Məhkəmə qərarları › İş №2(106)-198/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-198/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-198/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X7 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi Vəkil2, Cavabdeh5, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X15 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızına, X11, Alıyeva (Əsədova) Kifayət İltifat qızına və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DƏMK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən (********** qeydiyyat nömrəli) Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3, Cavabdeh4 vərəsəlik hüquqlarının etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə Çıxarışın ləğv edilməsi, sahəsi 0,6 ha olan (0692389 saylı Çıxarış) mübahisəli torpaq sahəsində inşa edilmiş tikilidə Cavabdeh1 yerləşdirdiyi digər cavabdehlər – X8 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, sözügedən torpaq sahəsinə İddiaçı tam mülkiyyət hüququnun tanınması və hüququnun qeydiyyatının üçüncü şəxs DƏDRX-ə həvalə edilməsi, torpaq sahəsinin naturada qeyd-şərtsiz İddiaçı təhvil verilməsi, cavabdehlər X18 və Alıyeva (Əsədova) Kifayət İltifat qızı sahəsi 0,6 ha olan (0692389 saylı Çıxarış) torpaq sahəsindən faktiki çıxan tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin müştərək olaraq cavabdehlər X8 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR DƏMK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixində İddiaçı, Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüquqları 43 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində ********** sayla qeydiyyata alınaraq ümumi birgə mülkiyyətlərinə keçmişdir. Əmlak İddiaçı nənəsinin olmuş, o, 2006-cı ildə vəfat etmiş, daha sonra əmlak atası Məhəmməd Sadıqova keçmişdir. Sonuncu isə 2014-cü ildə vəfat etmişdir. O, sağlığında tərtib etdiyi vəsiyyətnamə ilə əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçının digər qardaşları mirasdakı məcburi paylarından iddiaçının xeyrinə imtina etmişlər. Cavabdeh1 iddiaçının qardaşlarından biri olan İsmayıl Sadıqovun arvadı olub, digərləri isə İsmayıl və İradənin birgə uşaqlarıdır. Cavabdeh1 hələ 2012-ci ildə iddiaçının qardaşı olan X12 ilə nikahı Rusiya Federasiyasında ləğv edilmişdir. Cavabdeh1 keçmiş ərinə qarşı “əmlak tələbi” ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-118/2013 saylı, 08 noyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ev 1992-ci ildən 2009-cu ilədək olan müddətdə birgə nikah dövründə yenidən qurulmuşdur və həmin qətnamə ilə evə görə 12000 manat vəsaitin İsmayıl Sadıqovdan tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Bu da o deməkdir ki, hazırda Cavabdeh1 evə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi, atasının birinci növbə vərəsələri iddiaçı və iki qardaşı olmuş, onlar mirasdakı paylarından iddiaçının xeyrinə imtina etmişlər. Cavabdeh1 və qeyriləri buna hüquqları olmadığı halda qanunsuz yolla özlərinə vərəsəlik rəsmiləşdirmiş, çıxarış almışlar. Cavabdeh1 uzun illərdir ki, iddiaçının mülkiyyətində olan torpaqdan istifadəsini mümkünsüz etmişdir. Bundan əlavə, o, bacısı Kifayəti və onun ərini qanunsuz olaraq iddiaçının həyətinə yerləşdirmiş və sonuncular da oranı al-ver yerinə çevirmişlər. İddiaçı sonradan iddia ərizəsinə əlavə təqdim edərək, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 0,6 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, Şəbnəm Sadıqova, Mehti Sadıqov və Məhəmməd Sadıqova aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, şəhadətnamə verilən tarixə həmin torpaq sahəsinə dair X9 tam mülkiyyət hüququnun müəyyən edilməsi, DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışa əsasən (********** qeydiyyat nömrəli) Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızının, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə qeydiyyat və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,6 ha olan (0692389 saylı Çıxarış) torpaq sahəsi qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə Cavabdeh1 yerləşdirdiyi digər cavabdehlər X8 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeydşərtsiz tikilidən və torpaq sahəsindən çıxarılması, sahəsi 0,6 ha olan torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlər X8 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və qeyrilərinin ******* saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,6 ha torpaq sahəsinə paylı mülkiyyət hüquqları qanunsuz əldə edilmişdir. Torpaq sahəsi ötən əsrin 40cı illərindən iddiaçının ata nənəsi X13 məxsus olmuş, daha sonra onun ölümündən sonra İddiaçı atası Məhəmmədə keçmiş, o da vəfat etdikdən sonra miras əmlak olaraq vəsiyyətnamə üzrə İddiaçı keçmişdir. Bu zaman iddiaçının qardaşları İsmayıl və Elnur iddiaçının xeyrinə miras paydan imtina etmişlər. Cavabdeh1 və onun uşaqları isə iddiaçının qardaşı İsmayılın ailə üzvləri olmuş, mübahisəli yerdə 1998-ci ilədək yaşamışlar. Hazırda iddiaçının və Cavabdeh1 ilə uşaqlarının Beyləqan rayonunun 1-ci Şahsevən kəndində paylı mülkiyyətlərində iki torpaq sahəsi vardır: 1) xx.xx.2015-ci il tarixli, RX ******* seriya nömrəli Çıxarışa əsasən 0,06 ha (6 sot) torpaq sahəsi və 2) xx.xx.2015-ci il tarixli, RX ******* seriya nömrəli Çıxarışa əsasən 0,97 ha torpaq sahəsi. Bunlardan birincisi (0,06 ha) iddiaçının ata-baba mülkü olmuş evin həyətyanı sahəsi olan torpaq sahəsidir. İkinci sahə torpaq islahatı qaydasında kolxoz-sovxoz torpaqlarının (çöl torpaqlarının) bölgüsü nəticəsində Sadıqovlara verilmiş pay torpağıdır. Cavabdeh1 və uşaqları olan digər cavabdehlər İsmayıl Sadıqovun ailə üzvləri olaraq 1998-ci ilədək orada yaşadıqları üçün pay almışlar. Göründüyü kimi, Cavabdeh1 və qeyriləri çöl torpaqlarından pay almalarına baxmayaraq, əsassız olaraq aqrar bölgüyə aidiyyəti olmayan, yəni şəxsi mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz olaraq payçı kimi göstərilmişlər. Cavabdeh1 və onun uşaqlarının miras qalmış 0,6 ha torpaq sahəsinə heç bir halda hüquqları yarana bilməzdi. Onlara qanunsuz olaraq torpağa dair şəhadətnamə verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilmiş, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X16, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X9 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh1 apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 1159-cu və 1160-cı maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1996-cı il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə istinad etmiş, lakin düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(020)-1269/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər Əsədova (Alıyeva) Kifayət İltifat qızı və X8 ailə üzvləri ilə birlikdə AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış ilə iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli, 2(106)-30/2017 saylı qətnaməsi ilə cavabdeh Əsədova (Alıyeva) Kifayət İltifat qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(020)-1269/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2017-ci il tarixli, 2(102)-4543/2017 saylı qərarı ilə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə X13, X5, Cavabdeh1, X10, X6, X17 Beyləqan rayonu, 1-ci Şahsevən kəndində 0,06 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyətə verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(020)-118/2013 saylı qətnaməsinin məzmunundan göründüyü kimi, Cavabdeh1 keçmiş ərinə qarşı “cehiz və birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə dair” iddiası təmin edilmiş, mübahisəli torpaq sahəsində tikilmiş evi onların birgə nikah dövründə tikməsi sübuta yetirilmiş, Cavabdeh1 xeyrinə 22584 manat tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, lakin indiyədək icra edilməmişdir. Bu halda onun mülkiyyət hüququ hələ də saxlanılır. Beyləqan Rayon Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 157-ci maddəsinə istinad etsə də, həmin maddəni səhv tətbiq etmiş, Cavabdeh1 və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüququna qəsd etmişdir. Belə ki, onların Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı əsasında yaranmışdır. Nə qədər ki həmin qərar qüvvədədir, Cavabdeh1 və onun ailə üzvlərinin 4/6 hissədə mülkiyyət hüququna xitam verilə bilməz. Eyni zamanda, həmin torpaq sahəsinə və orada yerləşən yaşayış evinə Cavabdeh1 paylı mülkiyyət hüququ mövcud olduğuna görə o, öz bacısına mülkiyyət hüququndan istifadə edərək istifadə hüququ vermişdir. Beyləqan Rayon Məhkəməsi qətnaməsində iddiaçının 0,06 ha torpaq sahəsinə tam mülkiyyət hüququnu tanımışdır, lakin nəzərə almamışdır ki, həmin torpaq sahəsindən ancaq 0,01 ha torpaq sahəsi üzərində vəsiyyətnamə qoyulmuşdur. Beyləqan Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 77-ci və 88-ci maddələrinin tələblərini pozmuş, sübutları düzgün araşdırmamış, eyni zamanda, inzibati mübahisə ilə bağlı aidiyyət qaydalarını pozaraq (Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin ləğv edilməsi, eyni zamanda Çıxarışın verilməsinin DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində) mülki işi icraatına qəbul etmişdir. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə olan mülkiyyət hüquqlarının yaranma əsasını aydınlaşdırmamış, iddiaçının hansı subyektiv hüququnun pozulmasını müəyyən etməmiş, sübutları işin halları ilə bağlı araşdırmamış, mülkiyyət hüququna xitam verilməsi üçün hansı halların olmasını və bu halların nə ilə sübut olunmasını qətnamədə göstərməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(020)-1520/2021 saylı qətnaməsinə əsasən 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005ci il tarixli, JN-306A, KOD 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X16, X21 və X6 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyat və çıxarışın verilməsi vəzifəsinin 3-cü şəxs DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edərkən, prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işə aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalı olduğunu nəzərə almamış və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmayaraq qanunvericiliyin tələbini pozmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsində ******* saylı Çıxarışa əsasən cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatı və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi qeyd edilsə də, sözügedən Çıxarışda pay sahibi olan X2 mülkiyyət hüququnun müəyyən edilməsi barədə qeyd edilməmiş, həmin X1 mülkiyyətində olması halı və qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada mülkiyyətçinin öhdəlikləri üzrə əmlakın tutulmasından başqa, heç bir halda mülkiyyət hüququna mülkiyyətçinin iradəsi ziddinə xitam verilə bilməməsi nəzərə alınmamışdır. Beləliklə, məhkəmənin qətnaməsində qanunvericiliyin tələblərinə əməl olunmayaraq inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara müvafiq olaraq inzibati məhkəmələrdə baxılması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən sözügedən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda işə xitam verilməyərək qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beyləqan Rayon Məhkəməsi tərəfindən sözügedən işə baxılarkən aidiyyət qaydalarının pozulması nəzərə alınmayaraq qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə çıxarılmışdır. Həmçinin, məhkəmə iş üzrə iddianın əsaslı olubolmamasını nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə iddianın əsaslılığının mümkün olub-olmamasını yoxlamamış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi Vəkil2 Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, hazırkı mübahisə ilə bağlı başqa məhkəmələrdə də proseslər keçirilmişdir. Qarşı tərəf şəhadətnamənin ləğv edilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etsə də, məhkəmə ərizəni qeyri-mümkün hesab etmişdir. Şəhadətnaməyə aid olan münasibətlər inzibati məhkəməyə aid olduğuna görə və məhkəmə şəhadətnaməni etibarsız hesab etmədiyinə görə çıxarış ləğv oluna bilməzdi. Apellyasiya məhkəməsinin iclasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X23 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək bildirdilər ki, mübahisəli torpaq sahəsi iddiaçının babasına məxsus olmuş, sonra onun nənəsi Göyərçin xanıma vərəsəlik qaydasında keçmiş, o vəfat etdikdən sonra isə iddiaçı və onun qardaşları vərəsə kimi tanınmış və qardaşları da pay hüququndan imtina etdikdən sonra torpaq sahəsi iddiaçının mülkiyyətində qalmışdır. İddiaçı verilmiş suala cavab olaraq bildirdi ki, onun evlə bağlı hər hansı sənədi yoxdur. Onlar apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh5 çıxış edərək bildirdi ki, o, Cavabdeh1 bacısıdır. O və əri Hümbət Alıyev qaçqın olmuşlar. 4-5 il əvvəl bacısı Cavabdeh1 onları mübahisəli evə gətirərək orada qalmalarını xahiş etmiş, Cavabdeh5 və əri isə buna razılıq vermişlər. Hal-hazırda da həmin evdə yaşayırlar. O, bacısı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış digər cavabdehlər Süleymanova (Sadıqova) Şəbnəm İsmayıl qızı və X18, eləcə də üçüncü şəxs Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi Şirvan Apellyasiya Məhkəməsinə məktubla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(106)-198/2023 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A Kod 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X16, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X9 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş №0692389 saylı Çıxarışa əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqlarına xitam verilməklə onlara aid hissədə hüquqların qeydiyyatının və çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissələrdə, yəni mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsinə dair hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: X33 və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsinin surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi X9 və onun ailə üzvləri X2, Cavabdeh1 İldırım qızının, X4, X3 və X14 mülkiyyətinə verilmişdir. İşdəki xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sabirabad “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Cəfərov S.Y. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X9 vərəsəsi: nəvəsi İddiaçı miras əmlakdan irs almalı olmasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak DT və XK-nin Beyləqan rayon şöbəsinin xx.xx.1999-cu il tarixli, JN-326 saylı, KOD 60713018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına və DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,9692 ha torpaq sahəsinin və DT və XK-nin Beyləqan rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, JN-306A saylı, KOD 60713018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə və DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, çıxış nömrəsi ********** saylı arayışına əsasən Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,06 ha torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,9692 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X4 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə A 000807 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X4 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci ildə A 000810 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Tərəflər arasında mübahisə predmeti olan Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən 0,06 hektar torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsi əsasında Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı qərarı ilə X9 və onun ailə üzvləri X2, Cavabdeh1 İldırım qızının, X4, X3 və X14 mülkiyyətinə verilmişdir. İddiaçı isə həmin torpaq sahəsinə tam olaraq vərəsəlik hüququnun müəyyən edilməsini və bundan sonra mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, bu hissədə iddia tələbi iddiaçının torpaq sahəsinə tam vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı olduğundan mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd edilən tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(106)-198/2023 saylı qərardadı ilə icraatına xitam verilmiş “sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsinə dair verilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-306A Kod 60713018 saylı Şəhadətnamənin Cavabdeh1, X16, Cavabdeh3 və Cavabdeh4 aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamə verilən tarixə torpaq sahəsinə dair X9 tam mülkiyyət hüququnun müəyyən edilməsi” tələblərinin nəticəsi kimi çıxış edir. Belə ki, hal-hazırda mübahisəli torpaq sahəsi üzərində X9 və onun ailə üzvləri X2, Cavabdeh1 İldırım qızının, X4, X3 və X14 ümumi birgə mülkiyyət hüququ mövcud olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışla isə həmin torpaq sahəsi üzərində Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X4 və İddiaçı ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdəki AZ-İ 179110 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 iyul 2006-cı il tarixində ölmüşdür. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə kollegiyası bildirir ki, mübahisəli 0,06 ha torpaq sahəsi ümumi mülkiyyətdə olan əmlak olduğundan iddiaçıya yalnız ümumi mülkiyyətdəki torpaq sahəsinin mərhum X13 aid olan hissəsi miras olaraq qalmışdır. İşdəki xx.xx.2015-ci il tarixli, reyestrdə 2-V-1-180 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən göründüyü kimi isə Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən mübahisəli 0,06 ha torpaq sahəsinin yalnız X13 aid olan hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli 0,06 ha torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilməsi ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərin Konstitusiya və qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Bununla yanaşı, nə qədər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-306A saylı, KOD 60713018 olan Şəhadətnaməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarış qüvvədədir, həmin müddət ərzində mübahisəli 0,06 ha torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququ müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli torpaq sahəsinə tam olaraq iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində iddia əsassız olduğundan, hüququn qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə tam olaraq iddiaçının vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinin üzərinə qoyulması nəticəsinə gəlməklə maddi hüquq normalarını pozmuşdur. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “sahəsi 0,06 ha olan torpaq sahəsinin qeydşərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Mübahisəli 0,06 ha torpaq sahəsi üzərində hazırda Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2, X4 və İddiaçı ümumi birgə mülkiyyət hüququ mövcuddur. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsini bütün mülkiyyətçilərin xeyrinə tələb etməmiş, yalnız özünə təhvil verilməsini xahiş etmişdir. Bu isə MM-in 213.6-cı maddəsinin tələblərinə uyğun deyil. Bundan əlavə, iddiaçının tələb irəli sürdüyü üçüncü şəxslər X18 və Alıyeva (Əsədova) Kifayət İltifat qızı ümumi birgə mülkiyyətin mülkiyyətçilərindən olan Cavabdeh1 razılığı ilə mübahisəli torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş tikilidə yaşayırlar. Cavabdeh Alıyeva (Əsədova) X20 Sadıqovanın bacısı, digər cavabdeh Hümbət Alıyev isə Cavabdeh5 (Əsədovanın) əridir. Bu səbəbdən, iddiaçının X8 və Alıyeva (Əsədova) Kifayət İltifat qızının mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etməsi ümumi birgə mülkiyyətçilərdən Cavabdeh1 mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmaqla, onun öz mülkiyyətində olan əmlakda ailə üzvlərini yerləşdirməsinə mane olur. Bu baxımdan iddiaçının qeyd edilən tələbi əsaslı hesab edilə bilməz. Bundan əlavə, iddiaçı apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdehlərin çıxarılmasını tələb etdiyi tikilinin hər hansı sənədi yoxdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələri baxımından məhkəmə kollegiyası bildirir ki, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi tikili özbaşına tikili olduğundan, iddiaçı həmin tikiliyə mülkiyyət hüququ əldə etmədiyindən, iddiaçının cavabdehlərin mübahisəli torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılmasını tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini “sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsində də təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə də ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, “sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları” hissəsində iddia tələbi rədd edildiyindən, “cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissəsində də iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının torpaq sahəsindən çıxarılmasına dair hissədə iddia tələbi təmin edilmədiyindən, həmin torpaq sahəsindən faktiki çıxdıqları tarixədək hər hansı borcların onlara aid edilməsi qeyrimüəyyənliyin yaranmasına səbəb olacaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRXnin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1520/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – “mübahisəli torpaq sahəsinə tam olaraq İddiaçı vərəsəlik hüququnun müəyyən edilərək mülkiyyət hüququnun qeydiyyatı və Çıxarışın verilməsi vəzifəsinin üçüncü şəxs DƏDRX-nin 6-cı Ərazi İdarəsinə həvalə edilməsi, sahəsi 0,06 ha olan torpaq sahəsinin qeyd-şərtsiz naturada İddiaçı təhvil verilməklə cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızının ailə üzvləri və əşyaları ilə birlikdə qeyd-şərtsiz tikilidən və torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X18 və Əsədova (Alıyeva) Kifayət İltifat qızı torpaq sahəsindən faktiki çıxdıqları tarixədək bütün kommunal xidmətlər və sair ödənişlər üzrə yaranmış borcların müştərək olaraq cavabdehlər X11 və Əsədova (Alıyeva) Kifayət İltifat qızına aid edilməsi” hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar