Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2010/2025 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 28, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 19,73 m2 hissəsini qardaşı X14 alqı-satqı yolu ilə sataraq əldə etdiyi 4000 manatın və bu məbləği ona ödəməyi gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun, eləcədə tərəfindən ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi, ev 28 yeni qaydalarla AZ1801, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 59,2 kv/m olan qeyriyaşayış sahəsi məhkəmə qətnaməsi əsasında ona, X26 və cavabdehin atası İmanov Allahşükürə məxsus idi. Sovetlər dönəmində həmin qeyri-yaşayış sahəsindən mağazanın anbarı kimi istifadə olunurdu. Sonralar özəlləşdirmə ilə bağlı olaraq həmin sahə ona, Nelyaya və cavabdehin atası İmanov Allahşükürə birgə mülkiyyət kimi verilmişdir. Uzun müddət Allahşükür həmin obyekti işlədib qazancını da özünə götürürdü. Odur ki, obyektin onların paylarına çatan hissəsinin qiymətini onlara ödəməsini dəfələrlə tələb etsə də, Allahşükür bunu etmədi, sanki elə obyekt onunmuş kimi davranmışdı. Odur ki, onlar məhkəməyə müraciət edib obyektdən onlara çatan paylarının paylara uyğun bölünməsini və yaxud qiymətinin Allahşükür tərəfindən onlara ödənilməsini tələb etmişlər. Məhkəmədə 2016-cı il mütəxəssis qiymətləndirilməsi ilə obyektin ümumi dəyərindən hər birilərinə 7000 (yeddi min) manat pul düşmüşdür. Qətnamənin tələbi icra olunsun deyə məhkəmə Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə İcra vərəqəsi göndərmişdir. İcra məmuru hər dəfə icranı tələb edərkən Allahşükür deyirdi obyekti satıb pullarını verəcəkdir. Allahşükür həmin obyekti kafeyə çevirmişdi, adını da “Kral” kafesi qoymuşdur. Məhkəmə sona çatdıqdan sonra Allahşükür həmin kafedə işini dayandırdı. Qapısının üstünədə yazmışdı obyekt satılır, telefon sayı da yazmışdı. Tələb edəndə də onlara deyirdi “obyekt satılsın pulunuzu verəcəm”. 2018-ci ilə qədər çox get-gəldən sonra Allahşükür az-az ona 3700 manat məbləğində pul ödədi. Ondan sonra mütamadi tələb etsə də heç bir ödəmə etmədi. 2021ci ildə Allahşükür ona demişdir ki, “xəstə adamam, yaşlıyam ölə bilərəm gəl oğlum Elçinə notarial qaydada etibarnamə ver, mən ölsəm qoy o, obyekti satıb sənə qalan borcu ödəsin.” Dedi ki, sənin iştirakın olmadan ora satıla bilməz. Nə vaxt satılsa, həmin vaxt da sənə qalan pul veriləcəkdir. O da ona inanıb 9 mart 2021-ci il tarixdə Şirvan şəhər 1 saylı notariat kontorunda Cavabdeh 241048 saylı etibarnaməni vermişdir. Həmin etibarnamə ilə harada olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün hallarda əqdləri o cümlədən almaq,satmaq, bağışlamağı və digər çoxsaylı hərəkətləri etməyi, həmçinin notariusa müraciət etmək, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi ona etibar etmişdir . Əslində isə heç etibarnaməni oxumamışdır, elə tərtib etmişlər o da imzalamışdır. Heç ona etibarnamənin surətini də verməmişlər. Şifahi olaraq əsas şərtləri isə o olmuşdur ki, qeyriyaşayış sahəsi olan yuxarıda qeyd etdikləri bu birgə mülkiyyəti nə vaxtsa satılandan sonra ona çatası qalıq pul ona ödənilsin. Aradan illər keçmiş obyekt satılmamışdır. Hərdən gedib baxırmış ki, elə üzərində “obyekt satılır” və telefon mömrəsi göstərilən elan var. Hərdən bir də Allahşükürə, oğluna zəng edirmiş, deyirmişlər hələ satılmayıb, yaxud müştəri var tezliklə satacaqlar və s. Təxminən 3-4 ay bundan öncə yenə getmiş görsün obyekt nə satılıbmı. Görmüşdür ki, obyekti işlədilir. Maraqlanmış, görmüşdür ki, ingilis dili kursu kimi fəaliyyət göstərir. Həmin vaxtlarda Allahşükür də dünyasını dəyişmişdir. Ondan bir-iki gün sonra cavabdehi “OBA” marketdə görmüşdür. Demişdir ki, “ay Elçin getdim gördüm,obyekti satmısınız, bəs onun pulunu niyə vermirsən.” Elçin demişdir ki, “mənlik deyil , pulunu get qardaşım Əvəzdən al.” Ona demişdir ki, axı etibarnaməni ona vermişdir. Bundan sonra Əvəzin telefonunu öyrənib, Əvəzə zəng etmiş, cavabında demişdir ki, “mənim pulum zadım yoxdur sənə verəm, dərdini get kimə deyirsən de.” Bu ilin fevral ayının sonlarında Şirvan şəhər 1 saylı Notariat kontoruna ərizə verib etibarnamənin və obyektlə bağlı alqı-satqı müqaviləsinin surətini almışdır . AN-1 № ******* saylı 10 sentyabr 2021-ci il tarixli müqavilədən aydın olmuşdur ki, satıcılar o və Rzayeva Nelya X9na obyektin paylarına düşən 39,46 kv/m hissəsini 8000 (səkkiz min) manata satmışlar. 4000 min manat onun payına,4000 manat da Nelyanın payına aid edilib. Müqavilədən aydın olur ki, sadələşdirilmiş qaydada ondan 532,71 manat vergi tutulmuşdur. Eyni məbləğ Rzayeva Nelyadan da tutulmuşdur. İmanov Allahşükür və oğlu Elçin onu sözü gedən obyekti satıb, satan kimi də dərhal pulunu ona verəcəkləri ilə inandırıb cavabdehin adına ondan notarial qaydada etibarnamə alandan sonra, Cavabdeh öncə 13 saylı Əİ tərəfindən xx.xx.2021 tarixdə X29 və ona verilmiş 11000006-05101-083015 reyester saylı, ********** qeydiyyat saylı dövlət reyesterindən çıxarış alıb, ondan 9 gün sonra, yəni 10 sentyabr 2021-ci il tarixdə qardaşı X15 obyekti satmışdır. Cavabdeh obyekti satmasını ondan gizlətmiş, deməmişdir. Eyni zamanda onun atası və obyekti satdığı qardaşı da bu faktı gizlətmişlər. Elçin obyekti qardaşına satdıqdan sonra son bir neçə aya qədər də obyektin üzərindəki satılır elanı yerində qalırdı. Yəni obyekt ötən müddətlərdə işlədilməmiş, elə bağlı da qalmışdır. O da buna görə gözləmişdir ki, obyekti satarlar, pulunu verərlər. Görünən odur ki, Allahşükür və oğlu Elçin onu özlərinə inandırıb Elçinin adına ondan etibarnamə alandan sonra, bu oyunbazlığı qurmuşlar. Sözügedən obyektin hazırkı sahibinə (İngilis dili kursunun) satılma tarixini və hansı məbləğə satıldığını bilmir. Şübhəsiz ki, 30 min manatdan yuxarı olar ki, aşağı olmaz. Bu fakt təsdiq edir ki, cavabdeh və qardaşı obyekti satarkən böyük məbləğdə pul əldə ediblər, ancaq ona çatası pulu ona verməkdən imtina edirlər. Sözügedən obyektin satılması ilə bağlı cavabdeh, eləcə də atası, qardaşı bu haqda onu məlumatlandırmamışlar. Qardaşlar öz aralarında bu alqı-satqını notarial qaydada edərkəndə nə onlar, nə də bu müqavilənin bağlandığı 1 saylı Notariat kontoru onu məlumatlandırmamışlar. O, obyektin satılmasından yuxarıda qeyd etdiyi kimi təxminən 3-4 ay olar ki, xəbər tutmuşdur. Odur ki, məhkəməyə müraciət edib sözügedən obyekti cavabdehin öz qardaşı Əvəzə rəsmi alqı-satqı yolu ilə satdığı və bunun haqqı olaraq ondan aldığı 4000 min manatı ona ödəməsi haqqında qətnamə çıxarılması qərarına gəlmişdir. Həmçmin bu 4000 manat 4 ildən artıqdır ki, ona ödəmədiyi üçün ona ziyan vurmuşdur. O həmin pulu dövriyyədə istifadə etsə idi ötən 4 il ərzində xeyli məbləğdə pul vəsaiti və yaxud digər qazanc əldə edə bilərdi. Odur ki, cavabdehdən bu pulu vaxtında ona ödəməyərək özündə saxladığı və gecikdirdiyi hər il üçün qanuna uyğun olaraq 5 faizinin xeyrinə tutulmasını məhkəmədən tələb etməkdə haqlıdır. 4000 manatın illik 5 faizini 4 ilə vuranda 800 manat etdiyi aydın olur. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat və gecikdirilmiş vaxtüçün 705 (yeddi yüz beş) manatın, cəmi 4705 (dörd min yeddi yüz beş) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 68 (altmış səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-241/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan şəhər məhkəməsinin 16 oktyabr 2014- cü il tarixli, 2(032)- 836/2014 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X16 qarşı paylı mülkiyyətin yaranması dövründəki təyinatın bərpası, onun mülkiyyətçilərindən birinin digərlərinin paylarına qanunsuz sahibliyinə son qoyulması, bundan sonra paylı mülkiyyətin mülkiyyətçiləri arasında oğlu bərabər bölünməsi və yaxud naturada bölünməsi məqsədəuyğun olmazsa həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 4/2 saylı qeyri-yaşayış sahəsi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri arasında onların paylarına uyğun mütənasib şəkildə bölüşdürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli, AR-İİ № 241048 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq ,satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur; Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-900 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X27 və İddiaçı əvəzində etibarnamə əsasında nümayəndələri İmanov X18 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyriyaşayış sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən satıcılar X34 və İddiaçı (39.46 kv/m) alıcı X1. Alıcı X4 X34 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı. Alıcı X4 X34 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi (59.2 kv/m) ümumi birgə mülkiyyət hüququ üzrə X12 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X12 əvəzində əvəzində etibarnamə əsasında nümayəndəsi İmanov X18 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyriyaşayış sahəsinin (19.73 kv/m) hissəsini hədiyyə alan X15 bağışlamışdır. X24 həmin bağışlanan payı qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə X13 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqəində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır ; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-1106 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, satıcı X6 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsini tam hissədə alıcı X5, alıcı X8 X2 tam hissəni (59.2 kv/m) ondan 49000 00 qəpik (qırx doqquz min manat sıfır qəpik) aldı; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, Şirvan şəhəri Səməd Vurğun küçəsi giriş 24 A saylı qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə X17 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 77 nömrəli vərəqəində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şirvan şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsinin (19.73 kv/m) satılmasını Cavabdeh tapşırmış və bu məqsədlə xx.xx.2021-ci il tarixdə Cavabdeh AR-İİ № 241048 nömrəli etibarnamə vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlakın İddiaçı məxsus hissəsini (19.73 kv/m) 4000 (dörd min) manata qardaşı X3. Lakin əmlakın ona məxsus hissəsinin alqı-satqısından əldə olunmuş vəsaiti iddiaçıya verməmişdir. Hazırda iddiaçı əmlakın ona məxsus hissəsinin dəyərinin ona ödənilməsini tələb edir. Əmlakın iddiaçıya məxsus hissəsinin satışından əldə olunmuş vəsaitin iddiaçıya verilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə özünün yalnız vasitəçi olduğunu, alqı-satqının mərhum atası ilə iddiaçı arasında əldə olunmuş razılaşma əsasında ediliyini, həmçinin əmlakın dəyərinin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının Cavabdeh qarşı pul tələbi əsaslı hesab edilməlidir. O ki, qaldı iddia tələbinin Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 28, yeni qaydalarla ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 19,73 m2 hissəsini qardaşı X14 alqı-satqı yolu ilə sataraq əldə etdiyi 4000 manat məbləği ona ödəməyi gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun cavabdehdən alınaraq ona verilməsi tələbinə məhkəmə hesab etmişdir ki , bu hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, o cümlədən xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasını, tələbetmə anının da həmin tarixdən yarandığını iddiaçıya heç bir ödəniş edilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 2021-ci ilin oktyabr, noyabr, dekabr ayaları üçün 82 gün, 2022, 2023, 2024-cü illər üçün 1095 gün, 2025-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün 105 gün, ümumlikdə 1282 gün gecikdirilmiş vaxt üçün illik 5 faizinin həcmində faiz hesablanmalıdır ki, bu məbləğ 705 (yeddi yüz beş) manat edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425.1, 777.1, 777.2, 782.1, 377.1, 377.2, 377.3, 385.1, 442, 445.1, 445.7, 448.1, 449.4-cü maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə yeni qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atası X25 ilə İddiaçı arasında 2014-cü il tarixdən 2017-ci ilə kimi məhkəmə mübahisələri olmuşdur. X30 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(106)241/2016 saylı qətnaməsinin icrası kimi tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada barışıq sazişi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə notarial qaydada mərhum atası X25 ilə İddiaçı arasında bağlanan barışıq sazişinin şərtlərinə əsasən X7 Apellyasiya Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsinin icrası ilə bağlı hal-hazırda İddiaçı 3000.00 manat pulu nəğd şəkildə ödədim, növbəti 1 (bir) il ərzində qalan 3000.00 manat verməyi öhdəmə götürürəm”. “Mən, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar ünvan 6 ünvanda yerləşən 4/2 saylı qeyri yaşayış sahəsinin mənə məxsus hissəsindən imtina edirəm və gələcəkdə ünvan 6 ünvanda yerləşən 4/2 saylı qeyri-yaşayış sahəsi ilə bağlı X16 qarşı heç bir əmlak iddiam və tələbim olmayacaqdır.” Göründüyü kimi tərəflər arasında 3 illik məhkəmə mübahisəsi olmuş, bu müddətdən sonra iş üzrə İddiaçı ilə mərhum atası X25 arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada barışıq sazişi bağlanmış və həmin müqavilə bağlanan gün, yəni xx.xx.2017-ci il tarixdə notarial qaydada 3000.00 manat pulu İddiaçı mərhum atası X11 şəxsən almışdır. İkincisi ona görə ki, iş üzrə İddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatdan açıq –aşkar görünür ki, “….2018-ci ilə qədər çox get-gəldən sonra Allahşükür az-az ona 3700 manat məbləğində pul ödədi. Ondan sonra mütamadi tələb etsə də heç bir ödəmə etmədi. 2021-ci ildə Allahşükür ona demişdir ki, “xəstə adamam, yaşlıyam ölə bilərəm gəl oğlum Elçinə notarial qaydada etibarnamə ver, mən ölsəm qoy o, obyekti satıb sənə qalan borcu ödəsin. Göründüyü kimi İddiaçı ilə mərhum atası X25 arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış barışıq sazişinə əsasən həmin əmlakın qiymətini 6000.00 manat kimi razılaşmış, 3000.00 manat pulu xx.xx.2017-ci il tarixdə, 2018-ci ilə kimi isə 3700.00 manat pulu sonradan az-az olmqla ödəmişdir. (İş üzrə İddiaçı iddia ərizəsi və məhkəmə iclasında audio və video görüntü altında verdiyi izahatdan açıq-aşkar görmək olar) Üçüncüsü ona görə ki, mərhum atası X25 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 2017-ci il tarixdən 2024cü il tarixə kimi 7 il 5 ay keçməsinə baxmayaraq iş üzrə İddiaçı mərhum atası X25 arasında xx.xx.2017-ci il tarixli notarial qaydada bağlanmış müqavilə üzrə hər hansı bir mübahisəsi olmamışdır. Çünki, mərhum atası öz üzərində götürdüyü öhdəliyi vaxtında icra etmişdir ki, iddiaçı ona qarşı hər hansı bir iddia irəli sürməmişdir. Bundan başqa mərhum atası X25 vəfat etməmişdən öncə iş üzrə İddiaçı ilə xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış barışıq sazişi tam icra etdiyi üçün, İddiaçı xx.xx.2021-ci il tarixdə notarial qaydada bütün əmlakına və sair mülkiyyətinə sərəncam verməsi barədə xx.xx.2022-ci il tarixə kimi 1 (bir) il müddətinə etibarnamə vermişdir. Göründüyü kimi mərhum atası X25 ilə iş üzrə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış barışıq sazişi ləğv edilməmiş və bu gündə hüquqi qüvvədədir. İş üzrə İddiaçı ona 09.03.202-ci il tarixdə əmlakına sərəncam vermək barədə etibarnaməsi əsasında mübahisə predmeti olan əmlak üzərində sərəncam vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq xidməti ilə bağlı Şuşa şəhərində olduğunu bildirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh yalnız xidməti vəzifə ilə bağlı Şuşa şəhərində olduğunu bildirmiş, lakin bu halı təsdiq edən hər hansı rəsmi sənəd (əmr, ezamiyyə vərəqi, iş yerindən arayış və s.) məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh məhkəmə iclasında şəxsən iştirak etmək imkanından məhrum olduğu halda, nümayəndə təyin etmək hüququndan istifadə etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə yeni qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)- 976/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə-iddianın təmin olunan hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 28, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 19,73 m2 hissəsini qardaşı X14 alqı-satqı yolu ilə sataraq əldə etdiyi 4000 manatın və bu məbləği ona ödəməyi gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun, eləcədə tərəfindən ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmlakın ona məxsus hissəsinin alqı-satqısından əldə olunmuş vəsaiti iddiaçıya verməmişdir. Hazırda iddiaçı əmlakın ona məxsus hissəsinin dəyərinin ona ödənilməsini tələb edir. Əmlakın iddiaçıya məxsus hissəsinin satışından əldə olunmuş vəsaitin iddiaçıya verilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə özünün yalnız vasitəçi olduğunu, alqı-satqının mərhum atası ilə iddiaçı arasında əldə olunmuş razılaşma əsasında ediliyini, həmçinin əmlakın dəyərinin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının Cavabdeh qarşı pul tələbi əsaslı hesab edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianın təmin edilən hissəsində mübahisəni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olan hüquq münasibətlərinə tapşırıq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi çərçivəsindən çıxış etsə də, birgə mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə dair iddiaçının payına düşən 7000 manatın qaytarılmayan 4000 manat hissəsinə münasibətdə sözügedən məbləğin cavabdehin atası tərəfindən paylı mülkiyyət münasibətlərindən irəli gələrək iddiaçıya verilməli olduğu, yəni birgə mülkiyyətin bölüşdürülməsi zamanı iddiaçının payına düşən məbləğ olduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ № 241048 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq ,satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilib. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur; Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-900 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X27 və İddiaçı əvəzində etibarnamə əsasında nümayəndələri İmanov X18 şəhəri Səməd Vurğun küçəsi ev 28 (Yeni qaydalarla AZ1801, ünvan 4 ünvanda ümumi sahəsi 59.2 kv/m qeyriyaşayış sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən satıcılar X34 və İddiaçı (39.46 kv/m) alıcı X1. Alıcı X4 X34 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı. Alıcı X4 X34 və İddiaçı satdığı (19.73 kv/m) ondan 4000 (dörd min) manat 00 qəpik (dörd min manat sıfır qəpik) qiymətinə aldı; Məhkəmə tərkibi işin faktiki hallarını apellyasiya şikayətində göstərilən dəlillərlə birlikdə qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olmuşdur. İş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi İddiaçı, X26 və İmanov Allahşükürə birgə paylı mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Paylı mülkiyyətdə olan əmlak üzərində sərəncam verilməsi, o cümlədən payın özgəninkiləşdirilməsi mülkiyyətçinin iradəsindən asılıdır və bu iradə onun razılığı ilə ifadə olunmalıdır. İmanov Allahşükürün vəfatından sonra mübahisəli əmlak üzərində onun payına dair hüquqlar vərəsəlik qaydasında keçmiş olsa belə, iddiaçıya məxsus pay üzərində hər hansı alqı-satqı əməliyyatı yalnız iddiaçının razılığı ilə mümkündür. İddiaçının iradəsi olmadan, onun razılığı alınmadan paylı mülkiyyətdə olan əmlakın satılması mülki qanunvericiliyin tələblərinə ziddir. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, İddiaçı Cavabdeh etibarnaməni mübahisəli əmlakın satılmasından sonra ona çatası pul vəsaitinin ödənilməsi məqsədi ilə vermişdir. Belə ki, mübahisəli əmlakın satılması və satışdan əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsi ilə bağlı öhdəlik ilkin olaraq İmanov Allahşükürün üzərində olmuşdur. İmanov Allahşükür sağlığında iddiaçını inandıraraq, guya vəfat edəcəyi halda mübahisəli əmlakın onun oğlu tərəfindən satılıb satışdan əldə olunacaq pul vəsaitinin iddiaçıya ödəniləcəyi bəhanəsi ilə Cavabdeh adına etibarnamə verilməsinə razılıq yaratmışdır. Etibarnamənin verilməsində əsas iradə, əmlakın satılması nəticəsində əldə edilən pulun iddiaçıya çatdırılması olmuşdur. Lakin cavabdeh etibarnamədən istifadə edərək əmlakı satmış, satışdan əldə edilmiş pul vəsaitini iddiaçıya ödəməmişdir. Belə olan halda, etibarnamənin verilmə məqsədi pozulmuş, iddiaçının etibarından sui-istifadə edilmişdir. Etibarnamə satmaq səlahiyyəti versə də, əldə olunan vəsaitin iddiaçıya verilməməsi həmin səlahiyyətin qanunsuz icrası kimi qəbul edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, hazırda birgə mülkiyyətçi olmuş X25 vəfat etmişdir. Birgə mülkiyyətin bölüşdürülməsindən irəli gələn və iddiaçının payına düşən 4000 manat məbləğində pul öhdəliyi isə vərəsəlik qaydasında onun varisi olan Cavabdeh üzərinə keçmişdir. Eyni zamanda, mübahisəli hüquqi münasibətlər üzrə faktiki hərəkətləri, yəni əmlakın satılmasını, əldə olunmuş vəsait üzərində sərəncam verilməsini və iddiaçıya düşən payın ödənilməməsini bilavasitə cavabdehin özü həyata keçirmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, vərəsə miras qoyanın əmlakı ilə yanaşı, onun icra edilməmiş öhdəliklərini də qəbul edir. Bu baxımdan, mərhum İmanov Allahşükürün sağlığında üzərinə götürdüyü və əmlakın satılmasından sonra iddiaçıya çatası pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəlik onun ölümündən sonra cavabdeh tərəfindən icra edilməli idi. Cavabdeh özünün yalnız vasitəçi olduğunu, alqı-satqının mərhum atası ilə iddiaçı arasında əldə olunmuş razılaşma əsasında həyata keçirildiyini, habelə əmlakın dəyərinin iddiaçıya ödənildiyini bildirsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa cavabdehin apellyasiya şikayətində barışıq sazişinin tam icra olunduğunu iddia etməsi də əsassızdır. Faktiki olaraq, barışıq sazişinə əsasən mərhum İmanov Allahşükür 3000.00 manat pulu iddiaçıya ödədiyini, qalan məbləğ isə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, barışıq sazişində nəzərdə tutulmuş öhdəliyin tam icrası baş verməmişdir. Cavabdeh və onun valideyni öhdəlikləri tam yerinə yetirməmiş, pulun qalan hissəsini ödəməmişdir. Məhkəmə tərkibi iddia tələbinin cavabdehin tələb olunan məbləği gecikdirməsi ilə bağlı 800 manat məbləğində faiz pulunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasını, tələbetmə anının da həmin tarixdən yarandığını iddiaçıya heç bir ödəniş edilməməsi nəzərə alınmalı, öhdəliyin icrasının gecikdirilməsinə görə 2021-ci ilin oktyabr, noyabr, dekabr ayaları üçün 82 gün, 2022, 2023, 2024-cü illər üçün 1095 gün, 2025-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün 105 gün, ümumlikdə 1282 gün gecikdirilmiş vaxt üçün illik 5 faizinin həcmində faiz hesablanmalıdır ki, bu məbləğ 705 (yeddi yüz beş) manat edir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilən hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat və gecikdirilmiş vaxt üçün 705 (yeddi yüz beş) manat , cəmi 4705 (dörd min yeddi yüz beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 67,05 (altmış yeddi manat beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-976/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və gecikdirilmiş vaxt üçün 705 (yeddi yüz beş) manat, cəmi 4705 (dörd min yeddi yüz beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 67,05 (altmış yeddi manat beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2010/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2010/2025
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver