Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1859/2022 22.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı X6, onun nümayəndəsi vəkil X3, cavabdehlər X7 və X10 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı X6 cavabdehlər X11 və X14 qarşı qızıl-zinət əşyaları və əmlak tələbinə dair, qarşılıqlı iddiaçı X7 cavabdeh X12 qarşı cehiz əmlakların ona məxsus evdən çıxarılması tələbinə dair mülki iş üzrə Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)- 327/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X19 və X8 evlilik dövründə bağışlanmış qızıl zinyt əşyaları 1 ədəd sep (5 qram, 583 proba, 175 manat), 1 ədəd sep (20 qram, 583 proba, 700 manat), 1 ədəd qolbaq (19 qram, 750 proba, 950 manat), 1 ədəd qolbaq (16 qram, 583 proba, 560 manat), 1 ədəd sırğa (8 qram, 750 proba, 400 manat), 1 ədəd üzük (5 qram, 750 proba, 250 manat), 1 ədəd üzük (10 qram, 583 proba, 350 manat), 1 ədəd nişan üzüyü (13 qram, 583 proba, 455 manat), 1 ədəd üzük (4 qram, 583 proba, 140 manat), 1 ədəd qızıl sancaq (2 qram, 583 proba, 70 manat), 1 ədəd uşaq üçün qolbaq (4 qram, 583 proba, 140 manat), 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat), 1 ədəd sırğa (9 qram, 583 proba, 315 manat) olmaqla, 4750 manatlıq qızıl-zinət əşyalarının, gəlin gedərkən apardıqı cehizlərin yerləşdirildiyi Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev.48 ünvanda olan cehiz əşyaları 1 ədəd mətbəx mebeli (Türkiyə istehsalı, 650 manat), 1 ədəd paltaryuyan maşın (indesit 5 kq, Rusiya istehsalı, 750 manat), 1 ədəd ətçəkən maşın (Almaniya istehsalı, 150 manat), 1 ədəd güldan (Çin istehsalı, 20 manat), 1 ədəd kül qabı (Çexski xrustal, 50 manat), 5 ədəd bagema qab (Türkiyə istehsalı 350 manat), 1 ədəd bagema güldan (Türkiyə istehsalı, 70 manat), 1 ədəd ütü (Eurolux firması, 150 manat), 3 ədəd 134 parça sevis (Türkiyə istehsalı, 350 manat), 2 ədəd çuqun tas (Rusiya istehsalı, 50 manat), 1 ədəd mikser tas (Rusiya istehsalı, 20 manat), 1 ədəd uşaq çarpayısı (Türkiyə istehsalı, 250 manat), 1 ədəd uşaq döşəyi (yun, 5 kq), 1 ədəd lüstur (Türkiyə istehsalı, 150 manat), 1 ədəd çuqun qazan (Rusiya istehsalı, 25 manat), 1 ədəd çuqun vedrə (Rusiya istehsalı, 20 manat), 1 ədəd 3-lü tava (West firması, 250 manat), 1 ədəd tok samovar (West firması, 350 manat), 1 ədəd tozsovuran (West firması, 350 manat), 2 ədəd 3-lü ləbləbi qabı (Çin istehsalı, 30 manat), 1 ədəd divar saatı (Çin istehsalı, 100 manat), 2 ədəd çaydan-çaynik dəsti (Rusiya istehsalı), 3 ədəd şirniyyat qabı (Rusiya istehsalı, 50 manat), 1 ədəd iran qaz peçi (300 manat), 1 ədəd balıq qabı (Çin istehsalı, 15 manat), 1 ədəd lotqa qab (Çin istehsalı, 30 manat), 2 ədəd mürəbbə qabı (Çexiski xrustal, 100 manat),1 ədəd şirəçək (West firması, 250 manat), 12 ədəd sok stakanı (Türkiyə istehsalı, 50 manat), 1 ədəd çuqun çaydan (Türkiyə istehsalı, 25 manat), 1 ədəd çaynik (Türkiyə istehsalı, 25 manat), 1 ədəd dolça 6 stəkan dəsti (Türkiyə istehsalı, 55 manat), 1 ədəd 2 mərtəbə şirniyyat qabı (Türkiyə istehsalı, 45 manat), 2 ədəd 3 mərtəbə şirniyyat qabı (Çin istehsalı, 30 manat), 2 ədəd kül qabı (İran istehsalı, 15 manat), 1 ədəd 6- lı keramik bıçaq dəsti (Türkiyə istehsalı, 25 manat), 1 ədəd 6-h keramik çömçə dəsti (Türkiyə istehsalı, 35 manat), əl-üz dəsmalları 12 ədəd (Türkiyə istehsalı, 120 manat), gündəlik işlətməyə qab, hər birindən 12 ədəd (Çin istehsalı, 50 manat), 6 ədəd stəkan (Çin istehsalı, 7 manat), 6 ədəd nəlbəki (Çin istehsalı, 7 manat), 1 ədəd taxt adyalı (İran istehsalı, 50 manat) olmaqla, 5419 manatlıq əmlakların, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Avtoservisin yaxınlığında yerləşən kirayə evdə R.Şahbazov tərəfindən yerləşdirilən əşyalar 1 ədəd yataq dəsti (Türkiyə istehsalı, Madeyra firması, 2250 manat), 1 ədəd televizor LG (Türkiyə istehsalı, 350 manat), 1 ədəd soyuducu (İndesit, Rusiya istehsalı, 650 manat), 1 ədəd 3x2 bənövşəyi rəngdə xalça (Türkiyə istehsalı, 250 manat), 1 ədəd 1x5, 2x3 krem rəngdə xalça (Türkiyə istehsalı, 150 manat), 1 ədəd 3x4 ölçüdə xalça (İran istehsalı, 300 manat), 1 ədəd televizor altlığı (Almaniya istehsalı, 150 manat), 1 ədəd nikel aşsüzəni (İran istehsalı, 15 manat), 2 ədəd nikkel tas (İran istehsalı, 35 manat), 1 ədəd üçlü çuqun qazan dəsti (İran istehsalı, 90 manat), 1 ədəd qazan dəsti (Almaniya istehsalı, 350 manat), 1 ədəd qaşıq dəsti (Almaniya istehsalı, 550 manat), 1 ədəd padnus (İran istehsalı, 5 manat), 1 ədəd blender (West firması, 75 manat), 1 ədəd mikser (Almaniya istehsalı, 110 manat), 1 ədəd tefal çaynik dəsti (Almaniya istehsalı, 55 manat), 1 ədəd elektrikli soba (Almaniya istehsalı, 130 manat), 2 ədəd taxt adyal (İran istehsalı, 60 manat), 1 ədəd taxt pakrivalı (dəst) (Çin istehsalı, 150 manat), əl-üz dəsmalları və süfrələr (100 manat), gündəlik işlədilən qab-qacaq (50 manat), 1 ədəd uşaq üçün yorğan (30 manat), 1 ədəd uşaq üçün yastıq (5 manat), 2 ədəd uşaq adyalı (30 manat), 1 ədəd taxt döşəyi və yorğanı (90 manat), 1 ədəd taxt yorğanı (30 manat), 3 dəst yorğan və döşək (520 manat), 6 ədəd yastıq (120 manat), 6 ədəd döşəkcə (60 manat) 6760 manatlıq əmlaklar olmaqla cəmi 16929 (on altı min doqquz yüz iyirmi doqquz) manat dəyərində əmlaklarının X4 və X8 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandirmişdir ki, X22 ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur.Birgə nikahlarından iki övladları doğulmuşdur.Cavabdeh Rəşad Şahbazov ilə ailə qurarkən ona məxsus cehiz əşyaları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev. 48B ünvanına Rəşadın anası G.Şahbazovaya məxsus evdə yerləşdirilmişdir.2013-cü ildən 2021-ci ilə qədər qeyd olunan ünvanda yaşamaqla, birgə nikahlarından 2013-cü və 2016-cı illərdə iki övladları anadan olmuşdur.03 avqust 2021-ci ildə X14 o, Notarial qaydada etibarnamə vermişdir.Rəşad Şahbazov ona bildirmişdir ki, anasından torpaq payını tələb etmək üçün, ona etibarnamə verməlidir.Sonra isə cavabdeh Rəşad ona formal olaraq boşanacağın bildirmişdir.Anası ilə Rəşadın münasibətlərinin gərginləşməsi adı ilə yaşadığları Daş Karxanası ünvandakı evdən ona məxsus cehiz əşyalarının bir hissəsini Rəşad Maştağa qəsəbəsi Avtoservis yaxınlığında olan evə aparmışdır.Bir qisim cehiz əşyalarını kirayə ünvana yerləşdirdikdən sonra Rəşad Şahbazov onu aldadaraq, boşanmaya dair iddia ərizəyə imza etdirmişdir. Bütün bu hərəkətləri cavabdehlər əvvəlcədən planlaşdırılmış formada icra etmişlər. Rəşad Şahbazov anası ilə bu hərəkətləri gizlin formada sövdələşib onu aldadaraq, nikahın pozulması və sair sənədlərə imza etdirmişdir, bu faktları aşkar edən kimi onun verdiyi etibarnaməni ləğv etdirmişdir.Ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları cavabdehlərə məxsus Maştağa qəsəbəsi, Daş Karxanası ev. 48B ünvanında və bir qismi Maştağa qəsəbəsi Avtoservis yaxınlığı ərazisində kirayə tutduqları evdə yerləşdirilmişdir. Ona bağışlanmış qızıl-zinət əşyaları və ona verilmiş cehiz əşyalar cavabdehlərdə saxlanılır. Cavabdeh X19 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X15 məxsus cehiz əmlaklarının onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservisin yaxınlığında yerləşən kirayədə qaldıqları fərdi yaşayış evindən cıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X19 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il tarixdə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuşdur, hazırda ünvan 3 ünvanında yaşayır.X5 və keçmiş gəlini X18 22 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər.Birgə nikahlarından 01 iyul 2013-cü il tarixdə X24 və 13 avqust 2016-cı il tarixdə X25 adlı iki ovladı anadan olmuşdur.Bir müddət münasibətləri normal olsada sonradan münasibətləri pozulmuşdur.Daha sonra X18 məhkəməyə nikahının pozulması ilə əlaqədar ərizə ilə müraciət etmişdir.Məhkəmənin qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, X6 gəlin köçərkən valideyinləri tərəfindən ona verilmiş cehiz əmlaklarının bir qismi onun istifadəsində olan fərdi yaşayış evində qalmışdır.Digər bir qismi isə Günel oğlu ilə birlikdə nikahda olduqları vaxt kirayə qaldığı evdə qalmışdır.Evlərinin kiçik olması və oğlunun yenidən ailə həyatı qurması onların yaşayışında ciddi problem yaratmışdır.Bundan başqa kirayə yaşadıqları ev sahibi evin boşaldılması və əşyaların çıxardılması barədə dəfələrlə ona telefon vasitəsi ilə xəbardarlıq etmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən cehiz əmlaklarının onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservisin yaxınlığında yerləşən kirayədə qaldıqları fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)-327/2022 saylı qətnaməsi ilə (sədrlik edən A.Kiçibəyov) iddiaçı X7 iddiası tam təmin edilərək X11 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev.48 ünvanda evindən olan cehiz əşyaları 1 ədəd mətbəx mebeli, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 2 ədəd çuqun tas, 1 ədəd nikel tas, 3 ədəd meyvə vazı, 1 ədəd çuqun vedrə, 2 ədəd çaydan çaynik dəsti, 3 ədəd şiriniyyat qabı, 1 ədəd lotka qab, 1ədəd balıq qabı, 1 ədəd konfet qabı, 1 ədəd 3-lük tava, 1 ədəd ləpə qabı, 3 ədəd mürəbbə qabı, 1 ədəd yumurta qabı, 1 ədəd sok qabı, 1 ədəd çuqun qab, 1 ədəd çuqun qazan, 11 ədəd sok stəkanı, 1 ədəd çuqun çaydan, 1 ədəd çaynik, 1ədəd elektrik somavar çıxarılaraq iddiaçı X12 verilməsi, iddiaçı X6 iddiası qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservis yaxınlığında X13 məxsus evdən Günel Şahbazovaya məxsus R.Şahbazov tərəfindən yerləşdirilən əşyalar 1 ədəd yataq dəsti, 1 ədəd televizor LG, 1 ədəd soyuducu, 1 ədəd 3x2 bənövşəyi rəngdə xalça, 1 ədəd 1x5, 2x3 krem rəngdə xalça, 1 ədəd 3x4 ölçüdə xalça, 1 ədəd televizor altlığı, 1 ədəd nikel aşsüzəni, 2 ədəd nikkel tas, 1 ədəd üçlü çuqun qazan dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd qaşıq dəsti, 1 ədəd padnos, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd tefal çaynik dəsti, 1 ədəd elektrikli soba, 2 ədəd taxt adyal, 1 ədəd taxt pakrivalı (dəst), əl-üz dəsmalları və süfrələr, gündəlik işlədilən qab-qacaq, 1 ədəd uşaq üçün yorğan, 1 ədəd uşaq üçün yastıq, 2 ədəd uşaq adyalı, 1 ədəd taxt döşəyi və yorğanı, 1 ədəd taxt yorğanı, 3 dəst yorğan və döşək, 6 ədəd yastıq, 6 ədəd döşəkcə əmlaklar çıxarılaraq iddiaçı X12 verilməsi, iddiaçı X6 qızıl-zinət əşyaları tələbi barədə iddiasının rədd edilməsi, tərəflərin ödənilmiş dövlət rüsumu özlərinə aid edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı, 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı, 150 manat, 1 ədəd güldan Çin istehsalı, 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması, 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı, 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı, 55 manat, 2 ədəd kül qabı İran istehsalı, 15 manat, 1 ədəd 6-lı keramik bıçaq dəsti Türkiyə istehsalı, 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı, 35 manat, gündəlik işlətməyə qab, hər birindən 12 ədəd Çin istehsalı, 50 manat, 6 ədəd stəkan Çin istehsalı, 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı, 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı, 50 manat olmaqla cehiz əşyaları və qızıl zinət əşyaları 1 ədəd sep 5 qram, 583 proba, 175 manat, 1 ədəd sep 20 qram, 583 proba, 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 proba, 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 proba, 560 manat, 1 ədəd sırğa 8 qram, 750 proba, 400 manat, 1 ədəd üzük 5 qram, 750 proba, 250 manat, 1 ədəd üzük 10 qram, 583 proba, 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 proba, 455 manat, 1 ədəd üzük 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 proba, 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat, 1 ədəd sırğa 9 qram, 583 proba, 315 manat olmaqla 4750 manatlıq qızıl-zinət əşyalarının cavabdehlərdən alınıb iddiaçı Günel Şahbazovaya verilməsini əsassız olaraq təmin etməmişdir.Məhkəmə bu hissələrdə iddianı rədd edərkən heç bir fakta və sübutlara əsaslanmadan qanunsuz olaraq rədd etmişdir. Apellyasiya şikayətində Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)-327/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilərək 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı, 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı, 150 manat, 1 ədəd güldan Çin istehsalı, 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması, 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı, 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı, 55 manat, 2 ədəd kül qabı İran istehsalı, 15 manat, 1 ədəd 6-lı keramik bıçaq dəsti Türkiyə istehsalı, 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı, 35 manat, gündəlik işlətməyə qab, hər birindən 12 ədəd Çin istehsalı, 50 manat, 6 ədəd stəkan Çin istehsalı, 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı, 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı, 50 manat olmaqla cehiz əşyaları və qızıl-zinyət əşyaları 1 ədəd sep 5 qram, 583 proba, 175 manat, 1 ədəd sep 20 qram, 583 proba, 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 proba, 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 proba, 560 manat, 1 ədəd sırğa 8 qram, 750 proba, 400 manat, 1 ədəd üzük 5 qram, 750 proba, 250 manat, 1 ədəd üzük 10 qram, 583 proba, 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 proba, 455 manat, 1 ədəd üzük 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 proba, 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat, 1 ədəd sırğa 9 qram, 583 proba, 315 manat olmaqla 4750 manatlıq qızıl-zinət əşyalarının cavabdehlər X4 və X8 alınıb iddiaçı Günel Şahbazovaya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı X18, onun nümayəndəsi vəkil X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə təmin edilərək 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı 150 manat, 1 ədəd güldan Çin istehsalı 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı 55 manat, 2 ədəd kül qabı İran istehsalı 15 manat, 1 ədəd 6-lı keramik bıçaq dəsti Türkiyə istehsalı 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı 35 manat, gündəlik işlətməyə qab, hər birindən 12 ədəd Çin istehsalı 50 manat, 6 ədəd stəkan Çin istehsalı 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı 50 manat olmaqla cehiz əşyaları və qızıl-zinət əşyaları 1 ədəd sep 5 qram, 583 proba, 175 manat, 1 ədəd sep 20 qram, 583 proba, 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 proba, 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 proba, 560 manat, 1 ədəd sırğa 8 qram, 750 proba, 400 manat, 1 ədəd üzük 5 qram, 750 proba, 250 manat, 1 ədəd üzük 10 qram, 583 proba, 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 proba, 455 manat, 1 ədəd üzük 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 proba, 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat, 1 ədəd sırğa 9 qram, 583 proba, 315 manat olmaqla 4750 manat dəyərində qızıl zinət əşyalarının X4 və X8 alınıb X12 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X19 və X22 izahatlarında X18 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, Lerik rayon məhkəməsinin 21 iyun 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)- 327/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilərək 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı, 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı, 150 manat, 1 ədəd güldan Çin istehsalı, 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması, 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı, 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı 55 manat, 2 ədəd kül qabı İran istehsalı 15 manat, 1 ədəd 6lı keramik bıçaq dəsti Türkiyə istehsalı 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı 35 manat, gündəlik işlətməyə qab hər birindən 12 ədəd Çin istehsalı 50 manat, 6 ədəd stəkan Çin istehsalı 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı 50 manat olmaqla cehiz əşyaları və qızıl-zinət əşyaları 1 ədəd sep 5 qram, 583 proba, 175 manat, 1 ədəd sep 20 qram, 583 proba, 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 proba, 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 proba, 560 manat, 1 ədəd sırğa 8 qram, 750 proba, 400 manat, 1 ədəd üzük 5 qram, 750 proba, 250 manat, 1 ədəd üzük 10 qram, 583 proba, 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 proba, 455 manat, 1 ədəd üzük 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 proba, 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat, 1 ədəd sırğa 9 qram, 583 proba, 315 manat olmaqla 4750 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlər X4 və X8 alınıb iddiaçı Günel Şahbazovaya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı X6 qızıl-zinət əşyaları tələbi barədə iddiasının rədd edilməsi və cehiz əşyalarının cavabdehlərdən iddiaçının tələbi həddində təmin edilməməsi barədə qətnamə qəbul edərkən həmin hissələrdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı X6, onun nümayəndəsi vəkil X3, cavabdehlər X7 və X10 izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, ilk iddia üzrə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)-327/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilərək iddiaçı X12 məxsus 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı 150 manat, 1 ədəd güldan Çin istehsalı 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı 55 manat, 2 ədəd kül qabı İran istehsalı 15 manat, 1 ədəd 6-lı keramik bıçaq dəsti Türkiyə istehsalı 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı 35 manat, gündəlik işlətməyə qab hər birindən 12 ədəd Çin istehsalı 50 manat, 6 ədəd stəkan Çin istehsalı 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı 50 manat olmaqla cehiz əşyaları naturada və ya dəyəri, qızıl-zinət əşyaları 1 ədəd sep 5 qram, 583 əyyarlı 175 manat, 1 ədəd sep 20 qram, 583 əyyarlı 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 əyyarlı 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 əyyarlı 560 manat, 1 ədəd sırğa 8 qram, 750 əyyarlı 400 manat, 1 ədəd üzük 5 qram, 750 əyyarlı 250 manat, 1 ədəd üzük 10 qram, 583 əyyarlı 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 əyyalı 455 manat, 1 ədəd üzük 4 qram, 583 əyyarlı 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 əyyarlı 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 əyyarlı 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 əyyarlı 245 manat, 1 ədəd sırğa 9 qram, 583 əyyarlı 315 manat olmaqla 4750 manat dəyərində qızıl-zinət əşyaları naturada və ya dəyəri cavabdehlər X4 və X8 müştərək qaydada alınıb iddiaçı X12 verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı X17in dəlillərinə görə X22 ilə ailə qurarkən ona məxsus cehiz əşyaları ünvan 5 ünvanına Rəşadın anası Gülbacı Şahbazovaya məxsus evdə yerləşdirilmişdir, 2013-cü ildən 2021-ci ilə qədər qeyd olunan ünvanda yaşamaqla, birgə nikahlarından 2013-cü və 2016-cı illərdə iki övladları anadan olmuşdur.3 avqust 2021-ci ildə X14 notarial qaydada etibarnamə vermişdir.Rəşad Şahbazov ona bildirmişdir ki, anasından torpaq payını tələb etmək üçün, ona etibarnamə verməlidir.Sonra isə cavabdeh Rəşad ona formal olaraq boşanacağın bildirmişdir.Anası ilə Rəşadın münasibətlərinin gərginləşməsi adı ilə yaşadıqları Daş Karxanası ünvandakı evdən ona məxsus cehiz əşyalarının bir hissəsini Rəşad Maştağa qəsəbəsi Avtoservis yaxınlığında olan evə aparmışdır, bir qisim cehiz əşyalarını kirayə ünvana yerləşdirdikdən sonra Rəşad Şahbazov onu aldadaraq, boşanmaya dair iddia ərizəsinə imza etdirmişdir, bütün bu hərəkətləri cavabdehlər əvvəlcədən planlaşdırılmış formada icra etmişlər, Rəşad Şahbazov anası ilə bu hərəkətləri gizlin formada sövdələşib onu aldadaraq, nikahın pozulması və sair sənədlərə imza etdirmişdir, bu faktları aşkar edən kimi onun verdiyi etibarnaməni ləğv etdirmişdir, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları cavabdehlərə məxsus Maştağa qəsəbəsi, Daş Karxanası ev. 48B ünvanında və bir qismi Maştağa qəsəbəsi Avtoservis yaxınlığı ərazisində kirayə tutduqları evdə yerləşdirilmişdir, ona bağışlanmış qızıl-zinət əşyaları və verilmiş cehiz əşyaları cavabdehlərdə saxlanılır, ona görə də məhkəməyə müraciət etmişdir.Evlilik dövründə bağışlanmış qızıl zinət əşyaları 1 ədəd sep 5 qram, 583 proba, 175 manat, 1 ədəd sep 20 qram, 583 proba, 700 manat, 1 ədəd qolbaq 19 qram, 750 proba, 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 proba, 560 manat, 1 ədəd sırğa 8 qram, 750 proba, 400 manat, 1 ədəd üzük 5 qram, 750 proba, 250 manat, 1 ədəd üzük 10 qram, 583 proba, 350 manat, 1 ədəd nişan üzüyü 13 qram, 583 proba, 455 manat, 1 ədəd üzük 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl sancaq 2 qram, 583 proba, 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram, 583 proba, 140 manat, 1 ədəd qızıl klon 7 qram, 583 proba, 245 manat, 1 ədəd sırğa 9 qram, 583 proba, 315 manat olmaqla 4750 manat dəyərində qızıl-zinət əşyaları cavabdehlərdə qalmış özü ilə apara bilməmişdir, dəfələrlə cavabdehlərdən qızıl zinət əşyalarını tələb etməsinə baxmayaraq verməmişlər, həmçinin cehiz əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmişdir, belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 izahatında bildirmişdir ki, Günel onun qızıdır, Günel Şahbazova əri Rəşad Şahbazovla kirayə yaşadığı evə köçərkən ona verilmiş cehiz əmlakları Gülbacı Şahbazovaya məxsus evdə qalmışdır, qızıl-zinət əşyaları isə Gülbacı Şahbazovada qalmışdır. İşdən görünür ki, şahid qismində dindirilmiş X27 şahid X23 ilə eyni məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, həqiqətəndə X18 ilə X14 məxsus əmlaklar 2021-ci ilin yay ayından onun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservisin yaxınlığında yerləşən evindədir, həmin evi onlara kirayəyə vermişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə evlənmişlər.İddiaçı Günel Şahbazova Gülbacı Şahbazovaya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Günel Şahbazova bütün cehiz əşyalarını həmin evə gətirmişdir.Məhkəmə iclasında Gülbacı Şahbazova iddia ərizəsində göstərilən cehiz əmlaklarının onun evindən çıxarılıb Günel Şahbazovaya təhvil verməsini xahiş etmiş, Günel Şahbazova cehiz əmlaklarının həmin evdən çıxarılıb ona təhvil verilməsinə etiraz etməmişdir.2021-ci ilin avqust ayında X9 və gəlini Günelə evində darısqallıq olduğundan kirayə çıxmalarını xahiş etmiş, X34 Şahbazovaya məxsus evdən çıxaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservisin yaxınlığında yerləşən ərazidə kirayə ev tutub yaşamışlar, həmin vaxt tərəflər arasında heç bir narazılıq olmamışdır, Rəşad sonradan anası Gülbacının evinə gələrək ordan cehiz əşyalarının bir qismini götürüb kirayə qaldığı evə aparmışdır. Həmçinin birinci instanisya məhkəməsi iddiaçı Günel Şahbazovanın qızıl-zinət əşyaları tələbi ilə bağlı hesab etmişdir ki, iddia bu hissədə təmin edilə bilməz, belə ki, iddiaçı Günel Şahbazovanın ər evinə gəlin köçdüyü vaxtdan qızıl-zinət əşyalarının qaynanası Gülbacı Şahbazovada saxlandığını bildirsədə inandırıcı hesab etməmişdir, 2021-ci ilin yay ayında Günel ilə Rəşad kirayə evə yaşamaqa gedərkən qızıl-zinət əşyalarının Gülbacı Şahbazovada qalmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir, Rəşad ilə Günel 1 ilə qədər kirayə yaşadıqları müddətdə qızıl-zinət əşyalarının Gülbacı Şahbazovada qalması barədə heç bir tələb irəli sürməmiş, yalnız Rəşad ilə Günel arasında ciddi narazılıq yarandıqdan sora Günel belə bir iddia ilə məhkəməyə müraciət etmişdir, ona görə də iddianın həmin hissədə təmin edilməməsini məqsədə müvafiq hesab etmişdir. İddiaçı X18 dəlillərində bildirir ki, X22 ilə ailə qurarkən ona məxsus cehiz əşyaları ünvan 5 ünvanına Rəşadın anası Gülbacı Şahbazovaya məxsus evdə yerləşdirilmiş, 2013-cü ildən 2021-ci ilə qədər qeyd olunan ünvanda yaşamaqla, birgə nikahlarından 2013-cü və 2016-cı illərdə iki övladları anadan olmuşdur, 3 avqust 2021-ci ildə X14 o, notarial qaydada etibarnamə vermişdir, Rəşad Şahbazov ona bildirmişdir ki, anasından torpaq payını tələb etmək üçün, ona etibarnamə verməlidir, sonra isə cavabdeh Rəşad ona formal olaraq boşanacağın bildirmişdir, anası ilə Rəşadın münasibətlərinin gərginləşməsi adı ilə yaşadıqları Daş Karxanası ünvandakı evdən ona məxsus cehiz əşyalarının bir hissəsini Rəşad Maştağa qəsəbəsi Avtoservis yaxınlığında olan evə aparmışdır, bir qisim cehiz əşyalarını kirayə ünvana yerləşdirdikdən sonra Rəşad Şahbazov onu aldadaraq, boşanmaya dair iddia ərizəsinə imza etdirmişdir, bütün bu hərəkətləri cavabdehlər əvvəlcədən planlaşdırılmış formada icra etmişlər, Rəşad Şahbazov anası ilə bu hərəkətləri gizlin formada sövdələşib onu aldadaraq, nikahın pozulması və sair sənədlərə imza etdirmişdir bu faktları aşkar edən kimi onun verdiyi etibarnaməni ləğv etdirmişdir, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları cavabdehlərə məxsus Maştağa qəsəbəsi, Daş Karxanası ev. 48B ünvanında və bir qismi Maştağa qəsəbəsi Avtoservis yaxınlığı ərazisində kirayə tutduqları evdə yerləşdirilmişdir, ona bağışlanmış qızıl-zinət əşyaları və verilmiş cehiz əşyaları cavabdehlər Şahbazov Rəşad və Gülbacı Şahbazovada saxlanılır. Beləliklə birinci instansiya məhkəməsi ilk iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən hüquqi mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin faktiki və hüquqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. İşdə olan 3 avqust 2021-ci il tarixli Etibarnamədən, həmin etibarnamənin ləğv edilməsi barədə X6 ərizəsindən, 3 avqust 2021-ci il tarixli Etibarnaməyə xitam verilməsi barədə “Elektron notariat” X1 Çıxarışdan, tərəflər arasında olan nikahın pozulması barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Günel Şahbazovanın 03 avqust 2021-ci ildə X14 notarial qaydada etibarnamə verməsi, Rəşad Şahbazovun ona anasından torpaq payını tələb etmək üçün ona etibarnamə verilməlidir bildirməsi, sonra isə cavabdeh Rəşad ona formal olaraq boşanacağın bildirməsi, anası ilə Rəşadın münasibətlərinin gərginləşməsi adı ilə yaşadıqları Daş Karxanası ünvandakı evdən Günelə məxsus cehiz əşyalarının bir hissəsini Rəşad Maştağa qəsəbəsi Avtoservis yaxınlığında olan evə aparması, bir qisim cehiz əşyalarını kirayə ünvana yerləşdirdikdən sonra Rəşadın Güneli aldadaraq boşanmaya dair iddia ərizəsinə imza etdirməsi barədə Günel Şahbazovanın dəlilləri işin faktiki hallarına uyğun hesab edilmişdir. Belə ki, işdən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı X2 Günel Pərviz qızına məxsus cehiz əmlaklarının onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Avtoservisin yaxınlığında yerləşən kirayədə qaldıqları fərdi yaşayış evindən cıxarılmasını tələb etmişdir, Günel Şahbazovanın isə tələb etdiyi və birinci instansiya məhkəməsinin təmin etmədiyi cehiz əşyalarının yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini tələb etdiyi halda birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə düzgün araşdırma aparmamış, ilk iddia tələbinə düzgün qiymət verməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı X6 qızıl-zinət əşyaları tələbi barədə iddiasının rədd edilməsi və cehiz əşyalarının cavabdehlərdən iddiaçının tələbi həddində təmin edilməməsi barədə qətnamə qəbul edərkən həmin hissələrdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, ili iddia üzrə iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir.Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür.Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.2-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İlk iddia üzrə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(048)-327/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin.Həmin hissədə iddia təmin edilsin. İddiaçı X12 məxsus 1 ədəd paltaryuyan maşın indesit 5 kq, Rusiya istehsalı 750 manat, 1 ədəd ətçəkən maşın Almaniya istehsalı 150 manat, 1 ədəd güldan Çin istehsalı 20 manat, 1 ədəd kül qabı Çexiya istehsalı xrustal 50 manat, 5 ədəd bagema qab Türkiyə istehsalı 350 manat, 1 ədəd bagema güldan Türkiyə istehsalı 70 manat, 1 ədəd ütü Eurolux firması 150 manat, 3 ədəd 134 parça sevis Türkiyə istehsalı 350 manat, 1 ədəd uşaq çarpayısı Türkiyə istehsalı 250 manat, 1 ədəd uşaq döşəyi yun 5 kq, 1 ədəd tozsovuran West firması 350 manat, 1 ədəd iran qaz peçi 300 manat, 1 ədəd dolça 6 stəkan dəsti Türkiyə istehsalı 55 manat, 2 ədəd kül qabı İran istehsalı 15 manat, 1 ədəd 6lı keramik bıçaq dəsti Türkiyə istehsalı 25 manat, 1 ədəd 6-lı keramik çömçə dəsti Türkiyə istehsalı 35 manat, gündəlik işlətməyə qab hər birindən 12 ədəd Çin istehsalı 50 manat, 6 ədəd stəkan Çin istehsalı 7 manat, 6 ədəd nəlbəki Çin istehsalı 7 manat, 1 ədəd taxt adyalı İran istehsalı 50 manat olmaqla cehiz əşyaları naturada və ya dəyəri, qızıl-zinət əşyaları 1 ədəd sep 5 qram 583 əyyar 175 manat, 1 ədəd sep 20 qram 583 əyyarlı 700 manat, 1 ədəd qolbaq 19 qram 750 əyyarlı 950 manat, 1 ədəd qolbaq 16 qram, 583 əyyarlı 560 manat, 1 ədəd sırğa 8 qram 750 əyyarlı 400 manat, 1 ədəd üzük 5 qram 750 əyyarlı 250 manat, 1 ədəd üzük 10 qram 583 əyyarlı 350 manat, 1 ədəd nişan üzüyü 13 qram 583 əyyarlı 455 manat, 1 ədəd üzük 4 qram 583 əyyarlı 140 manat, 1 ədəd qızıl sancaq 2 qram 583 əyyarlı 70 manat, 1 ədəd uşaq üçün qolbaq 4 qram 583 əyyarlı 140 manat, 1 ədəd qızıl klon 7 qram 583 əyyarlı 245 manat, 1 ədəd sırğa 9 qram 583 əyyarlı 315 manat olmaqla 4750 manat dəyərində qızıl-zinət əşyaları naturada və ya dəyəri cavabdehlər X4 və X8 müştərək qaydada alınıb iddiaçı X12 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1859/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1859/2022
22.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver