Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1665/2022 09.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X23 və X9 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, iddiaçı İmanov Rizvan Səhlədar oğlunun və Cavabdeh iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı İmanov Rizvan Səhlədar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 avqust 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xeyrull ğlundan alqısatqıya görə ödədiyi 3504 manat, 30 manat ödənilmiş dövlət rüsumunun, və torpağın abadlaşdırılması üçün xərclədiyi 3000 manat cəmi 6534 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat; İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 sentyabr 2007-ci ildə JN-267; kod 90800048 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.92 hektar torpaq sahəsini torpağın alqı-satqı müqaviləsi əsasında 3504 manata ona satmış və alqı-satqı müqaviləsi Saatlı rayon Mircəlalkənd Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə Cavabdeh anası X10 imza etsə də, pulu Cavabdeh vermişdir. Həmin torpaq sahəsini bir müddət istifadə etdikdən sonra pula ehtiyacı olduğu üçün, Saatlı rayon Mircəlalkənd kənd sakini X2. Lakin Cavabdeh Saatlı rayon Mircəlalkənd sakini X5 mübahisəli torpaq sahəsini geri almışdır. X3 torpağın dəyəri üçün ondan 3504 manat pulu geri almışdır. Bundan sonra Cavabdeh 2.92 hektar torpaq sahəsinin dəyəri üçün verdiyi 3504 manat pulu tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Əlavə olaraq torpaq sahəsinini hamarlanması, melorasiya və irriqasiya işləri görərək torpağın abadlaşdırılması üçün 3000 manat xərc çəkmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 3504 manat, torpağın abadlaşdırılması üçün çəkilmiş 3000 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6534 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsini o deyil, anası X21 İmanova satmış və Saatlı rayon Mircəlalkənd Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 27 may 2007-ci il tarixli, 267 saylı alqı-satqı aktını o deyil, anası imzalamışdır. X15 İddiaçı nə qədər pul almasını bilmir. Hazırda anası X13 vəfat etmişdir. Beləliklə o, İddiaçı torpaq sahəsinin müqabilində pul almamışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. b) İş üzrə qəbul edilmiş məhkəmə aktı: c) a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi (hakim İ.Abuşov) ilə, İddiaçı Cavabdeh qarşı 3504 manat, torpağın abadlaşdırılması üçün çəkilmiş 3000 manat xərc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6534 (altı min beş yüz otuz dörd) manat pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İmanov Rizvan Səhlədar oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı, cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsini 27 may 2007-ci il tarixdə X6 3504 manata almasını göstərsə də, məhkəməyə təqdim olunmuş həmin akta Cavabdeh imza etmədiyindən, həmin akt ona qarşı sübut xarakteri daşımır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi kserosurəti çıxarılmış akt məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmin aktda iddiaçının X6 2,92 hektar torpaq sahəsinin 3504 manata alması ilə bağlı iddiaçının ozünün, Saatlı rayon Mircəlalkənd bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilsə də, akta torpaq satan və bunun müqabilində pul alan şəxs qismində Cavabdeh imza etməmişdir. Odur ki, məhkəmə həmin aktı iddiaçının cavabdehdən 3504 manat pulu və torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 3000 manat xərci tələb etmək üçün əsaslı hesab etmir. Bu səbəbdən də, iddia təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual məcəllənin 14.2; 77.1-ci maddələrini tətbiq etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov sədrlik edən və məruzəçi, Zaur Allahyarov, Müşfiq Həsənov) 27 yanvar 2022-ci il tarixli, 2(106)- 324/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-1165/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinəəsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İmanov Rizvan Səhlədar oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali MəhkəməsiMülki kollegiyasının İş № 2(102)-3206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)- 324/2021 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, o, Cavabdeh anası Xasbəyim ilə 2007-ci ildə alqısatqı aktı tərtib edərək mülkiyyətlərində olan 2,92 ha torpaq sahəsini 3504 manat pul verməklə almış, sonradan isə Şahverdiyev Ramilə həmin məbləğə satmışdır. Hazırda iddiaçı Cavabdeh torpağdan Ramili çıxarmış, o da ona verdiyi 3504 mnatı geri almışdır. Bu səbəbdən də o, da öz növbəsində Cavabdeh verdiyi pulu geri tələb edir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu hallara qanunvericilik baxımından qiymət verməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsindən Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. b) cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və izahatında, Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. [313] 1091.1-ci maddəsinə əsasənə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. i 1091.2.-ci maddəsinə əsasənə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə.əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. -ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən tələbin təmin olunması üçün sübutların kifayət etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, sübutları, o cümlədən işdə olan borcu təsdiq edən sənədləri tam araşdırmamış, iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin nəticəni kassasiya qaydasında mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, gəlinən nəticəni ləğv edərək, yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə məhkəmə baxışına qaytarmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh özü də iddia tələbində göstərilmiş torpaq sahəsinin iddiaçıya satılmasını etiraf etmiş, sadəcə olaraq iddiaçıdan pul almadığını göstərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa qərarda həmçinin qeyd olunmuşdur ki, iddiaçı iddia tələbində və izahatlarında həmin torpaq sahəsinin onun tərəfindən X1, hazırkı cavabdehin həmin torpaq sahəsinin göstərilən şəxsdən öz sahibliyinə geri alındığını, buna görə də, onun Ramildən torpağa görə almış olduğu pulu geri qaytarmasını bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını müqayisəli tədqiq etməmiş, hazırkı iddiaçı Ramil Şahverdiyevə göstərilən torpaq sahəsinin satılıbsatılmamasını, nə vaxt və hansı məbləğdə satılmasını, torpaq sahəsinin geri qaytarılmasının hansı qayda da həyata keçirilməsini müəyyən etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməyərək, tərəflərin məhkəmə çəkişməsi hüququnu pozaraq maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsaslar yaratmışdır. İddiaçı Cavabdeh qarşı iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsini 27 may 2007-ci il tarixdə X6 3504 manata almasını və bu barədə tərtib olunmuş alqı-satqı aktını və həmin aktı imzalamış cavabdehin anası Xasbəyim və Mircəlal kənd Bələdiyəsinin sədri Cəlalovu sübut kimi təqdim edir. İddiaçı həmçinin həmin torpaq sahəsini aldıqdan sonra orada torpağın abadlaşdırılması üçün çəkilmiş 3000 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki tələbdə iddiaçı tələbinin hüquqi əsası kimi iddiaçı cavabdehlə cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsini 27 may 2007-ci il tarixdə X6 3504 manata almasını və bu barədə tərtib olunmuş alqı-satqı aktını yalan əqd hesab edir və bunun müqabilində aldığı 3504 manatın cavabdehdə qalmasını onun əsassız gəlir əldə etməsi və varlanmasını göstərir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin məcburi göstərişlərini yerinə yetirmiş, X7 şahid qismində izahatı alınmışdır. Ramil Şahverdiyev apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, o, 2007ci ildə İddiaçı Cavabdeh ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsini alqı-satqı yolu ilə X12 6000 ABŞ dolları, manata nisbətdə 3504 manat ödəməklə almış və həmin torpaq sahəsindən 2021-ci ilə kimi istifadə etmişdir. Torpaq sahəsini Ramazandan alarkən o, Cavabdeh anası Xasbəyimdən torpağın alınması barədə alqı-satqı aktını ona göstərmiş və aldığı torpağı istifadə edə bilmədiyindən satmaq qərarına gəldiyini bildirmişdir. Sonradan Cavabdeh iddiası əsasında məhkəmənin qətnaməsi ilə həmin torpaq sahəsindən çıxarıldığından o, da İddiaçı torpağa görə ödədiyi 3504 manat geri tələb etmişdir. Cavadeh Cavabdeh çarpaz dindirilməsi zamanı verilən suala cavab olaraq göstərmişdir ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsinə görə tələb olunan 3504 manat pul onun mərhum anası Xasbəyimə verilməsi inandırıcı deyil, təxmini bilir ki, torpaq sahəsinə görə iddiaçı tərəfindən 2007-ci ildə üç paçka (el arasında belə deyilirdi) şirvan verilmişdir. Hazırda o. həmin məbləği hazırkı manata nisbətdə ödəməyə razıdır. Cavabdeh onu da qeyd etmişdir ki, anası Xasbəyin vəfat etdiyi anadan həmin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Göründüyü kimi irəli sürülmüş pul tələbi üzrə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Bu halda cavabdehin mərhum Xasbəyimdən miras qalmış əmlakı qəbul etməsi və hazırda da idarə etməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Apellyasiya icraatı zamanı təqdim olunmuş Saatlı rayon məhkəməsinin 2(055)-915/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən güörünür ki, iddiaçı Cavabdeh X8 qarşı torpaq sahəsindən qanusuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarılma tələbi təmin olunmuş və cavabdeh X4 Rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-267, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna Dövlət aktında göstərilən 2,92 hektar torpaq sahəsindən istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası işin araşdırılan halları və tərəflərin izahatlarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh Xeyrullunun anası mərhum Xasbəyim Yusifova 27 may 2007-ci il tarixdə 2,92 ha torpaq sahəsinin alqı-satqısına görə razılaşma yolu ilə pul ödəmişdir. Lakin, onların arasında torpaq sahəsinin alqı-satqısına dair notariat qaydasında alıq-satqı müqaviləsi bağlanmamış, müqavilə bağlanmadığına görə də, tərəflərin arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə isə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bundan başqa, apellyasiya icraatı zamanı cavabdehin iddianın torpaq satılan dövrdə üç paçka (el arasında belə deyilirdi) şirvan hazırda isə manata nisbətdə 600 manat hissəsini etiraf etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin göstərişinə uyğundur. Odur ki, kollegiya hesab edir ki, mübahisəli 2,92 ha torpaq sahəsinin hazırki manata nisbətdə 600 manat məbləğində olması ağlabatan olmadığından, iddia tələbi məhz 27 may 2007-ci il tarixdə tərtib olunmuş aktda qeyd olunan məbləğ yəni 3504 manat olduğundan İddiaçı Cavabdeh 3504 manat pul tələb etməkdə haqlıdır, lakin iddiaçı iddianın mübahisəli torpaq sahəsində aldıqdan sonra abadlaşdırma aparılması üçün çəkdiyi 3000 manat pulun cavabdehdən alınması tələbi hissəsində haqlı deyildir. Çünki iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, iddiaçı İmanov Rizvan Səhlədar oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı torpağın alqı-satqıya görə ödədiyi 3504 manat, 30 manat ödənilmiş dövlət rüsumunun, və torpağın abadlaşdırılması üçün xərclədiyi 3000 manat cəmi 6534 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh torpağın alqısatqısına görə ödədiyi 3504 manat və 30 manat dövlət rüsumu cəmi 3504+30=3534 manat pulun alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı X14 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında iddianın təmin olunmayan hissəsində mübahisələndirmiş və onun apellyasiya şikayəti qismən yəni 3534 manat hissədə təmin olunmuşdur. Hazırda iddianın təmin olunmayan hissəsi isə 3000 manat təşkil edir. Qətnamənin mübahisəndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğundan tərəflər qətnamənin təmin olunan və təmin olunmayan hissəsindən kassasiya şikayəti verə bilməzlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-1156/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı torpağın alqı-satqıya görə ödədiyi 3504 manat, 30 manat ödənilmiş dövlət rüsumunun, və torpağın abadlaşdırılması üçün xərclədiyi 3000 manat cəmi 6534 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh torpağın alqı-satqısına görə ödədiyi 3504 manat və 30 manat dövlət rüsumu cəmi 3504+30=3534 manat pulun alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür, Sədrlik edən Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1665/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1665/2022
09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver