Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1881/2024 16.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul tələbinə” dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar X2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda borc kimi verilmiş 5000 (beş min) manat borcun və 71 (yetmiş bir) manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar X2 və İddiaçı2 iddia ərizəsində göstərmişdilər ki, Astara şəhər sakinləri X4 və Cavabdeh2 müxtəlif vaxtlarda yəni 25 oktyabr 2022-ci il tarixdən hissə-hissə onlardan 5000 (beş min) yəni 2023-cü ildə iki dəfə 1500, bir dəfə 400 manat, 2024-cü ildə bir dəfə 1200, bir dəfə 400 manat Azərbaycan manatı borc almışdır. Cavabdehlər həmin pulu oğlunun məhkəmədə olan cinayət işi ilə və oğlunun yanına getməsi ilə bağlı aldığını bildirmiş və qısa müddətdə qaytaracağını bildirmişlər. Cavabdehlər onları inandırmaq üçün özlərinə məxsus BMV markalı 10VA715 dövlət qeydiyyat nişanlı avtomaşınıda girov kimi həyətlərində saxlamışlar. Sonradan həmin avtomaşın kredit borcuna görə Astara rayon polis əməkdaşlarının iştirakı ilə həyətdən götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli aktda qeyd edilir ki, müxtəlif vatlarda onlardan 5000 (beş min) manat pul aldığına görə həyətlərində saxlanılmış və 5000 (beş min) manatı qaytardığı halda həyətdə saxlanılmış avtomaşını cavabdehlərə qaytarılacaqdır. Həmin avto maşını cavabdehlər özləri həyətə gətirmiş və bunlara görə onlar cavabdehlərə inanmışlar. Astara rayon polis şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə avtomaşın həyətdən aparılandan sonra yəni xx.xx.2023cü ildən cavabdehlər 5000 (beş min) manatı onlara qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh1 və Cavabdeh2 onlara borclu olduğu diskdəki video görüntülərlə təsdiq olunur. Diskin video görüntülərində Cavabdeh2 onlardan pul aldığını təsdiq edir. Həmin diskdəki video görüntülər həqiqətin müəyyən olunmasını təmin etməyin yeganə vasitə hesab edilə bilər. Cavabdehlərə məxsus avtomaşının həyətlərində saxlanılması halı və videogörüntülər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlardan müxtəlif vaxtlarda 5000 (beş min) manat pul aldığını təsdiq edir. Astara şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda borc kimi verilmiş 5000 (beş min) Azərbaycan manatının, 71 (yetmiş bir) manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirdi ki, xx.xx.1956-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuşdur. İddiaçı2 onun qonşusu Cavabdeh1 isə dayısı oğludur. İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 borc pulu onun şahidliyi ilə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə (X12), iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 5000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğdə pul vəsaitinin tutulub X2 və İddiaçı2 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ümumiyyətlə düzgün araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, onlara qarşı verilmiş tələbdən xəbərləri olmamışdır. İddiaçı saxta sənədlər məhkəməyə təqdim etmiş, məhkəmə təqdim edilmiş sənədlərin həqiqiliyini yoxlanılmamış və əsassız olaraq iddianı təmin etmişdir. Onlar iddiaçıdan cəmi 1 dəfəyə 1200 manat borc pul alıblar və həmin borcu tamamilə ödəyiblər. Sadəcə iddiaçı məhkəməni aldatmış və istədiyinə nail olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağayev X3 Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı X2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- tərəflərin arasında borc münasibətlərinin olması ilə bağlı düzgün nəticəyə gəlsə də, borc məbləğinin müəyyən edilməsi və həmin hissədə sübutların qiymətlndirilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Astara RİHB-nın Astara rayonu Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 484 nömrəli arayışından görünür ki, İddiaçı2 Astara rayonu Ərçivan qəsəbə İƏDÜN-də qeydiyyatdadır. İş materiallarında olan Astara RİHB-nın Astara rayonu Ərçivan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 485 nömrəli arayışından görünür ki, X1 rayonu Ərçivan qəsəbə İƏDÜN-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, İddiaçı2 xx.xx.1949-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, X2 xx.xx.1941-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 71 (yetmiş bir) manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan DVD-R yazı diskindən görünür ki, Cavabdeh1 və Cavabdeh2n X2 və İddiaçı2 borc pul almışlar. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisəni pul tələbi təşkil edir. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, Astara şəhər sakinləri X4 və Cavabdeh2 müxtəlif vaxtlarda yəni 25 oktyabr 2022-ci il tarixdən hissə-hissə onlardan 5000 (beş min) yəni 2023-cü ildə iki dəfə 1500, bir dəfə 400 manat, 2024-cü ildə bir dəfə 1200, bir dəfə 400 manat Azərbaycan manatı borc almışdır. Cavabdehlər həmin pulu oğlunun məhkəmədə olan cinayət işi ilə və oğlunun yanına getməsi ilə bağlı aldığını bildirmiş və qısa müddətdə qaytaracağını bildirmişlər. Cavabdehlər onları inandırmaq üçün özlərinə məxsus BMV markalı 10VA715 dövlət qeydiyyat nişanlı avtomaşınıda girov kimi həyətlərində saxlamışlar. Sonradan həmin avtomaşın kredit borcuna görə Astara rayon polis əməkdaşlarının iştirakı ilə həyətdən götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli aktda qeyd edilir ki, müxtəlif vatlarda onlardan 5000 (beş min) manat pul aldığına görə həyətlərində saxlanılmış və 5000 (beş min) manatı qaytardığı halda həyətdə saxlanılmış avtomaşını cavabdehlərə qaytarılacaqdır. Həmin avto maşını cavabdehlər özləri həyətə gətirmiş və bunlara görə onlar cavabdehlərə inanmışlar. Astara rayon polis şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə avtomaşın həyətdən aparılandan sonra yəni xx.xx.2023-cü ildən cavabdehlər 5000 (beş min) manatı onlara qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh1 və Cavabdeh2 onlara borclu olduğu diskdəki video görüntülərlə təsdiq olunur. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdehlər iddiaçılardan 1200 manat borc pul aldıqlarını və sonradan da həmin pulu qaytardıqlarını bildirirlər. Məhkəmə araşdırması zamanı iş materiallarında olan DVD-R yazı disk tədqiq edilərək müəyyən edilmişdir ki, video çəkiliş zamanı İddiaçı1 cavabdehlər 1200 manat pulu sayaraq Cavabdeh1 verir, bundan sonra digər Cavabdeh2 əvvəl götürdükləri 1500 manat pulu və hazırda götürdükləri 1200 manat pulu qaytaracağını bildirir. Digər videoçəkilişlərin heç birində iddiaçılar tərəfindən cavabdehə pul verilməsi ilə bağlı hər hansı görüntü mövcud deyildir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə iddiaçılar cavabdehlərə 5000 manat borc pul verdiklərini bildirir, cavabdehlər isə 1200 manat borc pul aldıqlarını, həmin pulu da qaytardıqlarını bildirirlər. Lakin videoçəkilişdən də görünür ki, cavabdehlər iddiaçılardan 1500 və 1200 manat ümumilikdə 2700 manat borc pul aldıqlarını etiraf edirlər. Belə olan halda iddiaçılar cavabdehlərə 5000 manat borc verdiklərini, cavabdehlər isə aldıqları 2700 manat borcu qaytardıqlarını sübut etməlidir. İddiaçıların təqdim etdiyi videoçəkiliş yalnız alınan borc pulun 2700 olduğunu göstərir, cavabdehlər isə həmin pulun qaytarılması ilə bağlı ümumiyyətlə sübut təqdim edə bilmirlər. Kollegiya hesab edir ki, iddianın qismən, yəni 2700 manat hissəsində etiraf olunması ilə bağlı iş materiallarında olan videoçəkiliş mötəbər sübut kimi qəbul edilərək, iddia məhz etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni videoçəkiliş mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən videoçəkilişə dair DVD disk işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Belə ki, həmin videoçəkilişdə Cavabdeh2 1500 və 1200 manat olmaqla ümumilikdə 2700 borclarının olduğunu etiraf edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)- 570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 5000 (beş min) manat pul vəsaitinin tutulub X2 və İddiaçı2 verilməsi hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 (iki min yeddi yüz) manat pul vəsaiti alınaraq iddiaçılar iddiaçılar X2 və İddiaçı2 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan həmin hissədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-570/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 5000 (beş min) manat pul vəsaitinin tutulub X2 və İddiaçı2 verilməsi hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2700 (iki min yeddi yüz) manat pul vəsaiti alınaraq iddiaçılar X2 və İddiaçı2 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1881/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1881/2024
16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver