Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1701/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianılarını müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı2 Cavabdeh ilə xx.xx.1979-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan X2, X1, X3, İddiaçı1 adlı uşaqları anadan olmuşlar. Birgə yaşayış dövründə 4 otaqdan və açıq eyvandan ibarət fərdi yaşayış evi və 0.14 hektar həyətyani torpaq sahəsi xüsusi mülkiyyətlərində vardır. Həm qeyd edilən 152.5 kvadratmetr sahədən ibarət fərdi yaşayış evinə və 0.14 hektar həyətyani torpaq sahəsinə hüquqları xx.xx.2022- ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onlara çıxarış verilmişdir. Cavabdeh İddiaçı2 ilə 44 il müddətdir ki, ərarvad kimi yaşamasına baxmayaraq heç bir əsaslı səbəblər olmadan nikahının pozulması tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ailənin saxlanılması üçün tədbirlər görülsə də nəticəsi olmamış və aralarında olan nikah Astara rayon məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(018)-770/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hazırda onları evdən çıxarmaqla hədələyir. Hətda o, İddiaçı1 arvadı Azada Abdullayeva qarşı məişət zorakılığı etmişdir. X14 və onun əri İddiaçı1 həyatı təhlükəli olduğundan bunun qarşısının almaqdan ötrü Astara rayon İcra Hakimiyyəti başçısının aparatı nəzdində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı Monitorinq qrupunda işə baxılmışdır. İşə baxılarkən müəyyən olmuşdur ki, Cavabdeh öz arvadı İddiaçı2, gəlini Azadə Abdullayevanı və oğlu İddiaçı1 sərxoş vəziyyətdə ailə daxili münaqişələr yaradaraq, onları nalayiq söyüşlərlə təhqir etmiş, müxtəlif böhtanlar atmış, psixi və fiziki zorakılığ göstərmiş onları evdən çıxarmağa çalışmışdır. Gender zorakılığı və uşaqlara qarşı zokaılıq üzrə etibarlı monitorinq qrupunun xx.xx.2024-cü il tarixli 01 saylı Qərarı ilə Cavabdeh cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş və X7 18 aprel 2024-cü il tarixdən başlayaraq 60 gün müddətinə qısa müddətli mühafizə ordeni verilmişdir. Qərarın surəti icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yaşadıqları fərdi yaşayış evində uzun müddətdir ki, mülkiyyətçi kimi yaşayırıq. Birgə əməkləri hesabına evin otaqları artırılmış, əsaslı təmir edilmiş və yenidən qurma işləri aparmışdır. Bu işlərin görülməsimə xeyli pul xərcləmişik. Bütün bunlara baxmayaraq cavabdeh mülkiyyət hüquqlarını pozaraq onları evdən çıxarmaq istəyir. Məhz bu səbəbdən ümumi əmlakdan paylarının ayrılması zəruriyyəti yaranmışdır. ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyani torpaq sahəsindən ayrıayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, qeyd edilən ev onun mülkiyyəti kimi rəsmi olaraq ona mənsubdur. Həmin mülkiyyət ona valideynləri tərəfindən bağışlanmışdır. İddiaçılar həmin evdə heç bir təmir və yaxşılaşdırma işləri görməmişlər.İddiaları əsassız olduğundan heç bir ümumi əmlak və paydan söhbət gedə bilməz. Odur ki, iddianın rədd edilərək təmin edilməməsini xahiş etdi. a) Birinci instansiya məhkəməsində icraat; Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsi (hakim İlqar Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 0,14 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan - İddiaçı2 payı 1/7 hissə və İddiaçı1 payı 1/7 hissə müəyyən edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evi formal olaraq Cavabdeh adına olsa da birgə yaşadıqları dövrdə evi əsaslı təmir edib, otaqların sayı artırılaraq istifadəyə yararlı vəziyyətə gətirmişdir. Mübahisə edilən evdə anası, özü və ailə üzvləri ilə birlikdə yaşayır. Evdə onun və anasının payı vardır. Çünki evi öz vəsaitilə təmir etmişdir. Bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır Odur ki, kollegiyadan Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)- 736/2024 saylı qətnaməsinin fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 08 avqust 2024cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar keçirilən iclasda iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı1 iddianın təmin edilməyən hissəsini mübahisələndirmiş, digər İddiaçı2 isə qətnaməni mübahisələndirməmişdir. Odur ki, Məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərləarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddianın təmin olunmayan hissəsinə münasibətdə-iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evinin mülkiyyət hüquqi ilə cavabdehə məxsus olmaqla həmin əmlakın onların birgə mülkiyyətində olmaması, iddianın təmin olunan hissəsinə münasibətdə isəiddiaçıların mübahisələndirdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılara və cavabdehə məxsus olması ilə əlaqələndirmişdir. İddiaçı1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsinin fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı2 münasibətdə ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən iddiaçı ilə cavabdehin paylarının müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməsə də, qətnamə iddiaçı Mahirə Abdullayevə tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissəyə hüquqi qiymət verilməsini düzgün hesab etmir. Qətnamə yalnız İddiaçı1 apelyasiya şikayətinin dəlilləri həddində yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1957-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE17836016 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE18228857 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 atası İddiaçı1, anası Hüseynova Azədə göstərilmişdir. İş materiallarında olan AA1867665 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 491 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 491 nömrəli arayışından görünür ki, İddiaçı1 X9, X10, X11, X12 və İddiaçı2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış sənədinin surətindən görünür ki, 0.14 ha torpaq sahəsi və 152.5 kv. metr daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının “Məişət zorakılığı haqqında iş üzrə xx.xx.2024-cü il tarixli 01 nömrəli qərarından görünür ki, Cavabdeh cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş və X7 18 aprel 2024-cü il tarixdən başlayaraq 60 gün olmaqla qısa müddətli mühafizə orderi verilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞL-00593 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 və Cavabdeh İMS-da iştirak etmiş, İddiaçı1 prosesin davam etdirilməsinə razılıq verməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı1 apelyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, o, anası ilə birlikdə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların müəyyən edilməsi tələbinə dair iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi qismən təmin edilmişdir. İddiaçı1 iddianın təmin edilməyən hissəsini qanunsuz və əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi formal olaraq Cavabdeh adına olsa da birgə yaşadıqları dövrdə evi əsaslı təmir edib, otaqların sayı artırılaraq istifadəyə yararlı vəziyyətə gətirmişdir. Mübahisə edilən evdə anası, özü və ailə üzvləri ilə birlikdə yaşayır. Evdə onun və anasının payı vardır. Çünki evi öz vəsaitilə təmir etmişdir. Bütün bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də qətnamənin fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 152.5 kvadrat metr olan fərdi yaşayış evi tam olaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Hazırda iddiaçı atasının mülkiyyətində olan fərdi yaşayış evinə payın müəyyən edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, mövcud qanunvericilikdə valideynlər və onların övladları yaxın qohum olsalar da, əmlakın mülkiyyətçinin iradəsi əsasında özgəninkiləşdirilməsi və əmlakın vərəsəlik yolu ilə keçməsi halları istisna olmaqla valideynlərin övladların övladların da valideynlərin əmlakına mülkiyyət hüququ müəyyən edilməmişdir (Əgər əmlak paylı mülkiyyətdə deyildirsə). Belə olan halda iddiaçı cavabdehin ailə üzvlü olsa da, Mülki Məcəllənin 213.1-ci maddəsinin tələbi baxımından (iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur) atası ilə birgə mülkiyyətində əmlak olmalı, bundan sonra həmin əmlakla bağlı payların müəyyən edilməsi üçün tələb irəli sürməlidir. İddiaçının digər tələbi olan 0.14 hektar həyətyanı torpaq sahəsindən ayrıayrılıqda paylarının müəyyən edilməsi tələbindən də görünür ki, həmin torpaq sahəsi iddiaçı ilə cavabdehə ümumi birgə mülkiyyət hüququ əsasında mənsub olmuşdur, ona görə də iddiaçının paylı mülkiyyətində olan həmin torpaq sahəsindən payının müəyyən edilməsi ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüququ malik olmuşdur. Lakin iddiaçı ümumiyyətli istər birgə istərsə də paylı mülkiyyətində olmayan fərdi yaşayış evi barəsində tələb irəli sürməyə subyektiv hüququ müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Göründüyü kimi İddiaçı1 payın müəyyən edilməsini tələb etdiyi fərdi yaşayış evi mülkiyyət hüququ əsasında atası Mirzə Abdullayevə məxsusdur və iddiaçının həmin yaşayış evinə birgə və ya paylı mülkiyyəti müəyyən edilmir. Göründüyü kimi İddiaçı1 həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi payının müəyyən edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı apelyasiya şikayətində dəlillərində tələbinin əsası kimi həmin evin təmir-bərpa işlərində xeyli miqdarda pul xərclədiyini bildirməsi, həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi payının müəyyən edilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Astara Rayon Məhkəməsinin 08 avqust 2024cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(018)-736/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1701/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1701/2024
28.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver