Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1658/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(056)-342/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tikinti materialları üçün artıq hesablanmış 7179,50 manat, görəcəkləri iş üçün aldıqları 1000 manat, vurduqları mənəvi zərər üçün 3000 manat, dövlət rüsumunun əvəzi 156 manat, hüquqi yardım xərcinin əvəzi 70 manat və qiymətləndirmə rəyinə görə 150 manat məbləğdə pul vəsaitinin müştərək qaydada alınıb verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhərində “Ocaq” kafesində işləmişdir. Cavabdeh1 kafeyə gəlib yemək yemiş, söhbət əsnasında onun usta olduğunu, kiminsə evinin dam örtüyünü düzəltdiyini öyrənmişdir. O, da Gədəbəy rayonunda yeni tikdirdiyi evin dam örtüyünü düzəltdirmək istədiyini Cavabdeh1 demiş və onlar razılaşmışlar. Təxminən 2022-ci ilin mart-aprel aylarında Gülüşdən telefon nömrəsini götürmüş, iyul ayının 15-də Gülüşə zəngə edərək gəlib işə başlaya biləcəyini demişdir. Gülüş öz qohumu X4 ilə gəlmişdir. O, Gülüşə hansı materialların lazım olduğunu soruşduqda Gülüş ona materialları özünün alacağını demişdir. Gülüş materialların siyahısını yazmış və ona Bakı şəhərində tanış satıcı oluğunu, ondan həm ucuz, həm də keyfiyyətli material alacağını bildirmişdir. Onlar üçün birlikdə Bakı şəhərində, Ziya Bünyadov prospektində yerləşən tikinti materilları mağazasına getmiş, yol pulunu da o, vermişdir. Orada cavabdeh satıcı Cavabdeh3lə danışmışdır. O, evin hörgüsünün üstündən 40 sm əlavə hörgü lazım olduğunu demişdir. Ancaq cavabdehləri yalnız tikinti materilları maraqlandırırdı. Cavabdehlər ona guya Rusiya istehsalı olan qalınlığı 55 mm olan şiferin kiçik bir hissəsini göstərmiş, o da razılaşmışdır. Cavabdehlər materilların qiymətini hesablamışlar. Dilbər ustaların dedikləri qiymətə uyğun qaimə yazmış, materilların qiymətinin cəmi 12000 manat etdiyini demişdir. O, Dilbərlə “ABB” banka gedərək onun kartından 12000 manat pul çıxararaq Dilbərə vermiş, sonra Dilbər ondan əlavə materillar üçün 200 manat pul almış, amma qaimədə göstərməmişdir. Materialların şifer qalıqından başqa heç birini görməyib. O, cavabdehlərə materilları maşına yükləmələrini, özünün də cavabdehlərlə getmək istədiyini bildirmiş, Gülüş və Dəyanət ona onların maşınında ancaq 2 nəfərlik yer olduğunu, onları gözləməməyini, materillarını maşına yükləyib arxasınca gələcəklərini demişlər. O, tək qayıtmış, qayıdanda gecəyə düşmüş, maşın tapmadığına görə həmin gecə Gəncə şəhərində qalmış, səhəri gün Gədəbəyə getmiş, evə çatdıqda cavabdehlərin materilları gətirərək həyətə boşaltdıqlarını görmüşdür. O, 280 manat maşının pulunu Dəyanətə vermişdir. Gülüşlə Dəyanət evin hörgüsünün üzərindən 40 sm əlavə hörgü hörməyə başlamış, lakin icra nümayəndəliyinin əməkdaşları gəlib tikintinin layihəsinin olmaması səbəbindən hörgü işini dayandırmışdır. Həmin vaxt o, materiallara göz gəzirdərərkən orada 12200 manat dəyərində material olmadığını görmüş, cavabdehlərdən materialların qaimə və zəmanət kağızını tələb etmişdir. Cavabdehlər əvvəl sənədləri vermək istəməmiş, lakin o, israr etdikdən sonra Gülüş zəmanət kağızını vermişdir. 3 gün sonra qaiməni telefona atmışdır. Üstəlik ondan 1000 pul alaraq banka borcu olduğunu, işinin haqqından çıxmasını demişdir. Onlara ona şiferin biri 12,80 manatdan 330 kv.m ölçüdə şifer verməli idilər. Amma materilları yoxlayanda görmüşdür ki, ölçü düz gəlsə də, qiyməti artıq hesablayıblar. Bundan başqa, taxtanın ikisi əksik idi. Həmdə taxtalardan bəziləri yararsız vəziyyətdə idi. O, onlara bu barədə iradını bildirmiş, amma onlar onunla razılaşmamışlar. Məcbur olub Polis İdarəsinə şikayət etmiş, oradan ona bildirmişlər ki, mülki iş olduğu üçün məhkəməyə müraicət etməlidir. O, cavabdehlər tərəfindən verilmiş materialların ekspertiza tərəfindən qiymətləndirilməsi barədə rəy almış, qiymətləndirmə ekspertizasının rəyinə görə cavabdehlər ona cəmi 5021,50 manat dəyərində materillar vermişlər. Beləliklə, cavabdehlər onu 7179,50 manat aldatmşlar. Bundan başqa, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. O, bu müddət ərzində stress keçirmiş, əsəb xəstəliyinə tutulmuşdur. Evinin tikinti işi isə uzun müddət ləngimiş, həyətdə qalan sement yararsız hala düşmüş, tikdikləri hörgünü isə yağış yağaraq dağıtmışdır. Cavabdeh3 məhkəməyə Etiraz təqdim etmiş və etirazının əsası kimi bildirmişdir ki, təmir-tikinti materiallarının ticarəti ilə məşğul olur və onun mağazası Dərnəgül şosesində yerləşən inşaat materiallarının Ticarət Mərkəzində fəaliyyət göstərir. Təxminən 2023-cü ilin iyul ayında İddiaçı, ustaları olmuş Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə onun mağazasına gəlib, təqdim etdikləri inşaat materiallarının siyahısı üzrə İddiaçı almaq istədiyi həmin materialların ceşidi və nümunələri ona təqdim edilmiş və o, malları bəyəndikdən və qiymətləri müzakirə edilib razılaşdıqdan sonra, onlar arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsinin nəticəsi olaraq İddiaçı tərəfindən malların dəyəri ödənilərək, həmin mallar yük maşınına yüklənib daşınaraq ona təqdim edilmiş və o, zaman Vüsalə ona zəng edərək malların hamısını aldığını qeyd edərək təşəkkürünü bildirmişdir. Təxminən bir ay keçdikdən sonra İddiaçı ona zəng edib, evinin inşa-təmir edilməsinə müvafiq icazə sənədinin yerli icra hakimiyyətindən ala bilməməsi və bu səbəbdən təmirtikinti işlərinin dayandırdığı hallarına əsaslanıb, aldığı inşaat materiallarının ona geri qaytarmasını təklif etmişdir, lakin o artıq bir aydan çox müddətin keçməsini səbəb gətirərək, inşaat materiallarının qaytarması təklifini rədd etmişdir. Eyni zamanda İddiaçı inşaat materiallarının ona geri qaytarmasını təklif edərkən həmin materialların baha qiymətə aldığı və ya keyfiyyətsiz olduğu fikrini bildirməmişdir. Onlar arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi üzrə o, üzərində olan öhdəliyini, yəni malları alıcıya təqdim edilməsini tam həcmdə icra etdiyi üçün onun satıçı kimi hərəkətlərində hər hansı xətaya yol verməmişdir. Həmçinin onun tərəfindən satılmış inşaat materiallarına görə 12200 manat deyil, məhz 12000 manat ödəniş olunmuş və İddiaçı bu barədə və ya materialların az həcmdə göndərilməsinə dair ona hər hansı irad tutmamışdır. Məmmədova X2 iddianın təmin edilməməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(056)-342/2024 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia qismən təmin edilərək İddiaçı ilə cavabdehlər X7 və Cavabdeh2 arasında şifahi qaydada bağlanmış Podrat müqaviləsindən yaranmış 200 manat pul vəsaiti, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli mütəxəssis hesabatının hazırlanması ilə bağlı ödənilmiş 150 manat xərcin 30 manat hissəsi və iddia ərizəsinin hazırlanması ilə bağlı ödənilmiş 70 manat xərcin 14 manat hissəsi, ümumilikdə 276 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi, xx.xx.2024-cü il tarixli 9/1988 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat pul vəsaitinin 10 manat hissəsinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, 40 manat hissəsi isə İddiaçı tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin bir sıra faktiki hallarını dərindən araşdırmamış, səthi araşdırma aparmaqla sonda onun hüquqlarını pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh3 ilə aralarında olan alğı-satqı müqaviləsinə əsasən ona Rusiya İstehsalı olan qalınlığı 55 mm qalınlığında şifer verilməli olduğu təqdirdə, 50 mm olan şifer, yəni dam ortüyü vermiş, bundan başqa, bütün tikinti materiallarını əskik şəkildə göndərmişdir. İşin xüsusilə mühüm əhəmiyyətli halı ondan ibarətdir ki, ona qaimə ilə 12000 manatlıq mal verildiyi göstərilsə də, əslində 5020 manat miqdarında tikinti materialları verilmişdir. Bu barədə ekspertiza təyin edilmiş və ona verilmiş malların dəyəri 5020 manat məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, tikinti materiallarının qeyd edildiyi qaiməni dəfələrlə tələb etsə də, qaimə ona təqdim edilməmiş, qəsdən gecikdirilmişdir. Bundan başqa, özünü usta kimi təqdim edən Cavabdeh1 onun həyətində 800 manat dəyərində iş görməmiş, o aldanılaraq hazırkı vəziyyətə düşməsinə Cavabdeh1 səbəb olmuşdur. Satıcı Cavabdeh3 isə alğı-satqı müqaviləsində nəzərdə tutulan Rusiya İstehsalı olan qalınlığı 55 mm qalınlığında olan şifer verməli olduğu təqdirdə, 50 mm-lik dam örtüyü vermiş, bundan başqa bütün tikinti materiallarını əksik şəkildə göndərmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, malları aldığı mağaza Bakı şəhərində yerləşir. Onun üçün hansı malların yığıldığını görməmişdir. Çünki mallar onun yanında yüklənməmişdir. Gecə saatları olduğu üçün Cavabdeh3 şəxsi mobil telefonu ilə taksi sifariş verərək onun Gədəbəy rayonuna gəlməyini təmin etmişdir. Bundan sonra, iyul ayının 27-də gündüz vaxtı mallara baxarkən onların az olduğunu təxmin edib. Bundan sonra Cavabdeh3 zəng edərək mallara aid qaimə və zəmanət kağızını ona göndərməsini xahiş edib. Mallara baxarkən görüb ki, evin dam örtüyü 55 ölçüdə olmalı olduğu halda 50 ölçüdə verilmişdir. Evində 3-4 gün ərzində tikinti işləri getmişdir. Malları alarkən ona qaimə verilməmişdir. Bundan sonra çoxsaylı telefon zənglərindən sonra, yəni 3 gün sonra qaiməni onun telefonuna göndərilmişdir. Qaimə ona sonradan “Watsapp” mobil tətbiqi vasitəsilə göndərilmişdir. Banka gedərək ATM-dən özünə məxsus kartdan pul çıxarıb cavabdehə ümumilikdə 12000 manat məbləğində pul vermişdir. Ustalar iyul ayının 29-u tarixində tikintiyə icazə verilmədiyi üçün getmişlər. Cavabdeh3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mağaza Dərənəgül Şosesində yerləşən inşaat mallarının Ticarət Mərkəzində yerləşir. İddiaçının evində tikinti işləri dayandırıldıqdan sonra təxminən 15-20 gün keçdikdən sonra ustalara ona kömək edib malları qaytarmasını xahiş etmişdir. Həmin mallar keyfiyyətli alman malları olmuşdur. Cavabdeh1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Dilbəri uzun müddətdir ki, tanıyır. Usta olaraq fəaliyyət göstərdiyindən müştərilərinə təmir-tikinti üçün lazım olan ləvazimatları Dilbər adlı şəxsdən almaqlarını tövsiyə etmişdir. Malların qaiməsini Dilbər yazıb. İddiaçı malları alarkən qaiməni götürməyi unutmuşdur. Malın pulunu isə həmin gün ödəmişdir. Səhər tezdən gəlib malları sayıb iddiaçıya məxsus evdə 800 manatlıq iş görmüşlər. İddiaçının evində görülən tikinti işləri yerində müayinə edilə bilər. Cavabdeh2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh3 mallara özü baxmışdır. Malları boşaldandan sonra qaimə-faktura yanlarında yazılmışdır. Malları təhvil alanda onlar də orada idi. İddiaçıya məxsus evdə təmir-tikinti işləri gördükləri üçün həmin həmin evin təmiri üçün hansı tikinti materiallarını alması barədə Cavabdeh1 və o tövsiyə edib. Ona Cavabdeh3 daha keyfiyyətli malların olduğu üçün tikinti materiallarını ondan alması barədə tövsiyə etmişdir. İddiaçı hazırkı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh3 alınmış bütün malları evin tikintisində istifadə etmişdir. İstifadəyə yarasız olan mallar isə onun tərəfindən atılmışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 hazırkı məhkəmə iclasında tikinti materiallarının keyfiyyətinə dair müvafiq sənəd təqdim edərək, əvvəlki məhkəmə iclasındakı izahatına əlavəsinin olmadığını bildirmiş, o cümlədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 hazırkı məhkəmə iclasında əvvəlki məhkəm iclasındakı izahatına əlavəsinin olmadığını bildirərək apellyasiya şikayətini təmin edilməmisin xahiş etmişdir. Cavabdeh2 hazırkı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(056)-342/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında şifahi formada bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alqı-satqı müqaviləsinin predmeti olmuş inşaat materiallarının ceşidi, növü və qiyməti müqavilə tərəfləri tərəfindən razılaşdıqdan sonra müqavilənin “Alıcı” qismində tərəfi olan İddiaçı tərəfindən müqavilənin “Satıcı” qismində tərəfi olan Cavabdeh3 satılan malların ümumilikdə 12000 manat dəyəri ödənilməklə həmin inşaat materialları İddiaçı satılmışdır. Lakin alqı-satqı müqaviləsinin bağlanmasından 1 ay sonra alqı-satqı müqaviləsinin “Alıcı” qismində tərəfi olan İddiaçı aldığı inşaat materiallarının yüksək qiymətə aldığını düşünərək, özü üçün müəyyən etdiyi nisbət fərqi olan 7179,50 manat məbləğində pul vəsaitinin ona dəymiş zərər şəklində ödənilməsini “Satıcı” Cavabdeh3 məhkəmədə iddia qaldırmaq yolu ilə tələb edir. İş materiallarına görə İddiaçı ilə Cavabdeh3 arasındakı münasibətlər şifahi formada bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən yaranmışdır. Habelə işin məhkəmədə araşdırılmış hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasındakı münasibətlər şifahi formada bağlanmış Podrat müqaviləsindən meydana gəlmişdir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada təmirtikinti işlərinin (fəhlə işi daxil edilməklə) görülməsi barədə şifahi formada bağlanmış Podrat müqaviləsinin “Sifarişçi” qismində tərəfi olmuş İddiaçı ilkin olaraq muzd vəsaitin 1000 manat hissəsi onun tərəfindən nağd şəklində “Podratçı” Cavabdeh1 və Cavabdeh2 ödənildikdən sonra onlar razılaşdırılmış işi icra etməyə başlamış, lakin bir həftə işlədikdən sonra İddiaçı evinin inşa-təmir edilməsinə müvafiq icazə sənədinin yerli icra hakimiyyətindən ala bilməməsini səbəb gətirərək, təmir-tikinti işlərinin dayandırılmasını bildirmiş və bununla da Podrat müqaviləsinə Sifarişçi İddiaçı hərəkət və ya hərəkətsizliyi ilə bağlı olan səbəbə görə xitam verilmişdir. Göründüyü kimi, Podrat müqaviləsinə sifarişçi İddiaçı təşəbbüsü (hərəkət və ya hərəkətsizliyi) ilə xitam verilmiş və xitamın səbəbi cavabdehlərin hər hansı öhdəliyinin yerinə yetirilməməsi, xətası və ya icra etməli olduqları işin keyfiyyəti ilə bağlı olmamışdır. Yəni podratçı olan cavabdehlərtəmir-tikinti işlərinin (fəhlə işi daxil edilməklə) şərtləşdirilmiş keyfiyyətdə və qüsursuz icra edib sifarişçiyə təhvil verməyə hazır olmuşlar və üzərlərinə düşən öhdəliklərinin icrasından yayınmamışlar. Həmçinin xx.xx.2024-cü il tarixli 9/1988 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası evin təmir-tikinti işlərinin başa çatmasını nəzərə alaraq ekspertiza tədqiqatı aparmaqla məhz hansı işlərin cavabdehlər və hansı işlərin iddiaçının sonradan sifariş etdiyi digər şəxslər tərəfindən icra edib müəyyən olunmasını mümkünsüz hesab etmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6-cı maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 398-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. MM-in 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 421-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan başqa, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. MM-in 762-ci maddəsinin tələblərinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(056)-342/2024 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1658/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1658/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver