Məhkəmə qərarları › İş №2(106)-1683/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1683/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1683/2022 06.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) X10 və X7 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehin evdən çıxarılması və sözügedən evin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək cavabdehin ünvan 3 saylı evdən çıxarılması və evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X22 iddiaçının doğma anasıdır, X22 Azərbaycan Respublikası Su Tikinti Trestində kadrlar üzrə rəis vəzifəsində işləmişdir.05 may 1985-ci il tarixdə keçmiş xalq deputatları soveti tərəfindən (Jdanov) indiki Beyləqan rayonu, kanal su tikinti trestində səyyar mexanikləşdirilmiş qəsəbəsində evlərdən biri, yəni indiki ünvanla ünvan 1lmişdir. Ögey qardaşı olan X14 təxminən 1981-ci ildə Cavabdeh ilə ailə qurmuşdur.X18 Respublikasında işlədiyinə görə onlar ailə qurduqdan sonra Gürcüstanda yaşamışlar.X33 və arvadı vaxtaşarı Beyləqan rayonuna qonaq gəlmişlər.Anası xəstə olduğuna görə onu müvəqqəti olaraq yaşadığı Sumqayıt şəhərinə gətirərək ona qulluq etmişdir.Mariya Lısikova uzun illərdir ki, onun yanında yaşamaqla müalicə olunur.X23 şəhəri, M.Əsədov küçəsində yerləşən 55 saylı evini özəlləşdirməsi və sonra da iddiaçıya bağışlaması məqsədilə 8 oktyabr 2016-cı il tarixdə iddaçının əri X17 etibarnamə vermişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi dairəsi tərəfindən 13 aprel 2018-ci il tarixdə verilmiş **********0610301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən mülkiyyət hüququ üzrə çıxarışa əsasən 97.1 kv.metr ev və 0.06 ha torpaq sahəsi üzərində anası X12 tam pay hüququ ilə xüsusi mülkiyyəti dövlət qeydiyyatına alınmışdır, 19 yanvar 2019-cu il tarixdə anası tərəfindən verilmiş etibarnaməyə əsasən əri X27 ilə Sabirabad “Asan xidmət” mərkəzinə gedib iddiaçının anasının adından çıxış edərək Beyləqan şəhəri, M.Əsədov küçəsindəki 55 saylı evi barədə onun adına bağışlama müqaviləsi bağlanmışdır.Hazırda həmin yaşayış sahəsi Seriya RX ******* saylı 31 yanvar 2019-cu il tarixli çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir.Mariya Lısikova 11 iyun 2019-cu ildə ölmüşdür.Anasını Beyləqanda dəfn etdikdən sonra evə əl gəzdirmiş, evin giriş və çöl darvazasının açarlarını dəyişdirmiş və evə nəzarət etməsindən ötrü açarların birini qonşuya vermişdir.26 iyul 2019-cu ildə Beyləqanda yaşayan qonşusu gecə vaxtı ona zəng edərək evinin qıfılının sındırıldığı və kimlərinsə daxil olması barədə məlumat vermişdir.Hadisədən bir neçə gün sonra, yəni 29 iyul 2019-cu il tarixdə 102 xidmətinə zəng vuraraq məlumat vermişdir ki, Beyləqan şəhərində yerləşən evinin giriş qapısının qıfılı sındırılaraq, kimlərsə evə daxil olmuşlar.Oğurluq faktı üzrə 102 xidmətinə telefonla məlumat versə də, sahə rəisi mayor Nofəl Kərimov müracətini belə cavablandırmışdır ki, heç-bir oğurluq faktı yoxdur, mərhum qardaşının arvadı gəlib evə daxil olub.Buna baxmayaraq Beyləqana gedərək orada mərhum qardaşının arvadı olan Cavabdeh ilə görüşmüş və ondan etdiklərinin səbəbini soruşmuşdur.Sonuncu isə əcəb etdiyini, evdə onun da payı olduğunu bildirmişdir.Bununla bağlı tərəfindən polisə müraciət olunmuş, cavabdeh polisə dəvət olunaraq onunla söhbət aparılmışdır.Cavabdeh polisdə iltizam yazaraq mübahisəli evi bir ay ərzində tərk edəcəyinə söz versə də sözünə əməl etməmişdir. Bundan başqa, anası Mariya Lısikova oğlu, mərhum Əlirza Mahmudov üçün rayonun Allahyarlı kəndində əvvəllər ev almışdır.Sonradan Əlirza həmin evi sataraq Bakı şəhərinə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır.Cavabdeh bilərəkdən onun mülkiyyətində olan evi zəbt edərək orada yaşayaraq mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.Cavabdeh həmin evə gəlin köçməmiş həmin evdə yaşamamışdır.Cavabdehin sözügedən evdə heç bir əmlakı olmamışdır.Dəfələrlə cavabdehdən mübahisəli evdən çıxması tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan rayon məhkəməsinin 2(020)-1617/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Nurullayev) iddia təmin olunaraq Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 saylı evdən çıxarılması, evin İddiaçı təhvil verilməklə onun həmin evə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)2100/2020 saylı qətnaməsi ilə (Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X2 ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)2100/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli 2(102)4531/2021 saylı qərarı ilə təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)2100/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)3266/2021 saylı qətnaməsi ilə (Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakimlər X28 və X3 ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(020)-1617/201 saylı qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan Beyləqan şəhəri, M.Əsədov küçəsi, 55 saylı evdən çıxarılması, evin İddiaçı təhvil verilməklə onun həmin evə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)3266/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli 2(102)3027/2022 saylı qərarı ilə qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)3266/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamədə cavabdehin Beyləqan şəhəri M.Əsədov küçəsində yerləşən 55 saylı evin həyət və giriş qıfılını sındıraraq evə daxil olması və evdə yaşamağı qeyd edilmişdir.Beyləqan şəhəri M.Əsədov küçəsində yerləşən 55 saylı ev onun gəlin köçdüyü və altı uşağının dünyaya gəldiyi və yaşadıqları yeganə yaşayış evidir, o və altı uşaqlarının yaşadıqları mübahisəli ev əvvəllər Beyləqan şəhəri SMD-4 qəsəbəsi adlanıbdır, o və altı nəfər ailə üzvünün hamısının şəxsiyyət vəsiqələrində qeydiyatada olduğu həmin Beyləqan şəhəri SMD-4 qəsəbəsi adlanan yaşayış evində yaşayırlar.Lakin indiki çıxarışın alınmasından sonra mübahisəli evin ünvanı Beyləqan şəhəri M.Əsədov 55 göstərilmişdir.Ev isə birdir.Belə ki, qətnamədən göründüyü kimi o 1981-ci il tarixdən iddiaçının qardaşı X14 ilə ailə həyatı qurmuş və indiki mübahisəli evə gəlin köçmüşdür.Onun uşaqları da həmin evdə dünyaya gəlmiş və həmin evdə yaşamaqla bərabər təhsil almışlar. Apellyasiya şikayətində Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehə, onun vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehin, onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilmədən, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlkdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunan hədiyyə verən X19 ilə hədiyyə alan X8 arasında 19 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən xüsusi mülkiyyətində olmaqla tam pay hüququ uzrə özünə məxsus Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa olunan 97.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2019-cu il tarixdə verilmiş RX serialı ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində inşa olunan 97.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Beyləqan rayon polis şöbəsinə verdiyi 05 avqust 2019-cu il tarixli iltizamdan görünür ki, X25 şəhəri, M.Əsədov küçəsində yerləşən baldızı İddiaçı məxsus evi bir ay müddətə yəni, 05 sentyabr 2019-cu il tarixdə boşaldıb özünə təhvil verəcəyinə söz vermiş, əks halda məsuliyyət daşımağa hazır olduğunu bildirb iltizamı imzası ilə təsdiq etmişdir.İş materillarından da görünür ki, Cavabdeh polis şöbəsində verdiyi iltizamı mübahisələndirməmiş, iltizamı özü yazaraq imza etmiş, izahatında, apellyasiya və kassasiya şikayətlərində polis şöbəsində verdiyi iltizamla bağlı hər hansı narazılıq bildirməmişdir. İş materiallarında olan Beyləqan rayon İHB-ın Beyləqan şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 17 sentyabr 2020-ci il tarixli 124 saylı arayışında Cavabdeh Beyləqan şəhər SMD-4 qəsəbəsində qeydiyyatda olduğu, vətəndaşın qeydiyyatda olduğu SMD-4 ünvanının ünvan 5 Cavabdeh 1980-cı ildən qeyd olunan ünvana köçərək hazırda həmin fərdi yaşayış evində yaşadığı, Cavabdeh altı övladının olduğu, övladlarından dörd qızının ailə həyatı quraraq həmin evdən gəlin köçdüyü, hal-hazırda onun iki oğlu X4 (xx.xx.1989-cu il), X16 (xx.xx.1998-ci il) ilə birlikdə həmin ünvanda yaşadıqları, Cavabdeh aztəminatlı ailə kimi İcra Nümayəndəliyində qeydiyyatda olduğu göstərilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Beyləqan rayon İHB-ın Beyləqan şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 23 avqust 2022-ci il tarixli 433 saylı məktubunda qeyd edilir ki, Cavabdeh Beyləqan şəhər SMD-4 qəsəbəsində qeydiyyatdadır, vətəndaşın qeydiyyatda olduğu SMD-4 ünvanı Beyləqan şəhəri, M.Əsədov küçəsi, 55 nömrəli fərdi yaşayış evi ilə eyni ünvandır. Cavabdeh 1980-cı ildən qeyd olunan ünvana köçərək hazırda həmin fərdi yaşayış evində yaşayır.Cavabdeh altı övladı var, övladlarından dörd qızı ailə həyatı quraraq həmin evdən gəlin köçüb, hal-hazırda o, iki oğlu X4 (xx.xx.1989-cu il), X16 (xx.xx.1998-ci il) ilə birlikdə həmin ünvanda yaşayırlar.Cavabdeh aztəminatlı ailə kimi İcra Nümayəndəliyində qeydiyyatdadır. Məhkəmə kollegiyasının sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 23 avqust 2022-ci il tarixli, **********12 saylı məktubuna əlavə edilmiş X9 mülkiyyətində olmuş Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evinə dair çıxarışın və onun verilməsinə əsas olan sənədlərin təqsdiq edilmiş surətləri məhkəmə kollegiyası tərəfindən tədqiq edilərək müəyyən edilmişdir ki, mübahisəli Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən mənzil eyni mənzil olmaqla sahibi X11muş, həmin mənzilə Cavabdeh hər hansı hüququ (mülkiyyət, istifadə və ya yaşayış hüququ) olmamışdır. İddiaçı ögey qardaşı X5 təxminən 1981-ci ildə Cavabdeh ilə ailə həyatı qurduğunu, X13 Respublikasında işlədiyinə görə ailə qurduqdan sonra Gürcüstanda yaşadığını, X33un və arvadı Cavabdeh onlara Beyləqan rayonua qonaq gəldiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli 2(102)4531/2021 saylı qərarında qeyd edilir ki, apelyasiya məhkəməsi iddiaçının mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyini nəzərə alaraq ən azından bağışlama müqaviləsinin bağlanması ilə əlaqədar sənədləri tələb edib araşdırmamış, bağışlama müqaviləsi bağlanan zaman cavabdehin istinad etdiyi kimi onun mübahisəli evdə qeydiyyatda olub-olmamasını, cavabdehin bildirdiyi Beqləqan şəhəri SMD-4 qəsəbəsi ünvanı ilə hazırda mübahisələndirilən ünvanın eyni ünvan olub-olmamasını müəyyən etməmiş, iddiaçının tələbinin əsasları ilə cavabdehin etirazlarının əsasları arasında müqayisəli tədqiqat aparmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsaslarının hazırki mübahisə üzrə mövcud olub-olmadığını müəyyən etməmişdir. Qərarda qeyd edilir ki, işdən görünür ki, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, sübutların araşdırılmasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli 2(102)3027/2022 saylı qərarında qeyd edilir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli 2(102)4531/2021 saylı qərarında şərh edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin mübahisədə adı keçən evin iddiaçıya bağışlanması ilə əlaqədar sənədləri notariat ofisindən tələb etsə də, verdiyi sorğuya cavab almadan qərar qəbul etmişdir. Halbu ki, Ali Məhkəmənin həmin göstərişi bağışlama müqaviləsi bağlanan zaman cavabdehin istinad etdiyi kimi onun mübahisəli evdə qeydiyyatda olub-olmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli 2(102)4531/2021 saylı qərarında şərh edilən göstərişə uyğun olaraq Sabirabad ASAN Xidmət Mərkəzindən xx.xx.2019-cu il tarixli, 4Ə- 60 reyestrli bağışlama müqaviləsi üzrə notariat işini tələb edərək tədqiq etmişdir. Sabirabad ASAN Xidmət Mərkəzindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-60 reyestrli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X19 ilə hədiyyə alan İddiaçı arasında 19 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə hədiyyə verən xüsusi mülkiyyətində olmaqla tam pay hüququ uzrə özünə məxsus Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa olunan 97.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır.Müqavilə bağlanan zaman cavabdehin istinad etdiyi kimi onun mübahisəli evdə qeydiyyatda olmaması müəyyən edilmişdir, mübahisəli Beyləqan şəhəri, SMD-4 qəsəbəsi mənzilin sahibi mülkiyyətçisi X11muş, həmin mənzildə xx.xx.1984-cü il təvəllüdlü X6 daimi pasport qeydiyyatında omuş və mənzilin bağışlanmasına və ya özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə notarial təsdiq edilmiş ərizə vermişdir. Sabirabad ASAN Xidmət Mərkəzindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-60 reyestrli bağışlama müqaviləsinə əsasən Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışda X19 istisna olmaqla qeydiyyatda başqa şəxlərin olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya RX №1475238) Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ögey qardaşı olan X14 təxminən 1981-ci ildə Cavabdeh ilə ailə qurmuş, X18 Respublikasında işlədiyinə görə onlar ailə qurduqdan bir neçə gündən sonra çıxıb Gürcüstana getmişlər və orada mütəmadi olaraq yaşamışlar, mübahisəli mənzil iddiaçının qanuni əsalarla mülkiyyətindədir, Cavabdeh yoldaşı ilə 1989-cu il tarixdə Gürcüstan Respublikasına getmişlər, 2011-ci ildə yoldaşı ilə birlikdə işləmək üçün Bakı şəhərinə gedərək orada kirayədə yaşamışlar yenidən Gürcüstana getmişlər, mübahisəli evə gəlib getmişlər, iddiaçının anası Lısikova Mariya 11 iyun 2019-cu ildə vəfat etmiş, onu Beyləqanda dəfn etdikdən sonra iddiaçı evə əl gəzdirmiş, evin giriş və çöl darvazasının açarlarını dəyişdirmiş, evə nəzarət etməsindən ötrü açarların birini qonşuya vermişdir, 26 iyul 2019cu ildə Beyləqanda yaşayan qonşusu ona zəng edərək evinin qıfılının sındırıldığı və kimlərinsə daxil olması barədə məlumat vermişdir, bütün bunlara baxmayaraq ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh hər hansı hüququ (mülkiyyət, istifadə və ya yaşayış hüququ) olmamış və hazırda da mövcud deyildir. Mülki işə tətbiq edilən hüquq: "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir.Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt, həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir.Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir.Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Konstitusiya Məhkəməsi Pelnumunun yuxarıda şərh olunan qərarında həmçinin qeyd olunur ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur.Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir.Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Görundüyü kimi mübahisəli yaşayış sahəsinə dair İddiaçı Firət qızının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması anı (19 yanvar 2019-cu il) həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur.Hazırki halda cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmadığından, yaşayış sahəsindən istifadə hüququ əldə etməmişdir. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı). Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında yaşayış sahəsindən istifadə hüququnun mahiyyəti ilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur.Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir.Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur.Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur.Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir.Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamədə cavabdehin Beyləqan şəhəri M.Əsədov küçəsində yerləşən 55 saylı evin həyət və giriş qıfılını sındıraraq evə daxil olması və evdə yaşamağı qeyd edilmişdir.Beyləqan şəhəri M.Əsədov küçəsində yerləşən 55 saylı ev onun gəlin köçdüyü və altı uşağının dünyaya gəldiyi və bu gün də yaşadıqları yeganə yaşayış evidir, o və altı uşaqlarının yaşadıqları mübahisəli ev əvvəllər Beyləqan şəhəri SMD-4 qəsəbəsi adlanıbdır, o və altı nəfər ailə üzvünün hamısının şəxsiyyət vəsiqələrində qeydiyatada olduğu həmin Beyləqan şəhəri SMD-4 qəsəbəsi adlanan yaşayış evində yaşayırlar.Lakin indiki çıxarışın alınmasından sonra mübahisəli evin ünvanı Beyləqan şəhəri M.Əsədov 55 göstərilmişdir.Ev isə eynidir.Belə ki, qətnamədən göründüyü kimi o, 1981-ci il tarixdən iddiaçının qardaşı X14 ilə ailə həyatı qurmuş və indiki mübahisəli evə gəlin köçmüşdür.Onun uşaqları da həmin evdə dünyaya gəlmiş və həmin evdə yaşamaqla bərabər təhsil almışlar. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz, Cavabdeh polis şöbəsində verdiyi iltizamdan onun mübahisəli evdə əvvəllər yaşamadığı və istifadə etmədiyi müəyyən olunur, həmin ünvana olan qeydiyyatı isə formal xarakter daşımışdır, İddiaçı ögey qardaşı X14 təxminən 1981-ci ildə Cavabdeh ilə ailə qurmuş, X18 Respublikasında işlədiyinə görə onlar ailə qurduqdan bir neçə gündən sonra çıxıb Gürcüstana getmişlər və orada mütəmadi olaraq yaşamışlar, mübahisəli mənzil iddiaçının qanuni əsalarla mülkiyyətindədir, mübahisəli yaşayış evinə Cavabdeh mülkiyyət, istifadə və ya yaşayış hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir.Bu ümumi qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür.Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.2-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin.İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 saylı evdən çıxarılsın, mübahisəli ev İddiaçı təhvil verilməklə pozulmuş mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar