Məhkəmə qərarları › İş №2(106)-1948/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1948/2024

18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1948/2024 18.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fazil oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin *2 sentyabr 2*24-cü il tarixli 2(*2*)-922/2*24 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Bank xidmətlərinin göstərilməsinə dair X3n və 29.*4.2*21-ci il tarixli GTC-29567İB №-li razılıq ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 28 % ödəmək şərtilə, 35 (otuz beş) ay müddətinə 4*** (dörd min) manat məbləğində kredit verilmişdir. 29 noyabr 2*23-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 22.*8.2*23-cü il tarixə "xxxx" ASC qarşısında öhdəlikləri **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3164,64 (üç min yüz altmış dörd manat 64 qəpik) manat əsas borc, 1345,46 (min üç yüz qırx beş manat 46 qəpik) manat faiz borcu, 2*25,79 (iki min iyirmi beş manat 79 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6535,89(altı min beş yüz otuz beş manat 89 qəpik) təşkil edir. Gecikmə günü 524 gün təşkil edir. *3 noyabr 2*23-cü il tarixli PB-OUT-*69*5-2*23/15 №-li “icra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borcluya göndərilən Bildiriş”dən görünür ki, İddiaçı 22.*8.2*23-cü il tarixinə "xxxx" ASC qarşısında öhdəliklərini **3*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3.164,64 (üç min yüz altmış dörd manat 64 qəpik) manat əsas borc, 1.345,46 (min üç yüz qırx beş manat 46 qəpik) manat faiz borcu, 2.*25,79 (iki min iyirmi beş manat 79 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.535,89 (altı min beş yüz otuz beş manat 89 qəpik) manat təşkil edir. Həmin öhdəliklərinin 524 icra edilmədiyindən Banka ödənilməlidir. Borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikaı Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsinə notarius tərəfindən icra qeydi aparılacaqdır. Cavabdeh xüsusi notariusu X1 tərəfindən qəbul edilmiş 18 yanvar 2*24-cü il tarixli 8İ-538 №-li icra qeydindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı **34*75AZN*1387 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 451*,1* (dörd min beş yüz on manat 1* qəpik) manat pul, 2*25,75 (iki min iyirmi beş manat 79 qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 656*,89 (altı min beş yüz altmış manat 89 qəpik pul tutulmalıdır. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin *1 fevral 2*24-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh 18 yanvar 2*24-cü il tarixli 8İ-538 №-li icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən ondan pulun tutulması barədə Cavabdeh tərəfindən verilmiş 8i-538 nömrəli 18 yanvar 2*24-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2*21-ci ildə “Paşa bank" ASC-i ilə **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən 35 ay müddətinə 4*** manat məbləğində kredit götürmüşdür. “Paşa Bank" ASC-i ilə onun arasında bağlanmış **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən ondan 4*** manat məbləğində pulun tutulması barədə Cavabdeh tərəfindən 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydi verilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, onunla “Paşa bank" ASC-i arasında işgüzar münasibətlər mövcud olmuş, onunla kredit müqaviləsi bağlayaraq borca pul götürmüşdür. Bildirir ki, həmin borc pul 4*** manat olmuş və həmin puldan bir hissəsini ödəmişdir. Lakin Cavabdeh tərəfindən verilmiş 18 yanvar 2*24-cü il tarixli icra qeydinə əsasən ondan 451*,1* manat əsas, 2*25,79 manat cərimə, cəmi 6569,89 manat pul ödəməlidir. O, 4*** manat kredit götürmüş və bir hissəsini ödəməsimə baxmayaraq, müqavilədə cərimə olmadığı halda ona əlavə 2*25,79 manat cərimə hesablayırlar. Beləliklə krediti əsassız olaraq cərimələrlə həddən artıq şişirdilmişdir. Onun iş yerindən əmək haqqından 11 ay olmaqla hər ay 163,73 manat pul tutulmuşdur. Beləliklə o, əsassız və qanunsuz tələb edilən 6569,89 manatı ödəyə bilməz. Həmçinin, bildirmişdir ki, cavabdehin icra qeydindən indi xəbər tutmuşdur. Belə ki, Cavabdehnə şifahi müraciəti əsasında icra qeydinin surəti ona Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən tələb olunan 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu olmaqla 451*.1* manat məbləğində borcu qəbul edir, ancaq bildirir ki, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu düzgün deyildir, cərimə borcu həmin məbləği əhatə etmir, onun Banka cərimə borcu tələb edilən məbləğdən azdır. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, icra qeydinin verilməsindən xəbərsiz olmuşdur. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında 29.*4.2*21-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 27.*4.2*2*-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC29567İB/2*21 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini İddiaçı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Daha sonra X5 çərçivəsində 29.*4.2*21-ci il tarixli, **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən İddiaçı *1.*4.2*24-cü il tarixədək illik faiz dərəcəsi 28%, kreditin faktiki illik faiz dərəcəsi 29.16%, illik cərimə faizi 18*% olmaqla, 4,*** (dörd min) manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. Bundan əlavə, Bank qarşısında İddiaçı öhdəliyinin mövcudluğunu təsdiq edən maliyyə arayışı və hesabdan çıxarış mövcuddur. İddiaçı "xxxx" ASC qarşısında öhdəlikləri 22.*8.2*23-cü il tarixinə aşağıdakı kimidir: - **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,535.89 (altı min beş yüz otuz beş manat səksən doqquz qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilən öhdəlik 524 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş *8.11.2*23-cü il tarixidə İddiaçı tərəfindən qəbul edilmişdir. Bank xidmətlərinin göstərilməsinə dair X2 27.*4.2*2*-ci il tarixli 1.1.3 nömrəli versiyasının 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. 29.*4.2*21-ci il tarixli, **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizədə də cərimə faizinin ödənilməsi şərtləşdirilmişdir. Göründüyü kimi, cavabdehin cərimə borcunun olmamasını bildirməsi əsassızdır. Bildiriş qəbul edildikdən sonra 2* gün müddətində borc ödənilmədiyi üçün tərəflərindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. İcra qeydinin verilməsi zamanı hər-hansı qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Beyləqan Rayon Məhkəməsinin 2(*2*)-922/2*24 saylı, *2 sentyabr 2*24-cü il tarixli qətnaməsi ilə (Hakim: Xatın Cabbarlı) iddia təmin edilmiş, Cavabdeh xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Kontstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəlləsinin 6.2-ci maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1-ci, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ddiaçının Bank qarşısında öhdəliyinin icra etməsinin son tarixi *1.*4.2*24-cü il qeyd edilsə də, icra qeydi bu müddət sona çatmadan 18.*1.2*24-cu ildə tərtib olunmuş və icra olunması üçün müvafiq quruma yönləndirilmişdir. Həmçinin icra qeydində qeyd edilən 2*25,79 manat cərimə borcu əsas borc 3164,64 manat məbləğə mütənasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan üçüncü şəxs "xxxx" ASC Beyləqan Rayon Məhkəməsinin 2(*2*)-922/2*24 saylı, *2 sentyabr 2*24-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə icra qeydinin əsassızlığına dair işin halları ətraflı araşdırılmamışdır. Bank qarşısında İddiaçı öhdəliyinin mövcudluğunu təsdiq edən maliyyə arayışı və hesabdan çıxarış mövcuddur. İddiaçı "xxxx" ASC qarşısında öhdəlikləri 22.*8.2*23-cü il tarixinə aşağıdakı kimi olmuşdur: - **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,535.89 (altı min beş yüz otuz beş manat səksən doqquz qəpik) manat təşkil edir. Öhdəlik 524 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş *8.11.2*23-cü il tarixidə İddiaçı tərəfindən qəbul edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdeh tərəfindən üçüncü şəxs "xxxx" ASC-nin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında İddiaçı izahat verərək bildirdi ki, işlədiyi dövrdə kredit qarşılığında aylıq ödəməli olduğu məbləği hər ay kartda saxlamışdır. Ödəniş məbləğinin bir hissəsi kartındakı vəsaitdən tutulmuşdur. Lakin işləmədiyi dövrdə ödənişləri ödəyə bilməmişdir. Belə ki, məbləği hər ay kartdan çıxdığından və o, başqa yolla necə ödəniş edə biləcəyini bilmədiyindən ödənişlər gecikmişdir. Bundan sonra bank əməkdaşı onunla əlaqə saxlayan zaman o, bank əməkdaşından kartın onda olmadığını bildirərək ödənişləri kartsız necə həyata keçirə biləcəyini öyrənmiş, bank əməkdaşı isə ödənişləri yalnız karta vəsait yükləməklə həyata keçirə biləcəyini demişdir. Başqa bir ödəniş vasitəsi haqqında məlumat verməmişdir. Ödənişlər bu səbəbdən həyata keçirilməmişdir. İcra qeydi ilə bağlı ona bildiriş gəlməmişdir. Qeyd olunan ünvanda üç ailə yaşayır. Poçt əməkdaşının həmin bildirişi təhvil vermiş olduğu şəxs bu barədə ona məlumat verməmişdir. İcra qeydinin verilməsindən xəbərsiz olmuşdur. O, **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən tələb olunan 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu olmaqla 451*.1* manat məbləğində borcu qəbul edir, ancaq bildirir ki, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu düzgün hesablanmamışdır, cərimə borcu həmin məbləği əhatə etmir, onun banka cərimə borcu tələb edilən məbləğdən azdır. Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2*24-cü il tarixli 2(*2*)-922/2*24 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(*2*)-922/2*24 saylı, *2 sentyabr 2*24-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən üçüncü şəxs "xxxx" ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 4*5.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2***-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2***-ci il tarixli 156 №-li Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC qarşısında öhdəliyi 524 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş *8.11.2*23-cü il tarixidə İddiaçı tərəfindən qəbul edilmişdir. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakı məqamları qeyd edir. İş materiallarında olan Bank Xidmətlərinin göstərilməsinə dair X2 5.2.1-ci bəndindən görünür ki, bank aşağıdakı hallarda müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər: -kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətdə gecikdirildikdə; -kreditdən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə; -kreditin ümidsiz çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda; -Müqavilənin İV.2.4. bəndində göstərilən, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında Müştəri üçün müəyyən olunan öhdəliklər şərtlər Müştəri tərəfindən pozulduqda; -Qanunvericiliklə və bu Müqavilə ilə nəzərdə tutulan digər hallarda. İş materiallarında 29 noyabr 2*23-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı borcunun ödənilməsi ilə bağlı gecikmə günü 524 gün təşkil edir. Belə olduğu halda, "xxxx" ASC bank Xidmətlərinin göstərilməsinə dair X2 5.2.1-ci bəndinə uyğun olaraq bank vaxtından əvvəl müştəridən krediti tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslandığı hallardan biri Bank Xidmətlərinin göstərilməsinə dair X2 5.2.1-ci bəndində qeyd olunmuş şərti nəzərə almadan, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin ödəniş cədvəlində əks olunmuş öhdəliyinin icra etməsinin son tarixi olaraq *1.*4.2*24-cü il qeyd edilməsidir. Halbuki öhdəliyin icrası müddəti ödəniş cədvəli ilə müəyyən edilmir, bu müddət Bank Xidmətlərinin göstərilməsinə dair X3 əks olunan qaydalarla tənzimləndiyindən, həmin şərtlərdə nəzərdə tutulmuş qaydalar əsas götürülməlidir. Birinci instansiya məhkəməsinin istinad etdiyi digər hal isə, icra qeydində qeyd edilən 2*25,79 manat cərimə borcu əsas borc 3164,64 manat məbləğə mütənasib olmadığından, məhkəmədə şübhə doğurmasıdır. Kollegiya qeyd edir ki, borcun məbləği iddianın predmeti olmadığı halda, birinci instansiya məhkəməsi qərarında cərimə borcunun yüksək olmasınını şübhə doğurması halına da istinad etmişdir. Halbuki iddianın predmeti icra qeydinin ləğv edilməsindən ibarətdir, eyni zamanda mübahisənin mahiyyəti iddia predmetindən kənar məsələlər istinad edilməsinə əsas vermir. Məhkəmə yalnız mübahisənin predmetinə dair dəlilləri və hüquqi əsasları nəzərə almalı, tənzimləmə predmetindən kənar məsələlərə istinad etməməlidir. Belə istinadlar tərəflərin hüquqlarının pozulmasına, eyni zamanda məhkəmə prosesinin səmərəliliyinin və qanuniliyinin şübhə altına alınmasına səbəb ola bilər. Bu cür halların qarşısını almaq məqsədilə, məhkəmələr iddianın predmetindən kənara çıxmadan, yalnız mübahisənin əsasını təşkil edən məsələlər üzrə qərar verməlidir. Bundan başqa İddiaçı apellyasiya baxışı zamanı izahatında icra qeydi ilə bağlı bildirişin ona çatdırılmadığını, qeyd olunan ünvanda üç ailənin yaşadığını və icra qeydi barədə məlumatlı olmadığını iddia etmişdir. Lakin iş materiallarının 38-ci vərəqində yerləşən poçt bildirişinə əsasən müəyyən edilir ki, bildiriş *8 noyabr 2*23-cü il tarixində İddiaçı tərəfindən təhvil alınmış, həmçinin xəbərnamədə imza ilə bildirişin təhvil alınması təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi 8İ-538 saylı 18.*1.2*24-cü il tarixli icra qeydi, Cavabdeh X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2***-ci il tarixli Təlimatın 161-ci bəndinin və həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olması ilə bağlı qanunvericiliyin tələbləri baxımından qanuni tərtib edilmişdir. Belə ki, İddiaçı "xxxx" ASC qarşısında öhdəlikləri 22.*8.2*23-cü il tarixinə aşağıdakı kimi olmuşdur: - **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,535.89 (altı min beş yüz otuz beş manat səksən doqquz qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilən öhdəlik 524 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı borcun icra qeydi qaydasında tutulacağı barədə poçt vasitəsi ilə rəsmi qaydada bildiriş göndərilmiş və həmin bildiriş *8.11.2*23-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İcra qeydi isə qanunla nəzərdə tutulmuş müddətdən uzun müddət keçdikdən sonra, 18 yanvar 2*24-cü il tarixdə tərtib edilmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində, həmçinin məhkəmə iclasında izahatında qeyd etmişdir ki, **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən tələb olunan 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu olmaqla 451*.1* manat məbləğində borcu qəbul edir, ancaq bildirir ki, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcunun düzgün hesablanmamasını, cərimə borcunun həmin məbləği əhatə etməməsi, onun banka cərimə borcu tələb edilən məbləğdən az olmasını, icra qeydlərində göstərilən borc məbləğinin xeyli şişirdilməsi icra qeydi verilən zaman nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bank tərəfindən ona borcun icra qeydi qaydasında tutulacağı barədə bildirişi aldıqdan sonra həmin məbləğə etirazını bildirməmişdir. Belə ki, borcun məbləği ilə bağlı iddiaçının etiraz etmək hüququ yalnız icra qeydi barədə bildiriş ona təqdim edildiyi tarixdən başlayaraq qanunvericilikdə nəzərdə tutulan müddət ərzində həyata keçirilə bilərdi. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında qanuna müvafiq qaydada borc münasibətləri yaranmış, İddiaçı ilə "xxxx" ASC arasında 29.*4.2*21-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 27.*4.2*2*-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC29567İB/2*21 saylı Razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini İddiaçı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmiş, daha sonra X5 çərçivəsində 29.*4.2*21-ci il tarixli, **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən İddiaçı *1.*4.2*24-cü il tarixədək illik faiz dərəcəsi 28%, kreditin faktiki illik faiz dərəcəsi 29.16%, illik cərimə faizi 18*% olmaqla, 4,*** (dörd min) manat məbləğində istehlak xərcləri məqsədi ilə qanunauyğun qaydada işçi krediti verilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Göründüyü kimi Cavabdeh xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-538 nömrəli,m 18 yanvar 2*24-cü il tarixli icra qeydinin aparılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2**6-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin *2 sentyabr 2*24-cü il tarixli 2(*2*)-922/2*24 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 385.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(*2*)-922/2*24 saylı, *2 sentyabr 2*24-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə, üçüncü şəxs qismində "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar