Məhkəmə qərarları › İş №2(106)-1911/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1911/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1911/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(057)-1191/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23800 manat məbləğində pul vəsaitinin və 167 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ona müraciət etmiş və ona müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə iş qurmaq adı ilə ilkin olaraq 5000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixə 1000 manat, xx.xx.2022-ci ildə 5000 manat, xx.xx.2022-ci ildə 1300 manat, xx.xx.2024-cü ildə 2200 manat, xx.xx.2022-ci ildə 5000 manat, yenə eyni tarixdə 4500 manat verilmişdir. Bu cəmi 26000 manat edir. Cavabdeh borclu olduğunu Şamaxı rayon polis şöbəsinə şikayətdən sonra verdiyi izahatında imzası ilə təsdiq etmişdir. 1200 manat ilkin olaraq qaytarılıb, 2000 manat isə Şamaxı rayon polis şöbəsinə şikayətdən sonra qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən 23800 manat məbləğində ona 3 gün müddətinə ödənilməsinin təklif olunması, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı barədə pretenziya göndərilmiş, ancaq pul qaytarılmamışdır. İddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 22150 manat məbləğində pulun və mütənasib olaraq ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11000 manat məbləğində pul və 83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, idda tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 15800 manat borca pul almışdır. 10800 manatı kart vasitəsilə, qalan 5000 manatı isə əlbəəl alınmışdır. Həmin borcun üzərinə iddiaçı tərəfindən faiz hesablanmışdır. Borcundan 8500 manatını qaytarmışdır, 7000 manatın qaytarılmasına dair qəbzləri məhkəməyə təqdim etmişdir. İddiaçının tələb etdiyi məbləğ faizlə birlikdə hesablanmış borcdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı RPŞ-nin qərarı, izahatlar, təqdim edilmiş “WhatsApp” yazışmaları ilə 25000 manat pulun alınması sübuta yetirilən məbləğin tam tutulması təmin edilməli olduğu halda bilərəkdən cavabdehin etdiyi etiraf əsasında iddia qismən təmin edilmişdir. Məhkəməyə təqdim edilmiş izahatlardakı və səs yazılarındakı etirafları nəzərə alınmalı olduğu halda sonradan dəyişərək etiraf etdikləri məbləğin əsasında qətnamə çıxarılması təmamilə əsassızdır. Bununla bağlı təqdim edilmiş sübutlar araşdırılmamış və bununla bağlı bir cümlə belə əsaslandırma aparılmamışdır. Cavabdehdə 25000 manat pulun olmasını təsdiq edən kifayət qədər sübutlar (izahat 20500 manat və səs yazısı 25000 manat) olmasına baxmayaraq, məhkəmədə etiraf edilmiş 15800 manata istinad edilməsi prosessual pozuntulardır. Şamaxı RPŞ-nin qərarı, izahatlar, təqdim edilmiş “WhatsApp” yazışmaları barədə qətnamədə heç bir hal qeyd edilməmişdir. Məhkəmə prosesində cavabdehə və nümayəndəsinə niyə fərqli izahatlar verildiyi sual olunsa da, bununla bağlı tutarlı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin yazılı və səs yazısı ilə etiraflarını sübut kimi əsaslandırmamış və nəzərə almamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Abşeron rayon Mehdabad qəsəbəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda və Şamaxı rayon polis şöbəsinə edilmiş vəkil sorğusuna verilmiş cavab məktubuna əlavə edilmiş izahatlardan da göründüyü kimi istər cavabdeh, istərsə də məhkəmədə etibarnamə üzrə nümayəndəsi olan oğlu X7 verdiyi izahatında 20500 borcu qaldıqlarını etiraf etmişdir. Məhkəmədə keçirilən iclaslarda hər dəfə fərqli ifadələr verərək 14800, 15800, 16800 manat, göndərilmiş 8 saniyəlik səs yazısında “göndərsən olacaq 25000 (iyirmi beş min) sənin məndə pulun, tam bütöv olsun”. Amma son olaraq məhkəmədə 15800 manat olduğunu etiraf etmişdir. Məhkəmədə təqdim edilmiş Şamaxı RPŞ-nin qərarı, izahatlar, təqdim edilmiş “WhatsApp” yazışmaları barədə qətnamədə heç bir hal qeyd edilməmişdir. Məhkəmə yalnız son olaraq məhkəmədə verilmiş 15800 manat etirafı əsassız olaraq qəbul etmişdir. Göründüyü kimi, təqdim olunmuş sübutlardan da göründüyü kimi cavabdehdə 25000 manat pulun olmasını təsdiq edən kifayət qədər sübutlar (izahat 20500 manat və səs yazısı 25000 manat) olmasına baxmayaraq məhkəmədə etiraf edilmiş 15800 manata əsasən istinad edilməsi işin nəticəsinə uyğun deyildir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehə 25500 manat məbləğində borc pul vermişdir. Həmin borcdan 1350 manat və 2000 manat məbləğində olmaqla 3350 manat məbləğində pul qaytarmışdır. Cavabdehin 22150 manat məbləğində borcu qalmışdır. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş və müvafiq araşdırma aparılmışdır. Belə ki, iddiaçı Şamaxı rayon polis bölməsində izahat verərək, 20500 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Cavabdeh 20500 manat məbləğdə borcunun olmasını etiraf etməsinə baxmayaraq, 25500 manat borc pul verməsini bildirmişdir. Lakin 25500 manatla bağlı səs yazısından başqa sübutu yoxdur. Həmin pul vəsaiti qardaşı tərəfindən verilmişdir. İş materiallarında olan səs yazılarından görünür ki, cavabdeh “bunu da versən 25500 manat borcum olacaq” ifadəsini işlətmişdir. Cavabdehin ödəmiş olduğu 7000 manat məbləğində vəsaitin 20500 manatdan və ya 25500 manat məbləğində borcdan çıxılmasına razıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh onun anasıdır və iddiaçı ilə qohumluq münasibətləri vardır. İddiaçının təqdim etdiyi və iş materialarında olan səs yazısı cavabdehə məxsusdur. Həmin vaxt cavabdeh “əgər bunu da göndərsən 25500 manat borcum olacaq” ifadəsini işlətsə də, cavabdehə iddiaçıdan yenidən borcunun 25500 manat məbləğində olmasına imkan verməmişdir. İddiaçı cavabdehə cəmi 20500 manat məbləğində borc pul vermişdir. Sonuncu borcunun qarşılığında 7000 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)- 1191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə pul vermişdir. Cavabdeh həmin borcun bir hissəsini iddiaçıya qaytarsa da, qalan hissəsini iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehə 25500 manat borc pul verdiyini, həmin puldan 3350 manat qaytarıldığını, hazırda 22150 manat borc qaldığını, cavabdeh isə iddiaçıdan 15800 manat borc pul aldığını, həmin borcdan 8500 manatının qaytarıldığını bildirmişdir. İddiaçı tərəfindən cavabdehə 15800 manat pul verilməsi, cavabdeh tərəfindən isə ümumi borcdan 3350 manatının qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halı isə iddiaçının cavabdehə ümumilikdə 22150 manat pul verməsi, cavabdehin isə həmin borcdan 8500 manatının qaytarılmasıdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının cavabdehə 15800 manat pul verməsi və cavabdeh tərəfindən 3350 manat pulun qaytarılması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, iddiaçının iddia etdiyi 22150 manat puldan cavabdeh 15800 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən (10800 manat karta + 5000 manat nağd), iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 15800 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 6350 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, ayrı-ayrı vaxtlarda cavabdehin adına olan 416973******4851 nömrəli karta ümumilikdə 13000 manat pul (4500 manat, 5000 manat, 1300 manat, 2200 manat) köçürmüşdür. Həmçinin cavabdeh əlavə olaraq 5000 manat pulun nağd şəkildə iddiaçıdan aldığını etiraf etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18000 manat pul vəsaiti verilməsi iddiaçı tərəfindən sübut olunmuşdur. Cavabdeh 18000 manat puldan 8500 manat qaytarıldığını bildirsə də, həmin məbləğin qaytarılması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, ayrı-ayrı vaxtlarda iddiaçının adına olan 416973******9683 nömrəli karta, ümumilikdə 7000 manat (1350 manat, 2000 manat, 700 manat, 2950 manat) pul köçürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi 400 manatın ödənilməsinə dair qəbzi isə məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin məbləğ başqa şəxsin adına olan karta köçürülmüş, həmin kartın iddiaçıya məxsus olması isə cavabdeh tərəfindən sübut oluna bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 7000 manat pul vəsaitinin qaytarılması sübut olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə 18000 manat məbləğində pul vəsaiti borca vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin pul vəsaitindən 7000 manatı iddiaçıya qaytarılmışdır. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq aldığı pul vəsaitinin 11000 manatını ona qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.1-ci maddəsinin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, 21 mart 2024cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, izahatı alınmış X8 anasının müalicə almaq məqsədi ilə İddiaçı 2022-ci il tarixdə hissəhissə, yəni oktyabr, noyabr aylarında olan müddət ərzində 20500 manat borca pul almasını, borcundan bu günə qədər 85000 manat məbləğ ödəniş etməsini, qalan məbləği isə hissə-hissə ödəyəcəyini bildirməsini, İddiaçı borcu tam şəkildə ödəməyini bildirməsini, lakin onun və anasının maddi vəziyəti yaxşı olmadığından sonuncuya olan İddiaçı bütöv ödəyə bilməyəcəyini bildirməsini, buna baxmayaraq İddiaçı hər dəfə ondan borcu tam qaytarmağını istədiyi zaman aralarında dəfələrlə mübahisə yaranmasını, İddiaçı bundan əsəbləşərək Şamaxı rayon polis şöbəsinə müraciət etməsini, o və anası, İddiaçı olan borcunu aylıq ödəyəcəyinin sözünü verməsini göstərmişdir. Araşdırma zamanı X1 izahatı alınmış, sonuncu oxşar izahat verməklə oğlu Amil Sərxanovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 2022-ci ilin oktyabr və noyabr aylarında hissəhissə olmaqla, 20500 manat məbləğdə borc pul almışdır. Məhkəmədə tədqiq edilmiş 8 saniyəlik səsyazıda “göndərsən olacaq 25000 sənin məndə pulun, tam bütöv olsun”. Ancaq cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh onun anasıdır. Səsyazıdakı onun anasının səsidir və həmin vaxt “əgər bunu da göndərsən 25500 manat borcum olacaq” ifadəsini işlətsə də, bu hadisədən məlumat əldə etdikdən sonra dərhal anasına iddiaçıdan yenidən faizə borc götürməsinə imkan verməmişdir. İddiaçı anasına cəmi 20500 manat məbləğində borc vermişdir ki, tərəflərindən iddiaçıya 7000 manat məbləğində vəsait ödənilmişdir. Cavabdehin nümayəndəsinin etirazının əsası kimi göstərdiyi dəlil məhkəmə iclasında iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə nəzər salanda iddiaçı məhz səsyazıdakı dəlili qəti olaraq müdafiə etməmiş, alternativ qaydada Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 mart 2024-cü il tarixli qərarda etiraf edilən 20500 manat məbləğdə pul vəsaitinin cavabdehə verilməsi faktını da qabartmışdır. Bu da məhz səsyazıdakı danışığın qeyd edilən 25500 manat məbləğin cavabdehə verilməsini faktını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsinin yolverilməz olduğu inamını yaradır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı ümumilikdə 20500 manat məbləğdə borc pul almış və ondan 7000 manat hissəsini geri qaytarmışdır. Ancaq qalan hissənin – 13500 manat məbləğdə pulun qaytarılması barədə hər hansı mötəbər sübut yoxdur. Buna görə də, Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(057)- 1191/2024 saylı qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 11000 manat məbləğində pulun tutulması hissədə dəyişdirilməli, Cavabdeh 13500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və qətnamə qalan hissədə dəyişdirilməsindəyişdirilməməlidir. Bununla bərabər, kollegiya hesab edir ki, iddaçının apellyasiya şikayətində iddianın tam təmin edilməsi üçün əsaslar yoxdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(057)-1191/2024 saylı qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 11000 (on bir min) manat məbləğində pulun tutulması hissədə dəyişdirilsin və Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar