Məhkəmə qərarları › İş №2(106)-1938/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1938/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1938/2022 11.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili X3 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsinə dair mülkiyyəti hüqunun qeydə alınması məqsədilə ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və başqa tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı protokol qərarı ilə Astara Bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Astara şəhəri, Gənclər küçəsində 400 m2 kv.m olan torpaq sahəsi fərdi ev tikmək üçün “alıcı” İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı qərarı, Torpaqların alqı-satqısına dair 22 yanvar 2008-ci il tarixli, 172 nömrəli qeydiyyata alınmış Aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Torpaq şöbəsinin 22 iyun 2007-ci il tarixli, 161 nömrəli rəyi və həmin torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi əsasında; fərdi yaşayış evinin tikintisindən ötrü, ünvan 1 ünvanında 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, Cavabdeh qızı tərəfindən yaradılan, süni maneələrin aradan qaldırılması (400 kv.m. torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ünvan 2 ünvanında 400 kv.m. (0,04 hektar) torpaq sahəsi Bələdiyyə tərəfindən satılmışdır. O, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 400 kv.m. (0,04 hektar) həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının adına dövlət qeydiyyatına alınmasından ötrü, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə 22 dekabr 2021-ci il tarixdə müraciət etmişdir, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar baxış keçirilməsindən ötrü nümayəndə heyəti təyin olunmuşdur. 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndə heyəti və Astara Rayon Polis Şöbəsinin (Astara RPŞ) sahə rəisi R.Rəhimovun iştiraklı ilə təyin olunmuş tarixdə ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsini müayinə etməkdən ötrü baxış keçirilmişdir. Lakin Cavabdeh qızı 0,04 hektar torpaq sahəsinin ölçülməsinə imkan verməmiş, faktiki yerində müayinə keçirilməsindən ötrü əraziyə gəlmiş nümayəndə heyətinə nalayiq sözlər deməklə süni maneələr yaratmışdır. Bununla da cavabdeh onun mülkiyyət hüququnun həyata keçirilməsin maneələr yaratmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, iddiaçıya məxsus torpaq sahəsinin ölçülməsinə maneələr yaratmadığını qeyd etməklə, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 400 kvadrat metr (0,04 hektar) həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin ləğv edildiyini bildirmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh qızı tərəfindən ünvan 1 ünvanında yerləşən 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin ölçülməsinə edilən süni maneələrin aradan qaldırılması, iddia tələbinin fərdi yaşayış evinin tikintisindən ötrü, ünvan 1 ünvanında 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 400 kvadrat metr (0,04 hektar) həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan başqa, 30 ildən uzun müddətdir ki, cavabdeh həmin torpaq sahəsini istifadə edir. Qanunavericiliyə əsasən o uzun müddətdir oranı istifadə etdiyi üçün onun həmin torpaq sahəsinə hüququ yaranır. İddiaçı bunları bilə-bilə torpaq sahəsini saxta yolla Bələdiyyənin iclas protokoluna əsasən almışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı protokol qərarı ilə Astara Bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Astara şəhəri, Gənclər küçəsində 400 m2 kv.m olan torpaq sahəsi fərdi ev tikmək, “alıcı” İddiaçı mülkiyyətinə verilmişdir. Torpağın alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt və xx.xx.2008-ci il tarixli müqavilə vardır. İddiaçı ona satılmış torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəf etirazında və apellyasiya şikayətində iddiaçıya torpaq sahəsinin satılması barədə qərarın ləğv edildiyini iddia edir. Lakin iş materiallarından müəyyən edilir ki, torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının ləğv edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində sözügedən torpaq sahəsindən 30 ildən artıq müddətə istifadə etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, torpaq sahəsinin cavabdeh tərəfindən 30 ildən artıq müddətə istifadə etməsi iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyil. Belə ki, torpaq sahəsinin İddiaçı ayrılmasına dair bələdiyyə qərarı vardır və Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mahiyyəcə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh qızınının apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(018)-401/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar