Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1688/2022 08.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq alğı-satqısı ilə məşğul olan şəxs X3 vasitəsi ilə həmin kəndin ərazisində 0.02 ha. torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Aralarında inam yarandığı üçün o, özünə məxsus olan fərdi yaşayış evini 30000 (otuz min) AZN məbləğinə satılmasını X4 həvalə etmişdir. X7 həmin fərdi yaşayış evinin satışından əldə edilmiş puldan 17000 (on yeddi min) AZN məbləğini ona vermişdir. O, pulun qalan hissəsinin ödənilməsini tələb etdikdə X7 ona bildirmişdir ki, evi Cavabdeh 30000 (otuz min) AZN məbləğinə satmış, Cavabdeh 17000 (on yeddi min) AZN məbləğində pulu ödəmiş, lakin qalan 13000 (on üç min) AZN məbləğində pulun ödənilməsi üçün Cavabdeh ilə torpaq sahəsinin alğı-satqısını həyata keçirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, 13000 (on üç min) AZN məbləğində pulun ödənilməsini tələb etsə də, lakin Cavabdeh həmin pul məbləğini ödəməkdən yayınmışdır. O, da Cavabdeh barəsində şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən mübahisənin mülki hüquqi xarakterli olması səbəbindən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə də o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 13000 (on üç min) AZN məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisə olunan evin alqı-satqı müqaviləsinin onunla deyil, qardaşı Ceyhun Həmzəyevlə bağlanması, evin alqı-satqısına görə İddiaçı tapşırığı ilə Emil Behbudova 30.000 manat pul verilməsi və sonuncunun bu barədə qəbz yazaraq verməsi kimi işin hallarını nəzərə almadan, birinci instansiya məhkməsi iddia tələbinin təmin edilməsinə dair əsassız nəticə gəlmişdir. Cavabdeh nümayəndəsi və vəkili X5 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsi, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə üzrə Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 05 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci tarixdə verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,02 ha torpaq sahəsini 2000 (iki min) manata alıcı Cavabdeh satmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüquq vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tələbində göstərmişdir ki, 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq alğısatqısı ilə məşğul olan şəxs X3 vasitəsi ilə həmin kəndin ərazisində 0.02 ha. torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Aralarında inam yarandığı üçün o, özünə məxsus olan fərdi yaşayış evini 30000 (otuz min) AZN məbləğinə satılmasını X4 həvalə etmişdir. İş materiallarında olan 05 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində olan yaşayış evini deyil, mülkiyyətində olan 0.02 ha. torpaq sahəsini Abşeron rayon notariat kontorunda iş üzrə Cavabdeh alqı-alqı satqı müqaviləsi əsasında 2000 (iki min) manata satmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində olan iddiaçının mülkiyyətində olan 0.02 ha. torpaq sahəsinin alqı-satqı müqaviləsinin cavabdehlə bağlanmasına baxmayaraq həmin torpaq sahəsində yerləşən yayşayış evinin alqı-satqısı barədə tərəflər arasında razılaşma əldə edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 icraatında olan NK/1-6584 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2018-ci il tarixli qərarından və araşdırama zamanı izahatı alınımış Cavabdeh izahatından görünür ki, Cavabdeh həmin evi 2018-ci ilin aprel ayında makler X3 vasitəçiliyi ilə 30 min manata aldığını, evi notarat kontorunda sənədləşdirərkən həmin evin İddiaçı məxsus olmasının ona məlum olduğunu, Emillə aralarındakı razılaşmaya əsasən evin pulundan ona 17 min manat verdiyini, qalan 13 min manatın isə evin qazını, suyunu, elektrik işığını və kanalizasiyasını təmin etdikdən sonra verməli olduğunu göstərmişdir. İzahatında daha sonra göstərmişdir ki, o, evə köçdükdən bir-neçə gün sorna həyət darvazası aşmış, evin giriş qapısı qırılaraq yerə düşmüş və hamamın döşəməsi çökərək yararsız hala düşmüşdür. Zəng edib bu barədə evi ona satan Emilə bildirmiş və qeyd olunan nasazlıqlar aradan qaldırıldıqdan sonra qalan pulu verəcəyini bildirmişdir. O da ona hər şeyin yaxın vaxtda düzələcəyinə söz versə də heç bir iş görməmişdir. Bundan bir müddət sonra İddiaçı ona zəng edərək evin qalan pulunu istəmişdir. O, evin vəziyyəti barədə ona bildirmiş, evi ondan deyil, Emildən aldığını söyləmişdir. Emilin evdə olan nasazlıqları aradan qaldırmadan qalan pulu ona ödəməyəcəyini demişdir. Bundan sonra Məzahim ondan şikayət edəcəyini söyləmişdir. Onun heç kimin, o cümlədən İddiaçı evini ələ keçirmək niyyəti olmamışdır. Sadəcə olaraq onun satdığı ev razılaşdırılmış vəziyyətdə olmadığına görə o, evin qalan 13 min manatını verməmişdir. Ona görə ki, qeyd etdiyi nasazlıqların aradan qaldırılması üçün həmin evə xeyli miqdarda pul xərcələmişdir. Bildirir ki, nə o, nə də qardaşı Emili pulun hamsını almaq barədə qəbz yazmağa məcbur eməmişlər və ümumiyyətlə onların iştirakı ilə belə bir qəbz yazılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə aılnmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin qeyd olunan faktiki hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus yaşayış evinin razılaşdırılımış vəziyyətdə olmamasını, həmin evin təmirinə xeyli pul xərcləməsini əsas gətirməklə hazıda onun sahibliyində və istifadəsində olan yaşayış evinə görə ödənməli olduğu 30.000 (otuz min) manat puldan 17000 (on yeddi min) manat ödəmiş, qalan 13000 (on üç min) manat pulu isə ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarınını tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmidir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 76, 77.1, 88, 217.3, 218.1, 372, 384.0.2, 385.1.3, 389, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(072)-352/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: İlham Əsədov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1688/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1688/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver