Məhkəmə qərarları › İş №2(106)-1668/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1668/2023

22.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1668/2023 22.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və qızıl-zinət əşyalarının özünün, özü yoxdursa dəyərinin ödənilməsi, kredit öhdəliklərinin pul ifadəsi formasında alınması tələbinə qarşı tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)-307/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X8 və Cavabdeh2 ona məxsus qızıl-zinət əşyalarının özünü və ya özü yoxdursa 4250 manat dəyərində və avtomaşının dəyərinin yarı hissəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)-307/2023 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli GTKR4024312A299 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş ümumi 1996,54 AZN məbləğin ½ hissəsi, yəni 998,27 AZN və xx.xx.2022-ci il tarixli,1071165 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilən ümumi 621,14 AZN məbləğin ½ hissəsi, yəni 310,57 AZN məbləğdə pul Cavabdeh1 Maarif oğlundan tutularaq iddiaçıya verilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli GTKR4024323A299 nömrəli kredit müqavilə üzrə və "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə birgə nikah dövründə hər iki müqavilə üzrə ümumi 6293,02 AZN məbləğində yaranmış borcun ½ hissəsinin Cavabdeh1 Maarif oğluna aid edilməsi və Cavabdeh1 Maarif oğlundan 3146,51 AZN alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)-307/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı öz ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Maarif oğlu ilə 2019-cu ildə ailə qurmuş və bundan sonra cavabdehlərin evinə gəlin köçmüşdür. Nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2020-ci il tarixdə Günay adlı uşaqları anadan olmuşdur. Hazırda bir neçə aydır ki, cavabdehlər onu öz yaşadığı evdən məcburi qaydada çıxarmışlar. Hal-hazırda da cehiz əşyaları, qızıl-zinət əşyaları cavabdehlərə məxsus evdədir. Özü Şirvan şəhərində azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. 585 əyyarlı ümumi çəkisi 44 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzük dəsti qiyməti 4250 manat məbləğ olan qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Cavabdehlər qızıllarını qaytarmağdan imtina edirlər. Dəfələrlə qızıl-zinət əşyalarının alınması üçün onlara məxsus evə getsə də, onlar həmişə özlərini gizlədərək müxtəlif bəhanələr gətirirlər. Bundan başqa, birgə nikah dövründə cavabdehlə avtomaşın almışlar, həmin avtomaşınında dəyərinin yarı hissəsinin bölünməsini xahiş etmişdir. O, digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 Maarif oğlu birgə nikah dövründə ailənin ehtiyacı üçün "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixdə GTKKR4024323A299 saylı kredit müqaviləsi ilə 4000 manat və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən ******* nömrəli kredit müqaviləsi ilə 3700 manat olmaqla 7700 manat məbləğdə kredit götürülmüşdür. Kredit götürmələrinin məqsədi cavabdehin avtomobil alması və onun digər borcları üçün olmuşdur. Hazırda məhkəmə qaydasında nikahları pozulmuşdur və cavabdeh özünə sərf etdiyi kreditləri onun üzərində qoymuşdur. Hazırda ümumi kredit məbləği olan 7700 manat pulun ½ hissədə Cavabdeh1 Maarif oğlu öhdəlik daşıdığı üçün ondan 3850 manat məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işlər bir nömrə altında bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir, iddianın avtomaşının dəyərinin yarı hissəsinin alınması hissəsindən imtina edir. Çünki cavabdeh götürmüş olduqları kredit pullarına avtomaşın aldığını bildirmiş, indiyədək istifadəsində 5-ə qədər avtomaşın olmuş olsa da, ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq adına heç bir avtomaşın almamışdır. Yalnız BDPİ-nin məhkəmənin sorğusuna vermiş olduğu cavabdan məlum olur ki, cavabdeh onu aldadaraq götürmüş olduqları kredit pullarından yalnız ”Mercedes Benz C180” minik markalı, ili 1997, tünd göy rəngli avtomaşını da xx.xx.2011-ci il tarixdə anası Cavabdeh2 adına almış və etibarnamə əsasında özü idarə etmişdir. Cavabdeh1 Maarif oğlundan və anası Almazdan 4250 manat dəyərində olan 585 əyarlı, ümumi çəkisi 44 qram ola boyunbağı, qolbağı, klon, sırğa və üzükdən ibarət dəstin özünün, özü yoxdursa dəyərinin və yenə də cavabdehdən birgə nikah dövründə "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 16 faiz ilə götürmüş olduqları 3700 manat əsas və 125 manat 17 qəpik faiz borcu, 55 manat da dövlət rüsumu olmaqla, 3800 manat 17 qəpik kredit pulunun ½ hissəsinin və "xxxx" ASC-nin Şirvan filialından xx.xx.2021-ci il tarixli GTKR4024323A299 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 24,71 faiz ilə götürmüş olduqları 4000 manat əsas və 2335 manat faiz borcu olmaqla, 6335 manat 15 qəpik kredit pulunun ½ hissəsinin cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Maarif oğlu ilə xx.xx.2019-cu il tarixdə ailə quraraq cavabdehlərin evinə gəlin köçmüşdür. Həmin nikahdan xx.xx.2020-ci il tarixdə Günay adlı bir uşaqları anadan olmuşdur. Hal-hazırda cehiz əşyaları, qızıl-zinət əşyaları cavabdehlərdədir. Özü Şirvan şəhərində azyaşlı qızı ilə birlikdə kirayədə yaşayır, çünki cavabdehlər onu və uşağını evdən çıxarmışlar. Hazırda 585 əyarlı, ümumi çəkisi 44 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzükdən ibarət, qiyməti 4250 manat olan qızıl dəsti də cavabdehlərdə qalmışdır. Cavabdehlər qızıllarını qaytarmaqdan imtina edirlər. Dəfələrlə qızıl-zinət əşyalarının alınması üçün onlara məxsus evə getsə də, onlar həmişə özlərini gizlədərək müxtəlif bəhanələr gətirmişlər. Məhkəmə sübutlara düzgün hüququ qiymət verməyərək, iddianı qismən təmin etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər də bu halı təsdiq etmişlər ki, iddiaçı Cavabdeh2 tərəfindən təxminən aprel ayında saat 23 radələrində evdən çıxarılmış, Cavabdeh1lə birlikdə təxminən gecə saat 3-4 radələrində iddiaçının atası evinə Ağstafa şəhərinə çatmışlar. İddiaçı həmin vaxt birdəfəlik evdən getdiyinə və cavabdehin ondan ayrılacağını bilməmiş, cavabdeh isə onu arxayın salmışdır ki, özü hər şeyi yoluna qoyacaq, qızıllarını da alıb qaytaracaqdır. Hətta bu barədə iddiaçının dayısı Həbibov Eyvaza da bildirmişdir ki, hər şey düzələcək. Həmin vaxt iddiaçının dayısı Nigarın adına götürülmüş kreditləri neçə ödəyəcəyi ilə maraqlanmış, heç olmasa qızılların Nigarda olması ilə maraqlanmış cavabdeh isə və qızılları satdığını və təzəsini alacağını iddiaçının dayısına bildirmişdir. İddiaçı məhkəmədə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qızıl-zinət əşyaları toy ərəfəsində ona cavabdehlər tərəfindən hədiyyə alınmışdır. 22 aprel 2022-ci il tarixdə evdə qayınanası Cavabdeh2 ilə mübahisə etmiş, əri Cavabdeh1 Maarif oğlu onu axşam saat 11:00 radələrində valideynlərinin yaşadığı Ağstafa rayonuna aparmışdır. O, həmin vaxt birdəfəlik evdən getdiyinə və cavabdehin ondan ayrılacağını bilməmişdir. Belə ki, Cavabdeh1 Maarif oğlu onu arxayın salmışdır ki, narahat olmasın özü hər şeyi yoluna qoyacaq və qızıllarını da satdığı üçün yenidən alıb özünə qaytaracaqdır. O, qızıllarının həmişə qayınanasında olduğunu bildirmişdir. Ərinin dostu Orxanın toy şənliyinə gedəkən qızılları qayınanasında istəsə də, qayınanası Cavabdeh2 ona bildirmişdir ki, əri Arifin borcu olduğu üçün qızılları lombarda qoyaraq pul götürmüş ərinin borclarını vermişdir. O, Ağstafa rayonundan valideynlərinin evindən Şirvan şəhərinə qayıdanda cavabdehlər onu evə buraxmamış, o Səriyyə adlı şəxsin evində kirayədə qalmağa məcbur olmuşdur. 2 aya yaxın Səriyyənin evində kirayə qaldıqdan sonra kirayə ev tutaraq başqa mənzilə köçmüşdür. Məhkəmənin gedişi ərəfəsində o, qayınanası Cavabdeh2 sözünə inanaraq iş yoldaşı Ceyhunə ilə Şirvan şəhərində yerləşən lombardları gəzərək Cavabdeh1 Maarif oğlu yaxud Cavabdeh2 tərəfindən həmin qızılların lombarda qoyulub-qoyulmamasını soruşsalar da, onlara Arif və Almaz tərəfindən lombarda hər hansı qızıl-zinət əşyası qoyularaq pul götürülmədiyi bildirilmişdir. Habelə həmin hallar iş yoldaşı X1 ifadəsi ilə təsdiqini tapa bilər ki, birinci instansiya məhkəməsinə aparsa da, məhkəmə onu dindirməmiş, bundan başqa, məhkəmədə dindirilmiş şahid X2 ifadəsi nə protokolda, nə də qətnamdə müfəssəl şəkildə əksini tapmışdır. İddiaçının nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, hazırkı qətnaməni pul tələbinin tutulması hissədə mübahisələndirmirlər. Ancaq qızıl-zinət əşyalarının tutulması hissədə qanunsuz və əsassız qətnamə qəbul edildiyi üçün şikayət vermişlər. Ona görə də, Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)-307/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qızıl-zinət əşyaları hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Maarif oğluna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı və onun nümayəndəsi Vəkil2 izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(055)-83/2023 saylı qətnaməsi qismən ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçı tərəf həm apellyasiya şikayətinin dəlillərində, həm də məhkəmə zamanı verilmiş izahatda hazırkı qətnamənin ancaq qızıl-zinət əşyalarının təmin edilməməsi hissədə mübahisələndirildiyi bildirilmişdir. Bu baxımdan, kollegiya diqqətə çatdırır ki, Dispozitivlik prinsipinə görə müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AM-in 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işdə olan mötəbər sübutlar fotoşəkillər, Disk, qızıl-zinət əşyalarının (qarnitur) əyyarı və dəyəri barədə rəy, iddiaçının izahatı, şahid ifadələri ilə tələbdə göstərilən əmlakların, yəni qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi müəyyən edilmişdir. Lakin həmin əşyaların İddiaçı tərəfindən evdən sonuncu dəfə (eləcə də əvvəllər) çıxarkən özü ilə aparması təsdiq edilmir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsində dindirilmiş şahid X3 öz ifadəsində bildirmişdir ki, İddiaçı təxminən 2 ildir ki, iş yoldaşı kimi tanımış, Cavabdeh1 Maarif oğlunu şəxsən tanımasa da, əvvəllər Nigarın yanında görmüşdür. O Nigarla 2022-ci ilin yay aylarında birinci instansiya məhkəməsində işə baxılan ərəfədə Şirvan şəhərində yerləşən bir çox lombardlara şifahi müraciətlər edərək Cavabdeh1 Maarif oğlu yaxud Cavabdeh2 qızıl-zinət əşyalarını girov qoyaraq pul götürüb-götürməmələrini soruşmuş, lakin onlara Arif və Almaz adlı şəxlər tərəfindən lombarda qızıl-zinət əşyalarının girov qoyulmadığı bildirilmişdir. Bundan əlavə, şahid X5 apellyasiya instansiya məhkəməsində dindirilərkən öz ifadəsində göstərmişdir ki, İddiaçı onun oğlunun müəllimi olmuşdur. Onun əri Dağıstan Respublikasına getdiyi üçün Nigar 2 aya yaxın onların evində qalmışdır. Nigar onun yaşadığı evə gələndə özü ilə hər hansı qızıl-zinət əşyaları gətirməmişdir. Cavabdeh1 Maarif oğlunu şəxsən tanımışdır. Belə ki, Arif onun ərinin sinif yoldaşı olmuşdur. İddiaçı onun evinə gələn gün iddiaçıdan qızıllarının olub-olmamasını soruşmuş, o isə qızıllarının qaynanasında olduğunu demişdir. O, evdən sonuncu dəfə cavabdehdən ayrılmaq məqsədi ilə çıxmadığını demişdir. O, Nigarın və uşağının paltarlarını sonradan gedib qayınanasından götürərək Nigara vermişdir. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq mübahisələndirilən hissədə işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Bundan əlavə, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi üçün təqdim edilmiş sübutların mötəbərliliyi barədə ətraflı və hərtərəfli araşdırma aparılmadan yekunda aydın olmayan nəticəyə gəlinmişdir. Belə ki, mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu qeyd edilsə də, onların iddiaçı tərəfindən aparılmaması və özündə olmaması barədə məhkəməyə təqdim edilmiş sübutlar ümumiyyətlə nəzərə alınmamış və araşdırma predmeti olmamışdır. Bu baxımdan, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)- 307/2023 saylı qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh1 Maarif oğlu və Cavabdeh2 qiyməti 4250 (dörd min iki yüz əlli) manat dəyərində 585 əyyarlı ümumi çəkisi 44 qram olan 1 dəst qızıl komplekt (boyunbağı, qolbaq, klon, sırğa və üzük), özləri olmadıqda onların dəyəri kimi 4250 (dörd min iki yüz əlli) manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı verilməsinin təmin edilməməsi hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilərək cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 qiyməti 4250 (dörd min iki yüz əlli) manat dəyərində 585 əyyarlı ümumi çəkisi 44 qram olan 1 dəst qızıl komplekt (boyunbağı, qolbaq, klon, sırğa və üzük), özləri olmadıqda onların dəyəri kimi 4250 (dörd min iki yüz əlli) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(032)-307/2023 saylı qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 qiyməti 4250 (dörd min iki yüz əlli) manat dəyərində 585 əyyarlı ümumi çəkisi 44 qram olan 1 dəst qızıl komplekt (boyunbağı, qolbaq, klon, sırğa və üzük), özləri olmadıqda onların dəyəri olan 4250 (dörd min iki yüz əlli) manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı verilməsinin təmin edilməməsi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Maarif oğlundan və Cavabdeh2 qiyməti 4250 (dörd min iki yüz əlli) manat dəyərində 585 əyyarlı ümumi çəkisi 44 qram olan 1 dəst qızıl komplekt (boyunbağı, qolbaq, klon, sırğa və üzük), özləri olmadıqda onların dəyəri olan 4250 (dörd min iki yüz əlli) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar