Məhkəmə qərarları › İş №2(106)-1802/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1802/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1802/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X4 ibarət tərkibdə, X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)-130/2023 saylı qətnaməsindən cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun ümumilikdə 180285 manat və 116245 ABŞ dolları maddi ziyan pulunun və ödənilmiş 563 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermişdir. Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-130/2023 saylı mülki iş üzrə çıxarmış olduğu 04 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilən şikayət təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)-130/2023 saylı qətnaməsindən cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün hakim Cahid İmanovun icraatıma daxil olmuşdur. Hazırda müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(106)-1693/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(106)-1693/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin işə baxan hakim tərəfindən mümkünlüyünün yoxlanılması zəruri olduğundan iş baxışdan çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş mülki baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(106)-1693/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün baxışdan çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar