Məhkəmə qərarları › İş №2(106)-1867/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1867/2025

22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1867/2025 22.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı X11, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2nın, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun alınması və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 dekabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X17 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc, ödənilmiş 536,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycanda dostları olduğu üçün ara-sıra Azərbaycana gəlib gedir. Cavabdeh1 5 ildən artıqdır ki, tanıyır. Bu müddət ərzində cavabdeh özünü etibarlı bir şəxs kimi təqdim etmişdir. İlk tanışlıq vaxtlarında övladının xəstə olmasını və müalicəyə ehtiyacının olmasını bildirmişdir. Hətta övladının pasportunun şəklini iddiaçıya verərək müalicə olunmasının zəruri olduğunu, olunmazsa onu itirəcəyini demişdir. Buna görə iddiaçı onu övladı ilə birlikdə Türkiyəyə dəvət etmişdir. Bir millət iki dövlət olaraq yardım etməyi özünə borc bilərək Türkiyədə müalicəsini elətdirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Azərbaycana gələsi olsa mütləq onunla əlaqə saxlasın. Bundan sonra cavabdeh geri qayıtmışdır. Bir müddət sonra təxminən 2021-ci ildə iddiaçı Azərbaycana gəlmişdir. Dostları ilə burda qalmağı və Nərminlə əlaqə saxlamağı düşündüyündən gələndən bir neçə gün sonra Nərminlə əlaqə saxlayaraq burda olduğu demişdir. Nərmin iddiaçını anası və qardaşı ilə tanış edərək xəstə oğluna yardım edən şəxs olaraq tanıtdırmışdır. İddiaçını pulu olduğunu bildiyindən təklif etmişdir ki, Türkiyədə əmlak bahadır gəl burda ev, torpaq və maşın alaq sataq sən də qazan, mən də. İddiaçı onu etibarlı insan kimi tanıdığından onun fikri ilə razılaşaraq, hal-hazırda üstündə çox pul olmadığını, Türkiyəyə qayıtdıqdan sonra göndərə biləcəyini demişdir. Bir neçə gündən sonra iddiaçı Türkiyəyə qayıtmışdır. Cavabdeh1 onunla əlaqə saxlamış burda ucuz qiymətə maşın və daşınmaz əmlak tapdığını və alacaqları zaman pul qazanacaqlarını bildirmişdir. İddiaçı da ona inanmış və Ziraat Bankası və YapıKredi banklarından pul göndərməyə başlamışdır. Pulları göndərəndən bir müddət sonra cavabdeh müxtəlif maşın şəkillərini iddiaçıya göndərərək onları aldığını və Azərbaycana gələndə satacağını, pulunu iddiaçıya verəcəyini, əgər satılmazsa iddiaçının adına keçirəcəyini demişdir. Cavabdehin bu inamlı davranışları iddiaçıda ona qarşı etibar yaratmışdır. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 yanında yeni tikilmiş binalarda ucuz evlər var. Pul göndərsə onu da ala bilər. İddiaçı bu minvalla ona banklar üzərində rəsmi pullar göndərməkdə davam etmişdir. Yapı Kredi bankası üzərindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixdək 499600 TRY (manatla məzənnəsi 35.942 manat), Ziraat Bankası üzərindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4.481.300 TRY (manatla məzənnəsi 210.352 manat), cəmi 246.294 (iki yüz qırx altımin iki yüz doxsan dörd) manat göndərilmişdir . Cavabdeh bu pulları alandan sonra iddiaçıya müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, iddiaçı onunla telefon əlaqəsi yaratmağa çalışsa da xəstədir, danışa bilmir və s bu kimi bəhanələr gətirərək ona rəsmi qaydada göndərilən vəsaitləri mənimsəmişdir. Daha sonra ümumiyyətlə telefon zənglərini açmamışdır. İddiaçı Azərbaycana gələrək onunla əlaqə saxlamağa çalışsa da mümkün olmamışdır. Qaldıqları evə getmiş, lakin anası bildirmişdir ki, qızı burda deyil. Hardadır sualına belə cavab ala bilməmişdir. İddiaçının pulları hesabına cavabdeh bir neçə əmlak əldə etmişdir. Cavabdeh1 adına olan əmlakı müəyyən etmək məqsədi ilə adına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması, alındığı təqdirdə dövlət reyetrində qeydiyyatdan keçmiş əmlaklar barədə məlumat alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli **********96 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,003 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsi Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022- ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci l tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh1 adına dövlət qeydiyyatında olan nəqliyyat vasitəsinin mövcudluğu, özgəninkiləşdirilibsə nə vaxt və kimə özgəninkiləşdirilməsi, habelə mülkiyyətində olan nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə bağlı məlumatların alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 2-221570/2024 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdən “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** sövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh halhazıradək ididaçının vəsaiti hesabına varlanaraq nə borcunu qaytarmış, nə də verdiyi sözə əməl edərək əldə etdiyi əmlakı qaytarmamışdır. Hesab edir ki, iddiaçının tələbi haqlıdır və əsaslıdır. İddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc, ödənilmiş 536,29 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin 18 mart 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, e-2(032)-805/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixdə alıcı Cavabdeh2 120.000 manata satmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) Cavabdeh2 adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbində həcminin artırılmasına zərurət yaranmışdır. Cavabdeh1 246.294 manat borcun və ödənilmiş 536 manat 29 qəpik dövlət rüsumunun tutularaq iddiaçıya verilməsini, eyni zamanda Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticilərin ləğv edilməsi barədə qətnamə çıxarılmalısını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qəltnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır və həqiqətdən uzaqdır. İddia ərizəsi ziddiyyətlidir, ərizədə gah onun iddiaçıdan onun pullarını Azərbaycan respublikasında ucuz daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmağı üçün almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc olaraq almağı qeyd olunub. Onun iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları olmayıb. Onun iddiaçı ilə ondan borc almağı barədə müqavilələri də olmayıb, iddiaçıdan heç vaxt borc pul almamışdır. O, iddiaçının pulları hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə, o uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir getmişdir. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var bizim evliliyimiz necə olacaq. O da deyib ki, biz aşirətik bizdə çox arvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. O, ona bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvet edir, ailəsinə isə bildirib ki, guya o qonaqdır. Orada onu öz atası və anası ilə tanış edib. Bundan sonra iddiaçı onu Türkiyədə yaşamağa dəvət edib, o da anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa getmişdir. Orada iddiaçı oğlu X23 Mərkəzinə yazdırıb, onu məktəbdə öz oğlu kimi təqdim edib. Onlara kirayə ev tutub. Özü də həm o biri ailəsinin yanına, həm də onların yanlarına gedib gəlib. Yaşadıqları sitədə (məhəllədə) hami onları ər-arvad olaraq tanıyıb.Təxminən 3 ay yaşadıqdan sonra o evə az-az (iki-üç gündən bir) gəlib getməyə başlayıb, tədricən onların arasında mübahisələr və soyuqluq yaranıb. O, iddiaçının onlara və xəstə uşağına baxdığına görə hər şeyə dözmüşdür. Sonradan iddiaçı anasının orada qalmasını istəməyib və onu Azərbaycana yola salıb. O da fikirləşmişdir ki, insandır, bəlkə anasından çəkinir, ona görə anasının getməsinə razılıq vermişdir. Sonradan o iddiaçıdan oğlu Azərin analizlərinin İsrailə göndərilməsini xahiş etdikdə o bildirib ki, onsuz da belə uşaqlar 30 yaşına qədər yaşayırlar, onu üzərində çox esmə, daha sonra bildirib ki, onun özünün dəlilik sənədi var. Bundan sonra o iddiaçıdan qorxmağa başlamışdır ki, övladının başına hər hansı iş gələ bilər. O, sonradan bilmişdir ki, iddiaçı eyni zamanda başqa qadınlarla görüşür. Yeni il ərəfəsində iddiaçı təklif edib ki, Trabzona atasıgilə getsin. O da təklif etmişdir ki, onun da atası əməliyyat olub, icazə versin o Azərlə Azərbaycana getmiş, 5-10 günlük atasını ziyarət etsin. İddiaçı razılaşıb və onların biletlərini alaraq Azərbaycana yola salıb. X4 geri qayıtmaq istəyəndə isə iddiaçı bildirib ki, “gəlməyin, mən başımdan xəsarət almışam”. (Sonradan bilmişdir ki, onu birinci arvadı Sevgi adlı qadınla tutduğuna görə vurub başını partladıb.) Bundan sonra o Türkiyəyə qayıtmamışdır. İddiaçı isə onun və oğlunun bütün xərclərini (yemək-içməkləri, xərcləri, oğlunun məktəb pulunu, evlərinin kirayə haqqını, lizinqə ödədiyi pulları, dayəyə ödənilən pulu) ödəmişdir. 0 həmin pulları faktik ər-arvad münasibətlərində olduqlarına görə ailə xərcləri olaraq göndərib. Sonradan iddiaçı pulları gec göndərməyə başlamışdır. 3 ay pul ödəməkdikdən sonra o bilet alıb Türkiyəyə İstanbuldakı kirayə götürdükləri evlərinə getmişdir. Açarla evin qapısını açıb içəri girdikdə iddiaçının həmin Sevgi adlı qadınla onun yatağında olduğunu görmüşdür. Dava-dalaş baş verib və qonşular iddiaçının ona xəyanətinin şahidi olmuşlar. Bundan sonra iddiaçı evdən qaçıb gedib, o da Azərbaycana qayıtmışdır. Bundan sonra 7-8 ay aralarında soyuq münasibət yaranıb, iddiaçı onunla barışmağa çalışıb ve yenə də ər olaraq onun xərclərini ödəmişdir. İddiaçı hətta anasının ayağı əməliyyat olanda da, ondan sonra da pul göndərib. Onların münasibəti soyuq olanda belə o, pulu anasının vasitəsilə ona göndərmişdir. İddiaçı Azərbaycana hər dəfə gəldikdə onu qarşılamış, onunla birlikdə qalmışdır. Lakin son vaxtlar iddiaçı Azərbaycana gələndə onunla görüşmüş, lakin artıq bir yerdə qalmamışdır. Daha sonra da iddiaçı onu yenidən Türkiyəyə dəvət edib və oradakı mənzili onun adına rəsmiləşdirəcəyini vəd edib. O da oğlunu və dayəni də götürüb İstanbula getmişdir. Orada iddiaçı onlara oturum izni almadığına, mənzili sənədləşdirmədiyinə və başqa qadınlarla da ona xəyanət etdiyinə görə yenidən Azərbaycana qayıtmağa məcbur olmuşdur. Onların ər-arvad münasibətləri 5 ilədək davam edib və onun onu aldatdığına, xəyanət etdiyinə görə sonlanıb. İddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərefdən o orta təhsilli, xəstə övladı olan qadındır, heç bir biznes fəaliyyəti bacarmır və məşğul olmamışdır. İddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları var. O hansı əsasla onunıa iş birliyi qura bilərdi. Onlar iddiaçı ilə faktik ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. İddiaçınin ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fealiyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iddiaçı X17 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehi 2020-ci ildən tanıyır, onunla 4-5 aylıq münasibəti olsa da, sonradan ayrılmışlar. Lakin onunla ayrılmalarına baxmayaraq dost olaraq münasibətləri davam etmişdir. Cavabdehə müxtəlif vaxtlarda pulu borc məqsədi ilə göndərmiş, həmçinin ona avtomobil alması üçün pul göndərsə də cavabdeh onun dediyi model avtomobili deyil başqa model avtomobil alaraq onu aldatmışdır. O, cavabdehlə ticarət etmək üçün ona pullar göndərmişdir. Cavabdehə pulu Yapı Kredi bankası və Ziraat Bankası vasitəsi ilə göndərmişdir. Sonradan öyrənmişdir ki, cavabdehin həyatında başqa bir insan var və cavabdeh onunla da ticarət münasibətləri qurmuşdur. O, həmçinin bildirdi ki, cavabdehə müxtəlif vaxtlarda övladının və ya ailəsinin xərcləri üçün pullar göndərmişdir, hazırda cavabdehdən yanlız borc olaraq verdiyi pulları tələb edir, digər məbləğdə olan pul vəsaitini tələb etməmişdir. Məhkəmə iclasında iddiaçı X11 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycanda dostları olduğu üçün ara-sıra Azərbaycana gəlib gedir. Cavabdeh1 5 ildən artıqdır ki, tanıyır. Bu müddət ərzində cavabdeh özünü etibarlı bir şəxs kimi təqdim etmişdir. İlk tanışlıq vaxtlarında övladının xəstə olmasını və müalicəyə ehtiyacının olmasını bildirmişdir. Hətta övladının pasportunun şəklini iddiaçıya verərək müalicə olunmasının zəruri olduğunu, olunmazsa onu itirəcəyini demişdir. Buna görə iddiaçı onu övladı ilə birlikdə Türkiyəyə dəvət etmişdir. Bir millət iki dövlət olaraq yardım etməyi özünə borc bilərək Türkiyədə müalicəsini elətdirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Azərbaycana gələsi olsa mütləq mənimlə əlaqə saxlasın. Bundan sonra cavabdeh geri qayıtmışdır. Bir müddət sonra təxminən 2021-ci ildə iddiaçı Azərbaycana gəldi. Dostları ilə burda qalmağı və Nərminlə əlaqə saxlamağı düşündüyündən gələndən bir neçə gün sonra Nərminlə əlaqə saxlayaraq burda olduğu demişdir. Nərmin iddiaçını anası və qardaşı ilə tanış edərək xəstə oğluna yardım edən şəxs olaraq tanıtdırmışdır. İddiaçını pulu olduğunu bildiyindən təklif etmişdir ki, Türkiyədə əmlak bahadır gəl burda ev, torpaq və maşın alaq sataq sən də qazan, mən də. İddiaçı onu etibarlı insan kimi tanıdığından onun fikri ilə razılaşaraq, hal-hazırda üstündə çox pul olmadığını, Türkiyəyə qayıtdıqdan sonra göndərə biləcəyini demişdir. Bir neçə gündən sonra iddiaçı Türkiyəyə qayıtmışdır. Cavabdeh1 onunla əlaqə saxlamış burda ucuz qiymətə maşın və daşınmaz əmlak tapdığını və alacaqları zaman pul qazanacaqlarını bildirmişdir. İddiaçı da ona inanmış və Ziraat Bankası və YapıKredi banklarından pul göndərməyə başlamışdır. Pulları göndərəndən bir müddət sonra cavabdeh müxtəlif maşın şəkillərini iddiaçıya göndərərək onları aldığını və Azərbaycana gələndə satacağını, pulunu iddiaçıya verəcəyini, əgər satılmazsa iddiaçının adına keçirəcəyini demişdir. Cavabdehin bu inamlı davranışları iddiaçıda ona qarşı etibar yaratmışdır. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 yanında yeni tikilmiş binalarda ucuz evlər var. Pul göndərsə onu da ala bilər. İddiaçı bu minvalla ona banklar üzərində rəsmi pullar göndərməkdə davam etmişdir. Cavabdeh bu pulları alandan sonra iddiaçıya müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, iddiaçı onunla telefon əlaqəsi yaratmağa çalışsa da xəstəyəm, danışa bilmirəm və s bu kimi bəhanələr gətirərək ona rəsmi qaydada göndərilən vəsaitləri mənimsəmişdir. Daha sonra ümumiyyətlə telefon zənglərini açmamışdır. Həmçinin, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin e-16(032)- 19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin 18 mart 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin e-16(032)- 19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, e-2(032)- 805/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbində həcminin artırılmasına zərurət yaranmışdır. Odur ki, Cavabdeh1 246.294 manat borcun və ödənilmiş 536 manat 29 qəpik dövlət rüsumunun tutularaq iddiaçıya verilməsini, eyni zamanda Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticilərin ləğv edilməsi barədə qətnamə çıxarılmalısını xahiş etdi. O, həmçinin bildirdi ki, Ziraat Bankası və YapıKredi banklarından göndərilmiş banklarından göndərilmiş pulları Cavabdeh1 Türkiyədə olan zaman yəni münasibət davam edən dövrdə deyil, Azərbaycan Respublikasında özü əldə edərək, öz xərclərinə sərf etmiş, həmin pulların göndərilməsi təyinatı da bank çıxarışlardan göründüyü kimi borc məqsədli olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır və həqiqətdən uzaqdır. İddia ərizəsi ziddiyyətlidir, ərizədə gah onun iddiaçıdan onun pullarını Azərbaycan respublikasında ucuz daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmağı üçün almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc olaraq almağı qeyd olunub. Onun iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları olmayıb. Onun iddiaçı ilə ondan borc almağı barədə müqavilələri də olmayıb, iddiaçıdan heç vaxt borc pul almamışdır. Onun göndərdiyi pulların da borc məqsədli göndərdiyi barədə heç vaxt ona bildirməmiş və iddiaçı yalnız belə bir tələblə müraciət edəndə hazırda məhkəmə iclasında bu barədə məlumatı olmuşdur. O, iddiaçının pulları hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə,o uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir getmişdir. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var bizim evliliyimiz nece olacaq. O da deyib ki, biz aşirətik bizdə çox arvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. O ona bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvet edir, ailəsinə isə bildirib ki, guya o qonaqdır. Orada onu öz atası və anası ilə tanış edib. Bundan sonra iddiaçı onu Türkiyədə yaşamağa dəvət edib, o da anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa getmişdir. Orada iddiaçı oğlu X23 Mərkəzinə yazdırıb,onu məktəbdə öz oğlu kimi təqdim edib. Onlara kirayə ev tutub. Özü də həm o biri ailəsinin yanına, həm də onların yanlarına gedib gəlib. Yaşadıqları sitədə (məhəllədə) hami onları ərarvad olaraq tanıyıb.Təxminən 3 ay yaşadiqdan sonra o evə az-az (iki-üç gündən bir) gəlib getməyə başlayıb, tədricən onların arasında mübahisələr və soyuqluq yaranıb. İddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən o orta təhsilli, xəstə övladı olan qadındır, heç bir biznes fəaliyyəti bacarmır və məşğul olmamışdır. İddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları var. O hansı əsasla onunla iş birliyi qura bilərdi. Onlar iddiaçı ilə faktik ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. İddiaçınin ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fealiyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs iddaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuşdur, onların arasında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı təmsil etdiyi şəxslə evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə, o, uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir neçə dəfə oğlunu aparmadan özü Türkiyəyə iddiaçının yanına gedib. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var, bizim evliliyimiz necə olacaq.” O da deyib ki, “biz aşirətik bizdə çoxarvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. İddiaçı cavabdehə bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvət edir, ailəsinə isə bildirib ki, guya o, qonaqdır. Təmsil etdiyi şəxs iddiaçı ilə faktiki olaraq ərarvad münasibətlərində olublar. Bunu təsdiq edən videogörüntülər var. Həmçinin, iş məhkəmənin icraatında olduğu dövrdə də iddiaçı tərəfindən cavabdehin anasının hesabına pul göndərilmişdir, əgər iddiaçının da dediyi kimi cavabdehə aralarında yalnız borc münasibətləri olmuşdusa niyə aldadılığını bildikdən sonra da o pul göndərməyə davam etmişdir. İddianın təmin olunmaması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (X24), iddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun alınması və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Şirvan şəhər Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən tərəflər arasında borc müqaviləsinin olmamasını, cavabdehə göndərilmiş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə öhdəliyinin götürülməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini, iddiaçı tərəfindən cavabdehə verilən pulların bağışlama niyyəti ilə həyata keçirilməsini əsas kimi göstərmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və tərəflərin qarşılıqlı münasibətlərindən aşağıdakı faktların işin mübahisəsiz halı olduğu öz təsdiqini tapır: Mülki işin 1-ci mübahisəsiz halı: Bank hesab məlumatlarından çıxarışlardan görünür ki, İddiaçı Hüseyn tərəfindən Cavabdeh1 bank hesabına Yapı kredi Bankı vasitəsi ilə xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlərdə ümumilikdə 499.600 türk lirəsi, Ziraat Bankı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlərdə isə 4.481.300 türk lirəsi olmaqla, cəmi 4.980.900 türk lirəsi məbləğində pul köçürülmüşdür. Mülki işin 2-ci mübahisəsiz halı: İddiaçı tərəfindən rəsmi bank hesabı vasitəsi ilə Cavabdeh1 məxsus bank hesabına köçürülən 4.980.900 türk lirəsi təyinatlı olaraq köçürülmüşdür. Belə ki, həmin köçürmələrin hamısı geri qaytarmaq şərti ilə borc göndərişi qismində köçürülmüşdür. Mülki işin 3-cü mübahisəsiz halı: Cavabdeh1 tərəfindən məhkəmə iclasında izahat verilərək bildirilmişdir ki, həqiqətən İddiaçı onun oğlunu Türkiyədə müalicə etdirmiş və onlar qeyri-rəsmi münasibətlərdə ər-arvad kimi nikahda olmuşlar. Cavabdeh eyni zamanda həmin dövrlərdə işləməmiş və hər hansı bir qazancı olmamış və iddiaçının ona baxdığını bildirmişdir. Mülki işin 4-cü mübahisəsiz halı: Cavabdeh1 heç bir gəlir əldə etmədiyi halda “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və ünvan 1 ünvanda yerləşən 0,003 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsini əldə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazda iddiaçı ilə münasibətləri kəsiləndən sonra belə Azərbaycanda olarkən iddiaçının ona pul göndərdiyini etiraf etmişdir. Göründüyü kimi, Şirvan şəhər Məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilərkən işin mübahisəsiz halları nəzərə alınmamış və səhv nəticəyə gəlinmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən bank hesabı vasitəsi ilə göndərilən pullar həmin şəkildə də geri qaytarılmalı idi. Nəzərə alsaq ki, pulu göndərən İddiaçı türk vətəndaşıdır. Həmin şəxsin olduğu dövlətdə borca verilmiş pul hansı şəkildə verilmişdirsə həmin formada da geri qaytarılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bank vasitəsi ilə göndərilən pullar təyinatlı olaraq geri qaytarmaq şərti ilə borc göndərişi qismində verilmişdir. Şirvan şəhər Məhkəməsi tərəfindən kobud səhv olaraq həmin pulların bağışlanma niyyəti ilə verilməsi göstərilmişdir. Çox maraqlı haldır ki, məhkəmə gəldiyi qənaətdə göstərir ki, iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, nə iddiaçı, nə də cavabdeh iddia ərizəsində, iddia ərizəsinə etirazda və məhkəməyə verdikləri izahatlarda bu barədə heç bir fikir səsləndirməmişdir. Digər tərəfdən iddiaçı bağışlama düşüncəsi ilə cavabdehə pul verilməsini sübut etməli deyildi. Yəni məhkəmənin bu məntiqi çox absurddur. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, pul rəsmi qaydada bank vasitəsi ilə geri qaytarmaq şərti ilə borc olaraq göndərilmiş, cavabdeh isə həmin pulların ona göndərildiyini etiraf edir. Cavabdeh qeyri-rəsmi ailə münasibətlərini bildirir. Mülki iş üzrə sübutlar onu təsdiq edir ki, cavabdeh iddiaçının borca verdiyi pulu öz məqsədləri üçün istifadə etmiş və varlanmışdır. Bu səbəbdən də Şirvan şəhər Məhkəməsinin qətnaməsi ədalətsizdir, həqiqəti əks etdirmir, mülki işdə olan maddi sübutlara uyğun olmamaqla, aidiyyəti olmayan hüquq normalarına istinad edilməklə çıxarılmış və öz-özlüyündə absurd bir qətnamədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı X15 Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək, iddiaya etirazda bildirdiyi halları göstərmiş, eyni zamanda əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alğı-satqı yolu ilə pul qazanmağımız barədə heç bir razılaşmaları olmamışdır. İddiaçı ilə ondan borc almaları barədə heç bir müqavilələri və razılaşmaları olmamış, iddiaçıdan heç vaxt borc pul olmamışdır. İddiaçının pulları hesabına əsassız varlanmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı X15 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və vəkili onun xəstə olmasını, bu səbəbdən də iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakının təmin edilməsi yolu keçirilməsini xahiş etmiş, lakin cavabdehin xəstəliyi, ümumiyyətlə iştirakının üzürlü olub-olmaması ilə bağlı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyinin təmin edilməsi məqsədi ilə iş üzrə Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçı X11 apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. 3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinin tələbinə görə Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinin tələbinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. .(24 oktyabr 2023-cü ilə qədər qüvvədə olan mətn) 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (24 oktyabr 2023-cü ilə qədər qüvvədə olan mətn) 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (24 oktyabr 2023-cü ilə qədər qüvvədə olan mətn) 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.(24 oktyabr 2023-cü ildən sonra qüvvədə olan mətn) 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağ lanılmalıdır. (24 oktyabr 2023-cü ildən sonra qüvvədə olan mətn). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanunu 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz. 1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər. 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. 5.2. Bir ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin imperativ normalarına, müqavilədə əsas götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə alınmalıdır. 17.1. Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz. 17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır. 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: Türkiyə Respublikasında formalaşmış hüquq təcrübəsinə görə (X5 13-cü Hüquq Dairəsinin 2019/342 E., 2020/2100 K. saylı qərarı) köçürmə yolu ilə göndərilən borc pulun qəbzində (dekont) açıqlama hissəsində yalnız “borc” ifadəsinin yazılması, göndərilən pulun borc kimi verildiyinin qəbul edilməsi üçün kifayət sayılmışdır. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 dekabr 2023-cü il tarixli qərarı; 5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin. 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər Mülki Prosessual Məcəllə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər. 441.1. Əcnəbilərin prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin qanunları ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. Bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir. Beləliklə məhkəmə iddiaçı X11 Cavabdeh1 borc olaraq verdiyini iddia etdiyi 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat pul vəsaitinin borc kimi deyil, iddiaçının Cavabdeh1 bağışladığı əmlak kimi qəbul etmiş, bağışlamadan imtina üçün əsasların olmaması qənaəti ilə iddianı rədd etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddianı rədd edərkən qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin qanunvericilik hazırkı iş üzrə “vicdanlı alıcı” olan Cavabdeh2 hüquqlarının qorunmasını tələb etdiyindən və bu səbəbdən də, nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsinə qanuni əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının iddia tələbi 2 (xahişdən) hissədən ibarətdir:

1. Cavabdeh1 qarşı borc kimi verilmiş 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat pul vəsaitinin geri qaytarılması.

2. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci xahişi, yəni Cavabdeh1 qarşı borc kimi verilmiş 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat pul vəsaitinin geri qaytarılması iə bağlı araşdırma apararaq (iddiaçının iddiasının əsası kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirmə:)aşağıdakıları müəyyən edir. İddiaçı iddia tələbində və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, bank hesab məlumatlarından çıxarışlardan görünür ki, İddiaçı Hüseyn tərəfindən Cavabdeh1 bank hesabına Yapı kredi Bankı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlərdə ümumilikdə 499.600 türk lirəsi, Ziraat Bankı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrlərdə isə 4.481.300 türk lirəsi olmaqla, cəmi 4.980.900 türk lirəsi məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən rəsmi bank hesabı vasitəsi ilə Cavabdeh1 məxsus bank hesabına köçürülən 4.980.900 türk lirəsi təyinatlı olaraq köçürülmüşdür. Belə ki, həmin köçürmələrin hamısı geri qaytarmaq şərti ilə borc göndərişi qismində köçürülmüşdür. Cavabdeh1 tərəfindən məhkəmə iclasında izahat verilərək bildirilmişdir ki, həqiqətən İddiaçı onun oğlunu Türkiyədə müalicə etdirmiş və onlar qeyri-rəsmi münasibətlərdə ər-arvad kimi nikahda olmuşlar. Cavabdeh eyni zamanda həmin dövrlərdə işləməmiş və hər hansı bir qazancı olmamış və iddiaçının ona baxdığını bildirmişdir. Cavabdeh1 heç bir gəlir əldə etmədiyi halda “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və ünvan 1 ünvanda yerləşən 0,003 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsini əldə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazda iddiaçı ilə münasibətləri kəsiləndən sonra belə Azərbaycanda olarkən iddiaçının ona pul göndərdiyini etiraf etmişdir. Göründüyü kimi, Şirvan şəhər Məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilərkən işin mübahisəsiz halları nəzərə alınmamış və səhv nəticəyə gəlinmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən bank hesabı vasitəsi ilə göndərilən pullar həmin şəkildə də geri qaytarılmalı idi. Nəzərə alsaq ki, pulu göndərən İddiaçı türk vətəndaşıdır. Həmin şəxsin olduğu dövlətdə borca verilmiş pul hansı şəkildə verilmişdirsə həmin formada da geri qaytarılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bank vasitəsi ilə göndərilən pullar təyinatlı olaraq geri qaytarmaq şərti ilə borc göndərişi qismində verilmişdir. Şirvan şəhər Məhkəməsi tərəfindən kobud səhv olaraq həmin pulların bağışlanma niyyəti ilə verilməsi göstərilmişdir. Çox maraqlı haldır ki, məhkəmə gəldiyi qənaətdə göstərir ki, iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, nə iddiaçı, nə də cavabdeh iddia ərizəsində, iddia ərizəsinə etirazda və məhkəməyə verdikləri izahatlarda bu barədə heç bir fikir səsləndirməmişdir. Digər tərəfdən iddiaçı bağışlama düşüncəsi ilə cavabdehə pul verilməsini sübut etməli deyildi. Yəni məhkəmənin bu məntiqi çox absurddur. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, pul rəsmi qaydada bank vasitəsi ilə geri qaytarmaq şərti ilə borc olaraq göndərilmiş, cavabdeh isə həmin pulların ona göndərildiyini etiraf edir. Cavabdeh qeyri-rəsmi ailə münasibətlərini bildirir. Mülki iş üzrə sübutlar onu təsdiq edir ki, cavabdeh iddiaçının borca verdiyi pulu öz məqsədləri üçün istifadə etmiş və varlanmışdır. Bu səbəbdən də Şirvan şəhər Məhkəməsinin qətnaməsi ədalətsizdir, həqiqəti əks etdirmir, mülki işdə olan maddi sübutlara uyğun olmamaqla, aidiyyəti olmayan hüquq normalarına istinad edilməklə çıxarılmış və öz-özlüyündə absurd bir qətnamədir. Cavabdeh1 iddiaya etirazından müəyyən edilir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır və həqiqətdən uzaqdır. İddia ərizəsi ziddiyyətlidir, ərizədə gah onun iddiaçıdan onun pullarını Azərbaycan respublikasında ucuz daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqısatqı yolu ilə pul qazanmağı üçün almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc olaraq almağı qeyd olunub. Onun iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları olmayıb. Onun iddiaçı ilə ondan borc almağı barədə müqavilələri də olmayıb, iddiaçıdan heç vaxt borc pul almamışdır. Onun göndərdiyi pulların da borc məqsədli göndərdiyi barədə heç vaxt ona bildirməmiş və iddiaçı yalnız belə bir tələblə müraciət edəndə hazırda məhkəmə iclasında bu barədə məlumatı olmuşdur. O, iddiaçının pulları hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə,o uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək iddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var bizim evliliyimiz nece olacaq. O da deyib ki, biz aşirətik bizdə çox arvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib, ona bildirmişdir ki, onu ailəsi ilə tanış etməsi üçün dəvət edir, ailəsinə isə bildirib ki, guya o, qonaqdır. Orada onu öz atası və anası ilə tanış edib. Bundan sonra iddiaçı onu Türkiyədə yaşamağa dəvət edib, o da anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa getmişdir. Orada iddiaçı oğlu X23 Mərkəzinə yazdırıb, onu məktəbdə öz oğlu kimi təqdim edib, onlara kirayə ev tutub, özü də həm o biri ailəsinin yanına, həm də onların yanlarına gedib gəlmişdir. Yaşadıqları sitədə (məhəllədə) hami onları ər-arvad olaraq tanıyıb.Təxminən 3 ay yaşadiqdan sonra o evə az-az (iki-üç gündən bir) gəlib getməyə başlayıb, tədricən onların arasında mübahisələr və soyuqluq yaranıb. İddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən o orta təhsilli, xəstə övladı olan qadındır, heç bir biznes fəaliyyəti bacarmır və məşğul olmamışdır. İddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları var. O hansı əsasla onunla iş birliyi qura bilərdi. Onlar iddiaçı ilə faktik ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. İddiaçının ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fəaliyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası tərəflər arasında mövcud olan hüquq münasibətinə qiymət verməzdən əvvəl qeyd edir ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı tələbinin əsası kimi Yapı kredi Bankdan və Ziraat Bankdan çıxarışlar təqdim edərək, Cavabdeh1 hesabına Yapı kredi Bankı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixdək olan müxtəlif vaxtlarda təyinatı borc kimi göstərilməklə ümumlikdə 499600 türk lirəsi, Ziraat Bankı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təyinatı borc kimi göstərilməklə 4.481.300 türk lirəsi olmaqla, ümumilikdə 4.980.900 türk lirəsi məbləğində pul köçürülməsi barədə sübut təqdim etmişdir. Birinci instansiya məhkəməsi də həmin çıxarışlara sübut kimi hüquqi qiymət verərək iş materiallarına əlavə etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən çıxarışlar Türkiyə Respublikasında fəaliyyət göstərən Yapı kredi Bank və Ziraat Bankdan əldə edilmiş, həmin sübutların mötəbərlilik kriteriyası, ümumiyyətlə həmin sənədlərin Azərbaycan Respublikası ərazisində hansı halda sübut kimi qəbul edilə bilmə əsasları birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Kollegiya yuxarıda qeyd edilən qanunun tələbləri baxımından qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilən bankdan çıxarışların Türkiyə Respublikası ərazisində olan Banklar tərəfindən verilməsi həmin çıxarışların Azərbaycan Respublikası məhkəmələri tərəfindən sübut kimi qəbul edilməməsini, yəni etibarlı olmasını istisna edə bilməz. Lakin həmin sənədlərin mötəbərliliyi məhkəmə tərəfindən yoxlanılmalıdır. Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında İddiaçı Yapı kredi Bankdan və Ziraat Bankdan verilmiş və Azərbaycan Respublikası ərazisində notariat tərəfindən təsdiq edilmiş çıxarışları yenidən təqdim etmişdir. Kollegiya həmin bank çıxarışlarına mötəbərlilik kateqoriyasından yanaşaraq qeyd edir ki, həmin bank çıxarışlarının qəbul edilməsi apellyasiya məhkəməsi tərəfindən əlavə sübut toplama kimi deyil, mövcud təqdim edilmiş sənədlərin mötəbərliliyinin dəqiqləşdirilməsi kimi qəbul edilməli və həmin çıxarışlar əsasında hazırkı işin hallarına hüquqi qiymət verilməlidir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili əldə edilmiş sənədlərin apellyasiya icraatı zamanı sübut toplamağa yönələn hərəkət kimi qiymətləndirərək nəzərə alınmamasını xahiş etmişdir. Kollegiya cavabdehin nümayəndəsi və vəkilinin bu mövqeyi ilə razılaşmır. Əvvəla qeyd olunmalıdır ki, Xarici elementli mübahisələrə baxılarkən müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Bunlar iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar hesab edilir. İkincisi tərəflərin bildirdikləri faktiki hallara aydınlıq gətirilmədən yekun nəticəyə gəlinməsi, başqa sözlə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Üçüncüsü iş üçün mühüm əhəmiyyəti olan aydınlaşdırılmamış faktiki halların apellyasiya icraatı zamanı aydınlaşdırılması əlavə sübut toplamağa yönələn hərəkət kimi qəbul edilə və MPM-in 78.4,372.2- ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası və Turkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Razılığa gələn tərəflərin birinin ölkəsində tərtib olunmuş və rəsmi təsdiq edilmiş sənədlər razılığa gələn digər tərəfin ədliyyə idarələrində leqallaşmadan azad edilir. Həmin qanunun 12-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, razılığa gələn tərəflərin birinin rəsmi idarələri tərəfindən tərtib olunmuş sənədlər razılığa gələn digər tərəfin ərazisində rəsmi sənədlərlə eyni qüvvəyə malikdir. Məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Xarici elementli mübahisələrə baxılarkən müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. (Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 14 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: 2.1;2.2;4.1;4.2- bəndləri) İşin hallarından da göründüyü kimi iddiaçı Cavabdeh1 hesabına Yapı kredi Bankı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müxtəlif vaxtlarda göndərdiyi 499600 türk lirəsinin, Ziraat Bankı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək göndərdiyi 4.481.300 türk lirəsinin, ümumilikdə 4.980.900 məbləğində türk lirəsinin həmin banklar vasitəsi ilə göndərərkən təyinatını borc kimi göstərmiş, təqdim etdiyi hesabdan çıxarışlarda da həmin pul vəsaitlərinin Cavabdeh1 tərəfindən qəbul edildiyi göstərilmişdir. İşin məhz mübahisəsiz halı da ondan ibarətdir ki, iddiaçı X17 ilə Cavabdeh1 arasında 2021-ci ildə tanışlıq olmuş və onlar qeyri-rəsmi münasibətdə olmuşlar. X19 Tanrıverdiyeva ilə 2021-ci ildə 4-5 ay münasibətləri olduğunu, bundan sonra aralarında olan münasibətlərin sadəcə dostluq münasibəti olaraq davam etdiyini bildirmiş, Nərminin həmin müddətdə ona Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak və maşının ucuz olduğunu, ona pul göndərərək əmlak almaqla pul qazana biləcəklərini bildirmişdir. Buna görə də X19 Tanrıverdiyeva ümumilikdə 4.980.900 məbləğində türk lirəsini təyinatı borc kimi göstərməklə göndərdiyini bildirmişdir. Cavabdeh Nərmin Tanrıverdiyevlə əvvəlcədən razılaşdıqları kimi (verilən borcun qaytarılması şərti ilə) göndərilən pulların müqabilində cavabdeh Azərbaycan Respublikası ərazisində ev, maşın, torpaq alacaqları, aldıqları həmin əmlakları sonradan satacaqları və əldə olunmuş gəlirdən ilk öncə iddiaçının verdiyi borcu geri qaytarmaq şərti ilə yerdə qalan gəliri böləcəklərini bəyan etmişlər, lakin cavabdeh vədinə əməl etməmiş, həmin pulun guya zəruri ehtiyaclarla bağlı göndərildiyini bildirərək öhdəlikdən yayınmaqla yanaşı, ümumiyyətlə iddiaçının telefon zənglərinə cavab belə verməmişdir. Cavabdeh1 isə həmin pulların ona Fazıloğlu Yavuz tərəfindən göndərildiyini etiraf etmiş, lakin həmin pulların təyinatının borc kimi deyil onların arasında olan qeyri-rəsmi ailə münasibətlərdən irəli gələrək göndərildiyini bildirmişdir. Apellyasiya icraatı zamanı iddiaçı Fazıloğlu Yavuz Cavabdeh1 etirazına münasibətdə qeyd etmişdir ki, o, cavabdehdən yalnız ona birgə iş görmək üçün təyinatını borc kimi göndərdiyi pulları tələb edir. O, indiyə kimi cavabdehin uşağının müalicəsinə dəfələrlə kömək etmiş, həmçinin cavabdehin özünün zəruri ehtiyaclarına xeyli müddət köməklik etmiş və həmin pulları cavabdehdən tələb etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya icraatı zamanı iddiaçı Fazıloğlu Yavuza sual verərək, əgər onların arasında münasibətlər bitmişdirsə hansı səbəbdən xx.xx.2025-ci il tarixdə 4000 TRY və 450 TRY pulları Cavabdeh1 göndərdiyini soruşmuş, iddiaçı Fazıloğlu Yavuz bildirmişdir ki, cavabdeh həmin vaxt İstanbulda olmuş, pulu bitdiyi üçün Yavuza zəng etmiş, Yavuzda ona 4000 TRY-nin yemek bedeli təyinatı ilə göndərmiş, 450 TRY isə hava limanı valiz ödemesi təyinatı ilə göndərmişdir. 4000 TRY və 450 TRY pulların göndərilməsi ilə bağlı çıxarışlar da cavabdehin vəkili tərəfindən təqdim edilmişdir. Göründüyü kimi həmin çıxarışlarda belə pulların hansı təyinatla göndərilməsi və qəbul edilməsi aydın şəkildə görünür. İddiaçı tərəfindən apellyasiya icraatı zamanı da təqdim edilmiş çıxarışlarda pulların təyinat olaraq borc kimi göndərildiyi və Cavabdeh1 tərəfindən həmin təyinatla borc olaraq qəbul edildiyi öz əksini tapır. Kollegiya qeyd edir ki, hal-hazırda tərəflər arasında mövcud münasibət iddiaçı tərəfindən borc kimi qiymətləndirildiyi halda Cavabdeh1 tərəfindən ailə münasibətlərindən irəli gələn zəruri xərclər kimi qiymətləndirilir. Kollegiya yuxarıda qeyd edilən qanunun normasını nəzərə alaraq belə qənaətə gəlir ki, mövcud münasibətə Türkiyə Respublikasının qanunvericiliyinin borcla bağlı müddəaları nəzərdən keçirilməlidir. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz. 17.2-ci maddəsinə əsasən Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır. Türkiyə Respublikasında formalaşmış hüquq təcrübəsinə görə (X5 13-cü Hüquq Dairəsinin 2019/342 E., 2020/2100 K. saylı qərarı) köçürmə yolu ilə göndərilən borc pulun qəbzində (dekont) açıqlama hissəsində yalnız “borc” ifadəsinin yazılması, göndərilən pulun borc kimi verildiyinin qəbul edilməsi üçün kifayət sayılmışdır. Göründüyü kimi iddiaçının təyinatını borc kimi göstərdiyi və Cavabdeh1 həmin təyinatla qəbul etdiyi ümumilikdə 4.980.900 məbləğində türk lirəsi təyinatında “borc” yazıldığından, Türkiyə Respublikası qanunvericiliyinin tələbləri baxımından da həmin münasibət borc kimi qəbul edildiyindən iddiaçın təqdim etdiyi bank çıxarışları tərəflər arasında borc münasibətinin yaranmasını nəzərdə tutan yazılı sənəd kimi qəbul edilməli, hazırkı işə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxıldığı mövcud mübahisəyə Mülki Məcəllənin borcla bağlı normalarının tələbinə əsasən qiymət verilməlidir. Çünki bir şəxsin digər şəxsə yazılı müqavilə tərtib etməklə borc verməsi Azərbaycan qanunvericiliyinə görə də, borc müqaviləsi hesab olunur. Belə ki, müqavilənin bağlanması üçün onda iştirak edən tərəflərin hüquqi nəticə yaradan iradələri qarşılıqlı şəkildə ifadə olunmalıdır. Bu iradə ifadələri bir tərəfin müqavilə bağlanmasına dair təklifi, digər tərəfin isə bu təklifi qəbul etməsi şəklində təzahür edir. İradə ifadəsi şəxsin özünün iradəsi və bu iradənin hər hansı bir formada xaricə ifadəsi ünsürlərindən ibarətdir. Lakin bir müqavilənin bağlanmış sayılması üçün bəzən yalnızca qarşılıqlı olan iradə ifadələri kifayət etmir. Bəzi hallarda buna tamamlayıcı ünsürlər də əlavə edilir. Məsələn, daşınmaz əmlakla bağlı müqavilə notarial qaydada bağlanması və reyestdə qeydə alınma tələbi əsasdır. Həmçinin, müqavilənin bağlanmış sayılması üçün təklif və qəbula (oferta və akspet) dair xüsusi tələblər, müqavilənin bağlanmış sayılması üçün onun formasından asılı olaraq bağlanma anları fərqlənmişdir. Beləliklə, bir müqavilənin mövcudluğundan bəhs etmək üçün ən az iki tərəfin qarşılıqlı və bir-birinə uyğun iradə ifadələri mövcud olmalı, bu iradə ifadələri oferta və aksept formasında qanunvericinin müəyyən etdiyi tələblərinə uyğun olmalı və nəhayət, bu iradə ifadələri müqavilənin bağlanma anı kimi onun formasından asılı olaraq qanunvericiliyə uyğun formada ifadə edilməlidir (əks etdirilməlidir). Yəni baxmayaraq ki, qarşılıqlı iradə ifadələri mövcud olmaqla, oferta və akseptin tələblərinə əməl edilmişdir, müqavilənin bağlanma anı onun ifadə edilmə tələblərinə əməl etdikdə mövcud olur. Əks halda müqavilə bağlanmış sayıla bilməz. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır. (Mülki Məcəllənin maddə 408.1,408.3.) İddiaçı tərəfindən Cavabdeh1 pulların göndərildiyi dövr xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan vaxtı əhatə edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.(24 oktyabr 2023-cü ildən sonra qüvvədə olan mətn) Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (24 oktyabr 2023-cü ildən sonra qüvvədə olan mətn) Kollegiya qeyd edir ki, MPM-in 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilən və notarial qaydada təsdiq edilmiş bank çıxarışları tərəflər arasında mövcud olan borc münasibətini təsdiq edən yazılı sənəddir. Belə ki, həmi çıxarışlarda iddiaçı Fazıloğlu Yavuz Cavabdeh1 göndərdiyi pullarda həmin pulların təyinatını borc kimi göstərməklə təklifini borc formasında etmiş, cavabdeh də həmin pulları qəbul edərkənhesabından çıxararkən pulların borc kimi göndərildiyini aksept etmiş, beləliklə tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılaşmaqla borc münasibətinə daxil olmuşlar. Cavabdeh1 iddia tələbinə etiraz edərək göndərilən (cavabdehə 246294 manat bank köçürmələri ilə geri qaytarmaq şərti ilə borc olaraq göndərilməsi işin mübahisəsiz halı kimi müəyyən edilir.) pulların ona iddiaçı ilə aralarında 2021-ci ildən olan qeyri-rəsmi ailə münasibətlərdən irəli gələrək ailənin zəruri xərcləri üçün göndərildiyini bildirmiş və etirazının əsasları kimi iddiaçı ilə beş ilə yaxın müddətdə ər-arvad kimi yaşamalarını məhkəməyə sübut kimi dəvət etdiyi rəfiqəsi Şahid1 İrizvan qızı və anası Şahid2 təsdiq edə biləcəyini, həmçinin onun mütəmadi olaraq Turkiyə Respublikasına gedib-gəlməsini təsdiq edən ölkədən çıxış girişinin olmasını əsas göstərmişdir. Birinci instanisya məhkəməsi məhz yuxarıda adları qeyd olunan şahidlərin verdiyi ifadələrinə istinad edərək iddiaçı X17 ilə cavabadeh Cavabdeh1 uzun müddət birgə yaşayan ər-arvad kimi qəbul etmiş və ona qarşı borc verilmiş pulun geri qaytarılması iddiasını təmin etməmiş, həmçinin verilən pulları iddiaçı tərəfindən ailənin zəruri ehtiyacı kimi qiymətləndirərək hesab etmişdir ki, hədiyyə geri qaytarılmır. Kollegiya cavabdehin iddia tələbinə etirazının əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həm iddiaçı həm də cavabdeh iddia edir ki, aralarında tanışlıq və sonradan dostluğa çevrilən münasibətin yaranma müddətini 2021-ci ilə təsadüf edir. İddiaçı cavabdehlə aralarında tanışlıq və dostluq müddətinin 4-5 ay davam etdiyini, cavabdeh isə qeyri-rəsmi ailə münasibətinin 5 ilə yaxın müddətdə (halbuki Nərmin Tanrıverdyeva iddia tələbinə etirazında ər-arvad kimi 3 ay yaşadıqdan sonra aralarında soyuqluq yarandığını özü təsdiq edir.) olduğunu iddia edir və bunu təsdiq edən şəxslər kimi rəfiqəsi Şahid1 İrizvan qızı və anası Şahid2 göstərir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid1 İrizvan qızı göstərmişdir ki, “Cavabdeh1 onun 2019-cu ildən həm rəfiqəsi həm də, qonşusudur. O, Nərminlə Yavuz bəyin münasibətlərinin 2019-cu ilin sonu və 2020-ci ildə ailə münasibətlərində olduğunu bilir. Uzun müddətdir İstanbulda bir yerdə ailə kimi yaşamışlar, Yavuz bəy həmişə ailəsinə pul xərcləmişdir. X26 borc kimi pul göndərməsindən məlumatı olmamışdır. Digər şahid qismində ifadə verən cavabdehin anası Şahid2 göstərmişdir ki, “ qızı ilə Yavuz ailə kimi bir yerdə yaşamışlar. Yavuz ona ana deyə müraciət etmiş o, da Yavuza oğlum deyə müraciət etmişdir. Yavuzla qızı bir-birlərini sevmişlər, lakin sonradan aralarında olan münasibətlər pozulmuşdur. Uzun müddət Yavuz onlara ailə kimi baxmış, Nərminin ehtiyaclarını qarşılamışdır. Lakin Yavuzun ona borc göndərməsindən məlumatı yoxdur.” Kollegiya iddiaçının iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88 maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən dindirilən şahid ifadələrinin səhv təfsir edərək iddia tələbinin rəddinə yönələn hərəkət kimi qiymətləndirmiş, iddiaçı tərəfindən təqdim edilən sübutları isə tələbin təmin edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Kollegiya qeyd edilən şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, şahid ifadələri iddia tələbini rədd etmək üçün mötəbər sübut əhəmiyyətinə malik deyildir. Əvvəla qeyd edilməlidir ki, həmin şahidlərdən Şahid1 cavabdehin rəfiqəsi olmaqla iddiaçı ilə cavabdehin ailə münasibətlərində olduğu müddəti 2019-2020-ci illərə təsadüf etdiyini göstərməklə (Bu hala apellyasiya icraatı zamanı iddiaçı X18 haqlı olaraq xüsusilə etiraz etmiş, şahidin bilə-bilə yalan ifadə verməsinə diqqət çəkməklə buna hüquqi qiymət verilməsini xahiş etmişdir.) yalan ifadə vermiş, halbuki həm iddiaçı həm də, cavabdeh aralarında olan ilk tanışlığın 2021-ci ildə olduğunu bildirir. İkincisi Şahid2 cavabdehin anasıdır, bu isə onu göstərir ki, onlar iddia tələbinin təmin olunmamasında maraqlı olmuşlar və milli adət-ənənə də nəzərə alınarsa onun bilərəkdən cavabdehin xeyrinə ifadə verməsi qaçınıllmazdır və bu məqamların məhkəmə tərəfindən aydınlaşdırılması kifayət qədər çətindir. Bundan əlavə qeyd edilməlidir ki, həmin şahidlərin mübahisə predmeti olan iddiaçı tərəfindən cavabdehə borc göndərməsindən məlumatlarının olmamasını bildirmişlər. Bu da həmin sübutun sübutedici əhəmiyyətini aradan qaldırır. Üçüncüsü Cavabdeh1 mütəmadi olaraq Türkiyə (İstanbul şəhərinə) Respublikasna gedib-gəlməsi, heç də iddiaçı X20 ilə birgə qeyri-rəsmi ailə kimi yaşamasının sübutu kimi qəbul edilə bilməz. Dördüncüsü məhkəmənin gəldiyi nəticə ilə tərəflərin məhkəməyə bildirdikləri fərqli olmuşdur. Belə ki, “məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən 246294 manat pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair hər hansı sübut mövcud olmadığından məhkəmənin mövqeyinə görə verilən pul vəsaitinin borc kimi deyil bağışlanmış əmlak kimi verilməsi kimi qiymətləndirilməlidir.” Baxmayaraq ki, cavabdeh məhkəməyə iddiaçı tərəfindən göndərilən 246294 manat pul vəsaitinin ailə kimi yaşadığından ailənin zəruri ehtiyacı kimi xərc olaraq verildiyini iddia etmiş, lakin sonradan məhkəmənin bu mövqeyi ilə razılaşaraq qətnaməni apaellyasiya qaydasında mübahisələndirməmiş, dolayısı ilə özlərinin məhkəməyə bildirdiklərindən, məhkəmənin gəldiyi fərqli mövqeylə razılaşmış, həmçinin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin göndərilən pul vəsaitinin nə borc, nə hədiyyə kimi deyil, ailənin zəruri ehtiyaclarının ödənilməsi üçün göndərilən pul vəsaiti kimi qəbul edərək iddia tələbinə etirazlarının əsaslarını müdafiə etdiklərini bildirmişdir. Beşincisi nəzərə almaq lazımdır ki, hədiyyə edilmiş əmlakla ailənin zəruri ehtiyaclarına xərclənən pul vəsaiti mahiyyət və nəticə etibarilə bir-birindən xeyli fərqlənir. Belə ki, hədiyyə konkret şəxsə verilir və prinsip etibarilə onun şəxsi mülkiyyəti sayılır, hədiyyəni alan şəxs həmin əmlakdan necə istifadə edəcəyinə özü qərar verir. Hüquqi baxımdan bir çox hallarda (xüsusilə ailə qanunvericiliyində) hədiyyə edilmiş əmlak ümumi ailə əmlakı deyil, şəxsi əmlak kimi qiymətləndirilir. Hədiyyə daha çox şəxsi dəyər, diqqət və münasibətin göstəricisi kimi qəbul olunur. Ailənin zəruri ehtiyaclarına xərclənən pul vəsaiti isə ailənin ümumi rifahına qida, yaşayış, təhsil, sağlamlıq və s. kimi əsas ehtiyaclara yönəlir. Xərclənən pul konkret bir şəxsin əmlakı kimi qalmır, ailə üçün xərclənir, bu cür xərclər çox vaxt ailə üzvlərinin bir-birinə qarşı öhdəliyi və məsuliyyəti kimi dəyərləndirilir. Xərclənən pul artıq mövcud olmur, əvəzində yaşayış və sabitlik təmin edilir. Başqa sözlə əsas fərq hədiyyə şəxsi hüquq və sahiblik yaradır, zəruri xərclər isə ümumi fayda yaradır, amma şəxsi mülkiyyəti formalaşdırmır. Kollegiya həmçinin qeyd edir ki, həm Azərbaycan Respublikası həm də, Türkiyə Respublikası Ailə qanunvericiliyində ər-arvad arasında ailə münasibətlərinin yaranmasını, yəni ər-arvad arasında nikahdan irəli gələn hüquq və vəzifələrin yaranmasını nikahın rəsmi qeydə alınması ilə əlaqələndirir. Birgə yaşama, dini nikah və ya “faktiki nikah” rəsmi nikah hesab edilmir. Yəni, sadəcə bir yerdə yaşamaq və ya özünü ailə kimi aparmaq hüquqi baxımdan ailə münasibəti yaratmır. Qeyri-rəsmi nikahda olan şəxslər ər-arvad sayılmır, bir-birinə qarşı ərarvad hüquq və vəzifələrinə malik olmur, birgə əldə edilən əmlak avtomatik olaraq ümumi mülkiyyət sayılmır. Bundan başqa 4-5 ay ailə kimi ilişkilərdə olma adətən: tanıma mərhələsidir, bu zaman real həyat məsuliyyətləri hələ paylaşılmır. Psixoloji olaraq bu mərhələ ailə yox, “münasibətin başlanğıcı” hesab olunur. Başqa sözlə nikahsız münasibət ailə sayılmır, qadınkişi ər-arvad hökmündə olmadığından onlar arasında hüquq və öhdəliklər də yaranmır. Yəni 4- 5 aylıq faktiki dostluq, nikah yoxdursa qanunvericilik baxımdan ailə deyil. Ailə olmaq üçün zaman, məsuliyyət, sabitlik və (əsasən) nikah lazımdır. Bu müddət ərzində kişi ilə qadın arasında emosional bağlılıq (yalnız hiss yox, dərin bağ), sabitlik və davamlılıq, birgə qərarlar və məsuliyyət, “biz” düşüncəsinin formalaşmamışdır. Belə olan halda “biz ailə idik” demək nə faktiki nə də hüquqi cəhətdən doğru hesab edilə bilməz. Nikah olmadan ailə anlayışı yoxdur. Ailə anlayışı olmadığı halda borc kimi göndərilən pullar da, ailənin zəruri ehtiyaclarının ödənilməsi kimi qəbul edilə bilməz. Göründüyü kimi cavabdehin ona göndərilən pulların ailənin zəruri ehtiyacları ilə bağlı olduğunu bildirsə də, tərəflər arasında ailə münasibətlərindən irəli gələn “Ailəni saxlamaq vəzifəsi” mövcud olmamışdır. Digər tərəfdən iddiaçı özü də izahatında Cavabdeh1 2021-ci ildən münasibətləri olduğu müddətdə Nərminin uşağının xəstəliyi ilə bağlı xərclər çəkdiyini, İstanbul şəhərində kirayə ev tutduğunu, həmin evi təmir etdiyini, digər zəruri xərclərini köməklik (bununla bağlı bank köçürmələrini məhkəməyə təqdim etmiş, həmin köçürmələrdə göndərilən pulların təyinatında borc qeyd edilməmişdir.) etdiyini, lakin həmin pulları tələb etmədiyini, həmin pulları birgə münasibətləri ilə bağlı verdiyini bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də, tərəflər arasında Votsap yazışmalarında cavabdeh iddiaçıya ev şəkilləri, maşın şəkilləri atmış, həmin yazışmalarda evin ölçüləri, forması barədə məlumatlar vermiş, iddiaçı həmçinin cavabdehə maşınları alarkən yaxşı yoxlatdırması barədə sözlər demişdir. İddiaçının mübahisələndirdiyi ümumilikdə 4.980.900 məbləğində türk lirəsinin, yəni 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manatın dolanacaq xərcləri kimi göndərilməsi də ağlabatan qəbul edilə bilməz. Belə ki dolanacaq xərcləri şəxslərin gündəlik yaşamı ilə bağlı zəruri ehtiyacları özündə əhatə edir. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı yekun olaraq müəyyən edir ki, iddiaçının mübahisələndirdiyi məbləğ cavabdehə əvvəlcədən razılaşdıqları kimi (verilən borcun qaytarılması şərti ilə) göndərilən pulların müqabilində cavabdeh Azərbaycan Respublikası ərazisində ev, maşın, torpaq alacaqları, aldıqları həmin əmlakları sonradan satacaqları və əldə olunmuş gəlirdən ilk öncə iddiaçının verdiyi borcu geri qaytarmaq şərti ilə yerdə qalan gəliri böləcəklərini bəyan etmişlər, lakin cavabdeh vədinə əməl etməmiş, həmin pulun guya zəruri ehtiyaclarla bağlı göndərildiyini bildirərək öhdəlikdən yayınmaqla yanaşı, ümumiyyətlə iddiaçının telefon zənglərinə cavab belə verməmişdir. Kollegiya həmçinin qeyd edir ki, bank köçürməsinin hüquqi əhəmiyyəti ondadır ki, pul cavabdehin adına açılmış hesabına köçürülmüş, konkret Cavabdeh1 yönəldilmiş, köçürmənin təyinatında “borc” göstərilmiş, şifahi razılaşma artıq yazılı sübutla təsdiqlənmiş, verilmə 2023- 2024-cü illərdə cavabdehə bank vasitəsilə Türk lirəsi ilə 4.980900 Azərbaycan manatı ilə 246.294 AZN təşkil etmişdir. Belə ki, köçürmənin təyinatında “borc” göstərilmiş, Pul geri qaytarılmaq şərtilə verilmiş, Bank köçürməsi isə hüquqi sistemdə ən güclü sübutlardan biridir, çünki həm tarix, həm məbləğ, həm də məqsəd müqavilədə göstərilmişdir. Bu sübut iddianın uğurlu olma ehtimalını artırmaqla yanaşı, nikahsızlıq faktoru hədiyyə yaxud ailənin zəruri ehtiyaclarını ödəmək üçün verilmə ehtimalını azaldır. Bank köçürməsi borcun mövcud olduğunu sübut edir. Beləliklə, məhkəmədə iddia güclü hesab olunur, yəni iddiaçı X11 iddiası hüquqi baxımdan əsaslıdır, Bank köçürməsi əsas sübutdur. Bundan başqa iddiaçı ilə cavabdeh arasında nikahın olmaması və münasibətin qısamüddətli olması borcun statusunu dəyişmir, çünki borc razılaşması yazılı və şifahi sübutlarla təsdiqlənib, Nikah və ya faktiki münasibət müddəti borcun mövcudluğunu ləğv etmir, çünki borcun verilməsi razılaşdırılmış və bu işdə olan bank köçürmələri ilə sübut olunmuşdur. Kollegiya iddiaçının iddia tələbinin birinci xahişi ilə bağlı yekun nəticəyə gəlir ki, iddiaçı iddia tələbində haqlıdır, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi sübutları iddianın təmin edilməsi üçün kifayətedicidir. Odur ki, iddia təmin edilməli Cavabdeh1 ******* TRY və ya 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc və ödənilmiş 536,29 manat dövlət rüsumu tutularaq iddiaçı X10 geri qaytarılmalıdır. Kollegiya iddiaçının 2-ci tələbi, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 istisna etmir ki, adı çəkilən nəqliyyat vasitəsini iddiaçı X7 göndərdiyi pullar hesabına almışdır. İşin hallarından müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin 18 mart 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, 2(032)-805/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. Qərardadın qəbul edilməsindən 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Cavabdeh1 “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixdə digər Cavabdeh2 120.000 manata satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Baxılan işdə İddiaçı Fazıloğlu Yavuz, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Cavabdeh1 ona 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat məbləğində borcu vardır və həmin nəqliyyat vasitəsi iddiaçının verdiyi borc pul hesabına əldə edilmişdir. Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqaviləsini bağlamaqla əslində uydurma əqd bağlamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır İddiaçı ona istinad edir ki, Cavabdeh1 iddiaçının göndərdiyi borc pullar hesabına mübahisəli nəqliyyat vasitəsini əldə etmiş, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadı qəbul ediləndən bir ay sonra tanışı digər Cavabdeh2 dərhal həmin nəqliyyat vasitəsini satmaqla görünüş üçün uydurma əqd bağlamış, onun xeyrinə qətnamə qəbul ediləcəyi halda icrasına süni surətdə maneçilik yaratmaq istəmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh2 Cavabdeh1 tanımadığını bildirsə də, iddiaçı Fazıloğlu Yavuz əksinə Nərminlə Tamam arasında dostluq münasibətlərinin olduğunu, onunla birgə danışdığı zamanlarda da Yavuza Tamamdan danışdığını, belə bir dostunun olduğunu bildirmiş, hətta həmin adın Türkiyə Respublikasında ifadə işlətməsi olaraq bitdi anlamına gəldiyini, duymuş və Nərmindən nə bitdi soruşduuqda o, bitmədi Tamam adlı arkadaşının olduğunu bildirmişdir. İddiaçı Fazil Yavuz Hüseyinin bu ifadəsi Cavabdeh2 tərəfindən təkzib edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir. Kollegiya belə qənaətə gəlir ki, Cavabdeh1 Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 120.000 manata satmaqla gələcəkdə qəbul ediləcək qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq istəmişdir. Kollegiya ilk öncə qeyd edir ki, hazırki mübahisə üzrə hüquqi dəyərləndirmə ilk vəzifə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Hazırki mübahisədən görünür ki, iddiaçı X21 tərəfindən Cavabdeh1 qaytarmaq şərti ilə borc pul vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı ona qarşı məhkəmədə borc pulun qaytarılması barədə iddia qaldırmışdır. Bunu görən Cavabdeh1 iddiaçı X8 aldığı borc pulun müqabilində alınmış Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, digər Cavabdeh2 bazar qiymətindən hədsiz aşağı qiymətə 120.000 manata satmaqla gələcəkdə qəbul ediləcək qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq (bu hal məhkəmənin 19 fevral 2025-ci il atrixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi avtomaşının üzərinə məhdudiyyət qoyduqdan sonra 26 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubla da təsdiq edilir. İşin araşdırması zamanı əslində məhdudiyyət barədə qərardaddan 1 gün sonra yəni 20 fevral 2025-ci il tarixdə tanışı digər Cavabdeh2 dərhal həmin nəqliyyat vasitəsini gələcəkdə qətnamənin icrasına maneə yaratmaq məqsədilə satmaq barədə razılığa gəlməsi və 19 mart 2025-ci il tarixdə satmaqla görünüş üçün uydurma əqd bağlaması,öz təsdiqini tapmışdır.) məqsədi daşımışdır. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadə halını yaradır. (Mülki Məcəllə maddaə 16.1,560.1,560.3.4) Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlar, tərəflərin izahatları və işin digər hallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Daşınar əşyalara münasibətdə əldə edən şəxslərin vicdanlılığı müxtəlif meyarlara söykənir. Burada əldə etmə məqamı, hüquqi əsas olmadan əldə etmə, reyetsrdə qeydə alınma məsələləri araşdırılaraq müvafiq nəticəyə gəlinməlidir. Daşınar əşyalarda əldə edənin əldə etmə anında vicdanlı olması kifayət edirsə (istisna hallar nəzərə alınmaqla), daşınmaz əşyalarda məsələ dəyişir. Həmçinin hüquqi əsas olmadan əldə etmə halında qanunla müəyyən olunmuş müddətlərə əməl etməklə əldə edənin mülkiyyətçi hesab olunması reallaşa bilir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur Maddənin təhlilindən vicdanlılıq faktının yaranması üçün aşağıdakı nəticələrə gəlinir: ·Özgəninkiləşdirən şəxsin mülkiyyətçi olmadığını bilməməli və bilməli olmamalıdır; ·Əvəzli qaydada əldə edilməlidir; ·Əşya mülkiyyətçinin iradəsinə zidd onun idarəsindən çıxmamalıdır; ·Vicdanlılıq əşya verilənə qədər mövcud olmalıdır. Kollegiya Cavabdeh2nın digər Cavabdeh1 tanımaması barədə verdiyi izahatı səmimi qəbul etməməklə qeyd edir ki, Cavabdeh1 müvəqqəti təminat tədbiri barədə qərar qəbul edildikdən 1 gün sonra qərar icraya yönəldilənə qədər nəqliyyat vasitəsini bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə cavabdeh (bazar dəyəri 186.000 manat olan avtomobilin 120.000 manata satılmış) Cavabdeh2 satması, avtomobilin satılması zamanı üzərində məhdudiyyətin olması, avtomaşın satıldıqdan dərhal sonra Cavabdeh2 digər üçüncü şəxsə etibarnamə verməklə həmin nəqliyyat vasitəsini (iş materiallarında Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsini X9 etibar etmişdir.) özgəninkiləşdirmək istəməsi, ümumiyyətlə nəqliyyat vasitəsinin orta bazar qiymətindən xeyli aşağı qiymətə Tamam Əliyevnayanın adına özgəninkiləşdirilməsi həm əldə edənin, həm də satanın vicdanlı hərəkət etməməsini göstərir, Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 məhkəmənin icraatında borcun qaytarılması barədə iddianın olduğu halda verilmiş borc pul vəsaitinin hesabına alınmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) vasitəsini satmaqla gələcəkdə tələb olunan pulun məhz həmin əmlaka yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə Cavabdeh1 formal olaraq mübahisə olunan alqı-satqı müqaviləsini rəfiqəsi Cavabdeh2 ilə rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışıdr. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd (MM maddaə 340.1) əhəmiyyətsizdir. (Bu cür yanaşma Azrbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarlarında da öz əksini tapmışdır.) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Əmlak yalnız vicdanlı əldə edən tərəfindən qorunur. (MM maddə 157.2). Əgər əldə edən şəxs əmlakın özgəninkiləşdirilməsinin qanunsuz olduğunu bilmiş və ya bilməli idisə, o, vicdanlı alıcı sayılmır.(MM maddə 182). Avtomobilin iddia məhkəməyə verildikdən sonra satılması, üzərində məhudiyyətin olduğu vaxtda satılması, avtomobilin borc vəsaiti hesabına alınması, satıcı borclu Cavabdeh1 artıq öhdəliklərini yerinə yetirməməsi, satış əməliyyatının riskli hüquqi şəraitdə həyata keçirilməsi, alıcının bu faktları (apellysaiya icraatı zamnaı cavabdeh Nərmin ilə digər cavabdeh Tamam və onun anası ilə rəfiqə olmaları, şübhəli yaxınlıq və əlaqələrin olması iddiaçının bildirdikləri ilə sübut olunur.) bilməsi, alıcının yalnız formal qeydiyyatla kifayətlənməsi, vicdanlılıq prezumpsiyasını aradan qaldırır. Başqa sözlə əgər alqı-satqı iddia icraata götürüldükdən sonra baş vermişdirsə, alıcı satıcının hüquqi vəziyyətini araşdırmalı, avtomobilin satılması üçün real səbəbin nə olduğunu öyrənməli, borcluluq riskini bilməli idi, bilməli olduğu halda bilməmək vicdanlılıq deyil. Əgər avtomobil bazar qiymətindən xeyli aşağı satılıbsa, avtomobil üzərində satılmadan öncə məhdudiyyət qoyulubsa, bu alıcı üçün şübhə doğurmalı idi, riskli əməliyyat aşağı qiymətə satılma vicdanlı alıcını istisna edir. Alıcı olaraq Cavabdeh2 satıcının hüquqlarını yoxlamalı, riskləri araşdırmalı, borc və mübahisələri öyrənməli idi, bunlar edilməyibsə vicdanlılıq yoxdur və cavabdeh vicdanlı alıcı statusuna malik ola bilməz. Kollegiya iddiaçı X16 iddia tələbinin ikinci xahişi, yəni Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə yekun hüquqi nəticəyə gələrək hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və bununla bağlı məhkəməyə təqdim etdiyi sübutlar iddia tələbinin təmin edilməsi üçün kifayət edir. Odur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh1 ******* TRY və ya 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc və ödənilmiş 536,29 manat dövlət rüsumu tutularaq iddiaçı X10 verilməli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-805/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh1 ******* TRY və ya 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc və ödənilmiş 536,29 manat dövlət rüsumu tutularaq iddiaçı X10 verilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar