Məhkəmə qərarları › İş №2(106)-1858/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1858/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1858/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.925 (iyirmi doqquz min doqquz yüz iyirimi beş) manat pul və 180 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X7 vasitəsilə ona işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X2 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8.000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10.000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25.000 (iyirmi beş min) manat olmaqla X7 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43.000 (qrx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə ona xeyli miqdarda zıyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində və apellyasiya instansiyasında müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin onun qardaşı vasitəsilə ondan aldığı pul vəsaitləri nəticə etibarı ilə sonunda cavabdehin özündədir. Məhz bu əməlinə görə cavabdeh müvafiq məhkəmə hökmü ilə məhkum edilmişdir. Bu haqda Bakı Apellyasiya Məhkəməsinin hökmünü və Ali Məhkəmənin müvafiq qərarını iddia ərizəsinə əlavə etmişdir. Həmin hökmdə və qərarda bütün işin halları geniş şəkildə açıqlanmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən ondan aldadıb aldığı 43000 manat puldan yalnız hissə-hissə olaraq cəmisi bu vaxta kimi onun qardaşı vasitəsilə 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 (iyirmi doqquz min doqquz yüz iyirini beş) manat hissəsini cavabdeh bu günə kimi min bir bəhanə gətirərək ona geri qaytarmamışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-cü və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı (hakim C.İbrahimov) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı 43000 manat pul aldığı öz təsdiqini tapmışdır. Bundan sonra qeyd edilən məbləğdən hissə-hissə olaraq halhazıradək Cavabdeh tərəfindən iddiaçının qardaşı X7 vasitəsilə İddiaçı cəmi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 manat hissəsini cavabdeh bu günə kimi iddiaçıya geri qaytarmamışdır. Bundan başqa Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə ünvanladığı ərizədə X7 vasitəsilə İddiaçı aldığı 43000 manat pulu iddiaçının qardaşı X6 qaytardığını bildirərək bu barədə müvafiq olaraq notarial qaydada təsdiqlənmiş ərizəni məhkəməyə təqdim etsə də məhkəmə belə hesab etmişdir ki, iş üzrə zərər çəkmiş şəxs İddiaçı olduğundan qeyd edilən həmin məbləğ də, məhz bilavasitə İddiaçı qaytarılmalı idi. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2256/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı 43000 manat pul aldığı öz təsdiqini tapmışdır. Bundan sonra qeyd edilən məbləğdən hissə-hissə olaraq hal-hazıradək Cavabdeh tərəfindən iddiaçının qardaşı X7 vasitəsilə İddiaçı cəmi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 manat hissəsini cavabdeh bu günə kimi iddiaçıya geri qaytarmamışdır. Bundan başqa Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə ünvanladığı ərizədə X7 vasitəsilə İddiaçı aldığı 43000 manat pulu iddiaçının qardaşı X6 qaytardığını bildirərək bu barədə müvafiq olaraq notarial qaydada təsdiqlənmiş ərizəni məhkəməyə təqdim etsə də məhkəmə belə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs İddiaçı olduğundan qeyd edilən həmin məbləğ də, məhz bilavasitə İddiaçı qaytarılmalı idi. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-803/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2256/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır ki, belə olan halda da məhkəmə bildirir ki, İddiaçı Cavabdeh qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 29925 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 23, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152,153,157,439, 1091.1, 1091.2, 1092.1, 1096,1097-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü, 119, 14.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Onun məhkəmədə iştirakı təmin edilməmişdir. O, İddiaçı hər hansı bir pul məbləği almamışdır. İddiaçı bütün izahatlarında ondan pul almadığını deyir. Bununla bağlı iddiaçı qardaşına qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı məxsus 43000 manat pulu iddiaçının qardaşı X6 qaytardığından və bununla bağlı X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsi olduğundan iddia təmin edilə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum - Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, o, iddiaçıdan heç bir pul vəsaiti almamışdır. İddiaçının qardaşı Mahmudov Əspandan qəbz əsasında aldığı 43000 manat pulun iddiaçıya məxsus olduğunu bilməmişdir. Ona görə də, pulu kimdən almışdırsa ona da qaytarmışdır. Yəni notarial qaydada 43000 manat pulu Mahmudov Əspana qaytarmışdır. Onun pulu alması ilə bağlı notarial ərizəsi iş materiallarının içindədir. Hesab edir ki, iddiaçının ona qarşı olan əsassız və qərəzli iddiası rədd edilməlidir. Odur ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Laçın Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilməlidir ki, iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsi yaradılmalıdır. Nə zənn edilən pozuntu ilə zərər arasında olan zəif əlaqə, nə də nəticənin necə ola biləcəyi barədə adi fərziyyələr məhkəmə üçün qənaətbəxş hesab edilməyəcəkdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya 43.000 manat ziyan vurmuşdur. Cavabdeh iddiaçıya vurduğu ziyanın bir hissəsini qaytarmış, 29.925 manat hissəsini isə bu günə kimi qaytarmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda isə cavabdehin iddiaçıya ziyan vurduğu iş materialları ilə öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı 43000 manat pul aldığı öz təsdiqini tapmışdır. Həmin hökmdən görünür ki, cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X7 vasitəsilə bacısı İddiaçı işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, İddiaçı X7 vasitəsilə göndərdiyi ona məxsus ümumilkdə 43.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra qeyd edilən məbləğdən hissə-hissə olaraq hal-hazıradək Cavabdeh tərəfindən iddiaçının qardaşı X7 vasitəsilə İddiaçı cəmi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 manat hissəsini cavabdeh bu günə kimi iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdehin iddiaçıya ziyan vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərkibi hesb edir ki, şikayətin bu dəlili əsassızıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə ünvanladığı ərizəsinin məzmunundan və “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh İddiaçı məxsus 43000 manat pulu iddiaçının qardaşı X6 qaytardığından və bununla bağlı X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsi olduğundan Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yəni cavabdeh məhkəmə iclasında iştirak etmək istəməmiş, bununla bağlı birinci instansiya məhkəməsindən hər hansı bir tələbi və xahişi olmamışdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, İddiaçı hər hansı bir pul məbləği almamışdır. İddiaçı bütün izahatlarında ondan pul almadığını deyir. Bununla bağlı iddiaçı qardaşına qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı məxsus 43000 manat pulu iddiaçının qardaşı X6 qaytardığından və bununla bağlı X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsi olduğundan iddia təmin edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə zərər çəkmiş şəxs İddiaçı olduğundan qeyd edilən həmin məbləğ də, məhz bilavasitə İddiaçı qaytarılmalı idi. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2256/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda məhkəmə tərkibi X7 tərəfindən notarial qaydada vermiş olduğu ərizə barədə qeyd etmək istəyir ki, həmin ərizə cavabdehin iddiaçıya olan borcunun qaytarılması anlamına gəlmir. Həmin ərizədən görünür ki, X3 Əlibala Eldar oğlu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, onunla barışdığını, gələcəkdə heç bir şikayətinin olmayacağını bildirmişdir. Göründüyü kimi, X6 dəyən zərərin nədən ibarət olması, məhz Cavabdeh tərəfindən İddiaçı vurulmuş zərərlə bağlı olduğunu qeyd etməmişdir. Belə olan halda da məhkəmə tərkibi bildirir ki, İddiaçı Cavabdeh qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tərkibi diqqətə çatdırı ki, cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, ələ keçirilmiş iddiaçıya məxsus pulun iddiaçıya qaytarıldığı müəyyən olunsun. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz. Ona görə də apelyasiya şikayəti təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar