Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1898/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq ona məxsus olan «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin və 150,0 manat dövlət rüsumunun alınıb verilməsi haqqında qətnamı çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı özünə məxsus olan «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə qohumu Təranə Əsədova ilə faktiki nikahda olan Cavabdeh etibarnamə əsasında idarə etməkdən ötrü vermiş və xx.xx.2021-ci il tarixdə etibarnaməni ləğv edərək avtomobili geri tələb etsə də indiyədək ala bilməmişdir. Ona görə də, «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsivə 150,0 manat dövlət rüsumunun Cavabdeh məcburi qaydada alınaraq İddiaçı özünə verilməlidir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 2013-cü ildə o, X5 14.000, ABŞ dolları ödəyərək etibarnamə əsasında almış və indiyədək heç bir mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə X10 ona zəng edərək başqa şəxslərə borcu olduğuna görə tələbin əmlakına yönələ bildiyini bildirmiş və maşını adından çıxartmasını tələb etmişdir. Həmin vaxt X1 "xxxx" ASC-dən götürdüyü 44.000,0 ABŞ dolları borca zamin dayandığı üçün maşını öz adına keçirmək istəmədiyindən arvadı Təranə Əsədovanın qardaşı oğlu İddiaçı adına keçirtmişdir. 2020-ci ildə Təranə Əsədovanın xəyanətinə görə ondan ayrıldıqdan sonra İddiaçı ondan avtomobili tələb etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 145 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus olan nəqliyyat vasitəsini 09 fevral 2021-ci il tarixdə 1 il müddətinə Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş və sonradan etibarnaməni ləğv etməsinə baxmayaraq avtomobili geri ala bilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 362.1, 365.1.3, 365.2, 366.3-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il i tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3500/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil cavabdehə məxsusdur, formal olaraq iddiaçının adına sənədləşdirilmişdir. Cavabdeh həmin avtomobili X5 14000 ABŞ dolları məbləğində pul ödəyərək, baş etibarnamə əsasında almış və mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə maşını aldığı şəxs, yəni X10 banka borcu olduğunu və maşını adından çıxarılmasını tələb etmişdir. Cavabdeh həmin vaxt bankda zamin olduğu üçün avtomobili öz adına keçirə bilməmiş və arvadı Təranə Əsədovanın qardaşı oğlu olan İddiaçı adına sənədləşdirmişdir. 2020-ci ildə cavabdeh Təranə Əsədova ilə ayrıldıqdan, İddiaçı ondan avtomobili tələb etmişdir. Avtomobilin pulunu cavabdeh ödəmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)-1376/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibarməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 567-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, iddiaçının özgəsinin qanunsuz sahibliyindən abtomobilin alınaraq iddiaçıya qaytarılmasının qanuni əsasların olması və sübut olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3500/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(106)- 609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, apellyasiya məhkəməsi mübahisəli avtomobilin faktiki olaraq 2013-cü ildə cavabdeh tərəfindən alındığını göstərsə də, mövqeyini yalnız cavabdehin ifadəsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş arayışa əsasən mübahisəli avtomobil 12 iyun 2013-cü ildə gömrük vəsiqəsi əsasında X7 adına qeydiyyata alınmış, etibarnamə əsasında 12 iyun 2013-cü ildən 23 yun 2014-cü ilədək X2, 02 mart 2014cü ildən 17 mart 2018-ci ilədək X3, 22 may 2017-ci ildən 25 iyun 2018-ci ilədək İddiaçı istifadəsində olmuşdur. 25 iyun 2018-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında X7 adından qeydiyyatdan çıxmaqla, İddiaçı adına qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdeh avtomobilə dair etibarnamə yalnız 09 fevral 2021- ci il tarixdə verilməklə, 04 oktyabr 2021-ci ildə həmin etibarnaməyə xitam verilmişdir. Göründüyü kimi, mübahisəli avtomobilin üzərində cavabdehin hər hansı əşya hüququnun, o cümlədən qanuni sahiblik hüququnun yaranması üçün əsas ola biləcək əqd (müqavilə) barədə məlumat iş materiallarında mövcud deyildir. Cavabdehə iddiaçı tərəfindən 09 fevral 2021-ci il tarixdə avtomobillə bağlı əqdləri bağlamağı və onu idarə etməyi ehtiva edən etibarnamə verilmişdir ki, bu Mülki Məcəllənin 362-ci maddəsinə görə cavabdehə mübahisəli əmlak üzərində hər hansı hüququnun olmasını ehtiva etmir. Göründüyü kimi, apellyasiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 81 və 106.1-ci maddələrini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı ilə avtomobilin əvvəlki sahibi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də qanunsuzdur. Belə ki, ilk olaraq həmin müqavilənin etibarlılığı hazırki mübahisənin predmeti olmamış və cavabdeh apellyasiya şikayətində avtomobili özü aldığını iddia etsə də, belə tələb irəli sürməmişdir. Apellyasiya məhkəməsi isə müqaviləni etibarsız hesab etməklə, Mülki Prosessual Məcəllənin 218.3 və 372.6-cı maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu qaydada həlli, yəni iddiaçı ilə avtomobilin əvvəlki mülkiyyətçisi arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi son nəticədə işə cəlb olunmayan şəxsin, X7 müqavilə tərəfi kimi hüquqlarının pozulması ilə nəticələnə bilər ki, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən bu hal apellyasiya məhkəməsinin qətnaməsinin ləğv üçün birmənalı əsasdır. Məhkəmə kollegiyası iş materialları üzrə araşdırma apararaq müəyyən edir ki, cavabdehin apellyasiya şikayətində xahişi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini iş üzrə tədqiq edilmiş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1376/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ 619307 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı AD T98873 nömrəli Qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan 1999- cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İşdə olan "xxxx" ASC-nin 26 may 2023-cü il tarixli məktubuna əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bankda girovda olub, avtokredit 12 iyun 2013-cü il tarixdə X8 verilmiş və 12 iyun 2015ci il tarixdə kredit borcu tam bağlanmışdır. İş materiallarında olan 25 iyun 2018-ci il tarixli Nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinə əsasən X10 tərəfindən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobil 25 iyun 2018-ci il tarixdə İddiaçı (qiymət göstərilmədən) satılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan “Mercedes Benz E220 CDİ Minik” markalı ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə 1 il müddətinə Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş və sonradan etibarnaməni ləğv etməsinə baxmayaraq avtomobili geri ala bilməmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını apellyasiya şikayəti ilə müqayisəli təhlil edərək hesab edir ki, apellyasiya şikayəti formal mülahizə etməklə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Avtomobil daşınar əşya osa da, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən onun üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Belə olan halda, həmin qeydiyyatın prezumpsiyası qüvvədədir. O cümlədən avtomobil üzərində hüquqlar yalnız qanunla müəyyən olunmuş qaydada bağlanılan müqavilələr əsasında yarana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibarməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Etibarnaməni vermiş şəxsin onu ləğv etməsini mülki qanunvericilik etibarnaməyə xitam verilməsinə səbəb olan hüquqi faktlardan biri kimi tanıyır. Etibar edən heç bir dəlil-sübut və motiv gətirmədən istənilən vaxt birtərəfli qaydada etibarnaməni ləğv edə bilər. Etibarnamə verənlə nümayəndə arasında münasibətlər şəxsi-etimad (etibar) prinsipi əsasında qurulur və bu səbəbdən də etibarnamənin birtərəfli qaydada ləğv edilməsinə yol verilir. Göründüyü kimi iddiaçı cavabdehə avtomobillə bağlı əqdlər bağlamağı və onu idarə etməyi etiva edən etibarnamə vermişdir ki, bu Mülki Məcəllənin 362-ci maddəsinə görə cavabdehə mübahisəli əmlak üzərində hər hansı hüququn olmasını ehtiva etmir. Bundan başqa cavabdeh mübahisəli avtomobili özü iddiaçının adına aldığını iddia etsə də, 25 iyun 2018-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsi İddiaçı ilə avtomobilin əvvəlki mülkiyyətçisi X10 arasında bağlanmış, həmin müqavilə əsasında İddiaçı hüqquları devlət qeydiyyatına alınmış, həmçinin alqı-satqı müqaviləsi cavabddeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasnın müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban, şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin özgəninkiləşdirlməsi və girov qoyulması» Qaydasının 1.3-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN-nin Dövlət yol polisi idarəsinin qeydiyyat-imtahan hissələrində müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 1 nömrəli əlavədən görünür ki, Nazirlər Kabineti tərəfindən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin forma və məzmunu müəyyən edilməklə alqı-satqının sənədləşdirilməsinin xüsusi forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddia əsaslı olduğundan təmin edilməli, «Mersedes Bens E220 CDİ Minik » markalı 99 EP689 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq mülkiyyətçi İddiaçı qaytarılmalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olamqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəliləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)1376/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1898/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1898/2023
18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver