Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1677/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, e-2(057)-1612/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Salyan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-104/2-H-22025/11/24 saylı məktubundan görünür ki, 2019-cu il tarixində Cavabdeh 7000 manat borc pul verməsinə baxmayaraq, sonuncunun pulu geri qaytarmaması barədə xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə etdiyi müraciətə tərəflərindən baxılmış və araşdırma zamanı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Cavabdeh göndərilən pretenziya məktubundan görünür ki, 2019-cu il tarixində aldığı 7000 manat məbləğində puldan bu günə qədər geri qaytarmamışdır. Odur ki, pretenziyanı aldıqdan sonra ona 7000 manat borcun 3 gün müddətinə ödənilməsi təklif olunmuşdur. Əks halda, məhkəməyə bu tələblə bağlı iddia qaldıracağı bildirilmişdir. İddiaçı Salyan RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, əvvəllər tanıdığı Cavabdeh 2019-cu ildən hissə-hissə olmaq şərti ilə ilkin olaraq 2000 manat, daha sonra yenidən ondan borc pul istəmiş, o da tanıdığı üçün ona lotereyadan götürdüyü 2000 manatı da ona vermişdir. Daha sonra bir ay keçmişdir ki, Fərqanə yenidən onun yanına gələrək övladına toy etdiyini deyib ondan yenidən 3000 manat pul istəmişdir. Toy edib qalan pulunu geri qaytararaq deyə 3000 manatda borc vermişdir. Bu halda o, Fərqanəyə ümumilikdə 7000 manat pul vermişdir. Lakin Fərqanə onun pullarını qaytarmamışdır. Dəfələrlə ondan pulunu istəsə də, Fərqanə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etmişdir. O, da bundan əsəbləşərək Salyan rayon Polis şöbəsinə müraciət etmişdir. Onun Fərqanə ilə aralarında heç bir mübahisə olmamışdır. Cavabdeh Salyan RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı barəsində Salyan rayon Polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Bununla əlaqədar bildirmişdir ki, o, 2019-cu il tarixdə maddi sıxıntıları olduğu üçün əvvəllər tanıdığı İddiaçı borca 7000 manat pul istəmişdir. O da onunla razılaşaraq hissə-hissə olmaqla bir dəfəyə 2000 manat, sonra yenidən 2000 manat, daha sonra isə 3000 manat pul vermişdir. Lakin sonradan işdən çıxdığına görə maddi vəziyyəti daha da pisləşmişdir. Bu səbəbdən də İddiaçı borcunu qaytara bilməmişdir. Lakin hissə-hissə olmaq şərtilə ən qısa zamanda İddiaçı pulunu qaytaracağına söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı oğlu Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 7000 ( yeddi min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ikinci qrup gözdən əlildir, özünü güclə idarə edir, əvvəllər tanışı olan Cavabdeh ona 7000 (yeddi min) manat məbləğində pul borcludur. Cavabdeh arasında 2019-cu ildən bəri müxtəlif vaxtlarda ilk dəfə evində 2500 manat, 2021-ci ildə yenə də evində 3000 manat, 2022-ci ildə 1500 manat olmaqla cəmi 7000 (yeddi min) manat borc pul almış və bu günə kimi qaytarmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəflərindən xx.xx.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 7000 (yeddi min) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh pretenziya məktubunu qəbul etməkdən imtina etmişdir. Salyan rayon polis şöbəsinə də müraciət etsədə pulu aldığını bildirsədə yenədə pulu ödəməmişdir. Daha sonra xəbər göndərərək pulu hissə-hissə qaytarmağa hazır olduğunu bildirsədə yenədə xeyli müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Odur ki, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, e-2(057)-1612/2025 saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 7000 manat məbləğində pul, 200 manat vəkilə ödənilmiş xidmət haqqı və 90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini 2023-cü ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739, 740.1, 740.2, 380.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Tərəflər arasındakı borc müqaviləsi predmetinin məbləği hissə-hissə olmaqla, üç min manatdan çox olmadığı üçün (2000 manat, 2000 manat və 3000 manat) bu müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. İddiaçı cavabdehə borc pul verməyi öhdəsinə götürmüşdür. O, üzərinə düşən vəzifəni yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında və etiraz ərizəsində 7000 manat məbləğində götürülmüş pulun sonradan geri qaytarıldığını və iddiaçıya borcunun olmadığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh Salyan Rayon Polis Şöbəsində verdiyi izahatında götürdüyü borcu hissə-hissə olmaqla qaytaracağına söz verdiyini bildirmişdir. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, bu hal əsassız hesab edilməlidir. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsində izahat vermişdir. O, həmin izahatında “... İddiaçı borca ümumilikdə 7000 manat aldığı pulu hissə-hissə olmaq şərti ilə ən qısa zamanda qayraracağını” bildirmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh 2024-cü ildə borcunu etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş, borcun etiraf edilməsi iddia müddətinin 2027-ci ilə qədər uzanmasına səbəb olmuşdur. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürülməmiş, cavabdehin iddia müddətini tələb etməsi hüququ qüvvədən düşmüşdür. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə sübutları müqayisəli formada təhlil etməmiş, onun məhkəməyə təqdim etmiş sübutlarını obyektiv qiymət verməmişdir. Məhkəmə əvvəlcədən sübutlara qiymət vermiş, bitərəfli qaydada iddaçının xeyrinə qərar çıxarmışdır. 2019-cu ilin əvvəllərində İddiaçı faizlə bütövlükdə 7000 manat pul almış və pulu 2021ci ilin sonlarında tam şəkildə qaytarmışdır. İddiaçı bunu özü də Salyan rayon Polis Şöbəsinə etdiyi şikayətdə təsdiq edir. İddiaçı ona qarşı iddia qaldırmağa hüququ yoxdur, ona görə ki, İddiaçı iddia müddətini ötürmüşdür. Hazırkı vəziyyətdə iddiaçı 3 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Ona görə də, hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd edilməlidir ki, əqdlər şifahi və yazılı bağlana bilər ki, əqdin qanunvericiliklə müəyyən edilmiş formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. İddiaçı ilə aralarında rəsmi şəkildə heç bir borc müqaviləsi yoxdur. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə aralarında yazılı razılaşma olmamışdır. Üç min manatdan yuxarıda olan borc məbləği ilə bağlı mütləq yazılı müqavilə tələb olunduğundan iddiaçının üç min manatdan yuxarı məbləğdə borcun iddia etməsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, hissə-hissə cavabdehə 7000 manat borc pul vermişdir. Sonuncu dəfə borc pulu 2022-ci il tarixdə verilmişdir. Cavabdeh heç bir ödəniş etməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf iclasda iştirak etməmişdir. Teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş, iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdeh apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(057)-1612/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə, məhkəmə kollegiyası qətnaməni iddianın təmin olunan hissəsində, apellyasiya şikayətinin dəlilləri həcmində əsaslılığını yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi : (tərəflər arasında hüquq münasibətinin yaranma tarixi nəzərə alınmaqla) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini və tətbiq edilən hüquq normalarını araşdırmaqla belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olub, apellyasiya şikayətində göstərilən arqumentlər həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosessual hüquqda sübutetmə prinsipi tərəflərin bərabər hüquqlu olması və rəqabət prinsipi ilə sıx bağlıdır. Tərəflər yalnız öz iddia və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Sübutetmə yükü prinsipi tərəflərin iddia və etirazlarının mənbəyini müəyyən etməklə, məhkəmənin subyektiv təxminlərə deyil, obyektiv dəlillərə əsaslanaraq qərar çıxarmasını təmin edir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini qiymətləndirməkdir, lakin sübutların təqdim edilməməsi və ya qeyri-dəqiq olması hüquqi nəticələr doğurur. Hazırkı iş üzrə tərəflər arasında 2019-ci ildən başlayaraq cəmi 7000 manat borcun hissəhissə (3 dəfəyə ayrı-ayrı vaxtlarda ) verilməsi işin mübahisəsiz halıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2019-cu ildən başlayaraq ilk dəfə 2500 manat, 2021-ci ildə 3000 manat, 2022-ci ildə 1500 manat olmaqla cəmi 7000 (yeddi min) manat borc verdiyini bildirir, lakin hər iki tərəf Salyan Rayon Polis Şöbəsində verdiyi izahatında borcun 2019-ci ildən sonra 2 dəfə 2000 və 1 dəfə 3000 olmaq verildiyini bildirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında 2021-ci ilin sonunda (iş mat. səh 36) həmin borcu tam qaytardığını göstərir. Salyan Rayon Polis Şöbəsində Cavabdeh verdiyi xx.xx.2024-cü il tarixli izahatda borc pul aldığını inkar etməmiş, əksinə, 2019-cu il tarixdə İddiaçı borca 7000 manat pul istədiyini, həmin pulu hissə-hissə – 2 dəfə 2000 və 1 dəfə 3000 olmaqla aldığını, maddi vəziyyətinin ağırlaşması səbəbindən borcu vaxtında qaytara bilmədiyini, lakin hissə-hissə olmaqla geri qaytaracağını bildirmişdir. Bu cür izahat borc münasibətlərinin mövcudluğunu təsdiq edən açıq etiraf xarakteri daşıyır və məhkəmə tərəfindən əsaslı sübut kimi qiymətləndirilməsi tamamilə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayətində də cavabdeh tərəfindən iddia edilir ki, borc 2021-ci ilin sonlarında tam şəkildə qaytarılmışdır. Lakin bu iddiaya etiraz iş materialları ilə təsdiq olunmur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Borcun qaytarılması faktı hüquqi nəticə doğuran hal olduğundan, cavabdeh tərəfindən bunun sübutu təqdim edilməli idi. Halbuki cavabdeh nə bir qəbz, nə bank köçürməsi, nə şahid ifadəsi, nə də başqa hər hansı mötəbər sübut təqdim etmişdir. Əksinə, borcun qaytarıldığını iddia edən cavabdehin polis orqanında verdiyi izahatda borcu hələ də qaytarmadığını dolayısı ilə etiraf etməsi onun apellyasiya şikayətində tutduğu mövqenin ziddiyyətli və etibarsız olduğunu göstərir. Birinci instansiya məhkəməsi bu ziddiyyəti haqlı olaraq cavabdehin əleyhinə qiymətləndirmişdir. Cavabdehin borc müqaviləsinin yazılı formada bağlanmaması ilə bağlı arqumenti də əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 739, 740.1 və 740.2-ci maddələrinə istinad etmiş və müəyyən etmişdir ki, borc pul vahid əməliyyatla deyil, müxtəlif vaxtlarda, hissə-hissə verildiyindən, hər bir borc öhdəliyinin məbləği ayrıca götürüldükdə üç min manatdan artıq olmamışdır. Bu halda yazılı forma tələbi yaranmır. Bundan əlavə, mülki hüquqda borc münasibətlərinin mövcudluğu yalnız yazılı müqavilə ilə deyil, tərəflərin faktiki davranışı, qarşılıqlı etirafları və digər sübutlarla da müəyyən edilə bilər. Cavabdehin borcu açıq şəkildə etiraf etməsi yazılı forma ilə bağlı arqumentin mahiyyət etibarilə formal xarakter daşıdığını göstərir. Kollegiya onu da vurğulayır ki, tərəflər arasında mövcud olan borc müqaviləsi üzrə öhdəyin icra müddəti ilə bağlı hər hansı razılaşma olmamışdır. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Qeyd olunan normanın tələbi baxımından iddiaçı borc öhdəliyinin Cavabdeh tərəfindən icra edilməsini tələb edərək ilk olaraq xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə, daha sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində irəli sürülən iddia müddətinin ötürülməsi barədə dəlil ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində borcunu 2021-ci ildə qaytardığını bildirsə də, Salyan Rayon Polis Şöbəsində verdiyi izahatında maddi vəziyyətinin pis olması səbəbindən borcunu qaytara bilmədiyini göstərmiş, borcunu hissə-hissə ödəyəcəyini vurğulamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin tətbiqindən imtina etmiş, müqavilə tələbləri üzrə müəyyən olunmuş 3 illik iddia müddətinin ötürülmədiyi barədə düzgün qənaətə gəlmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında borcu etiraf etməklə iddia müddətinin axımını kəsmişdir. Bu səbəbdən iddia müddətinin 2024-cü ildən yenidən başlanması qanunauyğun hesab edilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi iddia müddəti çərçivəsində həyata keçirilmişdir və cavabdehin iddia müddətinə istinad etməklə məsuliyyətdən azad olunması mümkün deyildir. Apellyasiya şikayətində məhkəmənin sübutları birtərəfli qaydada qiymətləndirməsi barədə ümumi xarakterli iddialar irəli sürülsə də, bu iddialar konkret fakt və hüquqi arqumentlərlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə istinad etdiyi sübutları açıq şəkildə göstərmiş, tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil etmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Bu isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə tam uyğundur. Apellyasiya instansiyasının isə sübutların yenidən qiymətləndirilməsi deyil, yalnız birinci instansiya məhkəməsinin qiymətləndirməsinin qanunauyğunluğunu yoxlamaq səlahiyyəti vardır və hazırkı iş üzrə bu səlahiyyət çərçivəsindən kənara çıxmağı zəruri edən hal mövcud deyildir. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdehin borc münasibətlərini inkar edən mövqeyi onun əvvəlki davranışı və izahatları ilə uzlaşmır. Hüquqi müəyyənlik və vicdanlı davranış prinsipləri baxımından borcu etiraf etmiş şəxsin sonradan bu münasibəti inkar etməsi hüquqi müdafiəyə layiq mövqe kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi bu prinsipləri düzgün nəzərə almış və tərəflər arasındakı real hüquqi münasibətləri formal bəyanatlardan üstün tutmuşdur. Kollegiya bütün bu halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını dügzün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin qənaəti əsaslı və qanunidir, qərarın dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, e-2(057)-1612/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, e-2(057)-1612/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1677/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1677/2025
03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver