Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1797/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən, məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və tikilidən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.90 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına 17 fevral 2023-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh uzun müddətdir ki, qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edir. Qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsini dayandırması tələb olunsa da, cavabdeh hazırda da qanunsuz istifadəsini davam etdirir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.90 kv.m olan qeyriyaşayış binasının Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi və cavabdehin həmin torpaq sahəsi və qeyri-yaşayış binasından çıxarılması, hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra Saatlı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 16(055)16/2023 saylı qərardadının ləğv edilməsi, iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, mübahisəli torpaq sahəsi və onun üzərində olan tikili mərhum X3 ilə onun birgə nikah dövründə əldə etdikləri əmlakdır ki, həmin əmlak bütünlüklə ərinin adına qeydə alınsa da ½ hissəsi miras əmlak kimi qəbul edilməlidir. İddiaçı isə borcun təminatı kimi mübahisəli əmlakı bütünlüklə hərrac yolu ilə almışdır. Əslində məhkəmə onun mübahisəli əmlakın ½ hissəsindən çıxarılması barədə qərar qəbul etməli idi. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırkı iş üzrə mübahisənin predmeti olan tikili, yəni Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak mərhum X3 ilə onun birgə nikah dövründə əldə etdikləri əmlakdır ki, həmin əmlakın da yarısı qanunla onun mülkiyyətidir. X3 04 mart 2015-ci ildə vəfat etmişdir. Bundan sonra, ərindən miras qalan əmlakları vərəsəlik qaydasında qəbul etmək üçün notariusa müraciət etmişdir. 24 oktyabr 2018-ci ildə Saatlı rayon Dövlət Notariat Kontorunun notariusu X7 hazırkı mübahisə predmeti olan daşınmaz əmlakı bütövlükdə mərhum X1 miras qalmış əmlak hesab edərək (həmin daşınmaz əmlakın yarısı onun birgə nikah döründə əldə etdiyi əmlak olub) ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və o da həmin şəhadətnamə əsasında dövlət reyesterindən çıxarış almışdır. Bundan sonra isə mərhum ərinin kreditoru hazırkı iş üzrə İddiaçı borc tələbini hazırkı iş üzrə mübahisə predmeti olan əmlaka (İddiaçı əmlakı bütünlükdə mərhum ərindən qalmış miras əmlak hesab edib) yönəltdirərək hərrac vasitəsi ilə həmin əmlakı öz adına qeydə aldırmışdır. O da bundan sonra vərəsəlik işinin düzgün aparılmadığını öyrənərək yuxarıda qeyd etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia vermişdir. Lakin Saatlı rayon məhkəməsinin 21 iyun 2023-cü il, 2(055)-368/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Hazırda o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Prosessualməsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı 21 noyabr 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işə, MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.90 kv.m olan qeyriyaşayış binası İddiaçı mülkiyyətindədir. Onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı, mülkiyyətində olan torpaq sahəsinin və həmin torpağın üzərində yerləşən qeyriyaşayış binasının cavabdeh tərəfindən qanunsuz tutulduğunu bildirməklə, əmlakının boşaldılmasını tələb etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia edilən torpaq sahəsi və qeyri yaşayış binası iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi vardır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərindəki qeyri-yaşayış sahəsinin 1/2 hissəsi əvvəllər onun mülkiyyətində olmuş, əri öləndən sonra vərəsəlik şəhadətnaməsi düzgün rəsmləşdirilməmişdir. Kollegiya hesab edir ki, cavabdeh etirazı əsassızdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyil. İşin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh 04 mart 2015-ci ildə vəfat etmiş X3nun 17 mart 2014-cü il tarixli kredit müqaviləsi və Saatlı rayonu, Qara Nuru kəndində mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair poteka müqaviləsi üzrə X2 olan borcuna görə öhdəlikləri üzərinə götürmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixli icra qeydi yazılmışdır. Saatlı rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-198 nömrəli icra qeydinə əsasən Cavabdeh 164640 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 164665 manat pul alınaraq İddiaçı xeyrinə verilməlidir. İcra qeydinin icraatına başlanılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə borclunun əmlak vəziyyəti yoxlanılmış və borcluya məxsus Saatlı rayonu, Qara Nuru kəndində mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası (şadlıq sarayı) aşkar edilmişdir. Saatlı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022-ci il tarixli, 8İ-198 saylı icra qeydinin məcburi icrasını təmin etmək üçün borclu Cavabdeh mülkiyyətində olan Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan, ipoteka müqaviləsinə əsasən 300000 manat məbləğində qiymət qoyulmuş qeyri-yaşayış binasının (şadlıq sarayı) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılmasına dair Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatı təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022-ci il tarixli, 8İ-198 saylı icra qeydi üzrə borclu Saatlı rayon Sarıcalar kənd sakini Cavabdeh məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (şadlıq sarayının) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılmasının likvid qiyməti müəyyən edilməklə təmin edilməsi barədə icra məmurunun təqdimatı təmin edilmişdir. Bundan sonra hərrac keçirilmiş, 27 yanvar 2023-cü il tarixli hərrac protokolu və yekun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Sabir qızına məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (şadlıq sarayı) hazırki iş üzrə iddiaçı olan İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı mülkiyyətçi olaraq əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi haqlıdır. Cavabdehin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. İddiaçının mülkiyyət hüququnun qeydə alınmasının həqiqiliyi və tamlığı prezumsiyası vardır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, e-2(055)-778/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1797/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1797/2023
21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver