Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1707/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “X3”ASC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3”ASC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3”ASCdən istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş 13689 manat 60 qəpik ziyanın, 240 manat hər aylıq ödəncin ödənilməsini vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 (altı min yeddi yüz otuz səkkiz) manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1104 (bir min bir yüz dörd) manat (minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləği) istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş zərərin cavabdeh “Əli X4” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Əli X4”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərcin alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən surəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna poçt vasitəsilə 20 iyul 2023-cü il tarixdə çatdırılmışdır. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənilmiş, Şirvan Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə və Mülki Prosessual Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə uyğun verilməsiyindən geri qaytarılmışdır. Yenidən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemindən yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə vermiş, Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-164/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması, apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Prosessual müddətin bərpasına dair sonuncu 11 sentyabr 2023-cü il tarixli qərardaddan İddiaçı vəkili Vəkil şikayət vermiş, şikayətlərində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs məhkəməyə təqdim etdiyi ərizədə qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 nömrəli, xx.xx.2023- cü il tarixli Qətnaməsi elektron kabinetə xx.xx.2023-ci il tarixdə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasıya şikayəti verilmişdir. Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əməl edərək apellyasiya şikayəti verilmişdir. Sonra qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti tələb olunan formada tərtib olunmadığından geri qaytarılmışdır. Apellyasiya şikayəti müddətinin bitməməsini nəzərə alaraq qeyd edilən səhvlər aradan qaldırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə dəftərxanaya təhvil verilmişdir. Mülki iş materiallarından görünür ki, 3-cü şəxsin nümayəndəsi ərizədə üzrlü səbəbi yalnız formal xarakterli mülahizələrə əsaslanmışdır. Maraqlı məqamdır ki, niyə görə dövlət orqanı nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə ilkin olaraq əməl olduğu halda ikinci dəfə MPM 10-1.3-cü maddəsinə əməl olunmayaraq, apellyasiya şikayətinin geri qaytarılacağını bilə-bilə xx.xx.2023-cü il tarixdə dəftərxanaya təhvil verilmişdir. Nümayəndənin məsuliyyətsizliyi və ya savadsızlığı səbəbindən apellyasiya şikayətinin mülki prosessual qaydalara əməl olunmayaraq verilməsini üzrlü səbəb hesab etmək düzgün deyil. Şirvan Şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iş üzrə qeyd edilən qətnamə xx.xx.2023cü il tarixli məktubla tərəflərə, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən müəyyən edilir ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna çatdırılmışdır. Qətnamədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənilmiş, Şirvan Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə və Mülki Prosessual Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə uyğun verilmədiyindən geri qaytarılmışdır. Qətnamədən yenidən apellyasiya şikayəti verilmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemindən yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə vermiş, Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, prosessual müddət bərpa edilərək, işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh üçün həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsinə dair qərardad qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadlarda göstərilən nöqsanları qərardadın surəti ona çatdıqdan sonra ağlabatan müddətdə bərpa etmiş və yeni apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Belə olan halda da, birinci instansiya məhkəməsinin məhkəməsinin apellyasiya şikayətinin verilməsini müddətini üzrlü hesab etməsi, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(032)-164/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1707/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1707/2023
26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver