Məhkəmə qərarları › İş №2(106)-1805/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1805/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1805/2024 31.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçı «X2» X4 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Мəhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı «X2» X6 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin, 400 kq qarışıq yemin və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə «X2» X5 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətində Lənkəran Rayon Мəhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, başqasına satılması nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Bu zaman məhz satılmış əşyanın (heyvanın) deyil, onunla eyni növdə və keyfiyyətdə olan əşyanın (heyvanın) verilməsi nəzərdə tutulur. Üstəlik, zərər çəkmiş iddiaçı, zərərin əvəzinin məhz bu formada ödənilməsini tələb etdiyi halda, onun tələbinin təmin olunmaması və pul əvəzinə dair iddia qaldırmağa məcbur edilməsi yolverilməzdir. Şikayətə görə, məhkəmə qərardadı iddiaçı qismində Agentliyi pul əvəzinə dair iddia qaldırmağa məcbur edir ki, bu da düzgün deyil. Şikayətə baxılmış, Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Мəhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçının şikayəti, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq qaydada bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etirazın və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsini qaytarmışdır. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsində iddianın qiymətini göstərməmişdir. Müəyyən edilir ki, əvvəllər də iddiaçı belə bir tələblə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, iddiaçı iddianın qiymətini ərizəsində göstərməmişdir. Ona tövsiyə olunmuşdur ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Lakin iddiaçı yenidən analoji nöqsanla məhkəməyə müraciət etmişdir. Kollegiya iddiaçı tərəfin mövqeyini əsaslı saymır və qeyd edir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı «X2» X4 şikayəti təmin edilməsin. Lənkəran Rayon Мəhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(049)-3238/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qauni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar