, etibarnamə verib, ona gələn pulları İddiaçı1 götürsün. Ondan sonra 19 ayın pulunu İddiaçı1 vermişdir. 2018-ci ilin sentyabr ayından aliment pulu 1-ci Yeddioymaq poçt şöbəsindən alınmışdır. 5) Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC X16 tərəfindən təqdim olunmuş Cavabdeh1 adına daxil olan pul baratlarının əsilləri üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 06 may 2022- ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, ekspertizaya təqdim edilmiş, 2(050)-2145/2021 saylı mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, ********************476 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************565 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************894 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************449 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************074 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************372 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************665 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************853 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************029 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************694 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************557 nömrəli bildirişdəki “İmza” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(050)- 2145/2021 saylı mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, ********************065 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************027 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************827 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************154 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************421 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************450 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************381 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************062 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************821 nömrəli bildirişdə “İmza” qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. İddiaçı1 iddiaçı Cavabdeh1 anası Mədinə Teymurovanın pensiya kartından 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31-dək 22651,80 manat pul çıxarması hissəsində verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 1) 22 yanvar 2018-ci ildə etibar edən X5 tərəfindən etibar edilən İddiaçı1 adına verilmiş etibarnamədən görünür ki, Mədinə Teymurovanın idarə, müəssisə və təşkilatlarda, "xxxx" ASC-nin Masallı filialında təmsil olunması, adına olan plastik kartın təhvil verilib yenisinin alınması, zəruri sənədləri təqdim edib təhvil alınması, adından imza edilməsi və sair hərəkətlərin edilməsi 6 il müddətinə, yəni 22 yanvar 2024-cü il tarixədək İddiaçı1 etibar edilmişdir; 2) Apellyasiya baxışı zamanı cavabdeh İddiaçı1 qeyd olunan hissədə izahatında göstərmişdir ki, Ruhəngizin anası Mədinə ona 2 dəfə etibarnamə vermişdir. Birinci dəfə etibarnamə veriləndən 10 ay keçəndən sonra ikinci etibarnaməni vermişdir. İkinci etibarnamə 6 illik verilmişdi. İlk 10 ayda kart onda olan zaman hər ay 250 manat pensiya yatırdı. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh1 anası Mədinə Teymurovanın pensiya kartı fevral 2017-ci ildən İddiaçı1 olmuşdur; 3) "xxxx" ASC-nin təqdim etdiyi iddiaçı Cavabdeh1 anası Mədinə Teymurovanın kart hesabından çıxarışdan görünür ki, 2017-ci ilin fevral ayından karta yatan, kart bağlanan 2021-ci ilin mart tarixinədək əksər hallarda X13raşdırılan bankomatdan çıxarılan pul məbləğlərinin cəmi 19253,56 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Əvvəlki apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 19 aprel 2023-cü il tarixli, 2(106)-119/2023 saylı qətnaməsində mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 adına poçt vasitəsilə göndərilmiş pul baratları üzrə 2689,52 manat vəsait İddiaçı1 verilmişdir. Bundan başqa, Cavabdeh1 əmək haqqı kartından bir dəfə İddiaçı1 tərəfindən 147 manat pul vəsaiti çıxarılmış, sonradan bir-neçə dəfə xırda məbləğlər olmaqla Ruhəngiz Rəvanəyə pullar vermiş və verilən pulların cəmisi 350 manat təşkil etmişdir. Bunlardan da savayı, Rəvanə Ruhəngizin anasının pensiya kartından 2017-ci ilin fevral ayından başlayaraq kart bağlanan 2021-ci ilin mart ayınadək olan dövr ərzində ümumilikdə 19253,56 manat pul vəsaitini çıxarmışdır. Beləliklə, Cavabdeh1 İddiaçı1 almış olduğu 3000 manat borc müqabilində ödəmiş olduğu vəsait (2689,52+350+19253,56=22293,08) 22293,08 manat təşkil etmişdir ki, bu qaydada Rəvanə Ruhəngizin hesabına (22293,08-3000=19293,08) 19293,08 manat məbləğində əsassız varlanmışdır. Lakin apellyasiya məhkəməsinin qeyd edilən hissədə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(102)- 3245/2023 saylı qərarı ilə ləğv edilmiş, həmin hissədə işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən olunmalıdır: 1. borclu əmlak əldə etməli; 2. həmin əmlak kreditorun hesabına əldə edilməli; 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Məhkəmə kollegiyası bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 03 iyun 2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə verməsi onun həmin tarixdə borcunun olması (etirafı) kimi qiymətləndirilə bilər. Yəni həmin tarixdən əvvəl cavabdeh iddiaçının pul vəsaitlərini bank kartlarından və poçt şöbəsindən alsa da, onun borcu qalmaqda olmuş və iddiaçı həmin borcu ödəmək vəzifəsini üzərinə götürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 03 iyun 2019-cu il tarixli etibarnamə verilən anadək İddiaçı1 Cavabdeh1 tərəfindən verilmiş kartlar və poçt şöbəsindən götürmüş olduğu pullar borcun ödənilməsinə yönəlmiş olub, İddiaçı1 əsassız varlanmasına səbəb olmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında ifadə edilmiş hüquqi mövqeyi də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, İddiaçı1 Cavabdeh1 hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün 03 iyun 2019-cu il tarixə sonuncunun borcunun məbləği müəyyən olunmalı, həmin tarixdən sonrakı dövrdə İddiaçı1 yuxarıda qeyd olunan üsullarla aldığı Cavabdeh1 aid vəsaitlərin ümumi məbləği araşdırılmalıdır. Yalnız bu məbləğlər arasında fərq aşkar edildiyi halda, İddiaçı1 Cavabdeh1 hesabına əsassız varlanmasından söhbət gedə bilər. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq həmin əsaslar üzrə araşdırma aparan məhkəmə kollegiyası məhkəmə iclasında Cavabdeh1 03 iyun 2019-cu il tarixdə İddiaçı1 etibarnamə verməsi zamanı nə qədər borcunun qalması məsələsinin müəyyən edilməsi üçün Cavabdeh1 suallar versə də, sonuncu həmin etibarnamənin verildiyi vaxt İddiaçı1 borcunun qalmadığını, sadəcə borcun olmaması faktını özünün bilmədiyini və hələ də borcunun olduğunu düşündüyünü qeyd etmişdir. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə da həmin etibarnamə verilən vaxt əslində Cavabdeh1 İddiaçı1 hər hansı borcunun olmadığını, sadəcə Cavabdeh1 İddiaçı1 borcu olduğunu düşündüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 və onun nümayəndəsinin bildirdiklərini qeyrisəmimi qəbul edir və bildirir ki, onların izahatının həqiqiliyi 03 iyun 2019-cu il tarixdə İddiaçı1 etibarnamənin verilməsi ilə istisna edilir. Belə olan halda isə İddiaçı1 Cavabdeh1 hesabına əsassız varlanması qənaətinə gəlinməsi üçün 03 iyun 2019-cu il tarixə sonuncunun borcunun məbləği müəyyən edilə bilmədiyindən, həmin tarixdən sonrakı dövrdə İddiaçı1 yuxarıda qeyd olunan üsullarla aldığı Cavabdeh1 aid vəsaitlərin ümumi məbləğini də araşdırmağa zərurət qalmır. Bununla yanaşı, 03 iyun 2019-cu il tarixə olan borc məbləğinə dair Cavabdeh1 qeyri-səmimi və işin halları ilə uyğun gəlməyən ifadə verməsi həmin tarixə olan borcun və ondan sonrakı dövrdə alınmış vəsaitlərin məbləğləri arasındakı fərqin aşkar edilərək əsassız varlanma halının yoxlanılmasını da mümkünsüz edir. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. İddiaçı1 məhkəmə iclaslarında iştirak etmədiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(102)-3245/2023 saylı qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq etibarnamənin verildiyi 03 iyun 2019-cu il tarixə Cavabdeh1 ona hansı məbləğdə borcunun qalması ilə bağlı fikrinin öyrənilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin hazırda yoxlanılan hissəsində iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilmədiyindən və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xahiş etdiyindən, birinci instansiya məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə 110 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Beləliklə, yuxarıda sadalananlara uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini baxılan hissədə təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti baxılan hissələrdə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılan hissələrdə təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-2/2022 saylı qətnaməsi baxılan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar