Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1688/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-956/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12500 manat, mənəvi zərərə görə 5000 manat, məhkəməyə onun tərəfindən ödənilmiş 127,50 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayında Sumqayıt şəhərində Kürdəmir rayon sakini Cavabdeh2 ilə avtomaşın təmiri sexində Kürdəmir şəhərindən Cavabdeh1 məxsus olan ** MK *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomaşını təmir üçün gətirdiyi vaxt tanış olmuşdur. Cavabdeh2 Sumqayıt şəhərinə təmir sexinə gətirdiyi qəzalı vəziyyətdə olan ** MK *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomaşının yaxın tanışına məxsus olduğunu və həmin avtomobili satmaq niyyətində olduqlarını bildirib, avtomobilin mülkiyyətçisi ilə danışdıqdan sonra avtomobilin qiymətini 6200 manata razılaşmışlar. Bundan sonra Cavabdeh2 ondan 300 manat məbləğdə beh aldıqdan sonra Kürdəmir şəhərinə gedərək avtomobilin mülkiyyətçisi Cavabdeh1 ona baş etibarnamə alıb gətirməsi barədə razılığa gəlmiş və şəxsiyyət vəsiqəsinin surətini Mehraca vermişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adından X12 xidmət mərkəzindən avtomobilin onun adına baş etibarnamə alıb gətirmişdir. Bundan sonra qalan 5900 manat məbləğdə pulu Cavabdeh2 vermişdir. Mehrac Kürdəmirə qayıtdıqdan sonra avtomobilin pulunu Cavabdeh1 verməsi barədə telefonla ona məlumat vermişdir. Həmin avtomobilin qabaq hissəsi, qapısı, digər hissələri əzilmiş, həm də bir çox detallarını dəyişmək lazım olduğundan o, avtomobili təmir etdirmək üçün 4500 manatdan çox pul xərcləmişdir, bu barədə avtoservisdən arayış da var. Cavabdeh2 sonradan ona verdiyi məlumata görə Cavabdeh1 qəzada avtomobilin əzilməsi ilə əlaqədar sığorta şirkətindən 3000 manat məbləğdə pul da almışdır. O, həmin avtomobili təmir etdirərək normal işlək vəziyyətə gətirdikdən sonra xx.xx.2022-ci ildə etibarnamə ilə Sumqayıt şəhəri 3 saylı notariat kontorunda Kəlbəcər rayonu Başlıbel kəndinin sakini X8 12000 manata satmış və etibarnamənin müddətinin xx.xx.2023-cü ilə qədər olduğundan avtomobili tez müddət ərzində öz adına rəsmiləşdirməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 onun adına verdiyi baş etibarnaməni ona məlum olmayan səbəbdən ləğv etdirərək avtomobili polis vasitəsi ilə Elnurdan alıb cərimə meydançasına apartdırdıqdan sonra həmin avtomobili başqa şəxsə 12000 manata sataraq əlavə pul əldə etmişdir. Elnur Həmidov baş verənlər barədə ona məlumat verən kimi o, Cavabdeh2 zəng edərək Cavabdeh1 üçün belə etdiyini soruşub məsələni aydınlaşdırmasını tələb etmişdir. Sonradan Cavabdeh1 avtomobilin satışından əldə olunan pul ona çatmadığına görə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Cavabdeh2 isə onun yalan danışdığını və 6000 manat pulu Mehparəyə verdiyini təsdiq etsə də, cavabdeh onunla razılaşmamışdır. Qeyd edilənlərlə Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmış, lakin cavabdehlərin hər ikisinin dələduzluq hərəkətlərinə heç bir münasibət bildirilməyərək məsələnin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 ona verdiyi etibarnaməyə əsasən X3 avtomobili Cavabdeh1 polis vasitəsi ilə ondan aldığına görə E.V.Həmidov ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 12000 manat pulun və zərərə görə 500 manat olmaqla, cəmi 12500 manat pul vəsaitinin ondan tutulub E.V.Həmidova verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun etibarından istifadə edərək ona xeyli miqdarda zərər vurmuşlar. Cavabdeh1 Etiraz verərək bildirmişdir ki, İddiaçıı tanımır və onunla heç vaxt görüşməmişdir. O, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhərində mülkiyyətində olan “Mersdedes-Benz B klass 200” markalı ** MK *** dövlət qeydiyyatlı minik avtomobilini idarə edərkən qəza hadisəsi baş vermiş, digər avtomobillə toqquşma nəticəsində avtomobilinə ziyan dəymişdir. Qüsur aktı əsasında "xxxx" ASC ona 4500 manat məbləğdə pul ödəmişdir. İddiaçı iddia ərizəsində onu tanımadığını və aralarında heç bir sövdələşmə olmadığını qeyd etsə də, onu pul tələbi üzrə cavabdeh qismində məhkəməyə verməsi absurddur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-956/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 vurulmuş əsas maddi ziyana görə 4541 (dörd min beş yüz qırx bir) manat, Cavabdeh2 6200 (altı min iki yüz) manat pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh2 mənəvi ziyana görə 500 (beş yüz) manat alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq müştərək qaydada 124 (yüz iyirmi dörd) manatın tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tanımır. Lakin bir dəfə o təmir olunmuş maşını satdıqdan sonra Rəşad ona telefonla zəng vurmuş və satışın hansı məqsədlə etdiyini soruşmuşdur. O, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhərində mülkiyyətində olan “Mersedes-Benz B klasss 200” markalı ** MK *** dövlət qeydiyyatlı minik maşınını idarə edərkən qəza hadisəsi baş vermiş, digər avtomobillə toqquşma nəticəsində avtomobilinə ziyan dəydi. Hadisə araşdırması zamanı təqsirkar, digər avtomobilin sürücüsü olduğundan Qüsür Aktı əsasında "xxxx" ASC ona 4500 manat pul ödədi. Qaçqın kimi tanıdığı, Kürdəmir şəhərində yaşayan və onun taksi xidmətindən istifadə etdiyi Cavabdeh2 yanında baş vermiş hadisə barədə danışdıqda, o dedi ki, Sumqayıt şəhərində onun xalası oğlanlarının maşın təmiri üzrə servisləri vardır və əla sənətkardılar. O buna razılıq verdikdən sonra Mehrac ona məlumat vermişdir ki, o xalası oğlanları ilə danışmış və qəza almış maşın evakuatorla Sumqayıt şəhərinə aparılmalıdır və təmir qiyməti maşına baxıldıqdan sonra müəyyənləşdiriləcəkdir. Qəza almış maşını Sumqayıt şəhərinə evakuatorla Mehrac aparmış və bundan sonra ona demişdir ki, maşına baxış keçirilmiş və onun təmiri 3500 manata başa gələcəkdir. O bu sövdələşməyə razılıq vermişdir. Bundan sonra Mehrac ona demişdir ki, qəza haqqında polisin arayışı lazımdır və əgər maşın təmir olunduqdan sonra maşını satmaq istəsən təmir ustası, İddiaçı adına etibarnamə verilməlidir. O Mehracın bu təklifi ilə razılaşmışdır. Çünki maşını sataraq yeni maşın almaq niyyəti var idi. Bundan sonra onun telefonuna “WhatsApp” vasitəsilə Mehrac Rəşadın şəxsiyyət vəsiqəsinin şəklini ona atmış və o polisin arayışını və Rəşadın adına etibarnaməni Mehracın əmisi oğlu Nurlan adlı şəxsə təqdim etmişdir. Bundan sonra hesabıma 4500 manat sığorta pulu daxil olmuş və həmin puldan 3500 manat təmir pulunu yaşadığı Kürdəmir şəhəri H.Əliyev prospekti, 3/3-3 ünvanda yerləşən mənzildə Mehraca əlbəəl vermişdir. Bundan sonra o maşının təmiri və satışı üzrə müştərinin tapılması ilə əlaqədar Mehracdan sorğularına bir cavab alırdı ki, “maşın təmir olunub, müştəri tapılmadığından, onun satışı həyata keçirilməmişdir”. Mehracın verdiyi bu məlumatlara şübhə yaranmış və Rəşada verdiyi etibarnamənin hərəkəti ilə maraqlanmışdır. Bu zaman ona məlum olmuşdur ki, Rəşad ona verdiyi etibarnamə əsasında mülkiyyətində olan maşını digər bir şəxsə etibarnamə vermişdir. Bundan sonra Rəşada verdiyi etibarnaməni ləğv etdirmiş və ona məxsus maşının geri qaytarılması ilə əlaqədar polisə müraciət etmiş, 4 gün ərzində həmin maşın polis postunda saxlanılaraq özünə təhvil verilmişdir. Bundan 1 gün sonra tanımadığı nömrədən ona zəng gəldi və telefona cavab verdi, özünü Rəşad kimi təqdim edən şəxs bildirmişdir ki, “nəyə görə etibarnaməni ləğv edib, maşını geri götürmüsən”. Ona bildirmişdir ki, özünə məxsus maşını onun razılığı olmadan, qiymət razılaşmadan və satış pulunu ona ödəmədən bu hərəkəti etdiyinə görə etibarnaməni ləğv etdirib maşını geri almışdır. Rəşad ona demişdir ki, maşının satılmasına razılıq verdiyi və satışdan ona çatası pulu aldığını Mehrac ona bildirmişdir. O isə Rəşada telefonda bildirmişdir ki, onun bundan xəbəri yoxdur və Mehrac ona pul verməmişdir. Beləcə, Cavabdeh2 etibarnamədən sui-istifadə edərək ona məxsus əmlakın və pul vəsaitinin ələ keçirmək istəmiş, lakin niyyəti baş tutmamışdır. Məlum olmuşdur ki, Cavabdeh2 ondan başqa digər şəxslərə qarşı da dələduzluq yolu ilə onlara məxsus əmlak və pul vəsaitlərini mənimsəməyə görə məhkəmə qərarlarının icrası hazırda Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Mülkiyyətində olan və qəza almış avtomobilin təmir olunmasına iddiaçı tərəfindən 4541 manat məbləğində pul sərf etməsi və bu barədə onun rəhbəri olduğu “Şahin-95” firmasının akt tərtibi barədə onun məhkəmə prosesinə qədər heç bir məlumatı olmamış və məhkəmə gedişi zamanı bu barədə ona məlumat verilmişdir. Həmçinin ona məxsus avtomobilin təmir olunduqdan sonra 6200 manata satılması barədə nə iddiaçı ilə, nə də digər Cavabdeh2lə heç bir söhbət və razılaşma olmamış və bu barədə məhkəməyə bu faktı təsdiq edən sənəd təqdim olunmamışdır. İddiaçının iddia ərizəsində və məhkəmə prosesində, iddiaçı onu tanımadığını və onunla istər avtomobilin təmir olunmasına sərf olunacaq məbləğ barədə və istərsə də, avtomobil təmir olunduqdan sonra həmin avtomobilin hansı qiymətə satılacağı barədə heç bir əlaqəsi olmamış və bu sahələrdə onunla hər hansı razılaşma olmadığını etiraf etmişdir. Guya Cavabdeh2 iddiaçıdan aldığı 5800 manatı xx.xx.2022-ci ildə ona verdiyi məhkəmə qətnaməsində öz əksini tapdığı halda, iddiaçının rəhbəri olduğu “Şahin-95” firması 21 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə 4541 manat məbləğində 07 nömrəli qüsur qktı tərtib edir. Şərhdən aydın olur ki, məhkəmənin gəldiyi son nəticə üzrə istinad etdiyi halların özündə də tam uyğunsuzluq vardır. Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında hakim qeyd edir ki, guya İddiaçı cavabdehlər o və Cavabdeh2lə minik avtomobilini 6200 manata razılaşıb almış və 6200 manat pulu ona çatdırılması üçün Cavabdeh2 vermiş, həmin avtomobilin təmirinə isə 4541 manat məbləğində pul sərf etmişdir. O, yəni Cavabdeh1 avtomobilin təmiri üçün Cavabdeh2 vasitəsilə İddiaçı 3500 manat pul verdiyini göstərsə də, o bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin səhifənin 3-cü abzasında hakim qeyd edir ki, Cavabdeh2 İddiaçı “Mersedes-Benz B klasss 200” markalı ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin almaq məqsədilə 6200 manat pulu ondan alıb həmin puldan zəhmət haqqına görə 400 manat özünə götürəndən sonra ona 5800 manat verməsi göstərilsə də, Cavabdeh1 Cavabdeh2 ona avtomobilin satılmasına görə pul vermədiyini bildirmiş, Cavabdeh2 özü də həmin məbləğdə pulu Cavabdeh1 verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh2 tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərini, üzərində “Qarbataq” sözləri yazılmış “WhatsApp” yazılarını və digər mesajların iş üçün hər bir əhəmiyyəti olmadığı baxımından həmin sənədləri sübut kimi qəbul etmir. Lakin onun sözügedən avtomobilin təmiri üçün digər Cavabdeh2 3500 manat pul verilməsi barədə məhkəməyə təqdim etdiyi “WhatsApp” yazılarını münasibət belə bildirilməmişdir. Həmçinin digər Cavabdeh2 bu problemi ona qarşı yaratdıqdan sonra onun məşğuliyyəti ilə maraqlanmış və Cavabdeh2 yaxından tanıyan insanların ona verdikləri məlumatlara əsasən Cavabdeh2 bu və digər sahələrdə iş düzəltmək adı ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlaklarını ələ keçirmə fəaliyyəti ilə məşğul olurmuş və bu barədə bir neçə məhkəmə qərarı hazırda İcra və Probasiya şöbəsində icraatdadır. Bu barədə məhkəmə gedişində şifahi vəsatət verməsinə baxmayaraq, hakim buna münasibət bildirməmiş və araşdırma aparmamışdır. Cavabdeh1 apellyasiya şikayətinə əlavə təqdim edib apellyasiya şikayətinin dəlillərini maddi hüquq normaları ilə əlaqələndirərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 qızı məhkəmə iclasında bildirmişdir ki, avtoqəza olduqdan sonra avtomobilinin təmir edilməsi üçün Cavabdeh2 etibarnamə vermişdir. Cavabdeh2 etibarnamə verdikdən 4-5 gündən sonra avtomobilə dəymiş zərərə görə sığortaçı tərəfindən sağlamlığına dəymiş zərərə görə 700 manat məbləğində, əmlakına dəymiş zərərə görə isə 4500 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin vaxt İddiaçı tanımamışdır. Avtomobili Cavabdeh2 təmir etdirmək üçün vermişdir. Həmin sığorta ödənişindən avtomobilin təmir xərci üçün Cavabdeh2 3500 manat məbləğində pul vermişdir. Cavabdeh2 ona 6200 manat məbləğində pul verməmişdir. Cavabdeh2, avtomobilin təmiri ilə əlaqədar olaraq bildirmişdir ki, xalası oğlu Bakı şəhərində avtomobil təmiri ilə məşğuldur və buna görə də, avtomobilin təmirinə kömək edəcəkdir. Bu səbəbdən, Cavabdeh2 məsləhəti ilə o, avtomobili təmir üçün verməzdən əvvəl etibarnaməni ümumi əsaslarla vermişdir. Avtoqəza baş verdikdən sonra sığorta şirkəti tərəfindən 3500 manat məbləğində sığorta ödənişi verilmiş və bu məbləğ tam olaraq avtomobilin təmir xərcləri üçün Cavabdeh2 ödənmişdir. Təmir işləri başa çatdıqdan sonra, iddiaçı avtomobilin ümumi vəziyyəti ilə 6 ay müddətində maraqlanmışdır. İddiaçı avtomobili qəzalı vəziyyətdə satmaq məqsədilə vermədiyini qeyd etmişdir. İddiaçı tanımadığı halda, avtomobilin təmirindən sonra etibarnaməni ləğv etdirmiş və avtomobili daha yüksək qiymətə sataraq yeni avtomobil almışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 tərəfindən ona 3500 manat məbləğində pul verilməmişdir və həmin məbləğ avtomobilin təmir xərcləri üçün ona ödənilməmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, 6200 manat məbləğində pulu İddiaçı aldıqdan sonra, onun 5800 manatını Cavabdeh1 vermişdir. Cavabdeh2, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini, bu qətnaməyə qarşı heç bir sübutunun olmaması ilə əlaqələndirmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 avtomobilin təmiri ilə bağlı ona heç bir ödəniş etməmişdir. O, avtomobili təmir etdikdən sonra X8 etibarnamə ısasında satmışdır. Çəkilmiş xərcləri isə özü ödəmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, avtomobil qəzalı vəziyyətdə satılmaq üçün verilmişdir. Həmin vaxt avtomobilin qiyməti 6000 manat olmuşdur. Təmir olunandan sonra isə cavabdeh həmin avtomobili 12000 manata satmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: Azərbaycan Respublikası Sumqayıt şəhəri “Şahin-95” firmasının xx.xx.2022-ci il tarixli 07 nömrəli Qüsur aktının surətindən görünür ki, Cavabdeh1 məxsus 2006-cı il istehsalı olan ** MK *** dövlət nömrə nişanlı “Mersedes Benz B200 Xetçbek” markalı avtomobilə “Şahin-95” firması tərəfindən texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4541 manat məbləğdə ehtiyyat hissələrinin tələb olunması müəyyən olunmuşdur. Ehtiyyat hissələri bazar qiymətlərinə uyğun qiymətləndirilmiş, cədvəldə miqdarı bazar qiyməti ilə birlikdə qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə çap edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan “Mersedes Benz B200” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə İddiaçı bir il müddətinə etibarnamə vermiş və həmin etibarnamyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə çap edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan “Mersedes Benz B200” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə İddiaçı bir il müddətinə verdiyi etibarnamyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan “Mersedes Benz B200” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə X8 etibarnamə vermiş və həmin etibarnamyə xx.xx.2022ci il tarixdə qüvvədən düşmüşdür. Kürdəmir rayon polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlarması rədd edilmiş Cavabdeh1, Cavabdeh2 və İddiaçı aralarında olan mübahisələri mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3532/2023 nömrəli qətnaməsinə əsasən X5 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ödəniş şəklində verilən 12000 manat, mənəvi zərərə görə 500 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 132 manat məbləğində pul vəsaitinin tutularaq X9 ödənilməsi qət edilmiş, iddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-2044/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(060)-3532/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Birinici instansiya məhkəməsi apellyasiya instansiyasında mübahisələndirilən hissə üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan “Mersedes-Benz B200” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı minik maşınını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun avtomobilinə ziyan dəymişdir. Qüsur aktı əsasında “Paşa Sığorta“ ASC tərəfindən Cavabdeh1 onun avtomobilinə dəyən ziyana görə 4500 manat sığorta ödənişi ödənilmişdir. Sonradan Cavabdeh1 Kürdəmir şəhərində yaşayan və onun taksi xidmətindən istifadə etdiyi Cavabdeh2 baş vermiş hadisə barədə danışdıqda, Mehrac Sumqayıt şəhərində onun tanışlarının maşın təmiri üzrə servislərinin olduğunu və özlərinin də əla sənətkar olduqlarını bildirmişdir. Cavabdeh1 avtomobilini təmir etdirmək üçıün Sumqayıta aparılmasına razılıq vermiş və Cavabdeh2 tanışı, hazırkı iş üzrə İddiaçı ilə razılaşdıqdan sonra avtomobili evakuatorla Sumqayıt şəhərinə İddiaçı işlədiyi maşın təmiri servisinə aparmışdır. Həmin servisdə avtomobilə baxış keçirilərək təmirin 3500 manata başa gələcəyini bildirmiş və Cavabdeh1 avtomobilinin 3500 manata təmir edilməsinə razılıq verdikdən sonra Cavabdeh2 qəza haqqında polis şöbəsindən arayış alınmasını və təmirdən sonra maşını satmaq istədiyi təqdirdə, təmir ustası İddiaçı adına etibarnamə verməli olduğunu bildirmişdir. Cavabdeh1 qəzalı vəziyyətdə olan avtomobili satıb yeni maşın almaq istədiyinə görə Cavabdeh2 təklifi ilə razılaşmışdır. Cavabdeh2 İddiaçı şəxsiyyət vəsiqəsinin şəklini telefon vasitəsi ilə Cavabdeh1 göndərdikdən sonra Cavabdeh1 polisdən aldığı arayışı və İddiaçı adına verdiyi etibarnaməni Rəşada çatdırması üçün Cavabdeh2 vermişdir. İddiaçı Cavabdeh1 məxsus olan avtomobili təmir etdikdən sonra həmin avtomobili Cavabdeh1 ona verdiyi etibarnamyə əsasən X10 adlı şəxsə 12000 manata satmışdır. Bundan sonra Cavabdeh1 İddiaçı ona məxsus olan avtomobili təmir etdikdən sonra onunla razılaşmadan başqa şəxsə satdığını öyrənmiş və Rəşadın adına verdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirib polis vasitəsi ilə mülkiyyətində olan “Mersedes-Benz B200” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini geri almışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 “Mersedes-Benz B200” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmiri üçün İddiaçı Cavabdeh2 vasitəsi ilə 3500 manat pul verdiyini göstərsə də, “Şahin-95” firmasının xx.xx.2022-ci il tarixli 07 nömrəli Qusur aktına əsasən Cavabdeh1 məxsus 2006-cı il istehsalı olan ** MK *** dövlət nömrə nişanlı “Mersedes Benz B200 Xetçbek” markalı avtomobilə “Şahin-95” firması tərəfindən texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4541 manat məbləğində ehtiyyat hissələrinin tələb olunması müəyyən olunmuş və iddiaçı həmin məbləğdə pulu sərf etməklə Cavabdeh1 məxsus “Mersedes-Benz B200” minik markalı avtomobili təmir etmişdir. Cavabdeh1 “Mersedes-Benz B200” minik markalı avtomobilini satmaq istədiyinə görə onların arasında, yəni İddiaçılə cavabdehlər Cavabdeh2lə Cavabdeh1 arasında olan razılaşmaya əsasən avtomobilin qiymətini 6200 manata razılaşdıqdan sonra İddiaçı 6200 manat pulu Cavabdeh1 çatdırmaq üçün Cavabdeh2 vermiş, bundan sonra Cavabdeh1 İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə bir il müddətinə etibarnamə vermişdir. Göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş əsas maddi ziyana görə 12500 manat pul tələb etsə də o, cavabdehlərlə aralarında olan razılaşmaya əsasən Cavabdeh1 məxsus “Mersedes-Benz B200” minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 6200 manata razılaşıb almış və 6200 manat pulu Cavabdeh1 çatdırması üçün Cavabdeh2 vermiş, həmin avtomobilin təmirinə isə 4541 manat məbləğində pul sərf etmişdir. Cavabdeh1 avtomobilinin təmiri üçün Cavabdeh2 vasitəsi ilə İddiaçı 3500 manat pul verdiyini göstərsə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən hüquq münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-956/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-956/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1688/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1688/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver