Məhkəmə qərarları › İş №2(106)-2004/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2004/2024

06.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2004/2024 06.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən otağa vurulmuş qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyaları onun evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Dadva y/m kəndi, yeni qaydalarla: Masallı şəhəri, Heydər Əliyev prospekti, giriş 154 ünvanında, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsinə yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı (X10) qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi, ərizənin və ona əlavə edilmiş sənədlərin Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadından şikayət verərək Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsini qəbul edərək icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı şəhər sakini İddiaçı ona qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək tərəfindən otağa vurulmuş qıfılın açılaraq 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyaların ona məxsus evdən çıxarılması, ödədiyi 100 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, da məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Masallı rayonu Dadva y/m kəndi, yeni qaydalarla: Masallı şəhəri, Heydər Əliyev prospekti, giriş 154 ünvanında, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsinə yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qaytarılması qərara alınmışdır. Həmin qərardadda əsas kimi Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)- 2722/2019 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(106)- 699/2018 saylı qətnamələrinə istinad edilərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması qeyd edilmişdir. Halbuki, hakimin istinad etdiyi qətnamələrlə onun yetkinlik yaşına çatmayan uşağı X2 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməyi, həmin fərdi yaşayış evindən maneəsiz istifadə etməyi və yaşamaqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Göründüyü kimi hakimin istinad etdiyi qətnamələrdə onun evə köçürülməyindən bəhs edilir. Hazırkı tələbi isə həmin evin yeganə təmirli otağına yığılmış əşyaların və evə yığılmış ot bağlarının çıxarılması ilə bağlıdır. İstinad olunan qətnamələrdə evdən hansısa əşyaların çıxarılmasından bəhs edilmədiyi halda, hazırkı tələbdə çıxarılması tələb edilən əşyalar göstərilir. Bu isə qanuni qüvvəsini alan qətnamədki tələblə hazırkı tələbin fərqli olmasını, hakimin qarşılıqlı iddia ərizəsinin qaytarılmasına dair qərardadının qanunsuz və əsassız olmasını göstərir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. İddiaçı ona qarşı olan iddiası ona məxsus əşyalarının ona məxsus evdən çıxarılması təşkil edir. Onun tələbi isə paylı mülkiyyətlərində olan torpaqda yerləşən evdən yaşamağına süni maneələrin aradan qaldırılaraq orada olan əşyaların çıxarılması ilə bağlıdır. Bu da iddia tələblərinin arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Hazırkı tələbinin ayrıca verilməsi tərəflərin uzun müddət məhkəmə çəkişmələrinə səbəb olar ki, bu da tələbinin hazırkı işdə baxılmasının mübahisəyə daha tez və düzgün baxılacağı ilə nəticələnməsini göstərir. Lakin qarşılıqlı iddia qaytarılmaqla hakim prosessual hüquq normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qaytararkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması qənaətinə gələrək əsas kimi Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(050)-2722/2019 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-699/2018 saylı qətnamələrinə istinad etmişdir. Halbuki, hakimin istinad etdiyi qətnamələrlə onun yetkinlik yaşına çatmayan uşağı X2 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməyi, həmin fərdi yaşayış evindən maneəsiz istifadə etməyinə və yaşamaqlarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi hakimin istinad etdiyi qətnamələrdə onun evə köçürülməyindən bəhs edilir. Hazırkı tələbi isə həmin evin yeganə təmirli otağına yığılmış əşyaların və evə yığılmış ot bağlarının çıxarılması ilə bağlıdır. İstinad olunan qətnamələrdə evdən hansısa əşyaların çıxarılmasından bəhs edilmədiyi halda, hazırkı tələbdə çıxarılması tələb edilən əşyalar göstərilir. Bu isə qanuni qüvvəsini alan qətnamədəki tələblə hazırkı tələbin fərqli olmasını, hakimin prosessual hüquq normasının tələblərini pozmasını və qarşılıqlı iddia ərizəsini əsassız olaraq qaytarmasını göstərir. Hakim eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslar üzrə qanuni qüvvəsini almış qətnamənin olmasını göstərsə də, hazırkı tələbinin köçürülməli olduğu evin yeganə təmirli otağına yığılmış əşyaların çıxarılması ilə bağlı olmasını, istinad edilən qətnamədə isə yalnız evə köçürülməyi göstərilməklə orada evdən hansısa əşyaların çıxarılmasından bəhs olunmamasını, mübahisə eyni tərəflər arasında, eyni ev barəsində getsə də əsasların və tələblərin fərqli olmasını nəzərə almamışdır. Bu hal isə hakimin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamasını göstərir. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının qüvvədə saxlanılması, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 29 noyabr 2024-cü il tarixdə daxil olmuş və şikayətə 06 dekabr 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə qarşılılqlı iddianın icraata qəbul edilməməsini eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli, 2(106)-699/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Hilal Xəlilov) iddiaçı X3 cavabdehlər İddiaçı və X1 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, iddiaçı Elnarə Sadıqovanın yetkinlik yaşına çatmayan (04 fevral 2000-ci ildə doğulmuş) uşağı X2 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovdan müştərək qaydada ödənilmiş hüquqi yardıma görə 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində pulun tutularaq iddiaçı Elnarə Sadıqovaya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X4 Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli, 2(106)-699/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X3 cavabdehiər İddiaçı və X1 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı rayon Məhkəməsinin 2(050)-2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi, iddiaçı Elnarə Sadıqova və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki işdə də Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Dadva y/m kəndi, yeni qaydalarla: Masallı şəhəri, Heydər Əliyev prospekti, giriş 154 ünvanında, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsinə yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli, 2(106)-699/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsində də məhkəmənin gəldiyi nəticə də Cavabdehlərə məxsus evə köçürülməsi və onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi olmuşdur. Hazırda da həmin qətnamə qüvvədədir. Cavabdeh da hazırkı tələbi məhz elə süni maneələrin aradan qaldırılması, yəni həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması ilə bağlıdır. Belə olan halda kollegiya hesab edir ki, hər nə qədər ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə maneələrin aradan qaldırılması müəyyən edilmişdir, o zaman Cavabdeh yeni iddia qaldırmaq yolu ilə deyil, qətnamənin icrasını tələb etmək yolu ilə həmin maneələrin aradan qaldırılmasına nail olmalıdır. Belə ki, maneələrin aradan qaldırılması elə cavabdehlərin həmin mənzildən müəyyən edilmiş qaydada rahat şəkildə istifadə etməsini, həmçinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsinə yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması özündə ehtiva edir. Ona görə də birinci instansiya məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə qarşılıqlı iddia ərizəsini geri qaytarması qənətinə gəlməsində haqlı olmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar