Məhkəmə qərarları › İş №2(106)-193/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-193/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-193/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, İddiaçı cavabdeh X13 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 45000 (qırx beş min) ABŞ dolları, Azərbaycan manatına ekvivalentdə 76500 (yetmiş altı min beş yüz) manat borc pulun və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Astara rayonu Siyəkü kəndində doğulub, Azərbaycana gələrkən müvəqqəti orada yaşayır, lakin X6 vilayəti Talskiy rayonu Troitski qəsəbəsi Lenin küçəsi ev 43A ünvanında daimi qeydiyyatdadır və daimi olaraq orada yaşayır. Cavabdeh X14 tanıyır. Belə ki, onların tanışlığı X10 “Bizim Şaban” kimi aktyorluq etməsi olmuşdur. O, toylarda da iştirak etdiyi üçün onu tanımışdır. Nasir Kərimov 13 may 2009-cu il tarixdə ondan borc olaraq 35000 (otuz beş min) ABŞ dolları borc pul istəmiş, o da həmin pulu Nasirə vermişdir. Bu barədə o, öz xətti ilə yazmışdır ki, “X9 pasport AZE № P ******* 1980.20.09. Təvəllüdlü, İddiaçı 35000 (otuz beş min Amerika dolları) öz şəxsi istifadəm üçün borc aldım. Bu pulu mən 2008 iyun ayının 1-dən 10-na qədər almışam. Bu alınanpul faizsizdir və 2009 ilin dekabrın 20-nə qədər ödəyəcəyimə söz verirəm. Əgər verməsəm, ondaümumi pulun üstünə 24 faiz illik (8400) dollar SŞA əlavə olunacaq, yenə də verə bilməsəm, xx.xx.2010-cu ildən etibarən hər gün qalıq məbləğə 0,1 faiz əlavə olunacaq. İltizamı özüm yazdım,təsdiq edirəm. xx.xx.2009-cu il. Kərimov: İmza.”. Daha sonra Nasir Kərimov daha bir iltizam vermişdir. Həmin iltizamda qeyd olunur ki, “Mən X2 rayonu Ərçivan kənd sakini Seyfulla Öməroviç, Astara rayonu Siyəkü kənd sakinindən 35000 dollar pul almışam. Söz verirəm ki, 2009-cu ilin dekabrın 15-nə qədər qaytaracağam. Əgər əks təqdirdə cinayət daşımağa hazıram. Mənə heç bir zorakılıq olmayıb, öz xahişimlə yazmışam. 2009.05.13. İmzamla təsdiq edirəm.” Daha sonra Nasir Kərimov yenidən İddiaçı 20 oktyabr 2015-ci ildə 10000 (on min) ABŞ dolları borc pul almış və bu barədə ona öz xətti ilə yazılmış və imzalanmış qəbz vermişdir. Həmin qəbzdə qeyd olunur ki, “xx.xx.2015 tarixdə, X12 adgününü bilərək Talissaya gəldim mənim hörmət etdiyim insan ağsaqqal kimi tanıdığım və tanıyıram, həmişə mənə kömək edib mənə dəstək olub və yenidən 10000 dollar istədim. Sağ olsun atkaz eləmədi işlərimin köməyi üçün yardım etdi və məni əliboş yola salmadı. Mən də 2016 ilin yanvar ayından 500 dollar dediyi adama verəcəm. Köhnə borclarıyla birlikdə qaytaracam. Köhnə borcun 35000 dollar verib mən də 2000 min qaytardım. 33000 dollar qalıb və bu da 10000 dollar və söz verirəm aybaay qaytaracam. Biz dostuq sağ olsun ki yenə kömək etdi. Mənə bir dəfə də kömək etdiyi üçün sağ olsun allah ömür versin. Allah mənə də kömək etsin peşman olmayım ağsaqqalın yanında. Astara rayonu Ərçivan kəndi.” Cavabdehin iddiaçıya 45000 (qırx beş min) ABŞ dolları əsas borcu vardır. Bundan əlavə özünün yazdığı kimi 33000 ABŞ dollarını gecikdirdiyi üçün hər keçən il üçün 8400 (səkkiz min dörd yüz) ABŞ dolları faiz ödəməlidir. Lakin təmsil etdiyim şəxs hələlik ancaq əsas borcunu tələb edir. Həmin məbləği də Azərbaycan manatına çevirərkənhal-hazırda 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir. Cavabdeh X18 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdurki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sonuncu dəfə xx.xx.2015-ci il tarixdə iltizam verərək həm köhnə bocunu və yeni götürdüyü borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərəkiddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddəti bitdikdən sonra edilmiş ödəniş əhəmiyyətsizdir və iddiaçının məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. İddiaçı Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və o, məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin həmin ərizəsini əsas götürərək iddia müddətinin keçməsi ilə bağlı iddianı rədd etmişdir. Qətnamə qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normaların pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Məhkəmə bu mülki işə iddia müddəti tətbiq etməklə səhvə yol vermişdir. Çünki qanunun tələbinə əsasən mülkiyyət münasibətlərinə iddia müddəti şamil edilmir. Bu müddəa Mülki Məcəllənin 384.0.4-cü maddəsində öz təsdiqini tapmışdır. Həmin maddənin tələbinə əsasən mülkiyyət münasibətlərinə iddia müddəti şamil edilmir. MPM-in 390-cı maddəsində qeyd olunur ki, Məhkəmənin qətnamədə və ya qərardada göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə bu mülki iş üzrə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmədə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. O, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Habelə o, izahatında göstərmişdir ki, cavabdeh borcundan ümumiyyətlə qaytarmamış, lakin tərəflər arasında olan 20 oktyabr 2015-ci il tarixli razılaşmada mübahisələndirilmədiyi üçün cavabde X18 tərəfindən İddiaçı 2000 ABŞ dollarının qaytarılması da mübahisələndirilmir. Cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, özü yaxud səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ləğv olunaraq, iddia qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Nəzərə alınmalıdır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, kollegiya iddiaçının apellyasiya şikayətinə əsasən hazırkı qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə hazırkı mülki işin faktiki hallarına uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əsasən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və tam şəkildə aydınlaşdırmamış, iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd edərkən maddi hüquq normalarını səhv tətbiq edərək, qanunsuz qətnamə qəbul etməklə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bununla bağlı, qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kollegiya qeyd edir ki, işdə olan 13 may 2009-cu il tarixli qəbzdən (iltizamdan) görünür ki, X1 Seyfulla Ömər oğlundan 35000 ABŞ dolları məbləğində pul vəsaitinin 2008ci il iyun ayının 1-dən 10-na dək müddətə aldığını və 2009-cu ilin dekabr ayının 20-dək qaytaracağını, vaxtında qaytara bilmədiyi təqdirdə, ümumi pulun 24 faiz qədərində əlavə verəcəyini, yenidən ödəniş edə bilməyəcəyi təqdirdə, 01 yanvar 2010-cu ildən etibarən hər gün qalıq məbləğ 01 faiz əlavə edəcəyini öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, 20 oktyabr 2015-ci il tarixdə cavabdeh tərəfindən yazılmış və imzalanmış (həmin qəbzin cavabdeh tərəfindən yazılaraq imzalanması nə birinci instansiya, nə də apellyasiya instansiyasında mübahisələndirilmişdir) qəbzə əsasən X18 20 oktyabr 2015-ci il tarixdə X5 10000 ABŞ dolları məbləğində pul almış və X18 da 2016-cı ilin yanvar ayından 500 ABŞ dolları məbləğində pulu X8 dediyi adama verəcəyini öhdəsinə götürmüşdür. X3 borcdan 2000 ABŞ dolları məbləğində pulu X11 qaytarmışdır. Borclu olduğu 33000 ABŞ dolları və yeni götürdüyü 10000 ABŞ dolları məbləğində pul vəsaitini aybaay verəcəyini qeyd etmişdir. Göründüyü kimi, MM-in 377.2-ci maddəsinin tələbləri baxımından 20 oktyabr 2015-ci il tarixli öhdəlik üzrə iddia müddətinin axımının başlanmasını müəyyən etmək üçün ilkin olaraq həmin öhdəlik üzrə icra müddətinin bitdiyi vaxtı dəqiqləşdirmək vacibdir. Beləliklə, adıçəkilən qəbzdən də göründüyü kimi, ümumilikdə 43000 ABŞ dolları məbləğində borcun qaytarılması qaydası və müddəti 2016-cı ilin yanvar ayından aybaay olmaqla 500 ABŞ dolları məbləğində pulun X18 tərəfindən X8 dediyi adama verilməsi kimi müəyyən edilmişdir. Məhz həmin qəbzdən belə anlaşılır ki, 43000 ABŞ dolları məbləğində borc 2016-cı ilin yanvar ayından etibarən hər ay 500 ABŞ dolları məbləğində ödənilməli olduğundan hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ərizəsi ilə 23 iyun 2023-cü il tarixdə müraciət edilmişdir ki, həmin vaxta kimi 2016-cı ilin yanvar ayından 90 ay 23 gün müddət keçmişdir. Həmçinin razılaşmanın şərtlərinə əsasən həmin borcun qaytarılması (icra müddətinin bitməsi) üçün 86 ay (01 mart 2023-cü ilədək) nəzərdə tutulmuşdur. Kollegiya bundan əlavə, diqqətə çatdırmağı zəruri hesab edir ki, MM-in 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Beləcə, X18 və İddiaçı 20 oktyabr 2015-ci il tarixdə yenidən mövcud borc üzrə yeni razılaşma bağlayaraq, əvvəlki –13 may 2009-cu il tarixli öhdəliklərini yeniləmişlər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia tələbi əsaslı, əgər uzlaşmırsa iddia tələbi əsassız hesab edilir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Habelə MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında razılaşmalar və yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları üzrə hesab edir ki, iddiaçı X15 və cavadbeh X18 arasında mövcud 20 oktyabr 2015-ci il tarixli razılaşma üzrə cavabdeh üzərinə öhdəlik götürmüş, lakin hazırkı vaxta kimi həmin öhdəliyi tam olaraq icra etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında sonuncu - 20 oktyabr 2015-ci il tarixli razılaşma tərəflərin iradəsinə uyğun olduğundan və mübahisələndirilmədiyindən, iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi əvvəlki - 13 may 2009-cu il tarixli öhdəlik üzrə 2000 ABŞ dollarının qaytarılması işin mübahisəsiz halıdır. Bununla da, kollegiya aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh X7 43000 (qırx üç min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla) tutularaq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə tərəflərin məhkəmə xərci qismində sərf etdikləri vəsait onların özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 124, 217, 218, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X7 43000 (qırx üç min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Əgər həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar