Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-184/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı 5600 manat borc pul və ödəmiş olduğu 76 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun illərdir ki, tanıyır. 2020-ci ilin yaz-yay aylarında Cavabdeh onun yanına gələrək şəxsi təsərüfatını genişləndirmək üçün ona 5600 manat pul lazım olduğunu demiş və o, da cavabdehə 5600 manat pul vermişdir. İddia ərizəsində cavabdehə həmin pulu 2012-ci ildə verməsi texniki səhv kimi qeyd olunmuşdur. Əslində isə cavabdehə həmin pulu göstərdiyi kimi 2020-ci ildə vermişdir. Lakin, cavabdeh söz verdiyi vaxtda pulu qaytarmamış, borcun qaytarılması üçün dəfələrlə cavabdehə sifariş etsə də, cavabdeh ondan aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonuncu dəfə cavabdehdən borcunu istəyərkən cavabdehin atası X1 İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək onun barəsində şikayət etmiş və onun haqqında yalan ifadələr vermişdir. Ağcabədi Rayon Polis şöbəsində araşdırma aparılmış və pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2012ci ildə pula ehtiyacı olduğu üçün həmkəndlisi İbrahim Bünyadovdan pul istəmişdir. Həmin vaxt İbrahim Bünyadov pulunun olmamasını bildirərək onu faizlə pul verən İddiaçı ilə tanış etmiş, İbrahim ona 500 manat pul verməsini Mübarizdən xahiş etmişdir. Həmin vaxt Mübariz ona 500 manat pul vermiş və bundan sonra 2012-ci ildə ayrı-ayrı vaxtlarda, hissəhissə ümumilikdə Mübarizdən 4600 manat faizlə pul götürmüşdür. Bir müddət Mübarizə faiz ödəmiş, 2018-ci ildə həmin pulun hissə-hissə qaytarması barədə Mübarizlə razılaşmış, bir dəfə özü poçt vasitəsi ilə, sonradan isə qohumlarının vasitəsi ilə 2022-ci ilin mart ayına kimi həmin pulu Mübarizə tam olaraq ödəmişdir. Göstərdiyi kimi, Mübarizdən 2012-ci ildə hissə-hissə 4600 manat pul almışdır ki, həmin pulu da tam olaraq qaytarmışdır. 2020-ci ilin yaz-yay aylarında Mübarizdən 5600 manat pul almamış, məhkəmədə şahid qismində dindirilmiş Zülfüqar adlı şəxsi əvvəllər tanımamış, Zülfüqarın yanında Mübarizlə görüşməmiş, Zülfüqarı yalnız məhkəmədə görmüşdür. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Nuriyev), iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı 5600 (beş min altı yüz) manat pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2 maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Kərimov X3 Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh keçirilən məhkəmə iclasında iştirak edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, şikayətin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin səhhəti ilə bağlı bu halı təsdiq edən hər hansı bir sübut məhkəmə kollegiyasına göndərməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair» 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardad görünür ki, X5 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı X4 pul tələbi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, həmin məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun izah edilməlidir qərarı alınmışdır. İş materillarıa əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci ildə 5600 manat pul verdiyini bildirmiş, iddia ərizəsində cavabdehə həmin pulu 2012-ci ildə verməsi texniki səhv kimi olması qeyd olunmuşdur. İş materiallarında əlavə edilmiş, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 2012-ci ildə 4600 manat pul aldığını həmin pulu hissə-hissə olaraq İddiaçı tam ödədiyini hal-hazırda heç bir borcu qalmadığını bildirmişdir. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. İddiaçı ilə dostluq edir. 2020-ci ilin yaz-yay aylarında Mübarizlə Ağcabədi şəhərində yerləşən çayxanada çay içərkən, sonradan adını bildiyi Cavabdeh onların yanına gələrək Mübarizdən 5600 manat pul istəmiş, Mübariz də onun yanında 5600 manat pulu Cabirə vermişdir. Həmin vaxt Mübarizdən Cabirə nə üçün pul verməsini soruşarkən, Mübariz Cabirin düz, yaxşı və saf insan olduğunu bildirmişdir. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Cavabdeh onun həmkəndlisidir. Cabir 2012-ci ildə ehtiyacı olduğu üçün ondan pul istəmiş, onda pul olmadığı üçün verə bilməmiş, lakin əvvəllər tanıdığı İddiaçıla əlaqə saxlayıb Cavabdeh pul verməsini xahiş etmişdir. Mübariz də onun xahişini nəzərə alaraq Cabirə 500 manat pul vermişdir. Həmin pulun qaytarılıb-qaytarılmamasını və bundan başqa Mübarizin Cabirə əlavə pul verməsini bilmir, həmçinin də 2020-ci ildə Mübariz Cabirə 5600 manat pul verməsindən də məlumatı yoxdur. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh onun həmkəndlisi, İddiaçı isə tanışıdır. Cabirin 2012-ci ildən Mübarizə borcu olmuş, 2018-ci ildən son vaxtlara kimi Cabir hər ay onların evinə 100 manat pul göndərmiş, o da həmin pulu Mübarizə vermişdir və bəzi hallarda da Cabirin göndərdiyi pulu Mübariz özü onların evindən götürmüşdür. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Cavabdeh onun əmisidir. İddiaçı tanıyır. Əmisi Cabir 2012-ci ildə Mübarizdən hissə-hissə 4600 manat faizlə pul almışdır. 2018-ci ildə həmin pulun hissə-hissə qaytarılması barədə Mübarizlə Cabir arasında razılaşma olmuş və bu razılaşmaya əsasən 7-8 dəfə və hər dəfə 100 manat olmaqla Mübarizə pul vermişdir. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Cavabdeh onun oğludur. İddiaçı tanıyır. X17 4600 manat pul borclu olmasından xəbəri vardır. Cabir həmin pulu 2012-ci ildə Mübarizdən faizlə almış və həmin pul tam olaraq Mübarizə qaytarılmışdır. Birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində 2020-ci ilin yaz-yay aylarında Ağcabədi şəhərində yerləşən çayxanada İddiaçı Cavabdeh 5600 manat pul verməsini göstərsə də, birinci instansiya məhkəməsi şahid X2 ifadəsini sübut növü kimi qəbul etməmişdir. Belə ki, şahid X6 həmin pulun 2020-ci ilin hansı ayında və hansı günündə verilməsini, çayxanada başqa kimlərin olmasını göstərə bilməmiş, həmçinin də məhkəmə baxışı zamanı cavabdehin və digər şahidlərin izahat və ifadələri ilə təsdiq olunmuşdur ki, Cavabdeh İddiaçı 2012-ci ildə ayrı-ayrı vaxtlarda, ümumilikdə 4600 manat faizlə pul almışdır. Birinci instansiya məhkəməsi cavabdehin səmimi izahatını və şahidlərin aydın, ziddiyyətsiz, bir-birini tamamlayan ifadələrini mötəbər sübut kimi qəbul etməmiş, həmçinin iddiaçı 2012-ci ildə cavabdehlə aralarında yaranmış borc münasibətlərini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları, birinci instansiya icraatı zamanı tərəflərin izahatlarını, şahidlərin ifadələrini və iddiaçının apellyasiya şikayətinin dəlillərini qarşılıqlı müqayisəli təhlil edərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il tarixdə 5600 manat pul borc verilməsi bildirilsə də bu hal nə təqdim olunan sübutlar əsasında nədə ki şahidlərin ifadələri ilə təsdiq olunmur. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “Cavabdeh pulun alınmasını etiraf etmiş, lakin həmin pulun qaytarılması təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməməsinə baxmayraq, məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır belə ki, Cavabdeh iddiaçıdan 2012-ci il tarixində ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 4600 manat faizlə pul aldığını etiraf etmişdir. İddiaçı isə cavabdehə 2020-ci il tarixində 5600 manat borc pul verdiyini həmin pulun cavabdeh tərəfindən geri qaytarılmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı 2012-ci il tarixində verilmiş pulu mübahisələndirməmiş, əksinə 2020-ci il tarixində iddiaçı tərəfindən pulun verilməsi bildirilmiş lakin verilməsi sübuta yetirilməmiş “borc pulu” mübahisələndirmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmışdır. Belə ki, Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. İddiaçının iddiasına görə cavabdehdən tələb etdiyi 5600 manat pul 2020-ci ilin yaz aylarında cavabdehə borc olaraq verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni 2020-ci ilin yaz aylarına təsədüf etdiyindən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbəğdə borc münasibətinin mövcud olmasını yazılı formada bağlanmış borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair» 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1353/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-184/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-184/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver